Məhkəmə qərarları › İş №1(021)-133/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-133/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-133/2025 11.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1983-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, D.Qorqud küçəsi ev 9-da qeydiyyatda olmaqla, ünvan 6-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Bərdə şəhəri M.Ə.Rəsulzadə keçəsi 78 ünvanında yerləşən torpaq sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi sayı 10 (on) ədəd, ümümi təmiz çəkisi 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 21 iyun 2025-ci il tarixdə saat 08:09 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 160 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri yaşadığı Bərdə şəhəri M.Ə.Rəsulzadə keçəsi 78 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilən zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri D.Qorqud küçəsi 9 nömrəli evdə qeydiyyatda olmağına baxmayaraq hal hazırda Bərdə şəhəri M.Ə.Rəsulzadə keçəsi 78 ünvanında yaşayır, ailəsi rəhmətə getmiş, 3 uşaq atasıydır, “LSM” şirkətində usta işləyir. X8 hazırda CÇM-də cəza çəkir, 2 qız övladına baxır. Təxminən 1 ildir ki narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. Buna görədə təxminən 2025-ci ilin may ayının əvvəlində oğlu Sənan Hacızadə Bakı şəhərində yerləşən Kürdəxanə CÇM-də cəza çəkdiyi üçün onunla görüşməyə getmiş, həmin vaxt CÇM-nin qarşısında əvvəllər tanımadığı, heç bir yerdə görmədiyi Rafil adlı şəxslə tanış olmuş və həmin şəxslə söhbət əsnasında narkotik vasitə olan marixuanadan istifadə etdiyini demişdir. Rafil adlı şəxs həmin vaxtı ona çətənə bitkisinin toxumlarını vermiş və həmin toxumları götürüb özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Bundan sonra həmin çətənə bitkisinin toxumlarını əkib becərmək qərarına gəlmiş, buna görə də öz yaşadığı evin həyətində torpaq sahəsində əkmişdir. Sonra əkdiyi toxumları su vasitəsi ilə suvarmağa başlamış, həmin toxumları suvarmışdır. 21 iyun 2025-ci il tarixdə yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək ona marixuana əkdiyi barədə məlumat əldə etdiklərini bildirmişlər və həmin mairxuananın əkdiyi yeri göstərməyini demişlər. Buna görə də polis əməkdaşlarına yaşadığı evin həyətində çətənə bitkisi əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları və orada olan aqronomun iştirakı ilə həmin çətənə kollarına baxış keçirilərək həmin kollar kökündən çıxarılaraq iştirakı ilə ağ rəngli sintetik torbaya qoyub qablaşdırılıb möhürlənmişdir. O, narkotik vasitə hesab edilən çətənə kollarını əkdiyini, dibinə su tökərək qulluq etdiyini səmimi etiraf etmişdir. Daha sonra polis şəbəsinə gətirilmiş, polis şöbəsində vəkillərin siyahısı təqdim edilərək müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 01 ədəd Xiomi markalı mobil telefonu aşkar edildiyini, üzərinə polis əməkdaşı baxış keçirdiyini, üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmadığını, üzərindən aşkar edilmiş Xiomi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığını, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını tək əkib-becərdiyini, heç kimə bu barədə məlumat vermədiyini, özü gələcəkdə istifadə etməsi üçün əkdiyini, kiməsə narkotik vasitə satmadığını, əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantıdır. 21 iyun 2025-ci il tarixdə Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 78-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 08:09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3vanında yerləşən evin həyətyanı sahəsinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞnin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4, Bərdə RPŞ-nin KTQ-nun baş ekspertkriminalisti, polis kapitanı X13, aqranom Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsini göstərərək, həmin yerdə tərəvəz əkdiyi torpaq sahəsində çətənə kollarını əkməsini bildirmiş, həmin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 10 ədəd kök üstündə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanın toxumlarını əkərək becərməsini bildirmişdir. Bundan sonra aqronom Şahid1 bitkilərə baxış keçirmiş və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə bitkisi olmasını bildirmişdir. Aşkar edilmiş bitikilər 01 ədəd ağ sintetik kisədə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, Polis şöbəsində müdafiəçi dəvət edilərək bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, təhqiqatçı Rauf İsmayılovun, polis serjantı Şahid4, Müdafiəçi və ekspert-kriminalist Sənan Əhmədovun iştirakı ilə şəxsi axtarış keçirildi, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən Xiomi markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldüyünü, narkotik vasitə olan çətənə kollarını tək əkib-becərdiyini, həmin kolları suvararaq qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X15 21 iyun 2025-ci il tarixdə Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 78-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 08:09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3vanında yerləşən evin həyətyani sahəsinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4, Bərdə RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis kapitanı X13, aqranom Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsini göstərərək, həmin yerdə tərəvəz əkdiyi torpaq sahəsində çətənə kollarını əkməsini bildirmiş, həmin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 10 ədəd kök üstündə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanın toxumlarını əkərək becərməsini bildirmişdir. Bundan sonra aqronom Şahid1 bitkilərə baxış keçirmiş və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə bitkisi olmasını bildirmişdir. Aşkar edilmiş bitikilər 01 ədəd ağ sintetik kisədə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, Polis şöbəsində müdafiəçi dəvət edilərək bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, təhqiqatçı Rauf İsmayılovun, polis serjantı Şahid4, Müdafiəçi və ekspert-kriminalist Sənan Əhmədovun iştirakı ilə şəxsi axtarış keçirildi, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən Xiomi markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldüyünü, narkotik vasitə olan çətənə kollarını tək əkib-becərdiyini, həmin kolları suvararaq qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, 21 iyun 2025-ci il tarixdə Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 78-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 08:09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3vanında yerləşən evin həyətyani sahəsinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4, Bərdə RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis kapitanı X13, aqranom Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsini göstərərək, həmin yerdə tərəvəz əkdiyi torpaq sahəsində çətənə kollarını əkməsini bildirmiş, həmin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 10 ədəd kök üstündə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanın toxumlarını əkərək becərməsini bildirmişdir. Bundan sonra aqronom Şahid1 bitkilərə baxış keçirmiş və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə bitkisi olmasını bildirmişdir. Aşkar edilmiş bitikilər 01 ədəd ağ sintetik kisədə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, Polis şöbəsində müdafiəçi dəvət edilərək bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, təhqiqatçı Rauf İsmayılovun, polis serjantı Şahid4, Müdafiəçi və ekspert-kriminalist Sənan Əhmədovun iştirakı ilə şəxsi axtarış keçirildi, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən Xiomi markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldüyünü, narkotik vasitə olan çətənə kollarını tək əkib-becərdiyini, həmin kolları suvararaq qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, X22 X4 sektorunun baş məsləhətçisi işləyir. 21 iyun 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə keçirələcək baxışa dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birgə ünvan 3vanına yollandığını, həmin gün saat 08:09 radələrində ünvan 3vanına onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkklili, polis kiçik leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı X13, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3vanında yerləşən həyətyanı sahəsinidə əkdiyi ümumilikdə 10 ədəd əkilmiş çətənə bitkiləri aşkar edildiyini, həmin 10 ədəd kollara baxdıqda kolların çətənə kolları olmasını, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olması müəyyən edildiyini, həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edildiyini və aşkar edilmiş bitkilər 01 ədəd sintetik kisələrə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin 21 iyun 2025-ci il tarixli 16/570 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 10 ədəd çətənə kolu hesab edilən bitki” sözləri və imzalar olan kisədəki ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 160 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəsis (aqronom) X1 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkisi 10 ədəd ümumi təmiz çəkisi - 160 qram, tədqiqata istifadə olundu cəmi-0,2 qram (hər birindən 0,02 qr) qalıq –159,8 qram. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli aqronom X3 tərəfindən verilmiş rəydən görünür ki, 21 iyun 2025-ci il tarixdə ünvan 3vanında yerləşən torpaq sahəsində 10 ədəd çətənə kolu aşkar edilmşdir. Aşkar edilmiş çətənə kollarına aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3vanında yerləşən həyətyanı torpaq sahəsində çətənə kolları əkdiyi yerə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsində əkilib-becərilmiş 10 ədəd çətənə kolları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus Xiomi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli Təqsirləndirilən şəxs ünvan 3vanında yerləşən həyətyanı torpaq sahəsində çətənə kolları əkdiyi yerə baxış keçirilən zamanı qeydə alınmış görüntülər olan “DVD” diskə baxış protokolundan görünür ki, həmin video görüntü 17 dəqiqə 56 saniyə müddətdədir və Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkklili, polis kiçik leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı X13, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və Bərdə DAİM aqranomu Şahid1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirir. Sonra Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirildi və həmin torpaq sahəsindən 10 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edildi. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrıllaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin bitkilərin ona məxsus oldğunu bildirmişdir. Baxışda iştirak etmiş DAİM-in bitkilik sektorunun aqronomu X3 10 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirdi. Həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırıldı. DİN-nin 94 nömrəli möhürü ilə möhürləndi və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən imzalanaraq götürülməsi qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı qeydə alınmış görüntülər olan “DVD” diskə baxış protokolundan görünür ki, Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, həmin video görüntü 10 dəqiqə 20 saniyə müddətdədir və Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkklili, polis kiçik leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı X13, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Rauf İsmayılov tərəfindən izah edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulur, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərindən 01 ədəd “Xiomi” markalı mobil telefonu masanın üzərinə qoyur, üzərinə baxış keçirilir lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. “Xiomi” markalı mobil telefon isə 01 ədəd ağ rəngli zərfə qablaşdırılaraq götürülməsi qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli “Xiomi markalı mobil telefona” baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan ünvan 3vanında yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd Xiomi markalı mobil telefona tərəfimdən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı Xiomi markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin hakimi X2 23 iyun 2025-ci il tarixli 5(021)89/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair hissədə geri qaytarılmış, Təqsirləndirilən şəxs olduğu yerin müşahidəsinin aparılması, yaşayış evə və həyətyanı sahəsinə baxış keçirilməsi hissədə qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 23 iyun 2025-ci il tarixli, Azərbaycan Respublikası QMKİÜDK-nin Bərdə rayon MKİS-nin 522 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şuşa şəhərindən məcuri köçkün düşmüş, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsi bina 10, mənzil 38-də müvəqqəti qeydiyyatdadır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 03 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 17 iyul 2025-ci il tarixli, 1129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qediyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilmədi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş çətənə kolları satış məqsədi olmadan əkib becərməsi və əkib becərdiyi çətənə kollarını əldə etməsi haqda əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs çətənə kollarından satış məqsədi ilə saxlaması digər şəxslərlə cinayətkər əlbirliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində torpaq sahəsində 10 ədəd çətənə kollarını tək əkib-becərmiş, digər şəxslərin çətənə kollarının əkib becərilməsində iştirakı olmamışdır. Həmin çətənə kollarını əkdiyi toxumları Rafil adlı şəxsdən əldə etsədə Rafil adlı şəxsin şəxsiyyətini müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X5 Hüquqi Şəxsin 30 iyun 2025-ci il tarixli 18-1-28/2-1469/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarından görünür ki, ünvan 3vanında yerləşən torpaq sahəsində aşkar edilmiş 10 (on) ədəd ümumi təmiz çəkisi – 160 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 159,8 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarından görünür ki, 22 iyun 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs o, 2025-ci ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Bərdə şəhəri M.Ə.Rəsulzadə keçəsi 78 ünvanında yerləşən torpaq sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi sayı 10 (on) ədəd, ümümi təmiz çəkisi 160 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 21 iyun 2025-ci il tarixdə saat 08:09 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 160 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri yaşadığı Bərdə şəhəri M.Ə.Rəsulzadə keçəsi 78 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilən zamanı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadəsi, ekspert rəyi və cinayət işinin materialları ilə məhkəmə istintaqı zamanı tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmanlığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab olunan istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30.40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 6 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 159,8 qram olan narkotik tərkibli çətənə (kanabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab olunan istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar