Məhkəmə qərarları › İş №1(021)-131/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-131/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-131/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,885 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 28 fevral 2023-cü il tarixdə saat 10:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, C.Cabbarlı küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,885 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə X1 ilə ailə həyatı qurmuş, onların birgə nigahlarından 2 övladları 2009-cu il təvəllüdlü X3, 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər 2004-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, 2009-cu ildə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə, 2015-ci ildə isə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə məhkum olunmuş, cəzasını cəkmiş və məhkumluğu ödənilmişdir. Əvvəllər narkotik vasitə istifadə etmiş, sonradan istifadə etməmiş, ancaq son 2 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında Bərdə şəhəri Dəmiryol vağzalının yanında piyada gedərkən yerdən 1 ədəd sellofan büküm tapmış və içərisinə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, həmin sellofanı götürmüş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bərdə şəhəri C.Cabbarlı küçəsində olarkən yolda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb və özlərinin Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun üzərində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, istifadəsi və üzərində saxlaması barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt onlara etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində ona vəkil təqdim olunmuş, bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuş, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda olan bükümü, 1 ədəd KGTEL markalı mobil telefonu və 26 manat pul əskinasını çıxardaraq masanın üzərinə qoyaraq sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 20 qəpik pul aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükülüyə baxış keçirilmiş, baxış zamanı sellofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən aşkar edilmiş 1 ədəd selloffan bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş ümumi çəkisinin 0,95 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırılıb, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar edilmiş 01 ədəd KGTEL markalı mobil telefon da ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənib və üzəri tərəflərin iştirakı ilə imzalanmışdır. Sonra isə üzərindən aşkar edilmiş ona məxsus 26 manat 20 qəpik pul əskinası qaytarılıb ona verilmişdir. Son iki ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni cibində şəxsi istifadəsi üçün saxlamışdır. Üzərinizdə aşkar edilmiş narkotik vasitə olan heroindən başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilmir, xəlvət qəbul etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. 28 fevral 2023-cü il tarixdə onlara ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra ondan, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 İmran oğlundan və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:20 radələrində tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Cabbarlı küçəsində saxlanılıb, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq üzərində narkotik vasitələr saxlamasında şübhəli olması bildirilib ona əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilib və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmiş, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 İmran oğlunun, Bərdə rayon polis şöbəsinin KTQ-nun baş inspektoru, polis baş leytenantı Şahid3 və Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilən əşyalar və sənədlər varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd KGTEL markalı mobil telefonu və 26 manat pul əskinasını masanın üzərinə qoyaraq sellofan bükümdə içərisində narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 20 qəpik pul aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümə baxış keçirilmiş, həmin sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni 27 fevral 2023-cü il tarixdə Bərdə şəhəri dəmir yolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, narkotik vasitə olan heroinə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisinin 0,95 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin, təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qoyulub qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş 01 ədəd KGTEL markalı mobil telefon da 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin şübhəli şəxsin üzərindən aşkar edilmiş 26 manat 20 qəpik pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən qaytarılıb Təqsirləndirilən şəxs təhvil verilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmış və şəxsi axtarış yekunlaşdırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş digər şahidlər Şahid3 və CPM-in 317-ci maddəsinə əsasən ifadəsi elan və tədqiq edilmiş Şahid2 İmran oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilən 28 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 11:15dən başlayaraq saat 11:30-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs qərarla tanış edilərək üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd KGTEL markalı mobil telefonu və 26 manat pul əskinasını masanın üzərinə qoyaraq sellofan bükümdə içərisində narkotik vasitə olan “heroin” olduğunu bildirir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 20 qəpik pul aşkar edilərək masanın üzərinə qoyulur. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 1 ədəd sellofan bükümə baxış keçirilib, həmin sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni 27 fevral 2023-cü il tarixdə dəmir yolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, narkotik vasitə olan heroinə bənzər maddəni proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 0,95 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün Təqsirləndirilən şəxs iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürləmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra 01 ədəd KGTEL markalı mobil telefon zərfdə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin şübhəli şəxsin üzərindən aşkar edilmiş 26 manat 20 qəpik pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılıb təhvil verilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış keçirilməsi başa çatdırılmış və videoçəkiliş dayandırılıb, şəxsi axtarış yekunlaşdırılmışdır. 28 fevral 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən diskə baxış keçirilməsinə dair protokodan görünür ki, bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 28 fevral 2023-cü il tarixdə 13 dəqiqə 14 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 bildirir ki, Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat raportla Bərdə RPŞ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə 28 fevral 2023-cü il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 10:10 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bərdə şəhər C.Cabbarlı küçəsində saxlanılmış, üzərində şəxsi axtarış və götürmə aparılması üçün rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayonu vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs ilə vəkil arasında konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradıldığını bildirir, konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq protokol tərtib edildiyini deyir. Şəxsi axtarış və götürmənin xx.xx.2023-cü il tarixdə saat 10:55-də «Samsung» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirildiyi deyilir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstünə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilir. Şübhəli şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunur və şübhəli şəxsdən iştirakçılara etirazının olub olmaması soruşulur, heç bir etirazının olmadığını bildirir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd KGTEL markalı mobil telefonu və 26 manat pul əskinasını masanın üzərinə qoyaraq sellofan bükümdə içərisində narkotik vasitə olan “heroin” olduğunu bildirir. Ardınca şübhəli şəxsəin üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 20 qəpik pul aşkar edilərək masanın üzərinə qoyulur. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 1 ədəd sellofan bükümə baxış keçirilir, həmin sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni 27 fevral 2023-cü il tarixdə dəmir yolu vağzalının yaxınlığından tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, narkotik vasitə olan heroinə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilir və çəkisinin 0,95 qram olması müəyyən edilir. Həmin narkotik vasitə tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün təqsirləndirilən şəxsin iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənir və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edirlər. Daha sonra 01 ədəd KGTEL markalı mobil telefon zərfdə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülür. Həmçinin şübhəli şəxsin üzərindən aşkar edilmiş 26 manat 20 qəpik pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılıb təhvil verilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış başa çatır və videoçəkiliş dayandırılır. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır. 28 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus olan mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götürülmüş 01 ədəd KGTEL markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən zamanı məyyən olunmuşdur ki, mobil telefon sadə mobil telefondur, qara rəngdədir, üstündə KGTEL və Q2 yazı yazılmışdır. Mobil telefonun arxasında bir dənə kiçik ölçülü bir dənə də böyük ölçülü kamerası vardır və Aİ CAMERA sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms yazışmalarının olması görünür. Həmin zənglərə, sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms yazışmalarının olmadığı aşkar edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 01 mart 2023-cü il tarixli, 16/276 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,885 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi - 0,885 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq-0,835 qram. Bərdə rayon polis şöbəsindən verilən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə etmə mənbəyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına, xx.xx.2009-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2015-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2015-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə 05 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Bərdə rayon mərkəzi xəstəxanası X15 xx.xx.2023-cü il tarixli, 5982 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nın X15 poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Bərdə rayon mərkəzi xəstəxanası X15 xx.xx.2023-cü il tarixli, 5982 nömrəli arayışından görünür ki, Bərdə şəhəri C.Cabbarlı küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. X2 19 may 2023-cü il tarixli, 870 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0,885 qram narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,835 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,885 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 28 fevral 2023-cü il tarixdə saat 10:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, C.Cabbarlı küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,885 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni növ cinayət əməllərini dəfələrlə törətməsini və müxtəlif vaxtlarda müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məruz qalmasını, lakin həmin cəzalardan nəticə çıxarmayaraq və islah olunmayaraq yenidən eyni növ cinayəti törətməsini nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə saat 10:10-da Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 01 mart 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 28 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,835 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 28 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,835 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar