Məhkəmə qərarları › İş №1(021)-135/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-135/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-135/2022 20.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu Köbər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Köbər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində 20 yanvar metrosunun yaxınlığında kirayədə yaşadığı nömrəsini bilmədiyi evdə xx xxxxxx 2006-cı ildə anadan olmaqla hadisə vaxtı on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə aralarında yaş fərqi iki ildən artıq olmaqla evlənmək məqsədilə sonuncunun razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmaqla qəsdən qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra o, 25 iyun 2021-ci il tarixdə Bərdə rayonu Köbər kəndində toy şənliyi keçirib evlənərək 16 yaşı tamam olanadək, yəni xx.xx.2022-cı il tarixədək həmin ünvanda dəfələrlə müxtəlif vaxtlarda on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Fatimə ilə 2020-ci ilin təxminən aprel ayında Cəyirli kəndində bibisi oğlu Şəmistan ilə Fatimənin dayısı Zaurun qızı İlkanənin nişanında tanış olmuş və həmin vaxtdan sonra bir-birlərini sevmişlər. Bundan sonra mütəmadi telefonda danışmışlar. Fatimə Cəyirli kəndində atası evində valideynləri ilə birlikdə yaşamışdır. Həmin ərəfədə Bərdə şəhərində hazırlıq kurslarına getmişdir. Fatimə hazırlıq kurslarına gedənldə Bərdə şəhərində arabir görüşmüş, evlənmək qərarına gəlmişlər. 05 fevral 2021ci il tarixdə Fatimə ilə evlənmək qəranrına gəlmiş və Fatimənin öz razılığı ilə Bərdə rayon Cəyirli kəndindən birlikdə qoşulub qaçmışlar. Həmin günü Fatimə ilə birlikdə Bərdə rayon Köbər kəndinə atası Qənbərin evinə getmişlər. Atası evində təxminən iki-üç gün qalmış, sonra onları yola vermədiklərinə görə Fatimə ilə birlikdə Bakı şəhərinə getmişlər. ünvan 2 ünvanda bina evində təxminən bir ay kirayədə yaşamışlar. Bundan sonra Bakı şəhərində Razin qəsəbəsində Ellada restoranının yanında küçəsini və ev nömrəsini bilmədini həyət evində təxminən iki ay kirayədə yaşamışlar. 2021-ci ilin qış aylarının sonunda təxminən dəqiq tarixi yadında olmayan vaxtı Bakı şəhərindən Bərdə şəhərinə gəlib kirayədə yaşamışlar. 2021-ci ilin may ayında Fatimə ilə öz razılı ilə evlənib ailə qurmaq məqsədilə Bakı şəhərində kirayədə yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Bundan sonra Bakı şəhərində yaşadıqları müddətdə Fatimənin öz razılığı ilə müxtəlif vaxtlarda mütəmadi kirayədə yaşadıqları evdə cinsi əlaqədə olmuşlar. Bakı şəhərindən sonra Bərdə şəhərinə gəlib kirayədə yaşamışlar. Bərdə şəhərində kirayədə yaşadıqları ünvanda da Fatimənin razılığ ilə müxtəlif vaxtlarda cinsi əlaqədə olmuşlar. Bundan sonra Fatimə ilə Bakı şəhərinə yaxud başqa rayona getməmtişlər. 25 iyun 2021-ci il tarixdə Köbər kəndində atası Qənbərin evində atası el adəti ilə onlara toy etmişdir. Bundan sonra atası Qənbərin evində qalmışlar və atasının evində Fatimə ilə birlikdə yaşamışlar. Bərdə rayon Köbər kəndində atasının evində yaşayanda da Fatimə ilə müxtəlif vaxtlarda özünün razılığı ilə cinsi əlaqədə olmuşdur. Sonra Fatimə hamilə olmuş və sancıları olduğuna görə 13 dekabr 2021-ci il tarixdə Fatimə ilə birlikdə Kürdəmir rayonunda yaşayan Fatimənin bibisi Şəhanəgilə getmişlər. Bir neçə gün onlarda qalmışlar. 16 dekabr 2021-ci il tarixdə Fatimə Kürdəmir mərkəzi xəstəxanasına doğuşla əlaqədar daxil olmuş və bir oğlan uşağı olmuşdur. Xəstəxanada olanda Kürdəmir rayon polis şöbəsinin əməkdaşı gəlib Fatimədən izahat almışdır. Fatimə ilə evliliyindən Turan adında bir oğlan övladı vardır. Fatimə ilə birlikdə mehriban yaşadıqlarını, onunla ailə qurmağıma peşiman olmadığını, birlikdə çox xoşbəxt olduqlarını bildirmişdir. Bərdə rayonunda polis şöbəsindən axtarılanda tutulmağından qorxduğuna görə polis şöbəsinə gəlməmişdir. Fatimə Bərdə rayon Köbər kəndində atasının evində qalmış, o isə Bakı şəhərində Razin qəsəbəsində Ellada restoranının yaxınlığında moykada işləmişdir. 28 aprel 2022-ci il tarixdə porlis əməkdaşları onu Köbər kəndində atasının evində aşkar edib məni polis şöbəsinə gətirmişlər. Fatimə ilə sonuncu dəfə Bərdə rayonunda Köbər kəndində atasının evində cinsi əlaqədə olmuşdur. Fatimə ilə ilk dəfə və ondan sonra cinsi əlaqədə olanda ona qarşı heç bir zor tətbiq etməmiş, özünün razılığı ilə cinsi əlaqədə olmuşdur. Fatiməni qaçıranda ona qarşı zor tətbiq etməmiş, Fatiməni qaçıranda və onunla ilk dəfə cinsi əlaqədə olanda Fatimənin 16 yaşıma çatmadığını bilmişdir. Həmçinin o bildirdi ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onların övladlarının olmasını, ailəsinin dağılmamasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Turalla 2020-ci ilin təxminən aprel ayında Cəyirli kəndində dayısı Zaurun qızı İlkanənin nişanında tanış olmuş və həmin vaxtdan sonra bir-birlərini sevmişlər. Bundan sonra mütəmadi telefonda danışmışlar. 2021ci ilin əvvəlində evlənmək qərarına gəlmişlər. Bu məqsədlə də 05 fevral 2021-ci il tarixdə Turalla evlənmək qərarına gəlmiş və öz razılığı ilə Turala qoşulub qaçmışdır. Həmin günü Turalla birlikdə Turalın atası Qənbərin Bərdə rayon Köbər kəndində olan evlərinə getmişlər. Turalın atası evində təxminən iki-üç gün qalmış, sonra onları yola vermədiklərinə görə Turalla birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində dəqiq ünvanını bilmədiyi evdə kirayədə yaşamışlar. İlk dəfə 15 mart 2021-ci il tarixdə Turalla öz razılığı ilə evlənib ailə qurmaq məqsədilə Bakı şəhərində kirayədə yaşadıqları evdə cinsi əlaqədə olmuş, həmin vaxt qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Bundan sonra Bakı şəhərində öz razılığı ilə müxtəlif vaxtlarda mütəmadi Turalla kirayədə yaşadıqları evdə cinsi əlaqədə olmuşlar. Bakı şəhərində qaldıqdan sonra Turalla dəqiq tarixi yadında olmayan vaxtı Bərdə şəhərinə gəlmişlər və Bərdə şəhərində tanımadığı ünvanda kirayədə yaşamışlar. Bərdə şəhərində kirayədə yaşadıqları evdə də öz razılığı ilə Turalla müxtəlif vaxtlarda cinsi əlaqədə olmuşlar. 25 iyun 2021-ci il tarixdə Turalın atası onlara öz həyətində el adəti ilə toy etmiş və həmin vaxtdan sonra Bakı şəhərinə getməmişlər. Turalın atası evində yaşayanda da öz razılığı ilə müxtəlif vaxtlarda Turalla cinsi əlaqədə olmuşdur. Sonra hamilə qalmış və sancıları olduğuna görə 13 dekabr 2021-ci il tarixdə Turalla birlikdə Kürdəmir rayonunda yaşayan bibisi Şəhanəgilə getmiş və bir neçə gün onlarda qalmışdır. 16 dekabr 2021-ci il tarixdə Kürdəmir mərkəzi xəstəxanasına doğuşla əlaqədar daxil olmuş və oğlan uşağı doğmuşdur. Xəstəxanada olanda Kürdəmir rayon polis şöbəsinin əməkdaşı gəlib ondan izahat almışdır. Üç gün xəstəxanada qalandan sonra Turalla birlikdə Bərdə rayonuna gəlmişlər. Turaldan heç bir şikayəti və tələbi olmadığını, onunla öz razılığı ilə ailə qurub evləndiyini, Turalla evliliyidən bir oğlan övladı olduğunu, Turalla birlikdə mehriban yaşadığını, Turalla ailə qurmağına peşiman olmadığını, Turalla birlikdə çox xoşbəxt olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sonuncu dəfə dəqiq tarixi yadında olmayan vaxt Bərdə rayon Köbər kəndində Turalın atası evində cinsi əlaqədə olmuş, Tural onunla ilk dəfə və onlan sora cinsi əlaqədə olanda ona qarşı heç bir zor tətbiq etməmiş, öz razılığı ilə cinsi əlaqədə olmuş, Tural onu qaçıranda ona qarşı zor tətbiq etməmiş, Tural onu qaçıranda və onunla ilk dəfə cinsi əlaqədə olanda 16 yaşına çatmadığınızı bilmişdir. Məhkəmə iclasinda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, ailəlidir, üç uşağı var. Zərərçəkmiş şəxs ikinci qızıdır. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur, qızı Fatimənin əridir. Fatimə və Tural bir-birlərini sevdiklərini bilmiş, lakin onların evlənmək qərarında olduqlarını bilməmişdir. 05 fevral 2022-ci il tarixdə eşitmişdir ki, Fatimə onlara demədən və ona məlumat vermədən evlənmək məqsədi ilə Turala qoşulub qaçmışdır. Təxminən bir həftə Turalın ata evində qaldıqdan sonra Tural və Fatimə Bakı şəhərinə çıxıb getmişlər. Bakı şəhərində kirayədə qalımışlar. Fatimə qoşulub qaçandan sonra onunla əlaqə saxlaya bilməmişdir. Onların qoşulub qaçandan sonra nə vaxt evləndiklərini və nə vaxt, harada ilk dəfə cinsi əlaqədə olduqlarını bilmir və bu barədə heç bir məlumatı yoxdur. 16 dekabr 2021-ci il tarixdə Fatimə doğuşla əlaqədar Kürdəmir mərkəzi xəstəxanasının doğum evinə aparmışlar və uşağı olmuşdur. Hazırda Fatİmə və Tural birlikdə bir ailə kimi mehriban yaşayırlar, bir oğlan övladları vardır. Turaldan heç bir şikayəti və tələbi yoxdur, onların ailəsinin dağılmasını istəmir. Məhkəmə iclasinda Şahid ifadəsində göstərdi ki, üç övladı var. Təqsirləndirilən şəxs onun kiçik oğludur. X3 müharibəsi veteranıdır. Tural evlənənə kimi onunla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs oğlu Tural evlənənə kimi tanımamış, qohum deyil, ədavətləri yoxdur. Dəqiq tarixi yadında olmayan vaxtı 2020-ci ilin sonlarında oğlu Tural Fatiməni öz razılığı ilə evlənmək məqsədi ilə qaçırdıb onun evinə gətirmiş. O, Fatimənin azyaşlı olduğunu biləndə qızın valideynlərinin yanına getmiş və onlara da demişdir ki, «gəlin qızı qaytaraq nişan qoyaq, evlənmək yaşı tamam olsun, sonra el adəti ilə evləndirərik». Lakin Fatimənin valideynləri narazılıq edib demişlər ki, «apar evində saxla sonra toy edərsən». Fatimənin valideynlərini başa sala bilməmiş, Turalı və Fatiməni beş ay evinə qoymamış, evdən qovmuş, Tural və Fatimə Bakı şəhərinə gedib tanımadığı ünvanda yaşamışlar. Sonradan camaatın qınağına görə onları qəbul etmiş və 2021-ci ildə dəqiq tarixi yadında qalmayan vaxtı toy etmişdir. Toy edəndən sonra Tural və Fatimə Bakı şəhərinə getməmişlər və onun evində yaşamışlar. Dəqiq tarixi yadında olmayan vaxtı 2021-ci ilin dekabr ayında Tural və Fatimə Kürdəmir rayonuna Fatimənin adını bilmədiyi bibisigilə getmişlər. Oradan Kürdəmir rayon xəstəxanasına getmiş, Fatimənin uşağı olmuşdur. Kürdəmirdə polis işçiləri Fatimədən izahat almış, uşağı olandan sonra Tural və Fatimə yenə onun evinə gəlmiş və onunla birlikdə yaşamışlar. Sonra Bərdə rayon polis şöbəsindən Turalı axtaranda Fatimə onun evində qalmış, Tural isə Bakı şəhərinə tanımadığı ünvanda yaşayıb fəhləlik etməyə getmiş, Fatimə isə azyaşlı oğlan uşağı ilə birlikdə onun evində qalmışdır. Tural və Fatimənin ilk dəfə nə vaxt və harada cinsi əlaqədə olduqlarını bilmir, toy edəndən sonra Fatimə onun evində yaşamışdır. Cinayət işinin 68-69-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 80-cı vərəqəsində olan 28 aprel 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X2 Yerindən azad edilmişdir. Cinayət işinin 124-126-ci vərəqələrində olan Məhkəmə Tibbi Ekspertizası və PA Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 15 iyun 2022ci il tarixli 398 nömrəli rəyindən görünür ki,

1. Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.

2. Vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, doğmuş qadına məxsusdur. Cinayət işinin 116-cı vərəqəsində olan Qanuni nümayəndə ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 32-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 115-ci vərəqəsində olan Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 119-ci vərəqəsində olan doğum haqqında şəhadətnamədən görünür ki, Turan adlı uşaq xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs və anası Qanuni nümayəndə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi r ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, faktiki ailə münasibətlərində olmasını, həmin ailə münasibətlərindən irəli gələn himayəsində azyaşlı uşağının olmasını, gənc olmasını, 2-ci Qarabağ müharibəsinin iştirakşısı olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, faktiki ailə münasibətlərində olmasını, həmin ailə münasibətlərindən irəli gələn himayəsində azyaşlı uşağının olmasını, gənc olmasını, ilk dəfə cinayət törətməsini, 2-ci Qarabağ müharibəsinin iştirakşısı olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmiş, 29 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X1 Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şərti məhkum etmə tətbiq edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixindən 29 aprel 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar