Məhkəmə qərarları › İş №1(021)-131/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-131/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-131/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Müdafiəçi: Bərdə rayon Vəkil Bürasunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, Bərdə şəhəri M.F,Axundov küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhəri R.Rza küçəsində yerləşən “Köhnə-Unvermağın” yanında, X3 ilə daşın üstündə oturan zaman, orada işləyən lakin həmin vaxtı orada olmayan bütün fəhlələrin ünvanına söyüş söydüyü üçün, Elçin Allahverdiyev ona öz etirazını bildirdikdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində, belində olan toqqanı çıxararaq Elçin Allahverdiyevin baş nahiyəsindən bir dəfə qəsdən vuraraq başın alın nahiyəsinin 2 ədəd cırılmış yarası, küt əşyanın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 tanıyır. Elçin Allahverdiyevlə dəfələrlə birlikdə işləmiş, aralarında əvvəllər ədavətləri olmamışdır. Elçin Allahverdiyevin onun barəsində yazmış olduğu ərizə ilə tanış oldu. Bununla əlaqədar onu qeyd etmişdir ki, 07.06.2021-ci il tarixdə səhər saat 11:00 radələrində iş yoldaşı Əlizadə ilə zarafat edən zaman, aralarında söyüş zarafatı olmuşdur. Bu vaxtı Elçin ona, “!ümumi söyüş söymə” demişdir. O da, Elçinə, ümumi fəhlələrə söyüş söymədiyini demişdir. Sonra Elçin onun üstünə gələrək onu vuracağını dedikdə, o da, əlində olan toqqa ilə Elçinin baş nahiyəsinə vurmuş və oradan kənarlaşıb çıxıb getmişdir. O, Elçini vuran zaman mübahisənin 1-2 dəqiqə davam etdiyini, hadisəni birlikdə fəhləlik etdiyi Sabir və Əlizadə adlı şəxslərin gördüyünü qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Köhnə Unvermağın yanında günəmuzd işləyir. Onunla bərabər orada bir neçə fəhlədə olur. 07.06.2021-ci il tarixdə saat 11:00 radələrində fəhlə kimi durduqları yer olan Bərdə şəhəri Unvermağın yanında olan zaman, Kənan adlı tanışı, sərxoş vəziyətdə ora gəlmiş və söyüşlər söyməyə başlamışdır. O da, Kənana demişdir ki, söyüş söyməsin və bundan sonra Kənan orada olmayan fəhlələrin ümumi ünvanına söyüş söymüşdür. O, təkrar Kənana öz etirazını bildirən zaman, Kənan ondan bir qədər aralaşmış və belində olan toqqanı açaraq dəmir hissəsi ilə onun baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Fəhlə kimi durduğu yerdə sonradan atası Uğurlu da gəlmiş və atası onu oradan götürərək evə gətirmiş, daha sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Kənanla aralarında baş vermiş mübahisənin 1-2 dəqiqə davam etdiyini, hadisə çox qısa vaxt ərzində baş verdiyindən, hadisəni onun yanında olan tanışları Sabir və Əlizadə adlı fəhlələrdən başqa şəxslərin görmədiyini, hadisə zamanı baş nahiyəsindən xəsarət aldığını qeyd etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X2 və Təqsirləndirilən şəxs tanıyır. Kənan və Elçin onunla bərabər Bərdə rayonu köhnə unvermağın yanında günəmuzd işçi kimi dururlar. Kənan və Elçin arasında əvvəllər ədavət olmasını görməmiş və eşitməmişdir. Hər zaman onların arasında olan münasibət normal olmuşdur. 07.06.2021-ci il tarixdə saat 11:00 radələrində o, Kənan, Elçin və Əlizadə bir yerdə unvermağın qarşısında daşın üstündə oturmuşdurlar. Kənan hansısa söz işlətmiş, o fikir verməmişdir, Elçin Kənana cavab qaytarmış və Kənanda Elçini söyərək belindəki toqqanı çıxardaraq Elçinin baş nahiyəsindən vuraraq çıxıb getmişdir. Elçin isə başın tutaraq yerdə oturmuşdur. O da, Elçinə köməklik etmiş və Elçinin atası Uğurlu gəldikdən sonra o, Elçini yola salmışdır. Elçinlə Kənan arasında baş vermiş mübahisə 1-2 dəqiqə davam etmiş, mübahisəni ondan və tanışı Əlizadədən başqa heç kim görməmişdir. Materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/n zona mərkəzinin 07.06.2021-ci il tarixli 491 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – başın alın nahiyəsinin 2 ədəd cırılmış yarası, küt əşyanın küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə yəni 07.06.2021-ci ilə uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Materiala əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 28.02.2010-cu il tarixdə Qazax Hərbi Məhkəməsi tərəfindən 338.1, 62 maddəsi ilə 400 manat cərimə edimişdir. Materiala əlavə edilmiş Bərdə şəhər İcra nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, oğlu M.F.Axundov küçəsi 9 nömrəli evdə anadan olmuş, orta təhsilli olmaqla əhali arasında özünü həmişə şərafətli aparmış, əhalinin dərin hörmətini qazanmış, nümayəndəliyə onun barəsində heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən alınmış arayışdan görünür ki, himayəsində, 2013 və 2014 təvəllüdlü iki övladı var. Materiala əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhəri R.Rza küçəsində yerləşən “Köhnə-Unvermağın” yanında, X3 ilə daşın üstündə oturan zaman, orada işləyən lakin həmin vaxtı orada olmayan bütün fəhlələrin ünvanına söyüş söydüyü üçün, Elçin Allahverdiyev ona öz etirazını bildirdikdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində, belində olan toqqanı çıxararaq Elçin Allahverdiyevin baş nahiyəsindən bir dəfə qəsdən vuraraq başın alın nahiyəsinin 2 ədəd cırılmış yarası, küt əşyanın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar