Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-130/2023 21.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: 15 avqust 1987-ci ildə ünvan 3ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 3ində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamışdır. Belə ki Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən ümumilikdə 6,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 2,08 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər olmayan bitki toxumlarını qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Türkmən kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 24 fevral 2023-cü il tarixdə saat 20:17 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılmış, orada onun yaşadığı ünvana baxış keçirilən zaman mənzilin yataq otağında yerləşən şkafın içərisində olan əl çantasında satış məqsədilə saxladığı 01 ədəd ağ rəngli və 01 ədəd gümüşü rəngli kağız parçası bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,36 qram və 2,02 qram olmaqla ümumi təmiz çəkisi 6,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd şəffaf sellofan torbacıqda 1,36 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər olmayan bitki toxumları, 1 ədəd şəffaf sellofan torbacıqda 0,72 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər olmayan bitki toxumları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Türkmən kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Metal yığıb sataraq ailəsini dolandırır. 23 fevral 2023-cü il tarixdə saat 20:10 radələrində yaşadığı Bərdə Türkmən kəndində evdə olan zaman, qapının "döyüldüyünü" eşitmiş və o, qapını açaraq küçəyə çıxan zaman, bir neçə polis əməkdaşları özünü Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyərək xidməti vəsiqələrini göstərdikdən sonra barəsində olan raportla qərarla tanış edərək onun narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsi barədə məlumat daxil olduğunu deyərək yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını dedikdə polis əməkdaşlarına hər hansı bir etiraz etmədən, özünün təxminən 3 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini etriaf etmiş və bundan əlavə hal hazırda yaşadığı evdə narkotik maddə olan qurudulmuş marixuana və onun toxumlarının olduğunu demişdir. Polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə aldıqdan sonra yaşadığı evə onun razılığı ilə daxil olmuşlar və o, yaşadığı evin içərisində olan yataq otağındakı şkafın yuxarı hissəsində əl çantasında olan 2 büküm içərisində olan qurudulmuş marixuana və bir çətənə bitkisinin toxumlarını təqdim etmişdir. Bundan əlavə polis əməkdaşları şkafa baxan zaman "qənnadı" şüşə qabının içərisində olan çətənə toxumlarını aşkar etmişlər. Həmin toxumları da orada unutduğunu bildirərək həmin toxumların da özünə aid olduğunu demişdir. Bundan sonra yaşadığı evin yataq və qonaq otağına baxış keçirilmiş və hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sonra Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində ona hüquq vəzifələri izah olunmuş, vəkili Müdafiəçi təqdim edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olundu və ondan etirazı olub-olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Hüquqlarının ona aydın olunduğunu bildirmiş, sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya olduğu onları təqdim etməyi təklif olunmuş, təklifdən sonra əynində olan qara rəngli şalvarının sol yan cibindən göy rəngli "Winchester" markalı siqaret, pul əskinasları çıxararaq stolun üstünə qoymuşdur. Şalvarının sol cibindən isə "KGtel-B110" markalı mobil telefon və qəpiklər çıxardaraq stolun üstünə qoymuşdur. Pul əskinasları 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq əskinas və 90 qəpik olmaqla ümumilikdə 96 manat 90 qəpik pulu stolun üzərinə qoymuşdur. Üzərindən aşkar edilən "KGtel-B110" markalı mobil telefon və 96 manat 90 qəpik pul 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürləndi və o, digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr olan bükümlər ona məxsusdur, həmin narkotik vasitələri tutulmazdan 15 gün qabaq Ağdaş rayonunda dəmir yığan zaman, əvvəllər tanımadığı Ağdaş rayonunda dəmir yığan şəxs özü istifadə edən zaman ona da təklif etmiş və ondan götürərək istifadə etməsi üçün özündə saxlamışdır. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhərində yaşayır. Bərdə rayon polis şöbəsinin PPXB-nin tağım komandiri vəzifəsində işləyir. 24 fevral 2023-cü il tarixdə polis şöbəsinə ünvan 3ində qeydiyyatda olmaqla yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, yaşadığı ünvanda saxlaması ilə bağlı Bərdə rayon PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, ona görə də xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra onların iştirakı ilə tərəflərindən keçirilmiş tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasına kifayət qədər əsaslar olduğu üçün, yaşadığı evə isə baxış aparılması üçün sonuncunun ərizəsi alınmış və yaşadığı Bərdə rayonu Türkmən kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün o, Bərdə rayon X1-Tədqiqatlar qrupunun ekpsert-kriminalisti, polis baş leytenantı Şahid3 və Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Bərdə rayonu Türkmən kəndindəki evə getmişlər. Evin giriş hissəsində olan göy rəngli dəmir darvazanın qarşısında Təqsirləndirilən şəxs təhqiqatçı Vəli İsmayılov onun yaşadığı evdə narkotik vasitə olub-olmaması, həmçinin evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmaması və evində narkotik vasitə və toxumlarını saxladığını bildirmişdir. Bundan sonra Bərdə rayon X1-Tədqiqatlar qrupunun ekspert-kriminialisti, polis baş leytenantı Şahid3 tərəfindən video çəkilişi davam etdirməklə digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun evinin həyətinə daxil olmuş, dəmir qapıdan daxil olduqda düz sol istiqamətdə kürsülü bir mərtəbəli mişar daşından tikilən yaşayış evi görünmüş, yaşayış evinin əsas giriş qapısı olmamış, yaşayış evinin otaqlarına daxil olmaq üçün giriş hissə kimi istifadə edilən dəhliz(koridor)dən istifadə edilməsi aşkar edilmişdir. Dəhlizdə düz və sol tərəfində 2 ədəd yataq otaqları varmış. Təqsirləndirilən şəxs düz istiqamətdə olan otağa daxil olaraq narkotik vasitəni və onun toxumlarını daxil olduğu otaqda olan şkafda gizlətdiyini bildirmiş, bundan sonra iştirakçılar otağa daxil olmuş, otaqda təhqiqatçı X9 Şükürova könüllü olaraq narkotik vasitəni saxladığı yeri göstərməsini və aşkar olunan narkotik vasitələri təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan şkafın üst hissəsindən 01 ədəd üstü qaşlı əl çantasının içərisindən 2 ədəd bükümü götürərək təqdim etmiş, həmin bükülünün 01 ədədi gümüşü rəngli (siqaret üzlüyü), digər 01 ədədi isə ağ rəngli kağız bükümdə imiş. Həmin bükümlər ayrı-ayrı açılmış, 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi bükümləri təhqiqatçı Vəli İsmayılov tərəfindən açıb baxan zaman qurudulmuş marixuanaya bənzər bitki olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir narkotik maddə olması soruşulmuş, bu vaxt Təqsirləndirilən şəxs otaqda olan şkafdan 01 ədəd polietilen bükümü təqdim edərək marixuana bitkiləri olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin Ağdaş rayonu ərazisində dəmir yığan zaman tanımadığı şəxs tərəfindən verildiyini bildirmişdir. Bundan sonra aşkar olunan 2 ədəd ağ və gümüşü rəngli bükümlər və 1 ədəd polietilen büküm elektron tərəzidə çəkilmiş və 7.39 qram təşkil etmişdir. Bükülülər ağ rəngli zərfdə qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra o, və digər əməkdaş Şahid1 tərəfindən otağa baxış keçirilməyə başlamışlar. Baxış zamanı şkafın içərisində olan şüşə qabın içərisindən çətənə toxumları aşkar edilmiş, aşkar edilmiş 01 ədəd şəffaf rəngli politelin sellofanda olan toxumlar elektron tərəzidə çəkilmiş və 0,89 qram çəkidə olması müəyyən edilmişdir. Bükülü ağ rəngli zərfdə qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, daha sonra evin digər yataq otağına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmət aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Bərdə RPŞ-nə gətirilmişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 20:51 radələrində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21:03 radələrində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onun və yuxarıda adları qeyd edilən polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə RPŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Winchester” markalı siqaret, pul əskinasları, qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Kgitel-B110” markalı mobil telefon və qəpikləri çıxararaq təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Mirəlinin üzərində başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Winchester” markalı siqaret qutusuna və 1 ədəd “Kgitel-B110” markalı mobil telefona baxış keçirilmiş, daha sonra təqdim etdiyi pul əskinasları, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq əskinas və 90 qəpik olmaqla ümumilikdə 96 manat 90 qəpik pul olmuşdur. Bundan sonra təhqiqatçı Vəli İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini soruşmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni Ağdaş rayonunda tanımadığı dəmir yığan şəxsin verdiyini və 3 ay müddətdir ki, şəxsi istifadəsi üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd “Winchester” markalı siqaret, 1 ədəd “Kgitel-B110” markalı mobil telefon və 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq əskinas və 90 qəpik olmaqla ümumilikdə 96 manat 90 qəpik pul ayrı-ayrılıqda bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır, Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, bundan sonra protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı digər şahidlər üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Məhkəmə tərəfindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq edilmiş şahidlər Şahid3 və Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 24 fevral 2023-cü il tarixdə «Evə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Türkmən kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın şkafın yuxarı hissəsində olduğunu deyərək üstü naxışlı olan əl çantasını götürərək, çantanın zamok hissəsini açaraq içərisində olan 2 ədəd bükümü təqdim etdi. Həmin bükümlər ayrı ayrı açıldı, 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd sellofan polietilen (siqaret üzlüyü) bükümdə çətənə toxumları olduğunu bildirmişdir. Təqdim etdiyi bükümləri təhqiqatçı Vəli İsmayılov tərəfindən açıb baxan zaman qurudulmuş marixuanaya bənzər bitki olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir narkotik maddə olması soruşulmuş, bu vaxt Təqsirləndirilən şəxs otaqda olan şkafdan 01 ədəd polietilen bükümü təqdim edərək marixuana bitkiləri olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin Ağdaş rayonu ərazisində dəmir yığan zaman tanımadığı şəxs tərəfindən verildiyini bildirdi. Bundan sonra aşkar olunan bükümlər elektron tərəzidə çəkildi və 7.39 qram təşkil etdi. Bükülülər ağ rəngli zərfdə qablaşdırıldı və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Aşkar edilmiş 01 ədəd şəffan rəngli polietilen sellofanda olan toxumlar elektron tərəzidə çəkildi və 0,89 qram təşkil etmişdir. Daha sonra evin digər yataq otağına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmət aşkar edilməmişdir. Bükülü ağ rəngli zərfdə qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Videoçəkilişin görüntüləri 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 24 fevral 2023-cüil tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edilərək ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin görüntüləri 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. 10 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulanadək yaşamış olduğu Bərdə rayonu Türkmən kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin diskin içərisini açdıqda “VİD_20230224_201644” adında fayl görsənir. Həmin fayla daxil olan zaman “MP4” formatlı 01 (bir) ədəd videofayl aşkar edildi. Həmin “VİD_20230224_201644” adlı videofaylı açıb içərisinə baxış keçirən zaman videofaylın 20 dəqiqə 27 saniyə müddətində davam etdiyi müəyyən edildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs Bərdə rayonu Türkmən kəndində yerləşən fərdi yaşayış evində narkotik maddə olması barədə daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin ekspert kriminalisti, polis kapitanı Şahid3, Bərdə RPŞnin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid2 iştirakları ilə Bərdə RPŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Daha sonra narkotik vasitəni neçə vaxtdır istifadə etməsi barədə soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs təxminən 2-3 ay müddətdir istifadə etdiyini və hal hazırda da evində narkotik vasitə və toxumlarını saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan göy rəngli dəmir darvazadan içəri daxil olundu. Daxil olduqdan sonra düz sol istiqamətdə kürsülü birmərtəbəli mişar daşından tikilən yaşayış evinin giriş hissəsinin düz istiqamətində olan otağa daxil oldu. Təqsirləndirilən şəxs otağa daxil olduqdan sonra narkotik vasitənin və onun toxumlarının şkafın yuxarı hissəsində olduğunu deyərək üstü naxışlı olan əl çantasını götürərək, çantanın zamok hissəsini açaraq 2 ədəd bükümü təqdim etdi. Həmin bükümlər ayrı-ayrı açıldı, 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd sellofan polietilen (siqaret üzlüyü) bükümdə çətənə toxumları olduğunu bildirdi. Təqdim etdiyi bükümləri təhqiqatçı Vəli İsmayılov tərəfindən açıb baxan zaman qurudulmuş marixuanaya bənzər bitki olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir narkotik maddə olması soruşuldu. Bu vaxt Təqsirləndirilən şəxs otaqda olan şkafdan 01 ədəd polietilen bükümü təqdim edərək marixuana bitkiləri olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin Ağdaş rayonu ərazisində dəmir yığan zaman tanımadığı şəxs tərəfindən ona verildiyini bildirmişdir. Bundan sonra aşkar olunan bükümlər elektron tərəzidə çəkildi və 7.39 qram təşkil etdi. Bükülülər ağ rəngli zərfdə qablaşdırıldı və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Daha sonra Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid2 tərəfindən evə baxış keçirməyə başladılar. Baxış zamanı şkafın içərisində olan şüşə qabın içərisindən çətənə toxumları aşkar edildi. Aşkar edilmiş 01 ədəd şəffan rəngli politelin sellofanda olan toxumlar elektron tərəzidə çəkildi və 0,89 qram təşkil etdi. Bükülü ağ rəngli zərfdə qablaşdırıldı və Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Daha sonra evin digər yataq otağına baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. 10 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin diskin içərisini açdıqda “VİD_20230224_210344” adında fayl görsənir. Həmin fayla daxil olan zaman “MP4” formatlı 01 (bir) ədəd videofayl aşkar edildi. Həmin “VİD_20230224_210344” adlı videofaylı açıb içərisinə baxış keçirən zaman videofaylın 14 dəqiqə 16 saniyə müddətində davam etdiyi müəyyən edildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: - Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin ekspert kriminalisti polis kapitanı Şahid3, Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə RPŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Winchester” markalı siqaret, pul əskinasları, qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Kgitel-B110” markalı mobil telefon və qəpikləri çıxararaq təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Ədalət Muxtarovun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı onun üzərində başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Winchester” markalı siqaret qutusuna və 1 ədəd “Kgitel-B110” markalı mobil telefona baxış keçirildi. Daha sonra təqdim etdiyi pul əskinasları, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq əskinası və 90 qəpik olmaqla ümumilikdə 96 manat 90 qəpik pul olmuşdur. Bundan sonra təhqiqatçı Vəli İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini soruşdu. Təqsirləndirilən şəxs narkotik vasitəni Ağdaş rayonunda tanımadığı dəmir yığan şəxs verdiyini və 3 ay müddətdir ki, şəxsi istifadəsi üçün istifadə etdiyini bildirdi. Bundan sonra təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd “Winchester” markalı siqaret, 1 ədəd “Kgitel-B110” markalı mobil telefon və 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 06 ədəd 1 manatlıq əskinas və 90 qəpik olmaqla ümumilikdə 96 manat 90 qəpik pul ayrı-ayrılıqda bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıldı, Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. xx.xx.2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Kgitel-B110” markalı mobil telefonun daxili bölmələrinə baxış keçirilmiş və baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir dəlil müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 25 fevral 2023-cü il tarixli 16/265 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli və 1 (bir) ədəd “gümüşü” rəngli kağız parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,36 qram, 2,02 qram, ümumi təmiz çəkisi 6,38 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Həmin kağız paketin içərisində olan, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda 1,36 qram bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilmiş toxumlar”-sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda 0,72 qram bitki toxumlar, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər Gəncə şəhər Narkoloji Dispanserinin 01 may 2023-cü il tarixli 765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, polis şöbəsi tərəfindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bərdə rayonu Türkmən kəndində yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı aldığı Ağdaş rayon sakinin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs “Kgtel-B110” markalı mobil telefonu işlədir, mobil telefonun içərisində Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsini işlədir və həmin mobil nömrədən narkotik vasitələrin satışı ilə bağlı zənglər etməmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ əməliyyat kartotekasında hər hansı bir məlumat müəyyən olunmamış, əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 508 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Bərdə rayonunun Türkmən kəndində yaşayır və ailə üzvü qardaşı X3r, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-44/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 27 fevral 2023cü il tarixli, 5(021)-54/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuna uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən ümumilikdə təmiz çəkisi 6,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 2,08 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin evinə baxış, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən narkotik vasitələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı və çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 21 fevral 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən olunur ki, 21 fevral 2023-cü il tarixdə saat 17:45 dəqiqədə Təqsirləndirilən şəxs, Bərdə rayon PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)- 39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2023cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbirinin seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan olunduğu tarix olan xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 6,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd şəffaf sellofan torbacıqda olan ümumi çəkisi 1,36 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 1 ədəd şəffaf sellofan torbacıqda olan ümumi çəkisi 0,72 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 04 (dörd) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 3i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 6,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd şəffaf sellofan torbacıqda olan ümumi çəkisi 1,36 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 1 ədəd şəffaf sellofan torbacıqda olan ümumi çəkisi 0,72 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-130/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-130/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver