Məhkəmə qərarları › İş №1(021)-135/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-135/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-135/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2, X1 və Müdafiəçi3 iştirakı ilə xx xxxxx 1989-cu ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan və Bərdə rayonu Qarağacı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1991-ci ildə Saatlı rayonu Seyidoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Ərəblər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1978-ci ildə Bərdə rayonu Tağılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Nağılar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bərdə rayonu İkinci Nazirli kəndinə gəlib həmin kənddə yerləşən X3 məxsus fermanın həyətində olan tövlənin pəncərəsinə mexaniki təsir göstərib açaraq saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olub İlqar Həsənovun tanışı Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində 1 baş erkək cinsli, hər biri 280 manat dəyərində 9 baş dişi cinsli olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə qeyri rəsmi yaşayır. Atası Şahid2 və anası X10 rayonu Nazirli kəndində X3 məxsus fermada nəzarətçi işləyirlər. Bərdə rayonu Nazirli kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs sayını bilmədiyi xırdabuynuzlu heyvanlarını atası Natiq və anası Bəstinin qaldığı İlqara məxsus fermada saxlayır. 2022-ci ildə Yeni il bayramından 3-4 gün qabaq anası Bəstinin yaşadığı fermaya getmiş və orada Vəliyəddinin heyvanlarını görmüşdür. Bərdə rayonu Tağılar kənd sakini Təqsirləndirilən şəxs3 taksi sürücüsü kimi tanıyır. Şəxsi ehtiyacları üçün pul lazım olduğundan qeyri-rəsmi yaşadığı Arzu ilə birlikdə söhbət əsnasında anası Bəstinin yaşadığı fermada Vəliyəddinə məxsus qoyun və quzuları oğurlamağı planlaşdırmışlar. 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 tanışı Anar adlı taksi sürücüsünü çağıracağını, heyvanları aparmağa onlara köməklik etməsini demişdir. Tanışı Anar adlı şəxsin mobil telefonuna zəng edərək anası Bəstinin qaldığı fermada qoyunlar olduğunu, Arzu ilə gedib oğurlayacaqlarını, onları Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına aparmasını, heyvanları həmin bazarda satacağını demişdir. Təqsirləndirilən şəxs3 ona kömək etmək üçün nə qədər pul istədiyini soruşmuş, sonuncu bu barədə razılaşacaqlarını bildirmişdir. Sonra Anar ona zəng edərək qoyun oğurluğuna nə vaxt gedəcəklərini soruşmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Anar idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi Bərdə rayonu Qarağacı kəndində yerləşən fermaya gəlmiş, özü avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Arzu isə avtomobilin arxa oturacağında əyləşmişdir. Anar avtomobili Bərdə rayonu Nazirli kəndinə doğru idarə etmişdir. Yolda Anara heyvanları necə oğurlayacaqlarını soruşmuş, Anar anası Bəsti ilə görüşmək üçün onun evinə girəcəyini, orada anası Bəstinin başını qatacağını, onların isə Arzu ilə gedib fermadan heyvanları avtomobilinə yükləmələrini demişdir. Arzu və Anarla birlikdə Bərdə rayonu Nazirli kəndində yerləşən fermaya çatmış, orada hər üçü birlikdə anası Bəsti ilə görüşmüşlər. Onlar söhbət etdikdən sonra tanışı Anar anası Bəstinin qaldığı evə daxil olmuş və orada oturmuşdur. Özü isə Arzu ilə birlikdə Anara məxsus olan avtomobilə əyləşmiş və avtomobili fermanın yaxınlığına sürmüşdür. Yol ensiz olduğundan avtomobili döndərə bilməmişdir. Maşından düşüb anası Bəstinin yanında qalan Anarı avtomobili döndərməsi üçün çağırmışdır. Anar avtomobilə doğru gəlmiş, avtomobili Vəliyəddinə məxsus heyvanların saxlandığı tövləyə təxminən 100-150 metr qalmış saxlamışdır. Vəliyəddinə məxsus xırdabuynuzlu heyvanların fermada olduğunu bilirmiş, Arzu və Anarla planlaşdırdıqları kimi Vəliyəddinə məxsus heyvanları oğurlayıb satmaq üçün fermanın arxa hissəsinə getmişlər. Fermanın tövləsinin balaca ölçüdə olan pəncərəsindən içəri keçmiş, Arzu və Anar isə fermanın həyətyanı sahəsində qalmışlar. İçəri keçdikdən sonra tövlənin orta qapısını açmış, Anar və Arzu da içəri daxil olmuşlar. Tövlənin içərisində dəqiq sayını bilməsə də, xeyli sayda qoyun və quzular olmuşdur. Anar və Arzu ilə həmin xırdabuynuzlu heyvanların içərisindən iri və çəkisi çox olan qoyun və qoçları seçmişlər. Birlikdə oğurladıqları qoyun və quzuların 3 başını Anara məxsus ağ rəngli “VAZ-2106" markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa saxlanc yerinə yükləmişlər. Qalan 7 başını isə avtomobilin salon hissəsinə yükləmişlər. Ümumilikdə, Arzu və Anar ilə 10 baş xırdabuynuzlu heyvan oğurlamışlar. Oğurluq zamanı Arzu təxminən 4 baş, Anar 3 baş, özü isə 3 baş heyvanları oğurlamışdır. Anar avtomobili idarə etmiş və hadisə yerindən uzaqlaşmışlar. Arzunu Kamran müəllimə məxsus fermanın yaxınlığında avtomobildən düşürmüşlər. Anar avtomobili Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına doğru sürmüşdür. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 12 radələrində mal bazarının qarşısına çatmış, avtomobili bazarın içərisinə sürmüşlər. Anar heyvanların 10 başını ümumilikdə 1550 manata razılaşıb müştəriyə satmışdır. Özü də adını bilmədiyi alıcı ilə xeyirləşmiş və onlar heyvanların pulunu alıb 10 baş xırdabuynuzlu heyvanları təhvil vermişlər. Anarla birlikdə mal bazarından çıxaraq işlədiyi Bərdə rayonu Qarağacı kəndində doğru hərəkət etməyə başlamışlar. Mal-bazarından 150-200 metr kənarlaşandan sonra Anar ona 500 manat pul alacağını demişdir. Anar 1550 manat puldan 500 manat götürmüş, 1050 manat pulu ona vermişdir. Pulları sayıb şalvarının cibinə qoymuşdur. Anar idarə etdiyi avtomobillə onu Bərdə rayonu Qarağacı kəndində yerləşən Kamran müəllimə məxsus fermaya düşürmüşdür. Fermaya daxil olmuş, Arzuya 1050 manat pulu vermiş və heyvanları cəmi bu qiymətə satdığını demişdir. Arzu pulları götürüb yataq otağına keçmiş, özü isə qonaq otağında çay içməyə başlamışdır. Təxminən 30-40 dəqiqə sonra Kamran müəllim fermaya gəlmiş və ona heyvanları bazara hazırlamağı demişdir. Kamran müəllimlə birlikdə heyvanlara su, arpa-yem verməyə başlamışdır. “Kamaz” markalı yük avtomobili gəlmiş, Kamran müəllimə məxsus heyvanları “Kamaz" markalı yük avtomobilinə yükləmişdir. Səhər saat təxminən 09 radələrində anası Bəsti onun mobil nömrəsinə zəng etmiş və Vəliyəddinin qoyunlarının oğurlandığını, zəng edib bu barədə Vəliyəddinə deməsini bildirmişdir. Vəliyəddinin mobil nömrəsinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu oğurluqda şübhəli olduğu üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində Bərdə rayonu Nazirli kəndində yerləşən İlqar adlı şəxsə məxsus fermadan Vəliyəddinə məxsus 10 baş xırdabuynuzlu heyvanları Arzu və Anarla birlikdə oğurladığını etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Ailəılidir və himayəsində işsiz arvadı vardır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər ailəli olmuş, həmin evliliyindən bir nəfər azyaşlı uşağı vardır, nikahı pozulmuşdur və hazırda duldur. Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırlar. Kamran adlı şəxsə məxsus fermada Təqsirləndirilən şəxs1 çoban işləmişdir. Şahid2 Təqsirləndirilən şəxs1 atası, X6 isə anasıdır. Şahid2 və X10 rayonu Nazırlı kəndində İlqara məxsus fermada nəzarətçi işləyirlər. Bərdə rayonu Nazırlı kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənlikləri olmamışdır. Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarını Natiq və Bəstinin qaldığı İlqara məxsus fermada saxlayır. 2022-ci ildə Yeni il bayramından 3-4 gün qabaq Təqsirləndirilən şəxs1lə Vüsalın anası Bəstinin yaşadığı fermaya getmişlər və orada Vəliyəddinin heyvanlarını görmüşlər. xx.xx.2023-cü il tarixdə Kamrana məxsus fermada olarkən Vüsal ona pula ehtiyacı olduğunu, gecə anası Bəstinin qaldığı fermadan Vəliyəddinə məxsus qoyunları oğurlayaq satmağı və pul əldə etməyi demişdir. Vüsalla razılaşıb oğurluq edəcəkləri vaxtı planlaşdırmışlar. 12 yanvar 2023-cü il tarixdə Vüsal tanışları Anar adlı taksi sürücüsünün mobil telefonuna zəng vurub Vəliyəddin adlı şəxsə məxsus qoyunları oğurlayacaqlarını, onlara kömək etməsini, bunun müqabilində ona pul verəcəklərini demişdir. Anar onlarla razılaşmış, sonra Anar bir neçə dəfə Vüsala zəng edərək qoyun oğurluğuna nə vaxt gedəcəklərini soruşmuş, xx.xx.2023-cü il tarixdə axşam saat 20-21 radələrində Anar idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onların işlədikləri Bərdə rayonu Qarağacı kəndində yerləşən fermaya gəlmişdir. Birlikdə Bəstinin işlədiyi Bərdə rayonu Nazırlı kəndinə getmişlər. Yolda Anar onlara Vüsalın anası Bəsti ilə görüşmək üçün onun evinə girəcəyini, orada Bəstinin başını qatacağını, onların isə gedib fermadan heyvanları avtomobilinə yükləmələrini təklif etmişdir. Vüsal və Anarla birlikdə Bərdə rayonu Nazırlı kəndində yerləşən fermaya çatmışlar. Vüsal və Anarla birlikdə Bəsti ilə görüşmüşlər. Biraz söhbət etdikdən sonra Anar Bəstinin qaldığı evə daxil olmuş və orada oturmuşdur. Vüsal ilə birlikdə Anara məxsus avtomobilə əyləşmişlər. Vüsal avtomobili idarə edib fermanın yanında saxlamışdır. Vəliyəddin adlı şəxsə məxsus xırdabuynuzlu heyvanların fermada olmasını bilirmiş və buna görə də, Vüsal planlaşdırdıqları kimi Vəliyəddinə məxsus heyvanları oğurlayıb satmaq üçün fermanın arxa hissəsinə keçmişlər. Anar onlara ağ rəngli kliyonka vermiş və avtomobilin içərisinə sərmələrini tapşırmışdır. Vüsal ilə fermanın arxa hissəsinə keçmişdir. Vüsal tövlənin balaca ölçüdə olan pəncərəsindən heyvanlar olan tövləyə daxil olmuş və tövlənin ortasında olan qapını açmışdır. O, Vüsala qoyun və qoçları seçməyə kömək edərkən Anarda onların yanına gəlmişdir. Anar və Vüsalla birlikdə həmin xırdabuynuzlu heyvanların içərisindən iri və çəkisi çox olan qoyun və qoçları seçmişlər. Birlikdə oğurladıqları heyvanların 3 başını Anara məxsus ağ rəngli “VAZ-2106” markalı, **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa saxlanc yerinə yükləmişlər. Qalan 7 başı qoyunları isə avtomobilin salon hissəsinə yükləmişlər. Ümumilikdə, Vüsal və Anarla birlikdə 10 baş xırdabuynuzlu heyvan oğurlamışlar. Oğurluq zamanı özü təxminən 4 baş, Anar 3 baş, Vüsal isə 3 baş heyvanları oğurlamışlar. Anar avtomobili idarə etmiş və hadisə yerindən uzaqlaşmışlar. Anar və Vüsal onu Kamran müəllimə məxsus fermanın yaxınlığında avtomobildən düşürmüş, özləri isə Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına getmişlər. Kamran adlı şəxsə məxsus fermada olarkən, saat təxminən 01 radələrində Vüsal fermaya gəlmiş, Vüsalla söhbət edərkən sonuncu ona oğurladıqları heyvanları 1550 manata satdıqlarını, 500 manat pulu Anarın götürdüyünü demiş və ona 1050 manat məbləğində pul vermişdir. Vüsaldan alığı 1050 manat pulu fermanın yaxınlığındaki tövlənin kənarında gizlətmişdir. Təxminən 30-40 dəqiqə sonra Kamran müəllim fermaya gəlmiş və Vüsala heyvanları bazara hazırlamağı tapşırmışdır. Vüsal Kamran müəllimlə birlikdə heyvanlara su, arpa-yem verməyə getmişdir. Daha sonra “Kamaz” markalı yük avtomobili gəlmiş və heyvanlar “Kamaz” markalı yük avtomobilinə yüklənmişdir. xx.xx.2023-cü ildə səhər saatlarında Vüsalın anası Bəsti Vüsala zəng edib Vəliyəddinin qoyunlarının oğurlandığını, zəng edib məlumat verməsini demiş, Vüsal da Vəliyəddinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları Vüsalı oğurluqda şübhəli olduğu üçün Bərdə RPŞ-nə dəvət etmişlər və Vüsal Bərdə RPŞ-nə getmişdir. Daha sonra polis əməkdaşları oğurluqda şübhəli olduğundan onu da Bərdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində Vüsal və Anarla birlikdə Bərdə rayonu Nazırlı kəndində yerləşən İlqar adlı şəxsin fermasından Vəliyəddinə məxsus 10 baş xırdabuynuzlu heyvanları oğurladığını etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişlər. Zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Himayəsində azyaşlı uşağı vardır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə qadın olmasının, ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus VAZ-2106 markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. Təqsirləndirilən şəxs1 2 ildir tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti göstərdiyindən onunla birlikdə bir neçə yerə getmişdir. Zərərçəkmiş şəxs tanımır, onunla aralarında heç bir ədavət və düşmənliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib mal bazarına heyvan aparmaq lazım olduğunu demişdir. Vüsala hazırda məşğul olduğunu, axşam radələrində görüşə biləcəklərini demişdir. Həmin gün saat təxminən 21 radələrində özünə məxsus avtomobillə Təqsirləndirilən şəxs1 işlədiyi Bərdə rayonu Qarağacı kəndində yerləşən Kamran adlı şəxsin fermasına getmişdir. Vüsal və Arzu onun avtomobilinə əyləşmiş və birlikdə Vüsalın atasının və anasının işlədikləri Bərdə rayonu Nazırlı kəndində yerləşən fermaya getmişlər. Vüsal və Arzu ilə birlikdə Vüsalın anası Bəsti ilə görüşmüşlər. Özü Vüsalın valideynləri yaşayan evə keçərək evdə çay içmiş, Vüsal və Arzu isə heyvanları maşına yükləmişlər. Təxminən 15-20 dəqiqə sonra Vüsal onu çağırmış və getmişlər. Maşında olarkən bilmişdir ki, Vüsal və Arzu avtomobilə ümumilikdə 10 ədəd xırdabuynuzlu qoyun qoymuşlar. Heyvanların oğurluq olduğunu bilməmişdir. Avtomobili Bərdə rayonu Qarağacı kəndində yerləşən Kamran adlı şəxsə məxsus fermaya doğru idarə etmiş, fermanın yaxınlığında Arzu avtomobildən düşmüşdür. Vüsalla qoyunları Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına aparmışdır. Mal bazarında qoyun heyvanları satılan yerdə avtomobili saxlamış, Vüsalla 10 baş xırdabuynuzlu qoyunları avtomobildən düşürmüşlər. Tanımadığı şəxs ona 1550 manat verib, qoyunları almaq istədiyini demişdir. Həmin şəxslə razılaşmış, pulu götürüb saymış və qoyunları alıcıya təqdim etmişdir. Saat 01 radələrində Vüsalla birlikdə mal bazarından çıxıb Vüsalın işlədiyi Bərdə rayonu Qarağacı kəndinə doğru getmişlər. Yolda Vüsal ona 500 manat pul verdikdə heyvanların oğurluq olduğunu bilmişdir. Vüsalı düşürdükdən sonra idarə etdiyi avtomobillə yaşadığı Bərdə rayonu Nağılar kəndinə getmişdir. Həmin gün saat təxminən 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları onun Zərərçəkmiş şəxs məxsus qoyunların oğurlanmasında şübhəli olduğunu bildirib izahatının alınması üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Bərdə rayonu Nazırlı kəndi ərazisində İlqar adlı şəxsə məxsus olan ferma yerləşir. Fermaya nəzarəti Natiq və Bəsti adlı şəxslər etmiş və fermaya məxsus tikilidə qalmışlar. Özünə məxsus 48 baş xırdabuynuzlu, yəni qoyun heyvanı olmuşdur. İlqardan ferma boş olduğundan özünə məxsus olan xırda buynuzlu heyvanlarını fermada saxlamağını xahiş etmiş, İlqar onunla razılaşmış, 2022-ci ilin dekabr ayından etibarən 48 baş xırdabuynuzlu heyvanlarını həmin fermada saxlamışdır. 12 dekabr 2022-ci il tarixdə xırdabuynuzlu heyvanlarını otardıqdan sonra İlqara məxsus fermaya gətirmiş və qoyunları təxminən saat 17 radələrində fermanın tövləsinə saldıqdan sonra yaşadığı evə getmişdir. 13 yanvar 2023-cü il tarixdə səhər təxminən saat 09 radələrində yaşadığı evdən çıxıb İlqarın fermasına getmişdir. Fermada nəzarətçi işləyən Natiqin oğlu Vüsal ona zəng edərək fermada saxladığı qoyunlarının oğurlandığını demişdir. Dərhal İlqara məxsus olan fermaya getmiş, fermada Natiq və Bəsti onu qarşılamışlar. Bəsti ona qoyunlarının bir hissəsinin oğurlandığını demişdir. Fermaya daxil olmuş və heyvanlarını sayanda görmüşdür ki, 10 baş xırdabuynuzlu qoyun və qoçları oğurlanmışıdır. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra polis əməkdaşları gəlmiş və izahatının alınması üçün onu Bərdə RPŞ-nə dəvət etmişlər. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə rəhm edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 17 aprel 2023-cü il tarixli 9/2707 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1 baş, 1 il 5 aylıq, erkək cinsli diri çəkisi 40-45 kiloqram olan qoyun 300,0 manat, 1 baş, 1 il 5 aylıq, dişi cinsli diri çəkisi 40-45 kiloqram olan qoyun 280,0 manat-9 baş 2520,0 manat. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməsə də, onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və digər təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Bərdə rayonu Tağılar kəndində anadan olmuş, Bərdə rayonu Nağılar kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus VAZ-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. Avtomobili öz adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs1 2 ildir ki tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 onun yaşadığı kənddə Xəlifə adlı şəxsin fermasında çoban kimi işləmişdir. Təqsirləndirilən şəxs1 o, taksi fəaliyyəti göstərdiyi üçün onunla birlikdə bir neçə yerə getmişdir. Zərərçəkmiş şəxs tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib "Mal bazarına heyvan aparmaq lazımdır" demişdir. O, Vüsala hal-hazırda məşğul olduğunu, axşam radələrində görüşə biləcəyini demişdir. Vüsal ona heyvan oğurluğu edəcəyini, həmin heyvanları aparıb bazarda satmağı təklif etmişdir. Həmin gün saat təxminən 21 radələrində özünə məxsus avtomobillə Təqsirləndirilən şəxs1 işlədiyi Bərdə rayonu Qarağacı kəndində yerləşən Kamran adlı şəxsin fermasına getmişdir. Vüsal Arzu adlı qadınla birlikdə onun avtomobilinə əyləşmiş və ona Bərdə rayonu İkinci Nazirli kəndinə getməyini demişlər. Yolda Vüsal və Arzu ona Bərdə rayonu İkinci Nazirli kəndində Vüsalın anası yaşadığı İlqarın fermasından Zərərçəkmiş şəxs məxsus qoyun və qoçları oğurlamağa getdiklərini bildirmişlər. Oğurluq edəcəkləri üçün Arzuya düşüb arvadın içəridə başını qatacağını, onlar oğurladıqları heyvanları maşına qoyub ona xəbər vermələrini təklif etmişdir. Onlar Bəstinin yaşadığı fermaya çatmış və o, avtomobildən düşüb Bəstinin yanına getmişdir. Bəsti arvadın evində olarkən Vüsal və Arzu Vüsalın anası Bəstinin yanında gözləməsini, uşağın sənədini götürüb gələcəklərini demişlər. Vüsal və Arzu getmiş, təxminən 15- 20 dəqiqə sonra Vüsal onu çağırmış və o, avtomobilə doğru getmişdir. Avtomobilin yanında o, Vüsal və Arzu olmuşlar. Vüsal və Arzu oğurladıqları quzuların 6-7-sini avtomobilə yükləmişlər. O, isə yerdə qalan 2-3 quzunu tutub avtomobilin içərisinə yükləmişdir. Avtomobili döndərmiş və onlar həmin yerdən uzaqlaşmışlar. Yolda bilmişdir ki, Vüsal və Arzu ümumilikdə 10 ədəd xırdabuynuzlu qoyunları oğurlamışlar. Avtomobili Bərdə rayonu Qarağacı kəndində yerləşən Kamran adlı şəxsə məxsus fermaya doğru idarə etmiş, fermanın yaxınlığında Arzu avtomobildən düşmüşdür. Vüsal ilə oğurladıqları qoyunları Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına aparmışdır. Mal bazarına çatıb, qoyun-quzular satılan yerdə avtomobili saxlamış, Vüsal ilə oğurladıqları 10 baş xırdabuynuzlu qoyunları avtomobildən düşürmüşlər. Bir neçə alıcı onlara yaxınlaşmış, Vüsal heyvanların hər birinin qiymətinin 300 manat olduğunu demişdir. Vüsal bazarda kimisə tanıdığı üçün heyvanların yanından uzaqlaşıb getmiş, alıcılarla özü söhbət etməyə başlamışdır. Adını bilmədiyi alıcılardan biri ona 1550 manat verib, quzuları almaq istədiyini demişdir. Həmin şəxslə razılaşmış və pulu götürüb saymış, quzuları alıcıya təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Vüsalla birlikdə özünə məxsus avtomobillə mal bazarından çıxıb Vüsalın işlədiyi Bərdə rayonu Qarağacı kəndinə doğru getmişdir. Vüsalı düşürdükdən sonra yaşadığı Bərdə rayonu Nağılar kəndinə getmiş və yatmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində Vüsalı yığıb oğurluqdan bir xəbər olub-olmadığını soruşmuş, Vüsal narahat olmamasını, heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, rahat olduğu üçün öz işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat təxminən 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları onun Zərərçəkmiş şəxs məxsus qoyunların oğurlanmasında şübhəli olduğunu bildirib izahatının alınması üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Bərdə RPŞ-də xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Nazirli kəndində yerləşən İlqar adlı şəxsin fermasından Vəliyəddin adlı şəxsə məxsus 10 baş xırdabuynuzlu heyvanları Arzu və Vüsal ilə birlikdə oğurladığını etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai isintaqda, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qeyd olunan oğurluq əməlini Təqsirləndirilən şəxs3 ilə birlikdə planlaşdırıb həyata keçirdiklərini bildirdilər. Çarpaz dindirmə zamanı hər iki Təqsirləndirilən şəxs3 üzünə qarşı Təqsirləndirilən şəxs1 birlikdə heyvan oğurluğu etmək təklifindən sonra Anarın onlarla razılaşması, daha sonra Anarın bir neçə dəfə Vüsala zəng edərək qoyun oğurluğuna nə vaxt gedəcəklərini soruşmasını dedilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 oğurluq cinayətinin törədilməsində iştirak etməməsi haqqında bildirdikləri digər təqsirləndirilən şəxslərin ifadələri ilə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi tamamilə təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək “oğurluq hadisəsindən xəbərinin olmadığı, yalnız mal bazarında heyvanları satıb qayıdan vaxt yolda Vüsal ona 500 manat pul verdikdə heyvanların oğurluq olduğunu bilməsi” barədə bildirdiklərini təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsi kimi qəbul edir, həmin ifadəni gerçəkliyə uyğun olmayıb məhkəməni çaşdırmaq məqsədi ilə uydurulmuş və sübut əhəmiyyəti olmayan ifadə hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bərdə rayonu İkinci Nazirli kəndinə gəlib həmin kənddə yerləşən X3 məxsus olan fermanın həyətində olan tövlənin pəncərəsinə mexaniki təsir göstərib açaraq saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq İlqar Həsənovun tanışı Zərərçəkmiş şəxs məxsus olan 300 manat dəyərində 1 baş erkək cinsli, hər biri 280 manat dəyərində 9 baş dişi cinsli olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlarla ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli Arayışdan və 03 may 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 1077 saylı Arayışdan və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli Arayışdan və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər cinayət törətməmişlər. Törətdikləri cinayət əməlini səmimi etiraf etməklə əməllərindən peşmandırlar, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişlər, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Habelə işdə olan xasiyyətnamələr ilə təqsirləndirilən şəxslər müsbət xarakterizə olunmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd verərək onlara rəhm edilməsini xahiş etdilər. Bu isə onların cinayət törətməyə meyilli olmamalarını və cəmiyyət üçün tam yararsız olmamalarını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmələri və məhkum olunmamaları, Təqsirləndirilən şəxs3 isə əvvəllər bir dəfə məhkum olunsa da məhkumluğunun ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd vermələri onların cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olmaları kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslərə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslərin üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadıqları yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 13 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 15 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması barədə 13 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 15 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 iyul 2023-cü il tarixdə Ağdam rayonu ərazisində tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması barədə 13 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 15 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 17 aprel 2023-cü il tarixli 9/2707 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 18 sentyabr 2023-cü ildən etibarən həbsdə olduğu 28 (iyirmi səkkiz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 06 iyul 2023-cü ildən etibarən həbsdə olduğu 03 (üç) ay 10 (on) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3nn barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar