Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-131/2022 06.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Qaradağlı kəndi ərazisindən keçən magistral yolun kənarında təxminən 10-15 dəqiqə əvvəl Güloğlular kəndi ərazisində yerləşən Məkan kafesində içdikləri çay pulunun Zərərçəkmiş şəxs tərəfindən verilməsini bildirməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əli ilə 1 dəfə qəsdən vurub sonuncuya burunun yumşaq toxumasının şişkinliyi və qançırı, burun tənəffüsünün pozulması ilə burun çəpərinin qığırdaq hissəsinin sola meyilliliyi ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun yaxın qohumu olduğunu, 14 dekabr 2021-ci il tarixdə o, Kənan və Məhəmməd ilə birlikdə yaşadığı küçədə söhbət edərkən yanlarına Ağanın gəldiyini, ad günü olduğunu dediyini, onları çay içməyə dəvət etdiyini, yanında olan Kənan və Məhəmməd Ağaya cibimizdə pulumuzun olmadığını deyib gedə bilməyəcəklərini bildirdiyini, lakin Ağa onda pul olduğunu, çayın pulunu özü verəcəyini söylədiyini, onunla razılaşdıqdan sonra Bərdə rayonu Təzə bazar adlanan yerin yaxınlığında yerləşən “Məkan” kafesinə getdiklərini, orada çay içib söhbət edəndən sonra çayın pulunun vermək vaxtı Ağa onları stolda qoyub bayıra çıxdığını, onlar çayın pulunu Ağa tərəfindən verilməsini gözlədiklərini, lakin Ağa gəlmədiyini, onun dalınca bayıra çıxdıqlarını, Ağanın yolun kənarı ilə getdiyini görüb çağırdıqlarını, Ağanın yanına çatanda o, Kənan və Məhəmməd “niyə belə elədin bizi pis vəziyyətdə qoydun”, çayın pulunu verməmiş oradan çıxıb getdiyini söylədiklərini, Ağa onlara “yaxşı edirəm” deyib ona yumruq atdığını, lakin o yana çəkildiyini, yumrua ona dəymədiyini, həmin vaxtı əli ilə Ağanın sifət nahiyyəsinə bir dəfə vumruq vurduğunu, Kənan və Məhəmməd onları aralaşdırdığını, sonradan Ağa ilə söhbət edib barışdıqlarını və Ağa həmin çayxanaya olan 5 manat çay pulunu ödədikdən sonra birlikdə yaşadıqları ünvana getdiklərini bildirdi. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə yaxın qohum olduğunu, aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmadığını, 14 dekabr 2022-ci il tarixdə ad günü olduğu üçün buna görə də həmin günü saat 20 radələrində yaşadığı küçədə olan zaman Elvin, Kənan və Məhəmməd ona ad gününü qeyd etmək üçün çay qonaqlığı verməyini dediklərini, Ağa onlara pulunun olmadığını, sonra pulu olan zaman çay içməyə gedəcəyini, lakin, Elvin ona pulunun olduğunu və yaxınlıqda çay içmək istədiyini dediyini, Ağa onunla razılaşıb və birlikdə Bərdə rayonu Təzə bazarın yanında yerləşən Məkan çay evinə getdiklərini, Məkan kafesində oturduqları stolua bir çaynik çay gəldiyini, həmin vaxtı Ağa çayın pulunun qiymətini soruşduğunu, çayı gətirən şəxs çay pulunun 5 manat olduğunu dediyini, o, həmin vaxtı onlara pulunun olmadığını deyini, kafedən bayıra çıxdığını, bayıra çıxanda Elvin onun arxasınca gələrək hara gedirsən niyə çayın pulunu vermədən gedirsən söylədiyini, Ağa ona pulunun olmadığını dediyini, həmin vaxtı Elvin onunla mübahisə edərək qəflətən əli ilə bir dəfə burun nahiyyəsinə vurduğunu, orada olan Kənan və Məhəmməd onları aralaşdırdığını, bundan sonra evə getdiyini, evdə valideynlərinə yıxıldığını bildirdiyini, sonra isə 19 dekabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə gəlib Elvin tərəfindən döyüldüyü barədə ərizə yazdığını bildirdi. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar arasında dava-dalaş 4-5 dəqiqə davam etmiş, dava-dalaş zamanı orada Kənan və Məhəmməddən başqa heç kimin olmamışdır. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğlu olduğunu, 14 dekabr 2021-ci il tarixdə oğlu Ağanın ad günü olduğunu, oğlu Ağa yaxın qohumu olan və qonşuluqda yaşayan Elvin, Kənan və Məhəmməd ilə ad gününü qeyd etmək üçün şəhərə getdiklərini, şəhərdən qayıtdıqdan sonra oğlu Ağanın sifət nahiyyəsinin şişkin olduğunu görüb ondan “sənə nə olub kiminlə dalaşmısan sifətin bu gündədir” dediyini, Ağa ona yıxıldığını, heç kimlə dalaşmadığını bildirdiyini, 15 dekabr 2021-ci il tarixdə Ağanı Bərdə rayon Mərkəzi xəstəxanasına apardığını, orada ilkin tibbi yardım göstərildikdən sonra evə gəldiklərini, Ağadan bir daha kimlə dalaşmısan soruşduğunu, Ağa ona qorxduğu üçün demədiyini, ad günündə Elvinlə dalaşdığını və Elvin yumruqla Ağanın burun nahiyyəsinə vurduğunu dediyini, Elvin onun yaxın qohumu olduğunu, lakin o, bir dəfə də olsun gəlib səhv etdiyi üçün ondan üzr istəmədiyini, buna görə Ağa ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlib Elvindən şikayət etdiyini bildidi. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində Zərərçəkmiş şəxs ilə yaxın qohum olduğunu, 14 dekabr 2021-ci il tarixdə Elvin və Kənan ilə birlikdə yaşadığı küçədə söhbət etdiklərini, həmin vaxtı onların yanına Ağa gəldiyini və Ağa ad günü olduğunu dediyini, onları çay içməyə dəvət etdiyini, lakin Məhəmməd ona ciblərində pullarının olmadığını bildirib gedə bilməyəcəklərini dediyini, lakin Ağa onda pul olduğunu, çayın pulunu özü verəcəyini söylədiyini, onunla razılaşıb Bərdə rayonu Təzə bazar adlanan yerin yaxınlığında yerləşən Məkan çay evinə getdiklərini, orada çay içib söhbət edəndən sonra çayın pulunun vermək vaxtı Ağa onları stolda qoyub bayıra çıxdığını, onlar Ağanın gəlib çayın pulunu verməsini gözlədiklərini lakin Ağanın gəlmədiyini görüb onun dalınca bayıra çıxdıqlarını, Ağanın yolun kənarı ilə getdiyini görüb çağırdıqlarını, Ağanın yanına çatanda ona niyə belə elədin bizi pis vəziyyətdə qoydun, çayın pulunu verməmiş oradan çıxıb getdiyini dediklərini, Ağa da yaxşı edirəm deyib Elvinə yumruq atdığını, Elvində onun sifət nahiyyəsinə bir vumruq vurduğunu, Kənanla birlikdə onları aralaşdırdıqlarını, sonra Ağa ilə söhbət edib səhv etdiyini dediklərini, Elvinlə və Ağa barışdığını və Ağa öz səhvini başa düşdüyü üçün çayxanaya qayıdaraq 5 manat çay pulunu ödəyib yaşadıqları evə getdiklərini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində Zərərçəkmiş şəxs ilə yaxın qohum olduğunu, 14 dekabr 2021-ci il tarixdə Elvin və Məhəmməd ilə birlikdə yaşadığı küçədə söhbət etdiklərini, həmin vaxtı onların yanına Ağa gəldiyini və Ağa ad günü olduğunu dediyini, onları çay içməyə dəvət etdiyini, lakin Kənan ona ciblərində pullarının olmadığını bildirib gedə bilməyəcəklərini dediyini, lakin Ağa onda pul olduğunu, çayın pulunu özü verəcəyini söylədiyini, onunla razılaşıb Bərdə rayonu Təzə bazar adlanan yerin yaxınlığında yerləşən Məkan çay evinə getdiklərini, orada çay içib söhbət edəndən sonra çayın pulunun vermək vaxtı Ağa onları stolda qoyub bayıra çıxdığını, onlar Ağanın gəlib çayın pulunu verməsini gözlədiklərini lakin Ağanın gəlmədiyini görüb onun dalınca bayıra çıxdıqlarını, Ağanın yolun kənarı ilə getdiyini görüb çağırdıqlarını, Ağanın yanına çatanda ona niyə belə elədin bizi pis vəziyyətdə qoydun, çayın pulunu verməmiş oradan çıxıb getdiyini dediklərini, Ağa da yaxşı edirəm deyib Elvinə yumruq atdığını, Elvində onun sifət nahiyyəsinə bir vumruq vurduğunu, Məhəmmədlə birlikdə onları aralaşdırdıqlarını, sonra Ağa ilə söhbət edib səhv etdiyini dediklərini, Elvinlə və Ağa barışdığını və Ağa öz səhvini başa düşdüyü üçün çayxanaya qayıdaraq 5 manat çay pulunu ödəyib yaşadıqları evə getdiklərini bildirmişdir. Cinayət işinin 77-78-ci vərəqələrində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-12-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1041 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–burunun yumşaq toxumasının şişkinliyi və qançırı, burun tənəffüsünün pozulması ilə burun çəpərinin qığırdaq hissəsinin sola meyilliliyi küt əşyanın təsirindən törənmişdir, müddəti 14 dekabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 71-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 64-cü vərəqəsində olan Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barışmışlar, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-131/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-131/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver