Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-130/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Sahil küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. İbtidai araşdırma zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Bakı küçəsi, ev 20 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2007-ci ildə X4 ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından 1 oğlan, 2 qız uşaqları olmuşdur. O, əvvəllərdə narkotik vasitə istifadə etdiyinə görə məhkumluqları olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə azadlığa çıxmışdır. Mahiyyəti üzrə bildirmiş ki, uzun müddətdir ki, arada bir narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitədən istifadə zamanı heç kimə verməmiş və satmamışdır. 10 aprel 2024-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində yerdə 01 ədəd büküm tapmış və həmin bükümə baxan zaman narkotik vasitə olan heroin olmasını müəyyən etmişdir. Özü heroin istifadəçisi olduğu üçün, istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni özü ilə götürmüşdür. 11 aprel 2024-cü il tarixdə saat 14:20 radələrində Bərdə şəhəri, Sahil küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində öz istəyi ilə Bərdə Rayon vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuş və üzərinə keçirilən baxışda iştirak etmişdirlər. Keçirilən baxış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması ondan soruşulduqdan sonra özü könüllü olaraq üzərində saxladığı bir bükümdə olan narkotik vasitəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa ona məxsus olan bir ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçrilmiş, baxış zamanı üzərindən əlavə olaraq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca üzərindən aşkar edilmiş, kütləyə baxış keçrilmiş, baxış zamanı polis əməkdaşları həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzəməsini bildirmişdirlər. Bunun ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və cəmi 0,58 qram olması müəyyən olunmuş və bükülü proses iştirakçılarının iştirakı ilə müvafiq qaydadda 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və proses iştirakçıları ilə həmin qablaşdırmanın üzərinə imza etmiş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Təqdim etdiyi bir ədəd “Nokia” markalı mobil telefon istintaqa təqdim edilmək üçün qablaşdırımış və götürülmüşdür. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, özünü təqsirli bilmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. O, bu barədə də izahat vermişdir. Bir daha bildirmiş ki, üzərində aşkar edilmiş heroin ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Daha sonra onu vəkilinin iştirakı ilə ekspertiza rəyi ilə tanış etmişlər və üzərindən aşkar olunan heroinin 0,443 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, hazırda narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanında heç kəs olmamışdır, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəllər də narkotik vasitəni tapmış, onu gəzərkən təsadüfən tapmışdır. Onun istifadəsində “Nokia” markalı mobil telefon olmuşdur. Həmin telefonda olan mobil nömrə ***-***-**-** mobil nömrəsidir. Onun telefonu və mobil nömrəsi üzərinə axtarış keçirilən zaman qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli ifadə verərək göstərmişdir ki, 11 aprel 2024-cü il tarixdə Bərdə şəhəri Gold Mətin şadlıq sarayının yaxınlığında ona polis əməkdaşlarının yaxınlaşdığını bildirmiş, bundan sonra polis idarəsinə dəvət olunmuşdur. Polis idarəsində olan zaman üzərindən hər hansı narkotik vasitə üzərindən aşkarlanmamışdır. Qeyd edir ki, videogörüntüyə əsasən təqdim etmiş olduğu narkotik vasitə ona məxsus deyildir. Həmin narkotik vasitəni psixoloji təzyiq nəticəsində, eyni zamanda ailə üzvlərinin barəsində qanunamüvafiq tədbir görüləcəyi hədəsi ilə özünəməxsus olduğunu etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirli olmadığını və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmiş ki, 11 aprel 2024-cü il tarixdə saat 14:20 radələrində ünvan 4 ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞnin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14:25 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, Sahil küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına gətirmişdirlər. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmiş ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd “Nokia” markalı mobil telefonu və qara rəngli gödəkcənin sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsə Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 tərəfindən axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 5 manat pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş siqaretin gümüşü rəngli bükümünün içərisinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı içərisində narkotik vasitə hesab edilən heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 10 aprel 2024-cü il tarixdə Bərdə rayon Alaçadırlı kəndi ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağız bükümündə olan narkotik vasitə hesab edilən heroinə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,58 qram müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla həmin qablaşdırmanın üzərinə imza etmişdirlər. Bundan başqa 01 ədəd “Nokia” markalı mobil telefon götürülmüş və 5 manat pul əskinası Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsun konkret olaraq kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satmasını bilmir, o haqda heç nə deyə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektoru vəzifəsində işləyən, polis kapitanı Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 15:00 dəqiqədən saat 15:14 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Dağbeyi oğluna təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd Nokia markalı mobil telefonu və qara rəngli gödəkcənin sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsə Bərdə NMQ-nun əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 tərəfindən axtarış keçirilmiş ve Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 5 manat pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə "heroin" olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş siqaretin gümüşü rəngli kağız bükümünün içərisinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı içərisində narkotik vasitə hesab edilən heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 10 aprel 2024cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndi ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağız bükümündə olan narkotik vasitə hesab edilən heroinə bənzər maddə prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,58 qram müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdirlər. Bundan başqa 01 ədəd Nokia markalı mobil telefon götürülmüş və 5 manat pul əskinası Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürməni özündə əks etdirən videoçəkiliş bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. 12 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin video görüntü 13 dəqiqə 53 saniyə müddətdədir və Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 oğlunun və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Pərvin Səfərli tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd “Nokia” markalı mobil telefonu və qara rəngli gödəkcənin sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsə Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 tərəfindən axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 5 manat pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisində narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş siqaretin gümüşü rəngli bükümünün içərisinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı içərisində narkotik vasitə hesab edilən heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 10 aprel 2024-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndi ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağız bükümündə olan narkotik vasitə hesab edilən heroinə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,58 qram müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla həmin qablaşdırmanın üzərinə imza etmişdirlər. Bundan başqa 01 ədəd “Nokia” markalı mobil telefon götürülmüş və 5 manat pul əskinası Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümün içərisində olan kütlənin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını, əgər narkotik vasitə və ya psixotrop maddədirsə də növünü, təmiz çəkisini müəyyən etmək üçün Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən 11 aprel 2024-cü il tarixdə qəbul edilmiş qərarla məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin ekspertlərinə həvalə edilmiş, Gəncə Regional bölməsinin 12 aprel 2024-cü il tarixli 16/438 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qızılı bükümdə, təmiz çəkisi 0,443 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına(1-ci siyahı) daxildir. Heroinin təmiz çəkisi- 0,443 qram tədqiqata sərf edildi-0,05 qram qalıq- 0,393 qram. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs narkoman kimi xəstə olmasını, narkomaniyadan əzab çəkib-çəkməsini, məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə barəsində 13 aprel 2024-cü il tarixdə tərəfimdən qəbul edilmiş qərarla məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin ekspertlərinə həvalə edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 12 iyun 2024-cü il tarixli 1038 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsi və qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına; Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına; Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına; Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(104)-385/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015; xx.xx.2016; xx.xx.2021-cil tarixlərində “Opioid qəbulu” diaqnozu ilə Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Bərdə RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 2527 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri, Bakı küçəsi, ev 20 ünvanında daimi qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarexterizə olunur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,443 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,393 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk tərəfimdən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış heroin saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. İş materiallarından görünür ki, 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu tərəfindən 3(üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Sahil küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,443 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların, əvvəl törətmiş olduğu cinayətə görə ödənilməmiş və götürülməmiş məhkumluğunun olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Ən əsası isə qeyd olunur ki, Təqsirləndirilən şəxs əməlində residiv vardır, ona təyin ediləcək cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsi özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınma məqsədi daşıyır. Onun tərəfindən fərqli ifadə verilməsi, təqsirinin təkzib edilməsi, bu və ya digər xüsusatları göstərməsi hər hansı dəlillərlə sübut olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağın onun cəzasını yüngəlləşdirən haldır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığı üçün Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,443 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,393 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk tərəfimdən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış heroin saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 0,393 qram bitkisində kustr üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,393 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ********************1 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-130/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-130/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver