Məhkəmə qərarları › İş №1(021)-132/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-132/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-132/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri Bakı küçəsi ev 17-də qeydiyyatda olan və Bərdə rayonu Güloğlular kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 5 (beş) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram olmaqla, ümumi təmiz çəkiləri 17,28 qram və 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram olmaqla, ümumi təmiz çəkisi 153,65 qram olan bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evinin otağında saxlamış, 19 dekabr 2022-ci il tarixdə saat təxminən 2150 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evinin otağından ona məxsus 5 (beş) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram və 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram olmaqla, ümumi təmiz çəkisi 170,93 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan vaxdan təxminən 10-12 gün əvvəl Bakı şəhərində internet vasitəsi ilə tanış olduğu Ukrayna Respublikası vətəndaşından ümumi çəkisi 200 qram olan qurudulmuş marixuananı 400 manata almış, narkotik vasitə istifadə etdiyindən həmin narkotik vasitəni kirayədə yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən evində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 2150 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlamış və ona narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, səmimi olaraq yaşadığı evdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı saxlamağını bildirmişdir. Polis əməkdaşları kirayə yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, buna etiraz etməmişdir. Polis əməkdaşları onun yaşadığı evə baxış keçirmiş, baxış zamanı evdə saxladığı 6 ədəd kibrik qutusunda olan marixuananı, 4 ədəd polietilen bükümdə olan qurudulmuş marixuananı polis əməkdaşlarına könüllü təqdim etmişdir. Polis əməkdaşları onun kirayə yaşadığı evdə marixuanaları qablaşdıraraq götürmüşlər və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Polis əməkdaşları onun narkotik vasitə saxladığı masanın alt hissəsindən bir ədəd elektron tərəzi aşkar etmişlər. Polis əməkdaşları tərəzini hansı məqsədlə saxladığını bildirmiş, tərəzini narkotik vasitə çəkmək məqsədi ilə saxlamadığını, tərəzinin xeyli vaxtdır ki, yaşadığı evdə olduğunu bildirmişdir. Arvadı qızıl alıb-satmaqla məşğul olduğundan evdə tərəzi saxlamışdır. Həmin tərəzi arvadı Nuridəyə məxsus olmuşdur. Tərəzi evin başqa otağında olmuş, polis əməkdaşları tərəzini gətirərək jurnal masasının alt hissəsinə qoymuşlar. Ümumiyyətlə, narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmir, kibrit qutularında satılır. Polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin, üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Narkotik vasitədən istifadə etdiyinə görə əməlindən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Ailəlidir və himayəsində heç yerdə işləməyən arvadı və bir nəfər azyaşlı uşağı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsi yeganə qazanc gətirəndən məhrum olunmaqla onlar üçün məhrumiyyətlər yaranar. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin saxlaması barədə Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat tədbirləri keçirilərək xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kəndində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Sonuncuya yaşadığı evə və üzərinə baxış keçirəcəkləri bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərində və ya evdə narkotik vasitə saxlayırsa könüllü təqdim edilməsi bildirilmişdir. Tərəflərindən videoçəkilş aparılmaqla baxış keçirilərkən Təqsirləndirilən şəxs özü könüllü olaraq Bərdə rayonu Güloğlular kəndində yaşadığı evdə otaqların birində olan jurnal masasının aşağı hissəsindən 5 ədəd kibrit qutusu, 1 ədəd yarı kəsilmiş kibrit qutusu, əlavə olaraq 4 ədəd polietilen torbanı masanın üzərinə qoymuşdur. X5 tərəfindən 9 ədəd alışqan, 1 ədəd elekrton tərəzi, 2 ədəd mobil telefon, götürülərək masanın üzərinə qoyulmuşdur. Bütün aşkar olunan narkotik vasitə olan marixuana qablaşdırılarq möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçıkar tərəfindən imzalanmışdır. Evdə qadın olmuş, lakin onlar axtarış apararkən qonşuya keçmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alışı və ya satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 5-6 ay əvvəl Aftandil Axundov adlı şəxs ondan xahiş etmişdir ki, adına mobil nömrə alıb ona versin. O da razılaşaraq öz adına bir ədəd mobil nömrə alıb Aftandil Axundova vermişdir. Həmin mobil nömrə vasitəsi ilə Aftandil Axundov Təqsirləndirilən şəxs zəng etdiyindən onu Bərdə RPŞ-nə dəvət edərək Təqsirləndirilən şəxs barəsində suallar verilmiş, o isə cavabında Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanıdığını bildrmişdir. Təqsirləndirilən şəxs hansı işlə məşğul olduğunu bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirməmişdir. Çünki, o heç vaxt Təqsirləndirilən şəxs narkotik satıcısı kimi tanımamışdır. Latın qrafikası ilə yazıb-oxuya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini müstəntiq yazmış, o isə oxumadan imza etmişdir. Latın qrafikası ilə yazıb-oxuya bilmədiyindən müstəntiqin onun adından nə yazdığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Lakin onunla heç bir yaxın münasibəti yoxdur və olmamışdır. Təxminən bir il əvvəl özünə məxsus mobil nömrəni çoxdan tanıdığı Rufal adlı şəxsə satmışdır. Lakin mobil nömrəni qeydiyyatdan çıxarmamışdır. Onun adına olan mobil nömrədən Təqsirləndirilən şəxs sms getmiş və bununla əlaqədar onu Bərdə RPŞ-nə dəvət edərək suallar vermişlər. Polis əməkdaşlarına Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi, uzaq qohum kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu eşitmiş, ancaq narkotiklərin satışı ilə məşğul olduğunu eşitməmişdir. Bərdə RPŞ-nə verdiyi ifadəsini müstəntiq yazmış, ona oxumadan imza etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin YYÇ-nin işləri üzrə inspektoru işləyir. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı tanımışdır. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması barədə Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bərdə rayonu Güloğlular kəndində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Videoçəkiliş keçirilməklə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən evə baxış keçirilmişdir. Videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarının birində olan jurnal masasının aşağı hissəsindən 5 ədəd kibrit qutusu, 1 ədəd yarı kəsilmiş kibrit qutusu, əlavə olaraq 4 ədəd polietilen torbanı masanın üzərinə qoymuşdur. 5 ədəd kibrit qutusunun, 1 ədəd yarı kəsilmiş kibrit qutusunun, əlavə olaraq 4 ədəd polietilen torbanın içərisindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən narkotik vasitələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı elektron tərəzi aşkar edilib-edilməməsi yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü təqdim etmiş, təqdim etdiyi narkotik vasitələri özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı qaydada zor tətbiq edilməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 20 dekabr 2022-ci il tarixli 16/1399 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 6 kibrit qutusunda olan narkotik vasitə olan marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3.01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram, ümumi təmiz çəkisi 17,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf rəngli politrendə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr" yazı və imzalar olan sellofan paketdəki 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram, ümumi təmiz çəkisi 153,65 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, 7-9 №-li obyektlər orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olub, 10 №-li obyekt ilə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. -Tədqiqata təqdim olunmuş 1-9 №-li obyektlər orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olub, 10 №-li obyektlə orqanoleptik və tərkiblərinə görə eyni deyildirlər. -Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd kiçik ölçülü tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə izləri aşkar edilmədi.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 5/07 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “KGTEL” markalı “K5” modelli proqram təminatında olan “**********00158, **********00158” “ımeı” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir (mobil telefonun proqram təminatında olan “ımeı” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “ımeı” kod fərqlidir). -Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy S20 FE” markalı “SM-G780F/DS” modelli “**********21018, **********21017" “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. -Təqdim edilmiş “KGTEL” markalı “K5” modelli mobil telefonun “Contacts” bölməsində on üç ədəd kontaktlar, “Call logs” bölməsində on bir ədəd yığılmış, on bir ədəd qəbul olunmuş, otuz iki ədəd buraxılmış (missed calls) və altı ədəd qəbul olunmamış zənglər, “Messaging” bölməsində otuz dörd ədəd qəbul olunmuş mesajlar müəyyən olundu. -Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “KGTEL” markalı “K5” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. -Təqdim edilmiş “KGTEL” markalı “K5” modelli mobil telefonun texniki göstəriciləri “WhatsApp” “WhatsApp Plus”, “WhatsApp Business” proqram təminatları, “Tiktok” və “İnstagram” sosial şəbəkələrinə aid proqram təminatları vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmadı. -Rəyin “Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “KGTEL” markalı “K5” modelli mobil telefonun “Contacts” bölməsində on üç ədəd kontaktları, “Call logs” bölməsində on bir ədəd yığılmış, on bir ədəd qəbul olunmuş, otuz iki ədəd buraxılmış (missed calls) və altı ədəd qəbul olunmamış zəngləri, “Messaging” bölməsində otuz dörd ədəd qəbul olunmuş mesajları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. -Tədqiq olunan “Samsung Galaxy S20 FE” markalı “SM-G780F/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video faylar, “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). -Rəyin “Tədqiqi hissəsi”nin 7-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy S20 FE” markalı “SM-G780F/DS” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” “WhatsApp Plus”, “WhatsApp Business” proqram təminatları, “Tiktok” və “İnstagram” sosial şəbəkələri vasitəsi ilə aparılan məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. -Təqdim edilmiş “Samsung Galaxy S20 FE” markalı “SM-G780F/DS” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, buraxamış, qəbul olunmuş və çıxan səsli zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 7-ci bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. -Rəyin “Tədqiqi hissəsi”nin 9-cu bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy S20 FE” markalı “SM-G780F/DS” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Tiktok” sosial şəbəkəsinə aid proqram təminatı üzərində hər hansı bir məlumat (çat seansı, paylaşımlar və sairə) mübadiləsinin olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 01 may 2023-cü il tarixli 826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 5 (beş) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram olmaqla, ümumi təmiz çəkiləri 17,28 qram və 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram olmaqla, ümumi təmiz çəkisi 153,65 qram, birlikdə isə ümumi təmiz çəkisi 170,93 qram olan bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən evdə saxlaması işin gerçək halları ilə təsdiq olunsa da, həmin narkotik vasitələrini məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Bu, aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaradır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin, o cümlədən bükümlərin sayının nisbətən çox olması isə həmin narkotik vasitənin mütləq mənada satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. Təqsirləndirilən şəxs yaşadığı evdən elektron tərəzi aşkar edilsə də, tərəzinin üzərində narkotik vasitə olan qurudulmuş marixuananın izləri aşkar edilməmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 20 dekabr 2022-ci il tarixli 16/1399 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Habelə Təqsirləndirilən şəxs ifadəsində həmin tərəzidən arvadının məişət işləri məqsədi ilə istifadə etdiyini göstərdi. Qeyd edilməlidir ki, istənilən evdə məişət ehtiyacları üçün istifadə olnan elektron tərəzinin olması mümkündür. Belə olan halda, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsin yaşadığı evdən elektron tərəzinin aşkar edilməsi onun həmin tərəzi ilə narkotik vasitəni çəkib satmasına dəlalət etmir. İstintaq orqanı tərəfindən cinayət işi materiallarına əlavə edilmiş SMS mətnlərinə baxış keçirilmiş, həmin SMS mətnlər mücərrəd olmaqla həmin mətnlərdən də Təqsirləndirilən şəxs hansısa konkret şəxsə narkotik vasitə satması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak edən Bərdə RPŞ-in əməkdaşları iş üzrə həm ibtidai istintaqda, həm də məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yalnız onun qanunsuz narkotik vasitələrin saxlaması haqqında olmasını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara heç bir məlumatın daxil olmadığını, o cümlədən, narkotik vasitə aşkar olanan zaman Təqsirləndirilən şəxs həmin narkotikin özünün şəxsi istifadəsi məqsədi ilə əldə edib saxladığını bildirdiyini göstərmişlər. Bundan başqa məhkəmə iclasında dindirilmiş digər şahidlər də (Şahid1, Şahid2 və Şahid3) Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasının şahidi olmamışlar. Həmin şahidlər ibtidai istintaq dövründə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitdiklərini bildirsələr də, onun konkret olaraq hər hansı şəxsə narkotik satmasını bildirməmişlər. Məhkəmə istintaqı zamanı isə həmin şəxslər Bərdə RPŞ-nə verdiyi ifadələrini müstəntiqin yazdığını və onlara oxumadan imza etdirdiyini, latın qrafikası ilə yazıb-oxuya bilmədiklərindən müstəntiqin onların adından nə yazdığını bilmədiklərini, əslində isə onların Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən ifadə vermədiklərini göstərdilər. Göründüyü kimi, həmin şahidlərin ifadələri mücərrəd formada olduğundan, təqsirləndirilən şəxsin narkotik vasitə satmasını təsdiq edən sübut kimi nəzərə alına bilməz. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 01 may 2023-cü il tarixli 826 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 5(beş) ədəd kibrit qutusunda və 1(bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram olmaqla, ümumi təmiz çəkiləri 17,28 qram və 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram olmaqla, ümumi təmiz çəkisi 153,65 qram olan bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evinin otağında saxlaması, 19 dekabr 2022-ci il tarixdə saat təxminən 2150 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evinin otağından ona məxsus 5 (beş) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan yarımçıq kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,01 qram, 2,67 qram, 3,54 qram, 3,05 qram, 3,26 qram, 1,75 qram və 4 (dörd) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,91 qram, 22,93 qram, 56,68 qram, 57,13 qram olmaqla, ümumi təmiz çəkisi 170,93 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 2261 nömrəli arayışdan görünür ki, Zeynalov X6 şəhəri Bakı küçəsi 17 nömrəli evdə yaşayır. Ailə üzvləri: yoldaşı X3 və oğlu 2017-ci il təvəllüdlü X1 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu yaşayış yeri üzrə müsbət xarakterizə edimişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 25 yanvar 2023-cü il tarixli 96 nömrəli tibbi arayışından və digər tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Dəmirdefisitli vəziyyət. Naməlum leykositor. Ağciyərlərin xronik obstnuktiv xəstəliyi” diaqnozu ilə xəstədir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda səhvini başa düşür və əməlindən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur, “Dəmirdefisitli vəziyyət. Naməlum leykositor. Ağciyərlərin xronik obstnuktiv xəstəliyi” diaqnozu ilə xəstədir. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı, bir nəfər 2017-ci il təvəllüdlü azyaşlı uşağı vardır və o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi onun himayəsində olan şəxsləri, o cümlədən, 2017-ci il təvəllüdlü X4 yeganə qazanc gətirən şəxsdən məhrum etməklə onlar üçün əlavə məhrmyyətlər yaradar. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, “Dəmirdefisitli vəziyyət. Naməlum leykositor. Ağciyərlərin xronik obstnuktiv xəstəliyi” diaqnozu ilə xəstə olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 02 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, əməlində cəzasını ağırlaşdırıan halların olmamasını, habelə əməlindən son dərəcə peşman olmasını, məhkəmə iclsında bir daha hər hansı qanunsuz əməl törətməyəcəyinə vəd verməsini nəzərə alır, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 19 dekabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 4(021)-191/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, «Ev dustaqlığı» qətimkan tədbirinın müddətinin Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılması, Təqsirləndirilən şəxs ev dustaqlığını Bərdə rayonu Güloğlular kəndində yaşadığı evdə çəkməsi, Təqsirləndirilən şəxs yaşayış yerini tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, istintaq və məhkəmə orqanlarının çağırışlarına gəlmək, xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək istisna olmaqla, yaşayış yerindən çıxmaq, telefondan, poçt göndərişlərindən və digər rabitə vasitələrindən istifadə etmək, istintaqla dairəsi müəyyən olunmuş şəxslərlə ünsiyyətdə olmaq və onları evində qəbul etməyin qadağan olunması və ona nəzarət telefon zənglərinə və digər nəzarət siqnallarına cavab vermək, istintaq orqanına və təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən vaxtlarda zəng etmək, yaxud şəxsən gəlməyin vəzifə olaraq tapşırılması qərara alınmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 19 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 20 dekabr 2022-ci il tarixli 16/1399 nömrəli və 10 yanvar 2023-cü il tarixli 5/07 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 140,80 (bir yüz qırx manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 140,80 (bir yüz qırx manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 170,73 qram qurudulmuş marixuana, 1 ədəd möhürlənmiş kağız paket, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Kygtel və Samsung markalı 2 ədəd mobil telefon hökm qanuni qüvvəsini alandan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan videogörüntülərin və digər materialların əks edildiyi 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 06 (altı) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 170,73 qram qurudulmuş marixuana, 1 ədəd möhürlənmiş kağız paket, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Kygtel və Samsung markalı 2 ədəd mobil telefon hökm qanuni qüvvəsini alandan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan videogörüntülərin və digər materialların əks edildiyi 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 140,80 (bir yüz qırx manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar