Məhkəmə qərarları › İş №1(021)-136/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-136/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-136/2023 11.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bərdə rayonu, Cicimli kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməyən, Bərdə rayonu, Mehdixanlı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Cicimli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 01 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə X2 ilə ailə qurmuş və 2018-ci ildə Nihad adlı oğlu doğulmuşdur. Oğlu doğulandan travmatoloji xəstədir. O, 01 aprel 2023-cü il tarixdə evdə olmuşdur. Səhər evdə yatan zaman polislər evinə gələrək onu 40 dəqiqə gözləyərək onu şöbəyə aparmışlar. Həmin qırx dəqiqə ərzində o, qoyunlarını qonşunun həyətinə ötürmüşdür. Şöbədə ona bildirmişlər ki, o narkotik istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun üzərində narkotik vasitə olmamışdır. Şöbədə müəyyən məsələlər olduğu üçün məcbur olub narkotikin ona mənsub olmasını bildirmişdir. O, hazırda fəhlə işləyir, iki ustaya palçıq qarışdırıb verir ki, xəstə uşağını müalicə elətdirə bilsin. Əvvəllər məhkum olunub, lakin bu o demək deyil ki, o, bu cinayəti də törədib. Onu polislər evdən götürüb birbaşa Şöbəyə aparmışlar. Onun qeyd edilən narkotikdən ümumiyyətlə xəbəri olmamışdır. Sadəcə dedilər ki, kamera qarşısında cibindən çıxart stolun üstünə qoy. O, heç bir cinayət törətməmişdir. Şöbəyə aparılanda ayağında qolbaq olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Halbuki ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Cicimli kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, 2015-ci ildə X2 ilə ailə həyatı qurmuş, birgə rəsmi nikahlarından oğlu Nahid olmuşdur. Nahid 2018-ci il təvəllüdlüdür və onun travmatoloji xəstəliyi vardır. Əvvəllər dəfələrlə cinayət törətdiyindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan 2021-ci ilin axırlarında tutularaq həbs edilmişdir. Lakin, 2022-ci ilin yanvar ayında 2 il müddətində ev dustaqlığına buraxılmışdır. Buna baxmayaraq mütamadi olaraq narkotik vasitə olan marixuana qəbul etmişdir. 2022-ci lin axırlarında kəndinin ərazisində gəzərkən kolluq ərazilərdə bir neçə yerdə, el arasında “Kanapilə” kimi tanınan yabanı narkotik vasitə olan çətənə kollarının olduğunu görmüş və onu siqarət kimi istifadə etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etdiyindən həmin kütlələri toplayaraq öz istifadəsi məqsədi ilə həmin bitkilərdən bir qədər toplayıb saxlamışdır. 01 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində həmin kütləni istifadə etmək məqsədilə götürüb boşluq sahəyə gedərkən polis əməkdaşları onu saxlayaraq, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində öz istəyi ilə Bərdə Rayon vəkil bürosunun vəkili Elmir Cəfərov dəvət olunmuş və üzərinə keçirilən baxışda iştirak etmişdir. Keçrilən baxış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması ondan soruşulmuş, sonra özü könüllü olaraq üzərində saxladığı bir bükümdə olan narkotik vasitəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən əlavə olaraq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları həmin kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzəməsini bildirmişdirlər. Bunun ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və cəmi 43,93 qram olması müəyyən olunmuş və bükülü proses iştirakçılarının iştirakı ilə müvafiq qaydadda 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və proses iştirakçıları həmin qablaşdırmanın üzərinə imza etmiş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Bunun ardınca üzərindən aşkar edilmiş, siqaret və 5 manat pul özünə qaytarılmışdır. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, özünü təqsirli bilmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. O, bu barədə də izahat vermişdir. Bir daha bildirmişdir ki, üzərində aşkar edilmiş qurudulmuş marixuana ona məxsus olmuş, özünün istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 01 aprel 2023-cü il tarixdə Bərdə rayonu, Cicimli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 Bakir oğlu və Bərdə rayon Polis Şöbəsinin KTQnun baş inspektoru, polis kapitanı Şahid1 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirərək 01 aprel 2023-cü il tarixdə saat 12:10-da Təqsirləndirilən şəxs Bərdə rayonu, Cicimli kəndində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili X15 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 Bakir oğlunun iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkçənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçirilmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Həmin kütlə ardınca elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Bərdə rayonu, Cicimli kənd ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdirlər. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 01 ədəd 5 manatlıq əskinaza, siqaret qutusuna, kağız parçalara baxış keçirilmiş, lakin sübut əhəmiyyətə malik olmadıqları üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı zorakılığa məruz qalıb-qalmaması sorğu edilən zaman hər hansı bir zorakılığa məruz qalmamasını və bununla əlaqədar heç bir şikayətinin olmamasını bildimişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 şahid qismində dindirilmiş Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 vermiş olduğu ifadədən fərqlənməyən, eyni məzmunlu ifadə vermiş və qeyd edilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 Bakir oğlu ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 01 aprel 2023cü il tarixdə Bərdə rayonu, Cicimli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, Şahid3 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirərək 01 aprel 2023-cü il tarixdə saat 12:10-da Təqsirləndirilən şəxs Bərdə rayonu, Cicimli kəndində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili X15 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkçənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçirilmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Həmin kütlə ardınca elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Bərdə rayonu, Cicimli kənd ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdirlər. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 01 ədəd 5 manatlıq əskinaza, siqaret qutusuna, kağız parçalara baxış keçirilmiş, lakin sübut əhəmiyyətə malik olmadıqları üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı zorakılığa məruz qalıb-qalmaması sorğu edilən zaman hər hansı bir zorakılığa məruz qalmamasını və bununla əlaqədar heç bir şikayətinin olmamasını bildimişrdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 aprel 2023-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün video çəkilişlə Bərdə rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzəri polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkcənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefona bənzər nəzarət qurğusu, həmin şalvarın arxa cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazi aşkar edilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçrilmiş, baxış zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Bərdə rayon Cicimli kəndi ərazisindən topladığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzərində zəruri qeydlər aparılmış, həmin zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götrülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 01 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 01 ədəd 5 manatlıq pul əskinazına, siqaret qutusuna, kağız parçalarına baxış keçrilmiş, lakin, iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb qalmaması sorğu edilmişdir. Lakin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Baxış keçirilməsi zamanı çəkilmiş video görüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskdən görünür ki, Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid1 oğlunun, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakir oğlunun və Bərdə rayon Vəkillər Bürosunun vəkili X6 iştirakı ilə Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qararəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkçənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçirilmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Həmin kütlə ardınca elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Bərdə rayonu Cicimli kənd ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdirlər. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 01 ədəd 5 manatlıq əskinaza, siqaret qutusuna, kağız parçalara baxış keçirilmiş, lakin sübut əhəmiyyətə malik olmadıqları üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdırlar. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalıb-qalmaması sorğu edilən zaman hər hansı bir zorakılığa məruz qalmadığını və bununla əlaqədar heç bir şikayətinin olmadığını bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 02 aprel 2023-cü il tarixli 16/389 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd mavi rəngli sellofan paketdə, təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana təmiz çəkisi - 42,09 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 42,05 qram. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin 23 may 2023-cü il tarixli 902 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2000 manat cərimə; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə və 1900 manat cərimə; sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 42,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı qalıq hissəsi olan 42,05 qram çəkidəki qalıq hissəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 daxil olmuş 20 may 2023-cü il tarixli 6122 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 daxil olmuş 20 may 2023-cü il tarixli 6123 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatdadır. (tiryək narkomaniyası 01 fevral 2012 təkrar). Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 45/01 saylı 28 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 sentyabr 2022-ci il tarixdə Şöbənin icraatına daxil olmuş və 22 sentyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək cəzasının 06 ay 09 gün hissəsini çəkmiş və çəkilməmiş 01 il 05 ay 21 gün cəzası qalmışdır. Məhkəmə istintaqı zamanı alınmış ifadələr və yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə sorğular verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 3-16-21/1-983 saylı 04 sentyabr 2023-cü il tarixli və 3-16-21/1-1009 saylı 08 sentyabr 2023-cü il tarixli məktublara əsasən məhkəməyə təqdim edilmiş məhkum Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə səhər saat 10:33-də evdən çıxaraq birbaşa Bərdə rayon Polis Şöbəsinə getmiş və həmin tarixdə saat 10:50-də Bərdə rayon Polis Şöbəsində olmuşdur. Bərdə rayon Polis Şöbəsində olarkən mobil nəzarət qurğusunun enerjisi bitdiyindən 02 aprel 2023-cü il tarixdə saat 05:07-dən izlənmə məlumatları “Attenti” elektron monitorinq sisteminə daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi barədə: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda qeyd edilir ki, “Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 01 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin cinayətin tərkibini yaradır. Halbuki ittiham aktında irəli sürülmüş ittiham iş materiallarında olan sübutlarla, ziddiyyətli sübutlarla, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmır. Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olunmadığından ona bəraət verilməlidir. Məhkəmə ziddiyyətli məqamların nədən ibarət olmasını və Təqsirləndirilən şəxs bəraət verilməsini aşağıdakı xüsusatlarla əsaslandırır:

1. Cinayət işi materiallarının 9-cu səhifəsinə əlavə edilmiş 01 aprel 2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərarda qeyd edilmişdir ki, xx xxxx 1977-ci il tarixdə Bərdə rayonu Cicimli kəndində anadan olmuş, Azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Mehtixanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayon, Cicimli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması ehtimalı olduğundan onun üzərində şəxsi axtarış keçirilsin. Məhkəmə yuxarıda göstərilən qərarla bağlı qeyd etmək istəyir ki, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində əməliyyataxtarış tədbirlərləri kimi qeyd edilmişdir: - vətəndaşların sorğusu; - soraqlaşma; - telefon danışıqlarına qulaqasma; - poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; - məhkumların məktublarının yoxlanılması; - nəqliyyat vasitələrinə baxış keçirilməsi; - binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; - binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; - insanların güdülməsi; - şəxsiyyətin eyniləşdirilməsi; - nəzarət qaydasında mal alınması; - əşya və sənədlərin tədqiqi; - müqayisəli tədqiq üçün nümunələrin toplanılması; - nəzarətli göndəriş; - cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; - hüquqi şəxsin yaradılması; - əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Göründüyü kimi “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda “üzərində şəxsi axtarış” adlanan heç bir əməliyyat axtarış tədbiri qeyd edilməmişdir. Bununla da hazırki iş üzrə hər hansısa bir əməliyyat axtarış tədbirinin keçirilməsindən söhbət gedə bilməz.

2. Cinayət işi materiallarında aparılmış bütün sənədləşmələrdə, qeydiyyat işlərində, raportlarda, eləcə də alınmış ifadələrdə qeyd edilmişdir ki, 01 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə bu faktla bağlı onu qeyd etmək istəyir ki, verilmiş ifadələrdə, tərtib edilmiş raportlarda, iş materiallarında olan sənədlərdə qeyd edilən 01 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılması faktı tamamilə əsassız və öz təsdiqini nəinki tapmayan, əksinə, tamamilə mötəbər hesab olunan bir sübutla təkzib edilən haldır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 3-16- 21/1-983 saylı 04 sentyabr 2023-cü il tarixli və 3-16-21/1-1009 saylı 08 sentyabr 2023-cü il tarixli məktublara əsasən məhkəməyə təqdim edilmiş məhkum Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə səhər saat 10:33-də evdən çıxaraq birbaşa Bərdə rayon Polis Şöbəsinə getmiş və həmin tarixdə saat 10:50-də Bərdə rayon Polis Şöbəsində olmuşdur. Məhkəmə qeyd edilən məktublara əlavə edilmiş Təqsirləndirilən şəxs 01 aprel 2023cü il tarixdə hərəkət trayektoriyasına dair video çıxarışa baxış keçirərkən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 10:33-də evindən birbaşa çıxaraq hər hansısa bir yerdə dayanmadan və hərəkət istiqamətini dəyişdirmədən birbaşa Bərdə rayon Polis Şöbəsinə getmiş və 17 dəqiqədən sonra, yəni 10:50-də bərdə rayon Polis Şöbəsinin inzibati binasında olmuş və həmin binadan bir daha çıxmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılması tamamilə həqiqətə uyğun olmayan bir dəlildir.

3. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması. Bu faktla bağlı məhkəmə qeyd edir ki, bu hal ümumiyyətlə inandırıcı hesab edilə bilməz. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini daha inandırıcı və ağlabat hesab edir. Belə ki, təqsirləndirilən şəxs evindən birbaşa rayon Polis Şöbəsinə gedirsə (bu hal yuxarıda qeyd edilən bənddə ətraflı əsaslandırılmışdır) özü ilə narkotik vasitə aparması qeyri-mümkün olan bir haldır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədə aparılmış istintaq zamanı və əldə edilmiş sübutların qarşılıqlı təhlili əsasında formalaşmış hüquq düşüncəsi və yaranmış daxili inam onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs evindən çıxıb birbaşa Bərdə rayon Polis Şöbəsinə gedərkən üzərində narkotik vasitə aparması inandırıcı olmamaqla bərabər, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəxs tərəfindən edilməsi qeyrimümkün olan bir hərəkətdir. Çünki müəyyən formada təşəkkül tapmış olan hüquqi düşüncə hakimlər tərəfindən müəyyən faktların həm hüquqi, həm də əxlaqi məzmununu dərk etmələri və qiymətləndirilmələri üçün düzgün yanaşmanın güclü vasitəsidir. Hüququn fəlsəfəsi cinayət və cəza institutuna onun ümumsosial mexanizmdə yeri və rolu, etik normalar, mənəvi və əxlaqi dəyərlər baxımından onun hüquqi təbiətinə haqq qazandırmaq və ya qınamaq kontekstində baxır. Çünki mövcud cinayətkarlıq və cəza fəlsəfəsinin ümumi ana ruhunun mahiyyəti ondan ibarətdir ki, pozulmuş hüquq onun törədilməsi nəticəsində verilmiş qisasla yəni, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırmaqla özünü bərpa edə bilər. Qisas nəzəriyyəsinin tərəfdarlarının (Hegel, Kant, Lombrozo) mistik təfəkkürünün əsaslarında da, hökm sürən müddəa ondan ibarətdir ki, cinayət varsa cəza olmalıdır. Lakin cinayətin olmadığı yerdə verilmiş məsuliyyət və tətbiq edilən cəza ədalət kimi fundamental bir institutun məhvi və sarsılması ilə nəticələ bilər. Tətbiq edilən məsuliyyət və cəza törədilmiş əmələ münasibətdə islah vasitəsidir, lakin həmin islah vasitəsi ki, alacağımız nəticə də ondan asılıdır. Təqsiri olmayan şəxsə “Potensial cinayətkar” konteksti ilə və ya 1882-ci ildə Fransada bərqərar olmuş “Anadangəlmə cinayətkar” cinayət hüquqi məktəbinin şərtləri ilə yanaşıb məsuliyyətə cəlb edilərək cəzalandırılması kimi ədalətsiz davranış həmin şəxsin bütünlükdə dövlətimizdə məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin şəffaf, ədalətli və obyektiv fəaliyyətini kölgə altına almış olar və qeyd edilən hallarla bağlı neqativ narazı düşüncələr formalaşdıra bilər. Qeyd edilənlərə əsasən ədalət institutu sarsılmadan fəaliyyət göstərməli və hər kəs onun təsdir və gücünü hiss etməlidir. Təqsirkara verilən bütün zəmanətlər də məhz ədalət institutundan bəhrələnir. Məhz bu səbəbdən də Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsinə yönəlməlidir və Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət qazandırmağı məqsədəmüvafiq hesab edir.

4. Təqsirləndirilən şəxs ibtidai istintaqda əməlini etiraf etməsi və iş üzrə toplanmış sübutlar. Bu xüsusatla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - ekspertin rəyi; - maddi sübutlar; - istintaq və məhkəmə hərəkətlərinin protokolları; - digər sənədlər. Hazırki cinayət işi üzrə sübutlar təqsirləndirilən şəxs tərəfindən verilmiş etirafedici ifadə, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlərdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi ilə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin iş materiallarında olan sübutların ziddiyyətli olması və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan əməlin tamamilə təkzib edilməsi müşahidə edilmişdir. Bu hallar təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarda qanunvericilikdə olmayan əməliyyat tədbirinin keçirilməsi, “keçirilmiş tədbirin” yeri və zamanının təhrif edilmiş olması, Təqsirləndirilən şəxs Şöbədə 01 aprel 2023-cü il tarixdə saat 10:50-də Bərdə rayon Polis Şöbəsinin inzibati binasında olmasına baxmayaq onun guya 01 aprel 2023-cü il tarixdə saat 12:10-da Bərdə rayonu Cicimli kəndi ərazisində saxlanılması və s. bu kimi faktlarla öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu “etirafedici ifadəsi” sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Həmçinin “Layıcov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “Xan BirləşmişKrallığa qarşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X7rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002-İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Təqsirləndirilən şəxsə qarşı yeganə və ya həlledici sübut başqasının sözlərinə əsaslanan ifadədən ibarət olsa belə, onun sübut kimi qəbul olunması avtomatik olaraq 6-cı Maddənin 1-ci bəndinin pozulması ilə nəticələnmir. Lakin, ittihamın yeganə və həlledici dərəcədə məhkəmədə iştirak etməyən şahidin ifadəsinə əsaslanması faktı ölçülübbiçilməli olan və yetərli balanslaşdırma, o cümlədən güclü prosessual təminatlarin mövcudluğunu tələb edən çox mühüm amildir. Hər bir məhkəmə işində sual bundan ibarət olur ki, yetəri qədər balanslaşdırıcı amil, o cümlədən sübutun etibarlılığını düzgün və ədalətli qiymətləndirməyə imkan verən tədbirlər mövcud olubmu. İttihamın belə sübuta əsaslanmasına, məhkəmə işi üçün əhəmiyyəti nəzərə alınan həmin sübut kifayət qədər etibarlı olduqda icazə verilir (Əl Kavaya və X4rşı).

5. Bərdə rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video çəkiliş zamanı səsləndirilən fakt. Məhkəmə qeyd edir ki, Bərdə rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə 01 aprel 2023-cü il tarixdə 13:10-da baxış keçirilərkən çəkilmiş video çəkilişin son dəqiqəsində Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs “X20 çağırıblar, ya saxlayıb gətiriblər?” sualına Təqsirləndirilən şəxs “Məni gətiriblər Polis Şöbəsinə” deyərək cavablandırmış, küçədə saxlanılma faktını qeyd etməyərək dolayısı ilə məhkəmədə vermiş olduğu ifadəsinə uyğun fikri Polis Şöbəsində bildirmişdir. Bununla da məhkəmə, məhkəmədə Təqsirləndirilən şəxs vermiş olduğu ifadəni daha səmimi və düzgün ifadə kimi qiymətləndirmişdir. Belə ki, bütün məhkəmə proseslərində Təqsirləndirilən şəxs evdə olduğunu, evinə polis əməkdaşlarının gəldiyini və evdən onu Bərdə rayon Polis Şöbəsinin inzibati binasına aparmalarını dəfələrlə qeyd etmişdir. Onun evdən birbaşa Polis Şöbəsinə getməsini üzərində gəzdirmiş olduğu elektron qolbaq sistemi ilə əldə edilən məlumatlar da təsdiq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ziddiyyətli sübutlar əsasında ittiham irəli sürülmüşdür. Həmin ittiham sonradan məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Hazırki cinayət işində irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin qeyd edilən cinayət üzrə təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.3.-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətməkdə tam təqsirli olmasına sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı əldə edilmiş və ittihamın irəli sürülməsinə səbəb olmuş sübutlar məhkəmə istintaqı zamanı toplanmış olan digər sübutla və ifadələrlə tam şəkildə təkzib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqlar ıüzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuşşəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqularının və X5 Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7-ci maddə); - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda(125.2.9-cu maddə); - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X5 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq vəşəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X17rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-c ibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarına əsasən “...Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.... ...Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.... ... Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir.... ...Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.... ...Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir....” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa, tərəfdar çıxdığımız müqavilələrin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin Plenum Qərarlarının hüquqi mövqelərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.2.1-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 162.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 42,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 42,05 qram qalıq hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci ümumilikdə 32 manat 40 qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 42,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 42,05 qram qalıq hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci ümumilikdə 32 manat 40 qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar