Məhkəmə qərarları › İş №1(021)-133/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-133/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-133/2021 12.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, orta təhsilli, Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Mollalı kəndində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15.06.2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayonu Mollalı kəndində yaşadığı evin həyətində olan zaman, arvadı Zərərçəkmiş şəxs Elşən qızı ilə aralarında ailə məişət zəmnində mübahisə baş verən zaman, yerdən “dürlaminium” ləyəni götürərək Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qəsdən vuraraq beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin qançırı, sol diz oynağı, sol baldır nahiyələrinin qançırları, sağ said, boyun nahiyələrinin sıyrıqları, küt əşyanın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2013-cü ildə ailə qurmuşdurlar. Zərərçəkmiş şəxs ilə birgə nigahından 3 azaşlı övladları var. Ailəli olduğu müddətdə, ailədə tez-tez mübahisələri baş vermişdir. Baş vermiş mübahisələrə səbəb, evə qonaq gəlməsi və yaxud ev işlərinə kömək etmək istəməməsi olmuşdur. Sonuncu dəfə 15.06.2021-ci il tarixdə saat 19:00 radələrində o, tövlədə inəkləri sağan zaman, bir neçə dəfə Gültəkini çağırmışdır ki, gəlib ona köməklik etsin. Lakin, Gültəkin gəlmək istəməmiş, bir neçə dəqiqə sonra Gültəkin deyinə-deyinə tövləyə gəlmiş və o, yerindən duraraq yerini Gültəkinə vermişdir ki, inəyi sağsın. Gültəkin inəyi sağanda da, boş boşuna deyinməyə başladıqda o, bildirmişdir ki, inəyi sağmaq istəmirsə dursun özü oturub sağacaq. Bu səbəbdən Gültəkinlə tövlədə aralarında söz mübahisəsi baş verdikdə o, arvadı Gültəkinə ona cavab qaytarmamağı tələb etmiş, sonra, o, yerdən inək sağan zaman oturduğu oturacağı götürərək, göyə qaldırmış və onu vurmaq istəmiş, lakin mən həmin vaxtı Gültəkini oturacaqla vurmamışdır. Stulu yerə atdıqdan sonra Gültəkinə sillə ilə vurmuşdur. Bundan sonra Gültəkin evə girmiş və ev əşyalarını yığmağa başlamışdır. 15.06.2021-ci il tarixdə saat 21:15 radələrində, Gültəkinin anası Günay, atası Elşən və dayısı Mirzə onun evinə gəlmiş və onun anası Sitarə ilə söz mübahisəsi etmişdir. Onun ünvanına həyətdə təhqiredici söz işlətmişdirlər. Sonra o, tövlədən çıxaraq onlara tərəf gəlmiş Gültəkinin anası onun üstünə hücum edən zaman o da, əsəbləşmiş və yerdən, toyuqların su içdiyi ləyəni götürərək, oraya gələnləri vurmaqla qorxuzmuş, bu vaxtı arvadı Gültəkin araya girən zaman ləyənlə Gültəkinin başına qəsdən vurmuşdur. Sonra isə onun barəsində 102 xidmətinə zəng edərək məlumat vermiş və oradan çıxıb getmişdirlər. Gültəkinlə aralarında baş verən birinci mübahisəsi tövlənin içərisində baş vermiş, həmin vaxtı onların yanında heç kim olmamışdır. Lakin axşam baş verən mübahisə isə yaşadığı evin həyətində baş vermiş həmin vaxtı da, onun yanında, qayınatası Elşən, qayınanası Günay və Günayın qardaşı Mirzə olmuşdur. Gültəkinin valideyinləri gələn zaman, təxminən 10-15 dəqiqə söz mübahisəsi olmuş, lakin onun əsəbləşərək yerdən ləyən götürüb Gültəkini vurmağı təxminən 20-30 saniyə çəkmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 8 ildir ki, Əlizaminlə rəsmi qaydada ailə qurmuşlar və birgə nigahdan 3 övladları var. O, ailə qurduqdan sonra onun ailəsində mütəmadi olaraq söz mübahisələri baş vermişdir. Sonuncu dəfə 15.06.2021-ci il tarixdə əri Əlizaminə, xəstə olduğunu və həkimə getməyə ehtiyacı olduğunu demişdir. Əlizamində ona, heç yerə aparmayacağını demişdir. Bu səbəbdən Əlizmainlə onun arasında mübahisə baş vermiş və mübahisə zamanı Əlizamin onun başından tövlədə oturacaq stulu ilə vurmuşdur. O da, anası Günaya bu barədə məlumat vermişdir. Anası Günay onlara gəldikdən sonra, Əlizamin və anası Sitarə onun anasının üstünə hücum etmiş və Əlizamin onun üstünə hücum edib onu yenidən vurmaq istədikdə anası Günay Əlizaminin qarsısını kəsmişdir. Əlizamin yerdən götürdüyü ləyənlə onun başından vurmuşdur. Daha sonra onun dayısı X2 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 16.06.2021-ci il tarixli 515 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyəsinin qançırı, sol diz oynağı, sol baldır nahiyələrinin qançırları, sağ said, boyun nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə yəni 15.06.2021-ci ilə uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Əlizamin Səfiyarov özünü təqsirli bilir, əməlindən peşmandır. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs oğlunun barəsində tərtib edilmiş qərarın nəticəsinə dair forma arayış məlumat üçün Sizə göndərilir. Qoşma: Forma arayış “ 02 ” vərəqə. Hakim: Qamət Əbilov Forma №6 ********* saylı Məhkəməyədək sadələşdirilmiş icraat materialına dair ARAYİŞ Bərdə RPŞ _______________________________________________ (Təhqiqat və ya istintaq aparmış orqanın adı) Soyadı ________ Səfiyarov _____________________ (məhkum) Adı ____ Əlizamin ___________ Atasının adı _____ Möhüş ______________________ Təvəllüdü ______ xx.xx.1990-cı il________________ Anadan olduğu yer: Ağdam rayon Salahlı kəndi Hökmün və ya qərarın tarixi 12 iyul 2021-ci il (şəxsin soyadı, adı, atasının adı çap hərflərlə yazılmalıdır) HÖKM VƏ YA QƏRARİN MƏZMUNU a) Məhkum olunub: b) Bəraət alıb: tarix, CM-nin maddəsi və hökmün əsasları c) İş xitam olunub: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qeyd: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. tarix, CM-nin maddəsi və qərarın əsasları İşin məhkəmədə qeydiyyat nömrəsi 1(021)-133/2021 Hökm (qərar) qanuni qüvvəyə minib: 02 avqust 2021-ci ildə Bərdə rayon Məhkəməsi (məhkəmənin adı) Hakim: Q.M.Əbilov___________________________ (soyadı, imzası) M.Y. “____” ____________201_-ci il Orqanın qeydiyyat jurnalında “____” _____________201_ -ci ildə qeydiyyat aparıldı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar