Məhkəmə qərarları › İş №1(021)-133/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-133/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-133/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, dövlət ittihamçısı X11, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X9, zərərçəkmiş şəxslər X3 (Süleymanovanın), Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Fizuli küçəsi ev 22də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham elan edilmişdir ki, o, cavabdeh kimi ondan Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 50,00 manat alimentin, həmin uşaqlar Əsmər və Vüqarın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına ödənilməsinə dair Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-699/2019 saylı alimentin məbləğinin artırılmasına dair qətnaməsini və Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1312/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-609/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək zərərçəkmiş şəxslər Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına 4790,00 manat və Zərərçəkmiş şəxs2 Məhəmməd qızına 5600,00 manat məbləğində aliment borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızı ilə xx.xx.2000-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada xx.xx.2004-cü il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2004-cü ildə Əsmər və 2006-cı ildə Vüqar adlı iki uşaqları olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmış, 2009-cu ilin noyabr ayında Arzu Süleymanova ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Zərərçəkmiş şəxs1 (Süleymanova) ona qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsinə əsasən ondan xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 50,00 manat, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-699/2019 saylı qətnaməsinə əsasən isə Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsi üzrə alimentin məbləği artırılaraq Əsmər və Vüqarın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına verilməsi qət edilmişdir. Arzudan ayrıldıqdan sonra Zərərçəkmiş şəxs2 ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada xx.xx.2012-ci il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2010-cu ildə Murad və 2012-ci ildə Nihad adlı iki uşaqları olmuşdur. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 ondan faktiki olaraq ayrılıb uşaqlarınıda götürüb ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs2 ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə rayon MTİİ idarəsində fəhlə, daha sonra isə sürücü işləməklə aylıq 160,00 manat əmək haqqı almışdır. Eyni zamanda əlavə olaraq fəhlə kimi işləməklə 300- 350 manat qazancı olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra Zərərçəkmiş şəxs2 ona qarşı məhkəmədə iddia qaldırdığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1312/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən Zərərçəkmiş şəxs1 (Süleymanova) cəmi 4790,00 manat və Zərərçəkmiş şəxs2 isə cəmi 5600,00 manat aliment borcunu ödəməmişdir. 2019-cu ildən 2022-ci ilin fevral ayınadək Bakı şəhərində yaşamaqla müxtəlif tikinti şirkətlərində fəhlə işləməklə günə 15-20 manat, hər ay 450-600 manat qazancı olmuşdur. 2022-ci ilin fevral ayından Bərdə rayon Qaradəmirçi və Lək kəndlərində fərdi qaydada alaq vurmaqla fəhləliklə məşğul olmuş və günə 10-15 manat, 300-350 manat qazanc əldə etmişdir. Zərərçəkmiş şəxslərə olan aliment borcunu ödəməyə imkanının olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızı ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2000-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmi qaydada xx.xx.2004-cü il tarixdə qeyd etdirmişlər. Nikahlarından 2004-cü ildə Əsmər və 2006-cı ildə Vüqar adlı iki uşaqları olmuşdur. 2009-cu ilin noyabr ayından Təqsirləndirilən şəxs ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu günəmuzd fəhlə işləmiş, ailəni dolandıracaq qazancı olnuşdur. Uşaqları ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 50,00 manat, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-699/2019 saylı qətnaməsinə əsasən isə Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsi üzrə alimentin məbləği artırılaraq Əsmər və Vüqarın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-609/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 4790,00 manat borcunu ödəməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada xx.xx.2012-ci il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2010-cu ildə Murad və 2012-ci ildə Nihad adlı iki uşağları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri tamamilə pozulmuşdur. 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs faktiki olaraq ayrılıb ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1312/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-609/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 5600,00 manat borcu vardır. Həmin borcdan heç bir ödəniş etməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 50,00 manat, həmin məhkəmənin qətnaməsi üzrə alimentin məbləği artırılaraq Əsmər və Vüqarın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına ödənilməsinə dair Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-699/2019 saylı qətnaməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1312/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri tam icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığından Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-609/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş tələb yenə icra olunmamışdır. Tələbkar Zərərçəkmiş şəxs1 Cəbrayıl qızı xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onlara heç bir aliment ödənişi etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonuna qədər tələbkar Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına 4790,00 manat, Zərərçəkmiş şəxs2 5600,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-300/2009 saylı 19 mart 2009-cu il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, Təqsirləndirilən şəxs hər ay hər uşağın saxlanılması üçün 25 manat, iki uşağın saxlanılması üçün cəmi 50 manat aliment tutulub 21 avqust 2004-cü il tarixdə doğulmuş X4, 26 aprel 2006-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1312/2019 saylı 27 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs2 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 01 may 2012-ci ildə bağlanmış və 210 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 21 mart 2010-cu ildə anadan olmuş X6 və 27 avqust 2012-ci ildə anadan olmuş X7 iddiaçı Zərərçəkmiş şəxs2 himayəsində qalması, 24 yanvar 2019-cu il tarixdən başlayaraq 21 mart 2010-cu ildə anadan olmuş X6 və 27 avqust 2012-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 100(bir yüz) manat, cəmi 200(iki yüz) manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs2 verilməsi, Təqsirləndirilən şəxs dövlət rüsumu hesabına 30(otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(063)-699/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, 21 avqust 2004-cü il tarixdə doğulmuş X4 və 26 aprel 2006-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli, 2(021)-300/2009 nömrəli qətnaməsinə əsasən hər uşağa 25 manat olmaqla hər ay üçün sabit pul məbləğində tutulan 50 manat alimentin miqdarı artırılaraq hər bir uşağa 80 manat olmaqla hər ay üçün ümumilikdə 160 manat müəyyən edilməsi və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Təqsirləndirilən şəxs tutularaq 21 avqust 2004-cü il tarixdə doğulmuş X4 və 26 aprel 2006-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-673/2019 saylı 01 avqust 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10(on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Həbsetmənin əvvəli 01 avqust 2019-cu il tarixdən saat 1730-dan hesablanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-06/2020 saylı 08 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10(on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Həbsetmənin əvvəli 08 yanvar 2020-ci il tarixdən saat 1700-dan hesablanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-609/2020 saylı 02 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10(on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Həbsetmənin əvvəli 02 iyul 2020-ci il tarixdən saat 1410-dan hesablanmışdır. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 22637/11 saylı xx.xx.2020-ci il tarixli, 22637/2020-43-11-002 saylı 07 sentyabr 2020-ci il tarixli, 22637/2020-43-11-002 saylı 11 noyabr 2020-ci il tarixli, 22637/2020-43-11-002 saylı 21 yanvar 2021-ci il tarixli xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, icra sənədi üzrə aliment borcunu ödəmək üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 gün yeni müddət müəyyən edilmişdir. Bu müddət ərzində icra sənədinin icrası təmin edilməzsə, ona Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)-300/2009 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 25,00 manat olmaqla, cəmi 50,00 manat alimentin, həmin uşaqlar Əsmər və Vüqarın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına ödənilməsinə dair Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-699/2019 saylı alimentin məbləğinin artırılmasına dair qətnaməsini və Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1312/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-609/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək zərərçəkmiş şəxslər Mürsəlova (Süleymanova) Arzu Cəbrayıl qızına 4790,00 manat və Zərərçəkmiş şəxs2 Məhəmməd qızına 5600,00 manat məbləğində aliment borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının şəhər icra nümayəndəsinin 14 yanvar 2021-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirləndirilən şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 05 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 07 may 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan X10 azad etmə haqqında 07 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs X10 azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-133/2022 saylı 18 iyul 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Fizuli küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 28 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar