Məhkəmə qərarları › İş №1(021)-137/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-137/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-137/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1984-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Mənsimov X7 rayonu, Mil qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən 2022ci ilin aprel ayının əvvəllərində əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 2-ci reaktiv artilleriya manqasının baş tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər hərbi rütbəsində xidmət edən Şahid1 Romanoviçlə danışıb sonuncuya 5000-6000 manat məbləğində pul ehtiyacının olduğunu, bu məqsədlə kreditə pul götürmək istədiyini bildikdə Şahid1 hüquq verən saxta sənəd satmaq qərarına gələrək kömək edə biləcəyini söyləyib Şahid1 şəxsiyyət vəsiqəsinin və fotoşəkillərini "Whatsapp" proqramı vasitəsilə Şahid1 07 aprel 2022- ci il tarixdə ona göndərməsindən sonra Şahid1 onun hazırlayacağı hüquq verən saxta sənədlər müqabilində "xxxx" QSC-nin Bərdə filialından 10000 manat kredit götürəcəyi və ona da 2000 manat pul verəcəyi barədə razılığa gəldikdən sonra o, istintaqa məlum olmayan tarixdə və üsulla bir ədəd üzərində Şahid1 Romanoviçin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi ilə bağlı yanlış məlumatların qeyd olunduğu ZH seriyalı 003827 nömrəli saxta xidməti vəsiqəni hazırlayıb 08 aprel 2022-ci il tarixdə saat 15 radələrində Şahid1 Romanoviçə "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında təqdim edib Samir Romanoviçin bilə-bilə saxta sənəddən istifadə etməklə həmin bank filialından 10000 (on min) manat məbləğində kredit pul vəsaiti götürdükdən sonra Bərdə-Bəhramtəpə yolunun Bərdə rayonu Alpoud kəndi ərazisindən keçən hissəsində həmin gün saat 17 radələrində Samir Romanoviçə 2000 (iki min) manat pul müqabilində satmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax rayonu Tanrıqulular kəndində daimi qeydiyyatda olsa da Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır. Belə ki, o, təxminən 2015-ci ildə keçmiş həyat yoldaşı X9 ilə rəsmi olaraq ayrılmış, övladları X2 və X1 həyat yoldaşı X5 himayəsinə verildiyindən birlikdə yaşayır. Bununla bağlı o, uşaqlarına aliment ödəyir. Təxminən 2017-ci ilin may ayının əvvəlində Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini X3 ilə qeyri rəsmi ailə həyatı qurduqdan sonra Tamara Qasımovanın yaşadığı evdə birlikdə yaşayır. Həmin evlilikdən isə 06 sentyabr 2018-ci ildə X6 anadan olmuşdur. Hazırda o, Beyləqan rayonu ərazisində taksi sürücüsü kimi fəaliyət göstərir. Taksi sürücüsü kimi fəaliyyət göstərdiyi müddətdə əsasən Daşburun-Bəhramtəpə yolunda müştəriləri lazım olan ünvana çatdırır. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində axşam tərəfi Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yerləşən «Daşburun dairəsi» adlandırılan ərazidə olduğu müddətdə 2 (iki) nəfər hərbi qulluqçu ona yaxınlaşaraq Beyləqan rayonuna aparmağı xahiş etdikdə o, həmin şəxsləri N (on) manat müqabilində gedəcəkləri ünvana çatdıra biləcəyi barədə razılaşaraq həmin hərbi qulluqçuları Beyləqan rayonuna aparmışdır. Qeyd olunan müddətdə həmin hərbi qulluqçulardan biri, yəni sonradan ad və soyadını öyrəndiyi Şahid1 Romanoviç onun mobil telefon nömrəsini götürərək lazım olacağı təqdirdə onunla əlaqə saxlayacağını demişdir. Bundan bir neçə gün sonra Şahid1 yenidən onun dayanmış olduğu yerə gələrək Beyləqan rayonuna aparmağı xahiş etmişdir. Yolda olarkən söhbət əsnasında Şahid1 anasının xəstə olduğuna görə 5-6 min manat məbləğində pul lazım olduğunu, bu məqsədlə faizə pul götürmək istədiyini bildirmişdir. Həmin vaxt özü Şahid1 kredit götürmək üçün kömək edə biləcəyini, lazım gələrsə bankdan krediti öz adına götürə biləcəyini demişdir. Belə ki, Şahid1 anasının xəstə olmasını bildirərək pis olduğuna görə Samirə yazığı gəlmişdir. Həmin vaxtdan təxminən 1 (bir) ay öncə "Tik Tok" sosial şəbəkəsində qarşısına çıxmış «Hərbiçi> statusuna daxil olduqda, həmin statusda hərbi qulluqçulara aşağı faizlə kredit verildiyi qeyd edilməsini görüb həmin statusu işlədən şəxsə hərbi qulluqçu olduğunu və kredit lazım olduğu barədə şərh yazmışdır. Bundan sonra ona "Whatsapp" proqramı vasitəsilə tanımadığı nömrədən yazılar gəlmişdir. Həmin şəxsin "Whatsapp" proqramı vasitəsilə yazdığı nömrə Rusiya Federasiyasına məxsus nömrə olmuş, həmin nömrə hazırda tam olaraq yadında qalmasa da əvvəlinin +7 ilə başlayaraq son nömrələrinin 35- 36 olduğunu xatırlamışdır. Yazışmalar zamanı həmin şəxs adının "İqr" olduğunu və Sumqayıt şəhərində yaşadığını ona demişdir. Həmin nömrəyə "Whatsapp" proqramı vasitəsilə görüntülü zəng etsə də nömrəyə cavab verilməmiş, yalnız axşam vaxtı yazı ilə və ya görüntüsüz zənglərə cavab verilmişdir. Danışan şəxs qalın kişi səsli bir nəfər olmuş, danışıq isə azərbaycanlı danışığı olmuşdur. Bu səbəbdən Şahid1 ona müraciət etməsindən sonra axşam vaxtı o, "İqr" adlı şəxslə "Whatsapp" proqramı vasitəsilə danışaraq 1 (bir) nəfər hərbi qulluqçunun olduğunu və kredit lazım olduğunu bildirdikdə, həmin şəxs zamin olacağı təqdirdə 10000 (on min) manat pul verilə biləcəyini və bundan ötrü kredit götürən şəxsin şəxsiyyət vəsiqəsinin və fotoşəklini çəkib həmin proqram vasitəsi ilə göndərməsini demişdir. Buna görə də Şahid1 şəxsiyyət vəsiqəsinin və fotoşəklini "Whatsapp" proqramı vasitəsi ilə göndərməyi bildirsə də, kiminlə danışdığını və bunu hansı qaydada həll edəcəyini bildirməmiş, iş alınacağı təqdirdə, yəni 10000 (on) min manat pul götürə biləcəyi təqdirdə 2000 (iki min) manat pul veriləcəyini bildirmişdir. Belə ki, "Whatsapp" proqramı vasitəsilə danışdığı həmin "İqr" adlı şəxs ona krediti götürən şəxsdən 2000 (iki min) manat pul almağını, 1700 (min yeddi yüz) manatını göndərməyini, 300 (üç yüz) manatını isə özünə götürməyini bildirmişdir. Buna görə də, təxminən 07 aprel 2022-ci il tarixdə axşam saatlarında Samirin şəxsiyyət vəsiqəsinin şəklini və fotoşəklini "Whatsapp" proqramı vasitəsilə adlı şəxsə göndərmişdir. Həmin ərəfədə o, ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir ki, "Whatsapp" proqramını da həmin nömrə ilə qeydiyyatdan keçirərək istifadə etmişdir. Növbəti gün, yəni 08 aprel 2022-ci il tarixdə saat 10 radələrində Beyləqan rayonu, «Daşburun dairəsi» adlanan ərazidə olarkən Samir onun yanında olarkən həmin nömrə ilə "Whatsapp" proqramı vasitəsilə əlaqə saxlayıb kredit barədə maraqlandıqda «İqr» adlı şəxs Ağcabədi rayonu ərazisinə getmələrini və sənədləri oradan götürəcəklərini bildirmişdir. Buna görə də dərhal əvvəlcədən tanıdığı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid2 mobil telefonuna zəng edərək harada olmasını soruşduqda sonuncu məzuniyyətdə olduğunu və məzuniyyətini qeydiyyatda olduğu Kürdəmir rayonunda keçirdiyini bildirdikdə o, tanış bir nəfərin olduğunu və həmin şəxsin bankdan kredit götürməsi üçün zamin lazım olduğunu, zamin durmasının mümkün olub-olmamasını soruşduqda Şahid2 bu barədə etiraz etməmişdir. Bu səbəbdən Şahid2 Ağcabədi rayonuna gəlməsini xahiş etmişdir. Bundan sonra Şahid1la özünün idarə etdiyi «Daewoo Nexia» markalı ** LR *** dövlət nömrə nişanlı avtomobil ilə Ağcabədi rayonuna getmişlər. Ağcabədi rayonu ərazisində yerləşən «Gənclər şəhərciyi» və «İdman şəhərciyi» adlanın ərazinin yaxınlığında olan dairənin yaxınlığında dayanaraq «İqr» adlı şəxslə "Whatsapp" proqramı vasitəsilə əlaqə saxlayıb olduqları yeri bildirdikdə, «İqr» adlı şəxs onlara həmin yerdə gözləmələri bildirmişdir. Bir qədər sonra qara rəngli nömrəsini xatırlamadığı «Mercedes» markalı minik avtomobili onlara yaxınlaşaraq onun Elşən olubolmadığını soruşmuşdur. Həmin vaxt o, adının Elşən olduğunu bildirdikdən sonra tanımadığı şəxs avtomobildən düşüb avtomobilin yük yerindən içərisində kağız parçası və bir ədəd vəsiqə olan bir ədəd kiçik ölçünü selafan paket çıxarıb ona vermişdir. Həmin müddətdə "Whatsapp" proqramı vasitəsilə «İqr» adlı şəxslə danışdığına görə şəxs «İqr» adlı şəxs Bərdə rayonuna getmələrini və krediti "xxxx" QSC-nin Bərdə filialından götürə biləcəklərini, həmin bir ədəd vəsiqəni isə Şahid1 bankın qarşı tərəfindən verilməsini bildirmişdir. Bundan sonra özünə məxsus “Daewoo Nexia» markalı ** LR *** dövlət nömrə nişanlı avtomobin sənədləri olmadığına görə avtomobilini orada saxlayıb həmin ərazidə dayanmış «Xəzər» markalı taksi ilə 45 (qırx beş) manata razılaşıb həmin avtomobil ilə Bərdə rayonuna getmişlər. Yolda olarkən o, Şahid2la danışaraq "xxxx" QSC-nin Bərdə filialının qarşısına gəlməsini xahiş etmişdir. Beyləqan rayonu ərazisindən yola düşdükləri müddətdə özünü «İqr» adlı şəxslə "Whatsapp" proqramı vasitəsilə danışarkən həmin şəxs ondan zamin olan şəxsin hərbi qulluqçu olmasını təsdiq edən sənədin olub-olmadığını soruşaraq Samirin və zamin olan şəxsin "xxxx" ASC-dən əmək haqlarına dair çıxarışlar almalı olduqlarını bildirmişdir. Bu səbəbdən Əmrahdan vəsiqəsinin olub-olmamasını soruşduqda sonuncu vəsiqəni əvəz edəcək sənədinin olmasını bildirmişdir. Bərdə rayonuna çatandan sonra "Whatsapp" proqramı vasitəsilə «İqr» adlı şəxsə zəng etsə də cavab verilməmiş, qısa müddət sonra həmin şəxs ona zəng edərək nə problem olmasını soruşduqda o, artıq "xxxx" QSC-nin Bərdə filialınının yaxınlığında olduqlarını bildirmişdir. Həmin vaxt «İqr» adlı şəxs vəsiqəni Samirə verməsini, kredit götürməkdə problem olmayacağını və kredit götürüldükdən sonra vəsiqəni sonuncudan almasını bildirmişdir. Bundan sonra Şahid2la görüşdükdən sonra Əmrah və Şahid1 "xxxx" ASC - dən əmək haqları barədə çıxarış aldıqdan sonra birlikdə "xxxx" QSC-nin Bərdə filialına getmişlər. Həmin vaxt o, vəsiqəni Şahid1 vermişdir. Lakin həmin vəsiqənin saxta olması barədə onun əvvəlcədən məlumatı olmamışdır. Belə ki, Şahid1 Romanoviçin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməsini bilsə də Samirin 08 aprel 2022-ci il tarixdə "xxxx" QSC-nin Bərdə filialından kredit götürərkən Şahid1 vermiş olduğu ZH seriyalı 003827 nömrəli xidməti vəsiqənin saxta olmasını Ağdam hərbi prokurorluğunda dəvət olunduqdan sonra bilmişdir. Həmçinin bu barədə Şahid2 əvvəlcədən məlumatı olmamışdır. Samir və Əmrah banka daxil olduqdan bir neçə dəqiqədən sonra Samir və Əmrah bankdan çıxdıqdan sonra o, nə olmasını soruşduqda Samir 10000 (on min) manat məbləğində krediti götürdüyünü ona demişdir. Bundan sonra Şahid1 kənara çəkib həmin vəsiqəni təhvil almış və Əmrahı yola salandan sonra "Whatsapp" proqramı vasitəsilə “İqr" adlı şəxslə danışıb vəsiqəni təhvil almasını bildirdikdə “İqr" adlı şəxs vəsiqəni yandırmağı və ya cırmağı bildirmişdir. Vəsiqəni Şahid1 təhvil alandan sonra ilk olaraq həmin vəsiqəni yandırmaq istəsə də vəsiqəni yandıra bilmədiyinə görə vəsiqəni cırıb fotoşəklini çəkərək "Whatsapp" proqramı vasitəsilə "İqr" adlı şəxsə göndərmiş və cırılmış vəsiqəni yaxınlıqda olan zibil qutusuna atmışdır. Bundan sonra "İqr" adlı şəxs ona 1700 (min yeddi yüz) manat pulu ödəmə terminalı vasitəsi ilə göndərməsini bildirdiyi üçün o, Şahid1 2000 (iki min) manat pulu alaraq qeyd olunan bankdan bir qədər kənarda olan hazırda xatırlamadığı mağazaların birinə daxil olduqdan sonra "İqr" adlı şəxslə "Whatsapp" proqramı vasitəsilə əlaqə saxlamış və "İqr" adlı şəxsin ona hazırda xatırlamadığı nömrəyə ödəmə terminalı vasitəsi ilə «YeloBank» qovluğuna daxil olduqdan sonra kartın nömrəsini əks etdirən rəqəmləri daxil edərək 1700 (min yeddi yüz) manat pulu yəni, 17 (on yeddi) ədəd 100 (yüz) manatlıq əskinasları göndərmişdir. Bu barədə “İqr" adlı şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə saniyə gözlədikdən sonra onunla sağollaşaraq telefonu söndürmüşdür. Bundan sonra Şahid1la Ağcabədi rayonuna gedərək oradan avtomobili götürüb Beyləqan rayonuna qayıtmışlar. Ağcabədi rayonundan Bərdə rayonuna və geri qaytdıqları taksi sürücüsü ilə 45 (qırx beş) manat müqabilində danışdıqlarına görə həmin 2000 manat puldan özünə görümüş olduğu 300 (üç yüz) manat puldan 45 (qırx beş) manat pulu həmin taksi sürücüsünə vermişdir. Beyləqan rayonuna qayıdandan sonra "Whatsapp" proqramı vasitəsilə “İqr" adlı şəxsə zəng etsə də nömrəsinin bloka atılmasını, yəni bir çağırışdan sonra çağırışın dayandığını görmüşdür. Belə ki, özünü “İqr" kimi təqdim etmiş şəxslə həmin vaxtdan sonra danışmamışdır. Təxminən 1 (bir) ay sonra Şahid1 onunla əlaqə saxlayıb krediti necə ödəməli olduğunu soruşduqda o, həmin banka zəng etməsini və oradan öyrənməsini demişdir. Bir neçə gündən sonra həmin bankdan ona zəng olunaraq Şahid1 xidmət yoldaşı olub-olmadığını soruşduqda Samirin xidmət yoldaşı olmadığını taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirdikdə zəng edən şəxs Samirlə əlaqə saxlaya bilmədiklərini sonuncunun krediti gecikdirməsi barədə məlumat vermişdir. Bu səbəbdən zəng edən şəxsdən ödənişin necə həyata keçiriləcəyini soruşaraq müvafiq kodu aldıqdan sonra Samirlə əlaqə saxlayıb bu barədə bildirərək pulu ona göndərməsini və ödənişi özünün həyata keçirəcəyini demişdir. Bundan sonra Samirlə görüşərək pulu alıb müvafiq ödəniş terminalı vasitəsi ilə krediti ödəmiş, sonrakı ödənişləri isə Samirin özü həyata keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 1700 (min yeddi yüz) manat pulu «İqr» adlı şəxsə müvafiq ödəmə terminalı vasitəsi ilə göndərdiyi müddətdə həyacanlı olduğuna görə ödəmə terminalından qəbz verilib-verilməməsinə fikir verməmişdir. Şahid1 Romanoviçin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməsini bilsə də Şahid1 08 aprel 2022-ci il tarixdə "xxxx" QSC-nin Bərdə filialından kredit götürərkən Samirə vermiş olduğu ZH seriyalı 003827 nömrəli xidməti vəsiqənin saxta olmasını o, Ağdam hərbi prokurorluğunda dəvət olunduqdan sonra bilmişdir. Müvafiq kredit əldə edildikdən sonra Şahid1 geri almış olduğu ZH seriyalı 003827 nömrəli xidməti vəsiqənin cırmağına səbəb isə "İqr" adı şəxsin ona həmin sənədi cırmağı deməsi olumuşdur. Şahid1 kredit götürdüyü müddətdə istifadə etmiş olduğu smartfon tipli «Alphone 7S” markalı mobil telefonu təxminən oktyabr-noyabr aylarında maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında tanamadığı dükana satmışdır. "Tik-Tok" sosial şəbəkəsində yazışaraq kredit məsələsini həll etdiyi istifadəçi adı < hərbiçi ---> olmuşdur. Göstərilən müddətdə istifadə etmiş olduğu mobil telefonu 2022- ci ilin əvvəllərində alarkən həmin telefonda "Tik Tok" sosial şəbəkəsi olduğuna görə həmin "Whatsapp" şəbəkədən istifadə etsə də istifadəçi adının nə olmasına baxmamışdır. proqramını isə öz adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə istifadə etmişdir. «İqr» adı ilə özünü təqdim edən şəxslə "Whatsapp" proqramından başqa mobil telefonla danışması və ya SMS yazışmaları olmamışdır. O, etmiş olduğu əməldən peşmandır, əməlini səmimi etiraf etiraf etmiş, həmin cinayət əməlini maddi vəziyyəti yaxşı olmadığından törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə təşkil olunmuş “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə kursu "tuşlayıcı" ixtisası üzrə əsgər hərbi rütbəsi ilə bitirərək həmin tarixdə N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 3-cü topunun baş tuşlayıcısı vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirir. Şahid1 Romanoviçi əvvəllər tanımamış, yalnız bir dəfə "xxxx" QSC-nin Bərdə filialından sonuncunun kreditə pul götürməsi zamanı tanış olmuşdur. Həmin vaxt Şahid1 hərbi qulluqçu olduğunu bildirsədə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxil olan hansı qoşun növündə, rütbədə və vəzifədə xidmət etdiyini bildirməmişdir. Belə ki, təxminən 2022-ci ilin aprel ayının əvvəllərində N nömrəli hərbi hissənin artilleriya divizionunun dislokasiya olunduğu Laçın rayonunda xidmət yerində olarkən Beyləqan rayonunun Mil qəsəbəsində soyadını və atasının adını bilmədiyi Elşən adlı tanışı ona zəng edərək xahişinin olduğunu bildirmişdir. Elşənlə münasibəti təsadüfən, yəni Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən mehmanxanada yaranmış, sonradan sonuncu ilə münasibəti daha sıx hal almışdır. Belə ki, məzuniyyətə gedərkən Elşən dəfələrlə onu öz şəxsi avtomobili ilə yaşadığı Kürdəmir rayonuna aparmış, ondan isə gediş haqqı olaraq pul götürməmiş, bir neçə dəfə isə onun dəvəti ilə onların evində qonaq olmuşdur. Elşənin başqa hər hansı fəaliyyətlə məşğul olub-olmamasını isə soruşmamışdır. Bundan sonra Elşən ona zəng edərək bir nəfər tanışına təcili kredit lazım olduğunu, həmin şəxsin kim olduğunu deməsə də, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini bildirərək bu səbəbdən həmin şəxsə zamin durmasını xahiş etmişdir. Həmin şəxsin kim olması, kreditin hansı bankdan götürüləcəyi və məbləği ilə maraqlanmadan Elşənə "arada sən varsansa problem deyil" deyərək zaminlik etməyə razılaşmışdır. Həmin tarixdən təxminən N gün sonra N nömrəli hərbi hissədən N (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, məzuniyyətini daimi qeydiyyatda olmaqla yaşadığı Kürdəmir rayonunda keçirməyə başlamışdır. Məzuniyyətdə olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunun Sor-sor kəndində olarkən Elşən ona zəng edib "zaminlik" məsələsini bir daha xatırladaraq ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə Bərdə şəhərinə gəlməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə taksi vasitəsi ilə saat 14 radələrində Bərdə şəhərinə çatmış və Elşənə zəng edib konkret olaraq hansı ünvana gəlməli olduğunu soruşduqda Elşən "xxxx" QSC-nin Bərdə filialına gəlməsini xahiş etmişdir. Bundan sonra "xxxx" QSC-nin Bərdə filialının qarşısına gəldikdə Elşəni, yanında isə bir nəfər mülki geyimli şəxsin olduğunu görüb yaxınlaşdıqda Elşən yanındakı şəxsi ona Şahid1 kimi təqdim edərək həmin şəxsə kredit götürməkdə zaminlik edəcəyini bildirsə də Samirin atasının adını bildirməmişdir. Qeyd olunan müddətdə Şahid1 ona hərbi qulluqçu olduğunu desədə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxil olan hansı qoşun növündə, rütbədə və vəzifədə xidmət etdiyini bildirməmiş, Özü də bu barədə maraqlanmamışdır. Bundan sonra Şahid1 kreditin ödənilməsində hər hansı problemin olub-olmayacağını soruşduqda Samir anası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün 10000 (on min) manat məbləğində kredit götürdüyünü, buna baxmayaraq qısa müddətdə kreditini ödəyəcəyini və onun üçün heç bir problemin yaranmayacağını bildirdikdə, Elşən də ona hər hansı problemin olmayacağını demişdir. Bundan sonra Şahid1 "xxxx" QSC-nin Bərdə filialı tərəfindən kredit verilərkən tələb olunacağı üçün "xxxx" ASC-nin Bərdə filialına gedərək əmək haqlarına dair son 6 aylıq çıxarış götürməyi təklif etmiş, Elşən isə orada qalmışdır. "xxxx" ASC-nin Bərdə filialından müvafiq çıxarışları əldə etdikdən sonra "xxxx" QSC-nin Bərdə filialının qarşısına qayıdaraq Şahid1la birlikdə filialın inzibati binasına daxil olmuşlurlar. Binaya daxil olduqda Şahid1 qəbul şöbəsinə yaxınlaşmış, lakin hər hansı sənəd təqdim etməsinə fikir verməmişdir. Bir neçə dəqiqədən sonra "xxxx" QSC-nin Bərdə filialının adını və soyadını bilmədiyi kredit mütəxəssisi Samiri yanına çağırdığına görə sonuncu xidmət masasına yaxınlaşdıqda özü də onun arxasınca getmişdir. Samir masanın qarşısındakı stulda əyləşmiş, özü isə onun arxasında ayaq üstdə gözləmişdir. Həmin vaxt kredit mütəxəssisi ilə Samirin arasında qısa dialoq olsa da, onların nə barədə danışdıqlarını eşitməmişdir. Bundan sonra Samirin şəxsiyyət vəsiqəsini, əmək haqqına dair son 6 aylıq çıxarışı və bir ədəd başqa sənədi filialın əməkdaşına təqdim etdiyini görmüş, lakin fikir vermədiyi üçün sonda verilən sənədin nədən ibarət olduğunu, saxta olub-olmadığını bilməmişdir. Daha filialın əməkdaşı ona "Zamin sənsən?" deyə sual verdikdə təsdiq edici cavab verərək AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, həmin tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi şəxsi vəsiqə verilmədiyi üçün onun əvəzedicisini və əmək haqqına dair son 6 aylıq çıxarışı Filialın əməkdaşına təqdim etmişdir. Filialın əməkdaşı təqdim etdikləri sənədlərin kserosurətlərini çıxardıqdan sonra (əmək haqqlarına dair son 6 aylıq çıxarış istisna olmaqla) kredit müqaviləsi hazırlanmış və onlara təqdim olunmuşdur. Şahid1 və özü sənədlərə imza etdikdən sonra Samir müqavilədə nəzərdə tutulan 10000 (on min) manat məbləğində pulu kassadan əldə etmiş, birlikdə filialın binasını tərk edərək bankın qarşısında onları gözləyən Elşənə yaxınlaşmışlar. Həmin vaxt Elşən onlardan "Salamatçılıqdı?" deyə soruşduqda, heç bir problemin olmadığını bildirmişlər. Bundan sonra həm Samir, həm də Elşən ona minnətdarlıq edərək avtomobilə əyləşmişlər. O, isə onlardan ayrılıb taksi ilə yaşadığı Kürdəmir rayonunun Sor-sor kəndinə getmişdir. Həmin vaxtdan sonrakı müddətlərdə Elşənlə bir neçə dəfə görüşmüş, Elşəndən Samir Hidatǝyǝtovun krediti vaxtlı-vaxtında ödəyib-ödəmədiyini soruşduqda Elşən Samirin krediti ödədiyini bildirmişdir. Həmçinin Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şahid1 Romanoviçin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 2-ci reaktiv artilleriya manqasının baş tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etməsindən məlumatı olmamış, sonuncu və Elşən də ona bu barədə məlumat verməmişlər. Yalnız Şahid1 "xxxx" QSC-nin Bərdə filialının qarşısında söhbət zamanı hərbi qulluqçu olduğunu bildirmişdir. Şahid1 "xxxx" QSC-nin Bərdə filialında təqdim etdiyi sənədin saxta olması barədə məlumatı olmamış, eyni zaman da bankda da bu barədə ona hər hansı bir söz deyilməmişdir. Şahid1 Romanoviçin adına hazırlanmış saxta zabit vəsiqəsinin kimdə olması barədə məlumatı yoxdur. Həmçinin Şahid1 Romanoviçin xx.xx.2022-ci il tarixdə kredit götürmək üçün “AccessBank" QSC-nin Bərdə filialına saxta sənəd təqdim etdiyini bilməmiş, bu barədə əvvəlcədən məlumatı olacağı təqdirdə zaminlik etməkdən imtina edəcəkmiş. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 Romanoviç oğlunun ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə təşkil olunmuş "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna cəlb olunmuş, xx.xx.2020-ci il tarixdə kursu "Tank əleyhinə idarə olunan raket sistemi" ixtisası üzrə əsgər hərbi rütbəsi ilə bitirərək həmin tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasının baş operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin hərbi hissənin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 2-ci reaktiv artilleriya manqasının baş tuşlayıcısı vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə Əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətini davam etdirir. Qeyd olunan vəzifədə xidmətdə olduğu müddətdə daimi qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzili şəraiti qənaətbəxş olmadığı üçün 2022-ci ilin aprel ayında evi təmir etdirmək qərarına gəlmişdir. Bu səbəbdən ona təcili olaraq təxminən 5-6 min manat pul lazım olsa da, bununla bağlı həmin vaxt heç bir banka və ya digər kredit təşkilatına müraciət etməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Beyləqan rayonunun Mil qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan təxminən 2 il əvvəldən tanıdığı və soyadını bilmədiyi Elşən adlı şəxslə söhbət əsnasında mənzili təmir etdirmək üçün 5-6 min manat məbləğində pul lazım olduğunu, bu məqsədlə bankdan kreditə pul götürmək istədiyini bildirdikdə sonuncu bu işdə kömək edə biləcəyini, hətta lazım gələrsə bankdan krediti öz adına belə götürə biləcəyini söyləyərək ondan şəxsiyyət vəsiqəsnin və öz fotoşəklini "Whatsapp" proqramı vasitəsilə ona göndərməyi bildirmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsinin və fotoşəklini nə üçün istədiyini bilməsə də bununla bağlı Elşənə heç bir sual verməmişdir, sonuncu da bu işdə konkret olaraq necə kömək edəcəyini söyləməsə də, iş alınacağı təqdirdə bunun müqabilində ona "şirinlik" kimi pul verməli olduğunu bildirmiş, lakin məbləği barədə bir söz deməmişdir. Elşənlə razılaşdığına görə təxminən 1-N gündən sonra, yəni 07 aprel 2022-ci il tarixdə axşam vaxtı sonuncu ilə "Whatsapp" proqramı vasitəsilə danışarkən Elşən həmin proqram vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəklini və özünün qurşaqdan yuxarı hissəsinin şəklini çəkərək ona göndərməyi 1-N gün ərzində bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bu səbəbdən şəxsiyyət vəsiqəsinin şəklini və öz fotoşəklini çəkərək özünün istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi "Whatsapp" proqramı vasitəsilə Elşən istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Növbəti gün, yəni 08 aprel 2022-ci il tarixdə saat 10 radələrində Beyləqan rayonunun Mil qəsəbəsində olarkən Elşən onun ***- ***-**-** mobil telefon nömrəsinə zəng edərək kredit məsələsinin həll olunduğunu və bununla bağlı görüşmək istədiyini bildirmişdir. Həmin vaxt özü növbəti məzuniyyətdə olduğu üçün mülki geyimdə Beyləqan rayonunun Mil qəsəbəsində "Daşburun dairəsi" adlanan əraziyə gedərək saat 11 radələrində Elşənlə görüşdüyü zaman sonuncu bir daha kredit məsələsinin həll olunduğunu bildirərək onunla birlikdə "xxxx" QSC-nin Bərdə filialına getməli olduqlarını söyləmişdir. Bundan sonra Elşənin idarə etdiyi ağrəngli "Daewoo Nexia" markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı minik avtomobili ilə Bərdə rayonuna yola düşmüşər. Həmin vaxt avtomobildə yalnız ikisi olmuş, kənar şəxs olmamışdır. Yolda olarkən Elşən cibindən bir ədəd xidməti vəsiqə çıxarıb həmin vəsiqəni ona verib krediti həmin vəsiqənin vasitəsilə götürəcəyini bildirmişdir. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olsa da, həmin (ZH seriyalı 003827 nömrəli) xidməti vəsiqədə onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin zabiti, hərbi rütbəsinin baş leytenant, vəzifəsinin isə bölük komandiri kimi qeyd olunmasını, barəsində qeyd olunmuş digər məlumatların, yəni doğulduğu yer və tarixin, qeydiyyatda olduğu ünvanın, qan qrupunun və ailə vəziyyətinin isə doğru yazılmasını görmüşdür. Bu səbəbdən həmin vəsiqənin saxta olmasını başa düşüb qorxduğu üçün ilk öncə Elşənə həmin xidməti vəsiqəni təqdim etməklə kredit götürmək istəmədiyini, problem yarana biləcəyini desə də, sonuncu kreditin aylıq ödənişlərini vaxtlı-vaxtında edəcəyi təqdirdə heç bir problem yaranmayacağını bildirarak onda arxayınlıq yaratdığına görə saxta sanaddan istifadə etməklə kredit götürməyə razılaşmış və saxta xidməti vəsiqəni götürüb özündə saxlamışdır. Bundan sonra Elşəndən həmin saxta vəsiqəni kimin hazırladığını soruşsa da, sonuncu "Sən qarışma, sənlik deyil" deyərək vəsiqəni özünün və ya digər bir şəxsin hazırlaması barədə ona heç bir məlumat verməmişdir. Bundan sonra Elşən ona əmək haqqına dair "xxxx" ASC-dən son 6 ayın çıxarışını almalı olduğunu, ona 10 000 (on min) manat məbləğində kredit götürməkdə kömək edəcəyini, həmin pulun 2000 manatını görülən işlərin müqabilində ona çatacağını, eləcə də krediti götürə bilmək üçün ona zaminlik edəcək şəxsi də tapdığını, həmin şəxsin kim olmasını, yəni adını və soyadını deməsə də, filialın binasında onları gözlədiyini bildirmişdir. Bərdə rayonuna çatdıqdan sonra Elşənlə birlikdə ilk öncə "xxxx" ASC-nin Bərdə filialına getmiş və oradan müvafiq çıxarışı əldə edib "xxxx" QSC-nin Bərdə filialına getmişlər. Saat 14:30 radələrində "xxxx" QSC-nin Bərdə filialının qarşısına gəldikdə Elşən onu zamin duracaq şəxslə, yəni sonradan ad və soyadını bildiyi Şahid2 ilə tanış etmişdir. Bundan sonra Şahid2la birlikdə bankın inzibati binasına daxil olub şəxsiyyət vəsiqəsini və Elşənin ona verdiyi saxta xidməti vəsiqəni filialın qəbul şöbəsinə təqdim etmişdir. Bir neçə dəqiqədən sonra "xxxx" QSC-nin Bərdə filialının adını və soyadını bilmədiyi kredit mütəxəssisi onu çağırmış, həmin əməkdaşa kredit almaq üçün "xxxx" QSC-nin "151" qaynar xətt nömrəsinə müraciət edərək aidiyyəti sənədlərini təqdim etdiyini, 10000 (on min) manat kredit götürməyinə bankın baş ofisi tərəfindən icazə verildiyini bildirmişdir. Belə ki, bankın əməkdaşına deyiləcək sözləri ona Elşən başa salmışdır. Kredit mütəxəssisi ondan sənədlərini təqdim etməyi xahiş etdikdə AZE seriyalı 14374321 nömrəli (FİN: 6CFVRCD) şəxsiyyət vəsiqəsini və Elşənin ona verdiyi ZH seriyalı 003827 nömrəli saxta xidməti vəsiqəni filialın əməkdaşına təqdim etmiş, habelə bankın baş ofisi tərəfindən ona verilmiş altı rəqəmli kodu söyləmişdir. Həmin kodu hazırda xatırlamır. Onun adından elektron müraciət edildiyini Elşən ona bildirmişdir ki, bunun da nə zaman, harada və hansı qaydada edilməsi barədə sonuncu ona məlumat verməmişdir. Bundan sonra Şahid2 zaminlik edən şəxs kimi şəxsiyyət vəsiqəsini və şəxsi vəsiqəsini filialın kredit mütəxəssisinə təqdim etmişdir. Həmin vaxt Şahid2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmasını bilmişdir ki, qeyd olunan müddətədək sonuncunun hərbi qulluqçu olması barədə məlumatı olmamışdır. Kredit mütəxəssisi onun təqdim etdiyi sənədlərin kserosurətlərini çıxardıqdan sonra əsillərini özünə qaytarsa da, Şahid2 sənədlərinin surətlərini çıxarıb-çıxarmadığına fikir verməmişdir. Bir neçə dəqiqədən sonra isə ona 10000 (on min) manat məbləğində kredit götürməyi ilə bağlı müqavilə təqdim olunmuşdur ki, həmin müqavilədə əsasən 10000 (on min) manat məbləğində pulu 36 ay ərzində hər ay 384 (üç yüz səksən dörd) manat ödəmək şərti ilə müqaviləni imzalamış, Şahid2 hər hansı sənədə imza edib-etmədiyinə isə fikir verməmişdir. Müqavilədə nəzərdə tutulan 10000 (on min) manat məbləğində pulu kassadan əldə etdikdən sonra Şahid2 ilə birlikdə filialın binasını tərk edib Elşənə yaxınlaşmışlar. Elşən ondan krediti götürüb-götürmədiyini soruşduqda təsdiqedici cavab verǝrǝk avtomobilə əyləşmişdir. Bundan sonra Elşən Şahid2la bir qədər söhbət etdikdən sonra avtomobilə qayıtmış sonuncu isə oradan ayrılaraq getmiş, onların söhbətlərinin nə barədə olduğunu bilməmişdir. Avtomobildə olarkən Elşən əvvəlcədən razılaşdıqları kimi 2000 (iki min) manat pulu, həmçinin ona verdiyi saxta xidməti vəsiqəni və kredit müqaviləsini ondan alaraq Beyləqan rayonuna qayıtmışlar. Saxta xidməti vəsiqənin və kredit müqaviləsinin sonrakı aqibəti barədə isə məlumatı olmamışdır. O, törətdiyi əməldən peşiman olmuşdur. Bundan sonra kredit müqaviləsi üzrə borcunu 2022-ci ilin may-avqust aylarında tam şəkildə, bəzən isə bir neçə gün gecikməyə görə hesablanmış cərimə ilə birlikdə ödəmiş, sentyabr-noyabr aylarında isə maddi vəziyyətinin pis olması səbəbindən kredit ödənişlərini etməsi üçün hər ay Elşənə 200 (iki yüz) manat pul göndərmiş, dekabr ayında isə banka 200 (iki yüz) manat krediti özü ödəmişdir. Krediti götürməkdə məqsədi və qardaşının qəbrlərinin üzərini yaşadığı mənzili təmir etdirməkdən, atasının düzəltdirməkdən və anasının barmağında olan problemləri müalicə etdirməkdən ibarət olmuşdur ki, saxta sənəddən istifadə etməklə kredit götürməklə həmin krediti ödəməmək kimi niyyəti olmamış, hazırda da bu kimi niyyəti yoxdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün aylıq kredit ödənişini tam olaraq ödəyə bilməsə də böyük məbləğini ödəməkdə davam edir. Həmçinin Şahid1 Romanoviç ifadəsində bildirmişdir ki, göstərilən faktdan başqa bankların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına kredit vermədiklərini bildiyi üçün kredit götürmək üçün banka müraciət etməsi olmamışdır. Mənsimov X7 rayonundan Bərdə rayonuna gələrkən avtomobilində ona verdiyi həmin ZH seriyalı 003827 nömrəli xidməti vəsiqənin saxta olmasını vəsiqəyə baxdıqdan sonra bilmişdir. xx.xx.2022ci il tarixdə "xxxx" QSC- nin Bərdə filialında təqdim etdiyi vəsiqənin saxta olması həmin vaxt bank əməkdaşları tərəfindən müəyyən edilməmişdir. Krediti götürüb "AccessBank” QSC-nin Bərdə filialını tərk etdikdən sonra həmin vəsiqəni filialın qarşısında Elşənə geri qaytarmış, vəsiqənin sonrakı aqibətini bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, kredit götürmək üçün "xxxx" QSC- nin Bərdə filialına təqdim etdiyi vəsiqənin saxta olmasını bilmiş və həmin sənəddən istifadə etməkdə məqsədi kredit əldə etmək olmuşdur. xx.xx.2022-ci il tarixdə "Access Bank” QSC- nin Bərdə filialından kredit götürərəkən ona zaman durmuş Şahid2 krediti anasını müalicə etdirmək məqsədi ilə götürdüyünü bildirmişdir. Şahid2 onun krediti saxta sənəddən istifadə etməklə əldə etməsini bilibbilməməsi barədə məlumatı yoxdur. Onun qeyd olunan faktlardan başqa saxta sənəddən İstifadə etməsi olmamışdır. Xidmətlə bağlı hər hansı bir problemləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, 2014-cü ildən etibarən "xxxx" QSC-nin Bərdə filialının müştəri xidmətləri üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır, xidməti vəzifəsi bankın filialına kredit almaq üçün müraciət edən müştərilərin maliyyə vəziyyətini yoxlamaq, bankın irəli sürdüyü şərtlərlə uyğun olduğu halda müştərinin kredit rəsmiləşdirilməsini həyata keçirməkdən ibarət olmuşdur. Həmçinin "xxxx" QSC-də online formada elektron qaydada müraciət etməklə kredit almaq da mümkün olmuşdur ki, krediti almaq istəyən müştəri "xxxx" QSC-nin "151" nömrəli qaynar xəttinə zəng edir, burada müvafiq əməkdaş təyin olunaraq müştəridən sənədləri istənilir, müştəri şəxsiyyətini təsdiq edən, həmçinin maliyyə vəziyyəti ilə bağlı digər sənədlərin şəkillərini baş ofis tərəfindən təyin edilən bank Əməkdaşına Whatsapp proqrammı vasitəsilə ilə göndərir, bankın müvafiq əməkdaşı müraciət edilən gün, bəzi hallarda növbəti günlər ərzində müştərinin maliyyə vəziyyətini yoxlayır, bankın şərtlərinə uyğun gəldiyi halda müştərinin istədiyi məbləğdə kredit götürülməsinə razılıq verilir, razılıq verildiyi halda bu barədə "xxxx" QSC-nin Mərkəzi Sisteminə məlumatlar yerləşdirilir, həmçinin müştəriyə bununla bağlı müvafiq kod verilir. Krediti götürmək istəyən müştəri bankın müvafiq filialına yaxınlaşaraq müştəri xidmətləri şöbəsinin əməkdaşına müraciət edir, baş ofis tərəfindən ona verilmiş kodu təqdim edir, həmçinin eyni zamanda şəxsiyyətini və digər anket məlumatlarını təsdiq edən sənədlərini əslini bank əməkdaşına göstərir. Bəzi hallarda həmin sənədlərin surətləri çıxarılır, zərurət olmadığı halda bankın əməkdaşı sənədinin əslini surəti ilə eyni olmasına əmin olduqdan sonra müştərinin özünə qaytarır. Bundan sonra sistemə yerləşdirilən kredit müqaviləsi və bununla bağlı digər sənədlər filialın əməkdaşı tərəfindən çap edilir, müştəri və əməkdaş tərəfindən imzalanaraq təsdiq edildikdən sonra müştəriyə kredit müqaviləsi üzrə məbləğ ödənilir. 08 aprel 2022-ci il tarixdə saat 09:00-dan etibarən ünvan 6 ünvanında yerləşən "xxxx" QSC-nin Bərdə filialında iş yerində olmuşdur. Həmin gün əvvəllər tanımadığı, aralarında qohumluq, düşmənçilik və ya ədavət olmamış Şahid1 Romanoviç həmin filiala gələrək kredit almaq üçün elektron qaydada bankın "151" qaynar xəttinə müraciət etdiyini və aidiyyəti sənədlərini təqdim etdiyini, Samirin 10 000 (on min) manat məbləğində kredit almasına baş ofis tərəfindən razılıq verildiyini bildirmişdir. Həmin vaxt müştəri xidmətləri şöbəsinin əməkdaşlarından boş olduğu üçün müştəri kimi Şahid1 qəbul etmişdir. Şahid1 özünə aid olan şəxsiyyət vəsiqəsini və Dövlət Sərhəd Xidmətinə aid "baş leytenant” hərbi rütbəsinin olduğu ZH Nº 003827 nömrəli xidməti vəsiqəsinin əslini ona təqdim etmişdir. Həmin sənədlərə baxdıqda bütün sənədlərin qaydasında və əsli olduğunu müəyyən edərək hər ehtimala qarşı Şahid1 təqdim etdiyi xidməti vəsiqənin surətini çıxarıb vəsiqəni Samirə qaytarmışdır. Bundan sonra qaydalara uyğun olaraq "xxxx" QSC-nin mərkəzi elektron sisteminə daxil olmuş və baş ofis tərəfindən Şahid1 verilmiş kodu sistemə daxil edərək Samirə aid olan sənədləri tapmış və həmin sənədləri çap etmişdir. Kredit müqaviləsi Şahid1 və zamini olmuş Şahid2 təqdim edilərək adları çəkilən şəxslər tərəfindən imzalandıqdan sonra kredit müqaviləsi təsdiqlənmişdir. Çap edilmiş sənədlərin bir nüsxəsini Şahid1 təqdim edilmiş, Samir həmin sənədlər əsasında bankın kassasına müraciət edərək 10 000 (on min) manat məbləğində pulu əldə etdikdən sonra filialın inzibati binasını tərk etmişdir. Online formada elektron müraciət əsasında əldə edilmiş kreditlərin ödənişinə nəzarət baş ofis tərəfindən həyata keçirildiyi üçün sonrakı hadisələrdən məlumatım olmamış, sonradan Şahid1 krediti ödəmədəyi üçün sonuncunun sənədlərinin yoxlanıldığını zaman Şahid1 tərəfindən təqdim edilmiş DSX-a aid "baş leytenant” hərbi rütbəli xidməti vəsiqəsinin saxta olduğu, Şahid1 əslində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu, kredit götürə bilmək üçün saxta xidməti vəsiqədən istifadə etməsi aşkar edilmişdir. Həmçinin Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 Romanoviçin 08 aprel 2022-ci il tarixdə "xxxx" QSC-nin Bərdə filialına müraciət edən zaman təqdim etmiş olduğu vəsiqədə saxta olmasına işarə edə biləcək hər hansı Əlaməti aşkar etməmişdir. Şahid1 krediti ödəmədəyi üçün sonuncunun sənədlərinin yoxlanıldığını zaman Şahid1 tərəfindən təqdim edilmiş DSX-a aid "baş leytenant" hərbi rütbəli xidməti vəsiqəsinin saxta olduğu aşkar edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən 2022-ci ilin aprel ayının əvvəllərində əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 2-ci reaktiv artilleriya manqasının baş tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər hərbi rütbəsində xidmət edən Şahid1 Romanoviçlə danışıb sonuncuya 5000-6000 manat məbləğində pul ehtiyacının olduğunu, bu məqsədlə kreditə pul götürmək istədiyini bildikdə Şahid1 hüquq verən saxta sənəd satmaq qərarına gələrək kömək edə biləcəyini söyləyib Şahid1 şəxsiyyət vəsiqəsinin və fotoşəkillərini "Whatsapp" proqramı vasitəsilə Şahid1 07 aprel 2022- ci il tarixdə ona göndərməsindən sonra Şahid1 onun hazırlayacağı hüquq verən saxta sənədlər müqabilində "xxxx" QSC-nin Bərdə filialından 10000 manat kredit götürəcəyi və ona da 2000 manat pul verəcəyi barədə razılığa gəldikdən sonra o, istintaqa məlum olmayan tarixdə və üsulla bir ədəd üzərində Şahid1 Romanoviçin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi ilə bağlı yanlış məlumatların qeyd olunduğu ZH seriyalı 003827 nömrəli saxta xidməti vəsiqəni hazırlayıb 08 aprel 2022-ci il tarixdə saat 15 radələrində Şahid1 Romanoviçə "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında təqdim edib Samir Romanoviçin bilə-bilə saxta sənəddən istifadə etməklə həmin bank filialından 10000 (on min) manat məbləğində kredit pul vəsaiti götürdükdən sonra Bərdə-Bəhramtəpə yolunun Bərdə rayonu Alpoud kəndi ərazisindən keçən hissəsində həmin gün saat 17 radələrində Samir Romanoviçə 2000 (iki min) manat pul müqabilində qanunsuz satması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Cinayət işi materiallarına əlavə edilmiş Yevlax rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-nın psixo-nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il təvəllüdlü arvadı X3 və xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş, əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs saxta sənəd hazırlaması və düzəltməsi, haradan əldə etməsi barədə məlumatı olan şəxs və şəxslərin əhatə dairəsi barədə hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər də bu kimi işlərlə məşğul olub-olmaması və bundan başqa digər şəxslərə saxta sənəd satıb-satmamısı əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması, bundan başqa yaşayış yerindən müsbət xarakterizə olunması CMnin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 07 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Sərxan Dolxanovun əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə işdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Sərxan Dolxanova CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islan işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ZH № 003827 seriyalı xidməti vəsiqənin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin, cəza çəkməsinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ZH № 003827 seriyalı xidməti vəsiqənin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar