Məhkəmə qərarları › İş №1(021)-134/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-134/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-134/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Firdovsi küçəsi 86-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd qızılı kağız bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 04 noyabr 2022-ci il tarixdə saat 1635 dəqiqədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında olarkən saxlanılaraq ünvan 2anında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən, yəni, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü il tarixdə istahsal olunmuş Kalaşnikov konstruksiyalı “PK” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan pulemyot silahı, 98 ədəd 7,62x54 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlardan 06 ədəd zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədəd isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş 01 (bir) ədəd patron lentini əldə edib yaşadığı ünvanda saxlamış, 24 mart 2023-cü il tarixdə saat 02 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı “PK” modelli, odlu yivli pulemyot silahı, 98 ədəd 7,62x54 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlar və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş patron lent Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının üzərində tavanın arasından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayının əvvələrində Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə «papanin» adlanan körpünün altında gecələmiş, küçələrdən zibil tullantıları toplamaqla məşğul olmuşdur. Bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixində səhər saatlarında öz istifadəsi üçün Nəsimi rayonunda yerləşən “papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin alaraq əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 1635 radələrində ünvan 6 ünvanın qarşısında zibil yığarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Nərimanov rayon polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları olmalarını bildirmişlər. Üzərində narkotik vasitə olduğundan polis əməkdaşlarının suallarına tez-tez cavab verib oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətindən şübhələnərək narkotik vasitə istifadə edib etməməsini soruşmuşlar. Polis əməkdaşları onu 16-cı PB-nə gətirmişlər. Xidməti otaqda üzərinə baxış keçirilməsi təklif edilmiş və bunun üçün hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət edilmişdir. Baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli, kağızına bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, bükümün içində "kokos” adı ilə tanınan narkotik vasitənin olmasını bildirmişdir. İçərisində narkotik vasitə olan büküm qablaşdırıldıqdan sonra sənədlərə imza etmişdir. Bundan sonra bir müddət Bakı şəhərində qaldıqdan sonra 2023-cü ilin yanvar ayının əvvələrində Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərinə gəldikdən sonra fərdi qaydada dəmir və digər metallar yığaraq metal qəbulu məntəqələrinə satmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək yaşadığı evə baxış keçirmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları onu döyərək avtomata bənzər silahın onun evindən aşkarlandığını etiraf etməsini bildirmiş, qorxduğu üçün silahın ona məxsus olduğunu bildirmişdir. Əslində isə həmin silah ona məxsus olmamış, yaşadığı evdən silah aşkar edilməmişdir. Narkotik vasitə istifadə etdiyinə görə əməlindən peşimandır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, 24 mart 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını yaşadığı ünvanda saxlaması barədə məlumatlar daxil olmuşdur. Həmin gün saat 02 radələrində onun və Bərdə RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1, Bərdə RPŞ-nin X1 Baş inspektoru, kriminalist Şahid3 və təhqiqatçı İftixar Səfərov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 7 ünvanında yerləşən evinin darvazası qarşısına gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində video çəkilişdən istifadə olunmasını, həmin video çəkilişi isə Bərdə rayon polis şöbəsinin KTQ-nun baş inspektoru Şahid3 tərəfindən aparılması izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evinin giriş qapısının üzərində tavanın arasında gizlətdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü il tarixdə istahsal olunmuş Kalaşnikov konstruksiyalı “PK” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan pulemyot silahı, 98 ədəd 7,62x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlardan 06 ədəd zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədəd isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş 01 (bir) ədəd patron lentini təqdim etmişdir. Qeyd olunan silah-sursat təhqiqatçı İftixar Səfərov tərəfindən ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 Bakir oğlu Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 6/6416 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza”...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,332 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. -Heroinin təmiş çəkisi 0,332 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,282 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin 01 fevral 2023-cü il tarixli 530 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24 mart 2023-cü il tarixli 23/234R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7A175 nömrəli silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, PK modelli pulemyotdur, hərbi, avtomatik, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 98 ədəd patronlardan 06 ədədi zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədədi isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd patron lenti zavod üsulu ilə istehsal olunmuş 100 ədəd 7,62x54 mm kalibrli patronları daşımaq və Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş patron lentidir və təyinatı üzrə istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli 238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. -Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X5 17 noyabr 2022-ci il tarixli 5385 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü il tarixdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı “PK” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan pulemyot silahı, 98 ədəd 7,62x54 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlardan 06 ədəd zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədəd isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş 01 (bir) ədəd patron lentinin yaşadığı evdən aşkar edilmədiyini, həmin silah-sursatın polis əməkdaşları tərəfindən onun evinə qoyulduğunu, polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qaldığından ibtidai istintaq zamanı silah-sursatın ona məxsus olması barədə ifadə verdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadələrindən imtina edərək fərqli ifadə vermiş, ibtidai istintaq dövründə etirafedici ifadə vermələrinin səbəbi kimi ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək, işgəncələrə məruz qalmasını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi həmin hal işin gerçək halları ilə təkzib olunduğundan məhkəmə onları inandırıcı hesab etmir. Məhkəmənin həmin müvqeyi həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı ilə müəyyənləşmiş hüquqi mövqedən irəli gəlir. Belə ki, qeyd edilən Qərarın 25-ci bəndində təsbit edilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.” Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək, işgəncələrə məruz qalması halının araşdırılması üçün məhkəmə Bərdə Rayon Prokurorluğuna sorğu göndərmiş, həmin hal araşdırılaraq təqsirləndirilən şəxsin bu barədə bildirdikləri təsdiq olunmadığından Bərdə Rayon Prokurorluğunun 04 iyun 2023-cü il tarixli qərarı ilə qeyd olunan faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa məhkəmədə şahid qismində ifadə verən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 Bakir oğlu xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri ünvan 5 ünvanına baxışı keçirilərkən evin giriş qapısının üzərində tavanın arasında gizlətdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü il tarixdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı “PK” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan pulemyot silahı, 98 ədəd 7,62x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlardan 06 ədəd zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədəd isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş 01 (bir) ədəd patron lentinin aşkar oldunduğunu bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd qızılı kağız bükümdə qanunsuz əldə edərək üzərində saxlaması, 04 noyabr 2022-ci il tarixdə saat 1635 dəqiqədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında olarkən saxlanılaraq ünvan 2anında yerləşən Nərimanov RPİ-nin 16cı PB-nin inzibati binasına gətirilməsi və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən, yəni, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi; Bundan başqa onun, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü il tarixdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı “PK” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan pulemyot silahı, 98 ədəd 7,62x54 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlardan 06 ədəd zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində və digər 92 ədəd isə 1969, 1974, 1975, 1976-cı illərdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı pulemyotlarda atəş zamanı istifadə olunması üçün nəzərdə tutulmuş 01 (bir) ədəd patron lentini əldə edib yaşadığı ünvanda saxlaması, 24 mart 2023cü il tarixdə saat 02 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı “PK” modelli, odlu yivli pulemyot silahı, 98 ədəd 7,62x54 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən 98 ədəd patronlar və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş patron lentinin Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının üzərində tavanın arasından aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli məktubdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Ə.Firdovsi küçəsi ev 86 saylı ünvanda qeydiyyatdadır. Təqsirləndirilən şəxs ünvanda yaşadığı müddətdə qonşularla qismən yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən qismən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən qismən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 25 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə ilk dəfə qəsdən cinayət törətməsini, məhkəmə iclsında bir daha hər hansı qanunsuz əməl törətməyəcəyinə vəd verməsini nəzərə alır, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə tutularaq Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun 06 noyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 1430 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilmişdir. “Təqsirləndirilən şəxsin RPİ-nin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Bölməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin 24 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 24 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixə kimi və 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 05 noyabr 2022-ci il tarixli 6/6416 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı “PK” modelli, odlu yivli pulemyot silahı, 95 ədəd 7,62x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronlar və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronlar daşımaq üçün nəzərdə tutulmuş patron lenti hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,282 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı və tutulduğu 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 7A175 nömrəli, 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı “PK” modelli, odlu yivli pulemyot silahı, 95 ədəd 7,62x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronlar və həmin pulemyot silahına məxsus 100 ədəd 7,62x54 mm kalibrli patronları daşımaq üçün nəzərdə tutulmuş patron lenti hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,282 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar