Məhkəmə qərarları › İş №1(021)-135/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-135/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-135/2025 03.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Ağdam şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi təmiz çəkisi 7,00 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 17 may 2025-ci il tarixdə saat 15:38 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bərdə rayonu, Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlanan ərazidə saxlanılaraq, saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan tündgöy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,00 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Fariz və digər adları yadında qalmayan polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üstünün yoxlanılması zərurətinin olduğunu bildirmişdirlər və üzərinə baxış keçirmişdirlər. Onun üzərində 7 qram narkotik vasitə olub. Narkotik vasitəni saxlamasında məqsədi özünün istifadə etməsi olub. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Evdə xəstə anası var. Evi dolandıran yeganə şəxs odur. Bunların nəzərə alınmasını xahiş etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4i olaraq heç bir yerdə işləmir, ünvan 5ə yerləşən “Təzə Bazar”da satıcı kimi işləyir. Evlidir, 2 uşağı var, uşaqlardan birinin 16, digərinin 19 yaşı vardır. O, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 17 may 2025-ci il tarixdə “Təzə Bazar”da piyada hərəkətdə olarkən yerdə şəffaf rəngli sellofanın içərisində şübhəli kibrit qutusu görmüşdür. Həmin kibrit qutusunun içərisini açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Həmin narkotik vasitəni götürüb cibinə qoymuşdur və istifadə məqsədilə üzərində saxlamışdır. 17 may 2025-ci il tarixdə günorta saatlarında, saat təxminən 15:40 radələrində ünvan 5ə yerləşən “Təzə Bazar” ərazisində tanımadığı 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üstünün yoxlanılması zərurətinin olduğunu bildirmişdirlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin kibrit qutusu ilə birlikdə 9,72 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birllikdə Bərdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmışdır, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş mariuxananı bir neçə gün əvvəl ünvan 5ə yerləşən “Təzə Bazar”da yerdən tapmışdır. O, həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, narkotik vasitəni tanıdığından həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 17 may 2025-ci ildə Təqsirləndirilən şəxs tərəflərin saxlanılmış və şöbəyə aparılmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən “Samsung” markalı mobil telefonu və kibrit qutusunun içərisində marixuana adlanan maddəni təqdim rtmişdir. Maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,72 qram olduğu müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı xüsusi rütbəsindədir. 17 may 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə ş., M.Ə.Rəsulzadə küçəsində yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. 17 may 2025-ci il saat 15:38 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Güloğlular kəndində yerləşən Təzə Bazarda saxlanıldı. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etdi və kibrit qutusunun içərisində marixuana adlanan maddə olduğunu söylədi. Həmin bükümə Şahid1 tərəfindən baxış keçirildi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 9,72 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanıldı, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdı, videoçəkiliş dayandırıldı. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirildi və şübhəli şəxs qismində tutuldu. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçisi X2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirildi. İlk əvvəl Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edildi. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon (arxasında Kapital banka mənsub olan 5239- 1517-8926-7963 saylı bank kartı) 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürüldü. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirdi. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırıldı. Bundan əlavə verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 17 may 2025-ci ildə Təqsirləndirilən şəxs tərəflərin saxlanılmış və şöbəyə aparılmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən “Samsung” markalı mobil telefonu və kibrit qutusunun içərisində marixuana adlanan maddəni təqdim rtmişdir. Maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,72 qram olduğu müəyyən edilmişdir ibtidai istintaq zamanı verdiyi ifaəsini təsdiq edir. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 17 may 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə ş., M.Ə.Rəsulzadə küçəsində yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. 17 may 2025-ci il saat 15:38 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Güloğlular kəndində yerləşən Təzə Bazarda saxlanıldı. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən "Samsung" markalı mobil telefonu təqdim etdi və kibrit qutusunun içərisində marixuana adlanan maddə olduğunu söylədi. Həmin bükümə Şahid1 tərəfindən baxış keçirildi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 9,72 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanıldı, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdı, videoçəkiliş dayandırıldı. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirildi və şübhəli şəxs qismində tutuldu. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçisi X2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirildi. İlk əvvəl Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edildi. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon (arxasında Kapital banka mənsub olan 5239- 1517-8926-7963 saylı bank kartı) 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürüldü. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirdi. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırıldı. Bundan əlavə verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 17 may 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında şübhəli bilinən, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 54 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 may 2025-ci il saat 15:38 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Güloğlular kəndində yerləşən Təzə Bazarda saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir və kibrit qutusunun içərisində marixuana adlanan maddə olduğunu söyləmişdir. Həmin bükümə Şahid1 tərəfindən baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,72 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmışdır, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatmış, videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Bərdə RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon (arxasında Kapital banka mənsub olan 5239-1517- 8926-7963 saylı bank kartı) 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan 18 may 2025-ci il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 18 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 6-50-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 17 may 2025-ci il tarixdə saat 15:38 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 54 ünvanında yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzəri yoxlanılan zaman üzərindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,00 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 13-15-ci vərəqələrində olan 17 may 2025-ci il tarixdə «Əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 15:41 dəqiqədən saat 15:49 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə rayonu, Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan ərazidə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və içərisində qurudululmuş marixuana olduğunu söyləmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisindən qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,72 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin 33-37-ci vərəqəsində olan 17 may 2025-ci il tarixdə «Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 16:55 dəqiqədən saat 17:05 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. İlk əvvəl Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon (arxasında Kapital banka mənsub olan 5239-1517-8926-7963 saylı bank kartı) 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirən zaman hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işinə əlavə olunmuş 17 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və Bərdə RPŞ-nin inzibati binasında üzərinə təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişləri əks etdirən DVD disklərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını əks etdirən video görüntüdən görünmüşdür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir və kibrit qutusunun içərisində marixuana adlanan maddə olduğunu söyləmişdir. Həmin bükümə Şahid1 tərəfindən baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,72 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyi video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon (arxasında Kapital banka mənsub olan 5239-1517-8926-7963 saylı bank kartı) 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 may 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 17 may 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 18 may 2025-ci il tarixli 16/469 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “....Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər bitki..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-7,00 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq- 6,96 qramdır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat) Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Bərdə rayon şöbəsinin 19 may 2025-ci il tarixli 381 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji 21 iyun 2025-ci il tarixli 991 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələ olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan 10 iyul 2025-ci il tarixli Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin 153 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 102-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 19 iyul 2025-ci il tarixli, 18-1-28/2-1673/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 108-120-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda ümumilikdə təmiz çəkisi 7,00 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6,96 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 19 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 19 may 2025-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 01 ədəd kibrit qutusunda ekspertizadan sonra qalıq çəkisi 6,96 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixindən 19 may 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 01 ədəd kibrit qutusunda 6,96 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar