Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-130/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X4, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Gəncə küçəsi ev 35-də qeydiyyatda olan və Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi ev 65-də yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 1530 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Soğanverdilər kəndi ərazisindən keçən 68-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vuramamlı olduğu halda bunu etməyərək, yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən idarə etməni düzgün aparmayaraq 1.1 bütöv ağ nişanlanma xəttini kəsərək əks hərəkət zolağına daxil olub avtomobilin qabaq sol hissəsi ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan sürücü Şahid1 60 km/saat sürətlə idarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Ağdam rayon istiqamətində olan zolaqda ağ düz xətdən sağa doğru 1,15 metr məsafədə toqquşmuş, nəticədə "Opel Vectra" minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beyinin sol alın payının ağır dərəcəli əzilməsi, subaraxnoidal qanaxma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq, əng və burun sümüklərinin açıq qəlpəli sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və göstərmişdir ki, idarə etdiyi "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur, lakin sürücülük vəsiqəsi yoxdur. İdarə etdiyi "QAZ 3110" minik markalı avtomobilin üzərinə bağladığı yük qurğusu ilə dəmir daşıyıb satmaqla məşğul olur. 20 mart 2022-ci il tarixdə idarə etdiyi avtomobillə qayınatası Şahid5, Natiqin bacanağının qızları Şahid3 və Şahid4 bacıları ilə birlikdə Ağcabədi rayonu Boyat kəndindən Bərdə şəhərinə getmək üçün yola düşmüşlər. Qayınatası Natiq avtomobildə qabaqda sağda oturmuş, Əsmər avtomobildə arxada sol tərəfdə, Sona isə arxada sağda oturmuşdur. Saat təxminən 1530 radələrində Borsunlu-Tərtər yolu ilə Bərdə rayonun Soğanverdilər kəndi ərazisi ilə sağa meyli yolla yolun sağ hərəkət zolağı ilə Bərdə şəhər istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən idarəetməni düzgün aparmamış, avtomobilin sol hissəsi ağ düz xətti sola doğru kəsib əks yola keçmiş, həmin vaxtı avtomobilin qabaq sol hissəsi ilə qarşıdan gələn "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən avtomobili sola doğru istiqamətlənib yoldan çıxıb ağaca dəyib dayanmış, "Opel Vectra" minik markalı avtomobil də hərəkətdə olduğu istiqamətin sağ yol kənarına çıxıb dayanmışdır. Hadisə zamanı nə özü, nə də avtomobildə olan sərnişinlər qayınatası Şahid5, bacanağının qızları Şahid3 və Şahid4 heç bir xəsarət almamışlar. Lakin toqquşduğu "Opel Vectra" minik markalı avtomobildə olan iki nəfər sərnişinlər xəsarət almışlar. Onları hadisə yerindən təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Hadisə yerində qalmış, avtomobildə olan sərnişinlər yol avtomobilinə minib Bərdə şəhərinə getmişlər. Hadisə yerinə polislər, müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılmışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, əməlindən peşiman olmasını nəzərə alıb ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 1530 radələrində Bərdə rayonundan Ağdam rayonu İmamqulubəyli kəndinə getmək üçün yoldan keçən, sürücü kimi tanıdığı Şahid1 idarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi minmişdir. Ondan başqa tanımadığı adlarını bilmədiyi ikisi cavan oğlan biri qadın Həsrətin idarə etdiyi avtomobilə müştəri kimi minmişlər. Avtomobildə arxada sol tərəfdə oturmuşdur. Onlar Bərdə rayonunun Soğanverdilər kəndi ərazisi ilə yolun sağ zolağı ilə hərəkətdə olarkən bir anlıq toqquşma olmuş, xəsarət aldığı üçün huşunu itirmişdir. Ayılan zaman Bakı şəhərində xəstəxanada olduğunu görmüşdür. Ağır xəsarət almışdır. xx.xx.2022-ci il tarixədək Bakı şəhərində xəstəxanada müalicə olunmuş, sonra yaşadığı kəndə gəlmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək təqsirləndirilən şəxs X5 ilə hazırda barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, X2 heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, idarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobil özünündür, etibarnamə əsasında idarə edir. 20 mart 2022-ci il tarixdə saat təxminən 1530 radələrində idarə etdiyi avtomobillə Bərdə rayonundan yaşadığı Ağdam rayonu Böyükbəyli kəndinə getmək üçün yola düşmüşdür. Bərdə rayonu ərazisində “Saray” deyilən yerin qarşısından keçəndə tanışı Zərərçəkmiş şəxs yolun kənarında dayandığını görmüşdür. Avtomobili saxlamış, Ruslan ona demişdir ki, yaşadığı Ağdam rayonu İmamqulubəyli kəndinə evə gedir, taksi gözləyir. Fikirləşmişdir ki, Ruslanın yaşadığı kənd onun yolunun üstündədir, pul müqabilində sərnişin kimi aparsın. Ruslan arxada oturacağını bildirmişdir. Ruslan avtomobildə arxada sağda oturmuş, avtomobili idarə edərək hərəkətini davam etdirmişdir. Yolda dördyol deyilən yerdən tanımadığı adlarını bilmədiyi 3 nəfər sərnişinləri də götürmüşdür. Həmin cavan oğlanlardan biri avtomobildə qabaq sağda oturmuşdur, digər cavan oğlanın biri ortada, qadın isə arxada sağda oturmuşdur. İdarə etdiyi avtomobillə Bərdə rayonu Soğanverdilər kəndi ərazisi ilə sola meyli yolla yolun sağ hərəkət zolağı ilə öz yolunda Ağdam rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan əks zolaqla "QAZ 3110" markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, avtomobil ona çatmağa təxminən 15-16 metr qalmış qəfildən sola ona doğru istiqamətlənmişdir. Bunu görüb avtomobili sağa çəkmiş, lakin "QAZ 3110" markalı avtomobil qabaq sol hissəsi ilə onun avtomobilinin sol yan hissəsinə dəyib toqquşmuşdur. Zərbənin təsirindən onun avtomobili sağa doğru istiqamətlənib yoldan çıxıb dayanmışdır. "QAZ 3110" markalı avtomobil də ondan arxada hərəkətdə olduğu yolun sağına doğru çıxıb ağaca dəyib dayanmışdır. Hadisə nəticəsində xəsarət almamış, avtomobildə olan sərnişinlərdən qabaq sağda oturan cavan oğlan və arxada oturan tanışı Zərərçəkmiş şəxs xəsarət almışlar. "QAZ 3110" markalı avtomobildə sürücüdən başqa 3 nəfər sərnişin olmuş, həmin sərnişinlər xəsarət almamışlar. Hadisə yerinə təcili tibbi yardım gəlmiş, avtomobilində xəsarət alan şəxsləri xəstəxanaya aparmışdır. Özü hadisə yerində qalmış, hadisə yerinə müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İdarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. 20 mart 2022-ci il tarixdə saat təxminən 1530 radələrində bacanağı qızları Şahid3 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Boyat kəndindən Bərdə şəhərinə getmək üçün yola düşmüşlər. Anar avtomobili idarə etmiş, özü avtomobildə qabaqda sağda oturmuş, Əsmər avtomobildə arxada sol tərəfdə, Sona isə arxada sağda oturmuşdur. X8 yolu ilə Bərdə rayonun Soğanverdilər kəndi ərazisi ilə sağa meyli yolla yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən fikirli olmuş, yola fikir verməmişdir. Həmin anda toqquşma baş vermiş, hadisənin necə baş verməsini görməmiş, avtomobil sola doğru istiqamətlənib yoldan çıxıb ağaca dəyib dayanmışdır. Hadisə nəticəsində kürəkəni Təqsirləndirilən şəxs, bacanağı qızları Şahid3 və Şahid4 heç bir xəsarət almamışlar. Avtomobildən düşəndə görmüşlər ki, onların olduğu avtomobil qarşıdan gələn "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "Opel Vectra" minik markalı avtomobildə olan iki nəfər sərnişinlərin xəsarət aldıqlarını görmüşdür. Təqsirləndirilən şəxs hadisə yerində qalmış özü və bacanağının qızları Şahid3 və Şahid4 yol avtomobilinə minib Bərdə şəhərinə getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin verdiyi 22 mart 2022-ci il tarixli 191 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Məhəməd oğlunun bədənində aşkar edilmiş xəsarətlər-açıq kəllə-beyin travması, baş beyinin sol alın payının ağır dərəcəli əzilməsi, subaraxnoidal qanaxma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq, əng və burun sümüklərinin açıq-qəlpəli sınıqları bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2022-ci il tarixli 8/766 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, "QAZ-3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrnin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs "QAZ-3110" minik markalı avtomobili sürücülük vəsiqəsi olmadan və yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 20 mart 2022-ci il tarixli, 410 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 1530 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi "QAZ 3110" minik markalı 02 BV-931 dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Soğanverdilər kəndi ərazisindən keçən 68-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vuramamlı olduğu halda bunu etməyərək, yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən idarə etməni düzgün aparmayaraq 1.1 bütöv ağ nişanlanma xəttini kəsərək əks hərəkət zolağına daxil olub avtomobilin qabaq sol hissəsi ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan sürücü Şahid1 60 km/saat sürətlə idarə etdiyi "Opel Vectra" minik markalı 02 BS-396 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Ağdam rayon istiqamətində olan zolaqda ağ düz xətdən sağa doğru 1,15 metr məsafədə toqquşması, nəticədə "Opel Vectra" minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beyinin sol alın payının ağır dərəcəli əzilməsi, subaraxnoidal qanaxma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol almacıq, əng və burun sümüklərinin açıq qəlpəli sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2922 saylı 20 may 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 35-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2017-ci il tarixli AZ-İİİ 972149 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 25 iyun 2017-ci ildə anadan olmuş X3 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 28 mart 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə maddi sübut olan "QAZ-3110" minik markalı 02 BV-931 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs, “Opel Vectra” minik markalı 02 BS-396 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair 12 aprel 2022-ci il tarixli 8/766 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan "QAZ-3110" minik markalı 02 BV-931 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs, “Opel Vectra” minik markalı 02 BS-396 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-130/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-130/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver