Məhkəmə qərarları › İş №1(021)-134/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-134/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-134/2024 30.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 mart 2022ci il tarixli Bərdə rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 01 il 09 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 10 ay 15 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 03 iyun 2022-ci il tarixdə Gəncə apellyasiya məhkəməsinin qərarı ilə Bərdə Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmış, 1 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda başqa cinayət işi üzrə həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən, xeyli miqdarda, yəni 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Atatürk küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq ayrı-ayrı 4 ədəd dibçəkdə torpağa əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2024-cü il tarixdə, saat 12:15-də yaşadığı Bərdə şəhəri, Atatürk küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən əkilib-becərilməsi qadağan olunmuş, ümumi təmiz çəkisi 35 qram olmaqla xeyli miqdarda, yəni 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Atatürk küçəsi, ev 22-də yaşayır. Himayəsində iki azyaşlı uşağı var. X10 2019-cu ilin oktyabr ayında erməni silahlı birləşmələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində şəhid olmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuanadan elə həmin vaxtdan istifadə etməyə başlamışdır. Belə ki, marixuanadan mütəmadi istifadə etməsə də ara-sıra istifadə etmişdir. Təxminən iki ay əvvəl Bərdə rayonu, Gərənə kəndi ərazisində olarkən yol kənarında qızılı rəngli siqaretin folqa kağızını görüb diqqətini çəkdiyinə görə həmin kağızı yerdən götürmüşdür. Açıb içərisinə baxdıqda içərisində 4 ədəd xırda toxum olduğunu və bir ədəd kağızda “nəşə toxumu” yazısının olduğunu görmüşdür. O, elə həmin toxumları evinin həyətində dibçəklərə əkməsini, bitdikdən sonra «nəşə» kolu olduqdan sonra qurudub yavaş-yavaş istifadə etməsini düşünmüşdür. Ona görə də həmin toxumları bükümlə birlikdə cibinə qoyub evinə qayıtmışdır. Evdə heç kim olmadığı müddətdə 4 ədəd plastik dibçəyə həyətyanı sahədən torpaq doldurmış və toxumları hər birini bir ədədə dibçəkdə əkmişdir. Sonra isə həmin dibçəklərə peyin, su və müəyyən qədər şirə verməklə nəşə kolları yetişdirmişdir. O, həmin kolların bir qədər də böyüdükdən sonra qurudub istifadə edəcəyini gözləmişdir. Lakin xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində evdə olarkən polis əməkdaşları qapını döymüşlər. O, qapını açdıqda onlar ona həyətdə narkotik əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. O, polisin dəqiq məlumat aldığını başa düşmüş və ona görə də polislərin evə baxış keçirmək istəmələrinə mane olmamışdır. O, öz razılığını bildirən ərizə də yazdıqdan sonra polis əməkdaşları ilə birlikdə videoçəkilişlə evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, əkdiyi narkotik kollarını polisə göstərmiş və həmin kollar dibçəkdən çıxarılaraq götürülmüşdür. Ümumi 4 ədəd kol olan həmin narkotik bitkiləri ölçülərək çəkilmiş, sonra torbaya yığılıb qablaşdırılmışdır. Baxış zamanı iştirak edən aqronom şifahi olaraq həmin bitkilərə qulluq göstərildiyini, peyin verildiyini demişdir. Bundan sonra onu Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Orada hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş altında onun üzəri axtarılmış, lakin üzərində qanunla qadağan edilmiş heç nə olmadığı üçün hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə onu Bərdə RPŞ-nin MSY-yə təhvil vermişlər. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, həmin kolların toxumunu təxminən 2 ay əvvəl yerdən tapıb evinin həyətyanı sahəsində dibçəklərdə torpağa basdırmış və sonradan qulluq göstərib becərmişdir. Məqsədi sonradan həmin kolları qurudub siqaret kağızına doldurub çəkmək olmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Qeyd etdiyi kolların toxumlarını təxminən iki ay əvvəl Bərdə rayonu, Gərənə kəndində olarkən yol kənarından tapmışdır. Həmin vaxt yanında başqa kimsə olmamış, ailə üzvlərinin yaşadığı evdə narkotik tərkibli bitki əkib becərməyi barədə məlumatı olmamışdır. Belə ki, o, xəbərsiz bu işi görmüş, anasının və arvadının həmin koldan anlayışı olmamış və görməmişdir. Qeyd edilən kollardan və ya onların hər hansı hissəsindən, eləcə də qurutduqdan sonra ondan kiməsə vermək və ya satmaq fikri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, zorakılıq olmamışdır. Yaşadığı evin hər hansı hissəsində qurudulmuş formada, yaxud digər halda narkotik vasitə və ya psixotrop maddə yoxdur. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Atatürk küçəsi, ev 22 ünvanında yaşayır. O, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X2 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 20 may 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə şəhəri, Atatürk küçəsi, ev 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək ona şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. Həmin gün saat 12 radələrində o, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Atatürk küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt polis əməkdaşları qeyd olunan ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkibbecərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirən zaman 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. O, 4 (dörd) həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin kollar torpaqdan çıxarıldıqdan sonra ölçülmış, ölçülən zaman kiçiyinin 64 sm və böyüyün isə 90 sm, ümumi çəkisi isə 0,115 kq olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 4 (dörd) ədəd bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə edilməsi barədə sorğu edilmiş, Təqsirləndirilən şəxs həmin 4 ədəd çətənə kolların toxumlarını təxminən 2 ay əvvəl Bərdə rayonu, Gərənə kəndi ərazisində yoldan tapdığını, həmin bitkiləri öz şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 20 may 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş kiçik leytenantı Şahid2, Bərdə RPŞ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və Aqrar İnkişaf X2 Bitki Mühafizə Mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması qərarla tanış etdilər. Bundan sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmamasını soruşdu. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etdi. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə məlumat verdi. Bundan sonra həyatyanı sahəyə baxış keçirilən zaman 4 (dörd) ədəd dibçəkdə əkilmiş 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması müəyyən edildi. Həmin vaxt aqronom mütəxəssis Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə kolları tərəflərindən torpaqdan çıxarıldıqdan sonra ən kiçiyinin 64 sm və ən böyünün isə 90 sm ölçüdə olması və ümumi çəkisi 0,115 kq olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin 4 (dörd) ədəd kollar ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin kolların toxumlarını haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs 2 ay əvvəl həmin kolların toxumlarını Bərdə rayonu, Gərənə kəndi ərazisində yol kənarında tapdığını, öz şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldığı üçün tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd «Samsung» markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd «Prime» markalı siqaret qutusu, 1 ədəd alışqan, idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Aşar edilmiş 1 ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmin 1 ədəd «Prime» markalı siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd cib dəsmalı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Şahid1 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kollarının toxumlarını haradan və necə əldə etməsi barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Ancaq özünün bildirməsinə əsasən, qeyd edilən narkotik tərkibli çətənə kollarının toxumlarını Bərdə rayonu, Gərənə kəndi ərazisindən yol kənarından yerdən tapmış və satmaq məqsədi olmamışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiklərindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmiş şahidlər Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş «baxış keçirilməsi haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Atatürk küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumilikdə 4 (dörd) ədəd dipçəkdə narkotik tərkibli çətənə bitkilərin olması, həmin nakotik tərkibli çətənə bitkilərin torpaqdan çıxarılması, ən kiçiyinin 64 sm və böyüyünün isə 90 sm olması müəyyən edilir. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı evdən ümumilikdə 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə Bərdə rayon Polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməməsi faktı öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 21 may 2024-cü il tarixli 16/588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 4 ədəd çətənə bitkisinə bənzər bitki» yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki ümumi 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 35 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, həmin mərkəzin aqronumu Şahid4 iştirakı ilə Bərdə şəhəri, Atatürk küçəsi, ev 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə dibçəkdə əkilmiş 4 ədəd çətənə kolu aşkar edilmişdir. Baxış keçirilən zaman əkilmiş 4 ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun qulluq olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2024-cü il tarixli, 1096 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 31 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-in Polilinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər icra nümayəndəliyindən daxil olmuş 22 iyun 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Atatürk küçəsi, ev 22 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 01 il 09 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 10 ay 15 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Bərdə rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumilikdə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin toxumlarını əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisini əkib-becərməklə kultivasiyası ilə məşğul olması müyyən edilmiş, lakin narkotik vasitə və onun prekursorlarının alqı-satqısı ilə məşğul olması və digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-88/2024 saylı qərarından görünür ki, Bərdə rayon Prokurorunun təqdimatı təmin edilərək ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 28 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən, xeyli miqdarda, yəni 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Atatürk küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq ayrı-ayrı 4 ədəd dibçəkdə torpağa əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2024-cü il tarixdə, saat 12:15-də yaşadığı Bərdə şəhəri, Atatürk küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən əkilib-becərilməsi qadağan olunmuş, ümumi təmiz çəkisi 35 qram olmaqla xeyli miqdarda, yəni 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 237.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, bundan başqa təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməsini və alternativ cəzaya məhkum olmasını, ona daha yüngül olan alternativ cəza təyin edilməsinə baxmayaraq təyin edilmiş cəzadan nəticə çıxarmayaraq və cəzanın islah təsirindən faydalanmayaraq, əksinə ona təyin edilmiş alternativ cəzanın şərtlərini yerinə yetirmədiyindən cəzası məhkəmə tərəfindən daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən və cəzasını çəkdikdən az müddət sonra yenidən qəsdən az ağır cinayət törətdiyini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında daha ciddi cəza olan azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun 20 may 2024-cü il tarixdən 22 may 2024cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa, yəni ********* saylı cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökmün elan olunduğu 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd sintetik kisədə ümumi sayı 4 (dörd) ədəd ümumi qalıq təmiz çəkisi 34,92 qram maddə narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 9 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 54 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30,40 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində olan başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökmün elan olunduğu 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd sintetik kisədə ümumi sayı 4 (dörd) ədəd ümumi qalıq təmiz çəkisi 34,92 qram maddə narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 9 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 54 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar