Məhkəmə qərarları › İş №1(021)-134/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-134/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-134/2025 18.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3 iştirakı ilə, X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, aşkar surətdə onun xüsusi ittiham qaydasında şikayətçi- X3 şərəf və ləyaqətini alçaldaraq qonşularının, dostlarının, iş yoldaşlarının və ictimayətin arasında olan nüfuzunu ləkələyərək təhqir edən və böhtan atanlar - X2 və X4 Azərbaycan Respublikası CM nin 147-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb edilməklə hər ikisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, qazi X1 anasıdır. Bildirir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər övladı Ceyhunla bağlı problemləri vardır. Belə ki, bu şəxslər bilərəkdən Ceyhunla tiktok vasitəsi ilə deyişiblər, bu onların öz işləridir. Sadəcə o bir ana kimi bunların heç birinə məsləhət görmür ki, travma almış danışanda özünü itirən nə danışdığını elə də dərk etməyən övladı Ceyhuna hədə qorxu gəlsinlər. Onlar bilir ki, onun əsəbi yerində deyil, xəstədir. Ona görə də bilərəkdən o hərəkətləri edirdilər. Lakin onu və 70 yaşlı anası Hüseynova Ramilənin məhkəmənin həyətində oturduğu yerdə fotoşəklini məlumatı olmadan çəkərək @ifa.edəcəm tiktok səhifəsində paylaşaraq ölkənin adına daimi xələl gətirən Qabilin səsi ilə söyüşlər söyərək tiktok səhifəsində paylaşmışdılar. Halbuki onun övladı xəstədir aldığı tarvamdan əziyyət çəkir. Amma bu iki şəxs nədən əziyyət çəkir? Bilǝrəkdən qərəzli olaraq bu hərəkətləri ediblər. Əgər həqiqətəndə Xəyal və Ceyhun xəstədirlərsə onda xarici maşını necə idarə edirlər? Yox sağlamdırlarsa deməli bunlar bilərəkdən düşüncəli şəkildə belə edirlər ki o və anası özünü öldürək ya da intihar edək. Belə ki bizi rüsvay edərək gözdən salmağa çalışmışdılar. Bundan başqa barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi Xəyal və Ceyhun onun şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymaqla və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla mediada kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında məlumat yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdilər. Bu hadisələrdən sonra o dostları ilə, qonşuları ilə, qohumları ilə münasibətlərini azaltmaq məcburiyətində qalmışdır. Küçəyə mümkün qədər az çıxır ki Xəyal və Ceyhunla rastlaşmasın, qorxur ki barələrində xüsusi ittiham qaydasında şikayət etdiyi bu şəxslər onun həyat və sağlamlığı üçün təhlükə yaradarlar. Qeyd edir ki bu hədədən sonra səhhətində problemlər yaranıb. Görür ki xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslərin sosial şəbəkə vasitəsi ilə barəsində ifadə etdikləri böhtan və təhqiredici ifadələrə görə qonşuların və dostlarının ona qarşı fikirləri dəyişmişdir. Onun dostlarından və qonşularından uzaqlaşmağı və təhqir olunmağı onda depresiya halları yaradır. Hətta görmə qabiliyəti də aşağı düşüb. Odur ki, hesab edir ki barələrində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxslər Ceyhun və Xəyal Azərbaycan Respublikasının CM nin 147, 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. X5 şikayət ərizəsinin forma məzmununa riayət etməmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə məlumatlar göstərilməmişdir. Bununla yanaşı cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətə və ona əlavə olunmuş materiallara əsasən müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM): 37.1-ci maddəsinə görə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin: 302.1-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, X2 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunamüvafiq qaydada cəza təyin edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3, 293 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar