Məhkəmə qərarları › İş №1(021)-137/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-137/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-137/2021 16.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1988-cı ildə Bərdə şəhəri K.Cabbarov küçəsi ev 10-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, 19.06.2021-ci il tarixdə 01 radələrində Bərdə rayonu Divanlı kəndində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün yer dəyişməyən qapalı sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Onun özünə məxsus VAZ-21011 markalı avtomobili vardır. O həmin avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. O, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onunla heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. 18.06.2021-ci il tarixdə saat 23 radələrində Ramil ona zəng edərək Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə yerləşən kafedə olduğunu bildirmiş və onu oradan götürməsini xahiş etmişdir. Buna görədə o həmin yerə getmiş və orada olarkən Ramil və yanında adını bilmədiyi tanışı olduğunu görmüşdür. Həmin vaxt Ramil və yanında olan tanışının sərxoş olduğunu görmüşdür. O həmin şəxsləri avtomobilə götürmüş və onlar Divanlı kəndi istiqamətində hərəkət etmişlər və Ramil avtomobildən düşərək Bərdə şəhəri Bakı küçəsində yerləşən “Qartal” market adlanan mağazadan pivə və su almışdır. Bundan sonra onlar Divanlı kəndinə getmiş və Ramilin tanışını evinə aparmışlar. Bundan sonra Ramil ona avtomobili Bərdə şəhəri ərazisinə sürməsini və orada tanışı ilə görüşəcəyini bildirmişdir. O Bərdə şəhərinə qayıtmış və bir müddət onlar şəhər ərazisində avtomobil ilə hərəkətdə olmuşlar. Bundan sonra 19.06.2021-ci il tarixdə saat təxminən 01 radələrində Ramil onu evə aparmasını xahiş etmişdir, buna görədə o Ramili yaşadığı Divanlı kəndinə aparmış və yaşadığı evin qarşısında avtomobili saxlamışdır. Həmin vaxt Ramil ondan gediş haqqı nə qədər pul verməli olduğunu soruşmuş və o Ramilə 30 manat verməli olduğunu bildirmişdir. Lakin bu zaman Ramil avtomobilin salonuna 2 manat pul atıb getmək istəmişdir, buna görədə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı o hirslənərək Ramilin sifət nahiyəsinə əlinin içi ilə vuraraq Ramili döymüşdür və həmin vaxt Ramil yerə yıxılmışdır. Bundan sonra o Ramili orada qoyub özünə məxsus avtomobilə əyləşib öz yaşadığı evə getmişdir. O, 20.06.2021-ci il tarixdə Ramilin onun barəsində şikayət etdiyini öyrənmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, Təqsirləndirilən şəxs tanıyır. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. O, Bərdə şəhərində yaşayan və VAZ-21011 markalı ağ rəngli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxsi tanıyır, onun avtomobilinə bir necə dəfə sərnişin qismində oturub müxtəlif yerlərə getmişdir. 18 iyun 2021-ci il tarixdə təxminən saat 23:30 radələrində o Bərdə şəhərində köhnə bazarın yanından Elçinə zəng etmiş və gedib onu Bərdə rayonu Divanlı kəndinə yaşadığı evə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Elçin köhnə bazarın qarşısına getmiş və o Elçinin avtomobilinə əyləşmişdir. Elçin onu yaşadığı evə aparmışdır. O, avtomobildən düşüb evə getmiş və evdən pul götürüb yenidən Elçinin yanına qayıtmışdır və Elçindən onu yaxınlıqda yerləşən “Qartal market” adlanan ərzaq mağazasına aparmasını xahiş etmişdir. Bundan sonra Elçin onu Divanlı kəndi ərazisində yerləşən mağazaya aparmışdır. O, avtomobildən düşüb mağazaya daxil olmuş və özünə su və pivə almış, Elçinə isə bir ədəd enerji ickisi “Bizon” almışdır. Sonra avtomobilə əyləşmiş və onu evə aparmasını demişdir. Onlar ev istiqamətində gedərkən o Elçindən nə qədər pul verməli olduğunu soruşmuş, Elçin isə ondan gediş haqqı olaraq 30 manat pul istəmiş. Elçin ondan artıq pul istədiyinə görə o Elçinə 30 manatın çox olduğunu və 10 manat pul verə biləcəyini bildirmişdir, həmin vaxt aralarında mübahisə yaranmış və mübahisə zamanı Elçin Divanlı kəndi ərazisində onun yaşadığı evin yaxınlığında avtomobili saxlamış və ondan avtomobildən düşməsini tələb etmiş, o avtomobildən yerə düşdükdən sonra Elçində avtomobildən düşmüş və ona yaxınlaşaraq yumruqla bir dəfə onun sifət nahiyəsinə qəsdən vuraraq onu döymüşdür. Bundan sonra Elçin onu orada qoyub avtomobilə əyləşib getmişdir. O sonra öz yaşadığı evə getmişdir. Elçin onu vurması nəticəsində o burun nahiyəsindən xəsarət almışdır və burnundan qan axmışdır. O 19.06.2021-ci il tarixdə Elçinə zəng etmiş və xəsarət aldığını bildirərək onu həkimə aparmasını tələb etmişdir, lakin Elçin isə onu həkimə aparacağına söz versə də sonradan onu həkimə aparmamışdır. O, Təqsirləndirilən şəxsla aralarında mübahisənin pul üstündə baş verdiyini, həmin vaxt orada gecə saatları olduğu üçün heçkimin olmadığını və hadisənin 19.06.2021-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Divanlı kəndi ərazisində onun yaşadığı evin yaxınlığında baş verdiyini bildirdi. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 11-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 20.06.2021-ci il tarixli 532 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün yer dəyişməyən qapalı sınığı, küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 19.06.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 37-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 39-cu vərəqələrində olan Bərdə RİHBnın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Forma №6 ********* saylı Məhkəməyədək sadələşdirilmiş icraat materialına dair ARAYİŞ Bərdə RPŞ _______________________________________________ (Təhqiqat və ya istintaq aparmış orqanın adı) Soyadı ________ Nəcəfov _____________________ (məhkum) Adı ____ Elçin ___________ Atasının adı _____ Ramiz ______________________ Təvəllüdü ______ xx.xx.1988-ci il________________ Anadan olduğu yer: Bərdə rayon Hökmün və ya qərarın tarixi 16 iyul 2021-ci il (şəxsin soyadı, adı, atasının adı çap hərflərlə yazılmalıdır) HÖKM VƏ YA QƏRARİN MƏZMUNU a) Məhkum olunub: b) Bəraət alıb: tarix, CM-nin maddəsi və hökmün əsasları c) İş xitam olunub: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qeyd: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. tarix, CM-nin maddəsi və qərarın əsasları İşin məhkəmədə qeydiyyat nömrəsi 1(021)-137/2021 Hökm (qərar) qanuni qüvvəyə minib: 06 avqust 2021-ci ildə Bərdə rayon Məhkəməsi (məhkəmənin adı) Hakim: Q.M.Əbilov___________________________ (soyadı, imzası) M.Y. “____” ____________201_-ci il Orqanın qeydiyyat jurnalında “____” _____________201_ -ci ildə qeydiyyat aparıldı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar