Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-138/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Bərdə rayonu Mollaəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu Mollaəhmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə yararlılıq müddəti bitmiş xeyli miqdarda dərman vasitələrini satış məqsədilə saxlayaraq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qiyməti 8 manat olan 1 ədəd “Gentamycin 10% İNJ” 100ml, 1 ədəd qiyməti 12 manat olan İspan istehsalı “Gentaprim 100ml”, 1 ədəd qiyməti 30 manat olan “Buparvalek 50 ml İNJ”, 10 qutu, içərisində 941 tablet olan, ümumi qiyməti 188,20 manat Ukrayna istehsalı “Prazitabs”, 1 ədəd qiyməti 70 manat olan “Doxyciline S 10%” 1l, 1 ədəd qiyməti 24 manat olan “İvermek 500 ml”, 3 ədəd ümumi qiyməti 6 manat olan “Chappi” it yemi 400qr, 3 ədəd ümumi qiyməti 150 manat olan “Biozan 900” 300 tablet, 2 ədəd ümumi qiyməti 80 manat olan “Mentoforte liquid 500ml”, 1 ədəd qiyməti 13 manat olan “Niclomizole” 100 tab, 2 ədəd 2mumi qiyməti 30 manat olan “Calcicaf” 500 ml, 2 ədəd ümumi dəyəri 8 manat olan “Pharmasin B-50”, 59 tabletka ümumi qiyməti 17,70 manat olan “Levozan Bolus”, 4 ədəd ümumi qiyməti 48 manat olan “Peniprok” 100ml, 2 ədəd ümumi qiyməti 8 manat olan “Centre-Oxite 20%” 100ml, 143 tabletka ümumi qiyməti 28,60 manat olan “Oxivet 500”, 1 ədəd qiyməti 3 manat olan “Retinol” 30 kapsula, 2 ədəd ümumi qiyməti 20 manat olan Türkiyə istehsalı “Mirasel” 50 tablet, 8 ədəd ümumi qiyməti 32 manat olan “Oksitetravet 20%” 50ml, 1 ədəd qiyməti 12 manat olan Türkiyə istehsalı “Amoxycure-LA” 100ml, 2 ədəd ümumi qiyməti 24 manat olan Türkiyə istehsalı “Penstrep 20/20” 100ml, 8 ədəd ümumi qiyməti 24 manat olan “Centre Toltr 2.5 %” 100ml, 2 ədəd ümumi qiyməti 4 manat olan “Bars 10ml”, 1 ədəd qiyməti 5 manat olan Türkiyə istehsalı “Fitadinon-K” 20ml, 1 ədəd qiyməti 7 manat olan “Vilamoks La 50ml”, 1 ədəd qiyməti 0,50 manat olan “Loperamid” 10 kapsula 2mq, 1 ədəd qiyməti 70 manat olan “Medsultan” 1l, 1 ədəd qiyməti 70 manat olan “Hanzuril- 25” 1l, 1 ədəd qiyməti 20 manat olan “ABZ forte 20%” 1l, 1 ədəd qiyməti 20 manat olan “Avidazole” 1l, 5 ədəd ümumi qiyməti 40 manat olan “Enroxil 100ml”, 1 ədəd qiyməti 70 manat olan “Sığır premiks 407” 5kq, 1 ədəd qiyməti 70 manat olan “Daflor” 1l, 1 ədəd qiyməti 20 manat olan “Judo” 1l, ümumi qiymətləri 1233 manat olan, yəni xeyli miqdarda dərman vasitələrini əldə edib fəaliyyət göstərdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla” baytarlıq pereparatlarının satışı aptekində saxlamış, 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla” baytarlıq pereparatlarının satışı aptekinə baxış keçirilən zaman aptekin ümumi zalından yuxarıda qeyd olunmuş yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli biləməyərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla Aptek”ini icarəyə götürüb işlədir. Həmin aptekdə ondan başqa işçi olmamışdır. 16.02.2021-ci il tarixdə sonradan adını bildiyi Şahid3 adlı şəxs yanına gələrək cücələrinin xəstələndiyini bildirmiş və o da, Araza dərman peraparatları satmışdır. O, Arazın xəstə cücəsini yarmış və koksidioz olduğunu aşkar etmişdir. Xəstə cücələrə Virkones, Koxmed, Medifrol dərman perepratlarını içizdirməsi üçün vermişdir. Həmin şəxs dərman pereparatlarını alıb getmişdir. 19.02.2021-ci il tarixdə həmin şəxs işlədiyi aptekə gələrək cücələrinin ona məxsus aptekdən aldığı dərmanlardan öldüyünü demişdir. O, Araza cücələri labarotoriyaya verməyi məsləhət bilmişdir. O, labarotoriya müdri olan Əli həkimə zəng edərək bu barədə məlumat vermişdir. Əli həkim ona cücələrin zəhərlənməsi ilə bağlı analizlər apara bilmədiyini demişdir. Daha sonra Araz ona etiraz edərək çıxıb getmişdir. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, aptekindən aşkar edilmiş 34 adda müddəti bitmiş dərman vasitələri özünə məxsusdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla Aptek”ini işlədən Təqsirləndirilən şəxs ilə qohumluq əlaqəsi vardır. Boş vaxtlarında aptekə gedib orada Təqsirləndirilən şəxs köməklik göstərmişdir. Şahid3 adlı şəxsi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Sonuncu dəfə 19.02.2021-ci il tarixdə “Şəhla Aptek”də olarkən sonradan adını bildiyi Şahid3 adlı şəxs aptekə gələrək Təqsirləndirilən şəxs cücələrinin aptekdən aldığı dərmanlardan öldüyünü demişdir. Təqsirləndirilən şəxs həmin şəxsə cücələri labarotoriyaya verməyi məsləhət bilmişdir. Əlavə olaraq qeyd edir ki, onun Təqsirləndirilən şəxs aptekdə etdiyi hərəkətlər barədə məlumatı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs dərman pereparatlarını kimlərdən almasından, aptekdə olan dərmanların istifadə müddətinin yararlılığından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin baş məsləhətçisi vəzifəsində xidmət edir. 19 fevral 2021-ci il tarixdə Bərdə rayonu Bakı küçəsində baytarlıq pereparatlarının satışı ilə fəaliyyət göstərən “Şəhla” aptekinə 19 fevral 2021-ci il tarixli Azərbaycan Respublikasının Qida X2 X3 rayon prokurorluğundan daxil olmuş müraciət əsasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, aptekin ümumi sahəsi 70 kv.m-dir, mişar daşından tikilmiş döşəməsi kimyəvi təmizləməyə davamlı kafeldən, divarları rəngli boya ilə boyadılmış, tavanı plastik materialdan düzəldilmişdir. Təbii və süni ventilyasiya sistemi quraşdırılmışdır. İşıqlandırma sistemi təbii və süni olmaqla süni işıqlandırma sistemi üzəri örtülü şüşə ilə bağladılmışdır. Təbii işıqlandırma sistemi işığın düşmə bucağı sındırılır. Aptekdə axar su və isti su təchizatı təmin edilmişdir. Aptekdə dərman pereparatlarını yığmaq üçün piştaxtalar vardır. Aptek iki otaqdan ibarətdir. Otaqlardan biri satış digəri isə anbar hissəsini əhatə edir. Baytarlıq apteki tikinti normativ aktlarının tələblərini ödəyir. Təqsirləndirilən şəxs məxsus texniki peşə təhsilli “Heyvandarlıq mütəxəssis” A 133677 nömrəli diplom onlara təqdim edilmişdir Baxış zamanı aptekdə ümumi zalda, piştaxtaların altından yararlılıq müddəti bitmiş 1 ədəd Gentamycin 10% İNJ 100ml, 1 ədəd Gentaprim 10ml (İspan istehsalı), 1 ədəd Buparvalek 50 ml İNJ, 10 ədəd Parazitabs 100 tab, 1 ədəd Doxusilin S 10% 1l, 1 ədəd İvermex 500 ml, 3 ədəd Chappi it yemi, 3 ədəd Biozan 900, 2 ədəd Mentoford liquid 500ml, 1 ədəd Niklomizole 100 tab, 2 ədəd Kalsikaf 500 ml, 2 ədəd Farmazin B50, 59 tabletka Levozan Bolus, 4 ədəd Peniprok 100ml, 2 ədəd Centre oxite 20%, 143 tabletka Oxivet 500, 1 ədəd Retinol nömrə 30, 2 ədəd Mirasel nömrə 50, 8 ədəd Oksitetravet 20% 50ml, 1 ədəd Amoksilin La 100ml, 2 ədəd Penistrep 2020 100ml, 8 ədəd Centre Toltr 2.5 % 100ml, 2 ədəd Bars 10ml, 1 ədəd Fitadinon K 20ml, 1 ədəd Vilamoks La 50ml, 10 tabletka Loperamid, 1 ədəd Medsultan 1l, 1 ədəd Hanzuril 25 1l, 1 ədəd ABZ forte 20%, 1 ədəd Avidazole 1l, 5 ədəd Enroxil 100ml, 1 ədəd Sığır premiks 407 5kq, 1 ədəd Daflor 1l, 1 ədəd Judo ümumilikdə 34 adda dərman pereparatları satışdan çıxarılmışdır. Tərəflərindən çıxdaş edilmiş baytarlıq pereparatları saxlanc aktı tərtib edilərək saxlanca qoyulmuşdur. Əlavə olaraq baxış zamanı şikayət əsasında aptekdən “Mediflor” 30%, “Virkon S”, “Coxmed”, “Amprolium” 250, “Genflordox-100”, “Geosol” 80% adlı dərman pereparatlarından və qarğıdalı yemi, Ağdaş yemi adlı qida məhsullarından nümunələr götürülmüşdür. Əlavə olaraq qeyd edir ki, hüquqi normalara görə istifadəyə yararsız dərman pereparatları bir yerə yığılaraq hər hansı bir göstərici kimi üzərlərinə “istifadəyə yararsız” sözəri ilə işarələnməli olduğu halda baxış keçirdikləri “Şəhla” aptekində həmin qaydalara əməl edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər rayonu Hüsənli kəndi ərazisində tanışının həyətində təxminən 260-270 ədəd çəkisi 700-800 qram olan ev quşu cücə saxlayır. Cücələrdə xəstəlik olması səbəbilə təsadüfən 18.02.2021-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində yerləşən “Şəhla” baytarlıq aptekinə getmiş, baş verənləri orada sonradan tanıdığı Şəhla adlı qadına bildirmişdir. Şəhla adlı qadın oraya apardığı ölü cücələrdən birini yararaq müayinə etmiş və cücədə yüngül dərəcəli “Koli” xəstəliyinin olduğunu demişdir. Daha sonra 6-7 ədəd müxtəlif adda dərman pereparatları verərək su ilə qarışdırıb cücələri injektə etməyini, bəzilərini damcı yolu ilə boğazına tökməli olduğunu demşdir. Daha sonra aptekdə üzərində İran hərfləri ilə yazıların olduğu antisanitar qaydada saxlanılan dərman pereparatlarının satıldığını görmüşdür. Daha sonra aptekdən çıxmış və təsərrüfata gedərək həmin dəmanları cücələrə vermişdir. Həmin günü axşam 257 ədəd cücəsi ölmüşdür. O, dərhal Tərtər rayonunda yerləşən baytar həkiminə məlumat vermişdir. Sonuncu ona dəmanların xarab olduğunu ona görə cücələrin ölməsini bildirmişdir. Bu səbəbdən də o, aidiyyəti üzrə müraciət etmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-14-cü vərəqələrində olan 19.02.2021-ci il tarixli Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin tərtib etdiyi aktdan görünür ki, 19 fevral 2021ci il tarixdə Bərdə rayonu Bakı küçəsində baytarlıq pereparatlarının satışı ilə fəaliyyət göstərən “Şəhla” aptekinə 19 fevral 2021-ci il tarixli Azərbaycan Respublikasının Qida X2 X3 rayon prokurorluğundan daxil olmuş müraciət əsasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, aptekin ümumi sahəsi 70 kv.m-dir, mişar daşından tikilmiş döşəməsi kimyəvi təmizləməyə davamlı kafeldən, divarları rəngli boya ilə boyadılmış, tavanı plastik materialdan düzəldilmişdir. Təbii və süni ventilyasiya sistemi quraşdırılmışdır. İşıqlandırma sistemi təbii və süni olmaqla süni işıqlandırma sistemi üzəri örtülü şüşə ilə bağladılmışdır. Təbii işıqlandırma sistemi işığın düşmə bucağı sındırılır. Aptekdə axar su və isti su təchizatı təmin edilmişdir. Aptekdə dərman pereparatlarını yığmaq üçün piştaxtalar vardır. Aptek iki otaqdan ibarətdir. Otaqlardan biri satış digəri isə anbar hissəsini əhatə edir. Baytarlıq apteki tikinti normativ aktlarının tələblərini ödəyir. Baxış zamanı fiziki şəxs Təqsirləndirilən şəxs “Lisenziyalar və icazələr haqqında” baytarlıq pereparatlarının satışına dair sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs məxsus texniki peşə təhsilli “Heyvandarlıq mütəxəssis” A 133677 nömrəli diplom onlara təqdim edilmişdir Baxış zamanı aptekdə ümumi zalda, piştaxtaların altından yararlılıq müddəti bitmiş 1 ədəd Gentamycin 10% İNJ 100ml, 1 ədəd Gentaprim 10ml (İspan istehsalı), 1 ədəd Buparvalek 50 ml İNJ, 10 ədəd Parazitabs 100 tab, 1 ədəd Doxusilin S 10% 1l, 1 ədəd İvermex 500 ml, 3 ədəd Chappi it yemi, 3 ədəd Biozan 900, 2 ədəd Mentoford liquid 500ml, 1 ədəd Niklomizole 100 tab, 2 ədəd Kalsikaf 500 ml, 2 ədəd Farmazin B50, 59 tabletka Levozan Bolus, 4 ədəd Peniprok 100ml, 2 ədəd Centre oxite 20%, 143 tabletka Oxivet 500, 1 ədəd Retinol nömrə 30, 2 ədəd Mirasel nömrə 50, 8 ədəd Oksitetravet 20% 50ml, 1 ədəd Amoksilin La 100ml, 2 ədəd Penistrep 2020 100ml, 8 ədəd Centre Toltr 2.5 % 100ml, 2 ədəd Bars 10ml, 1 ədəd Fitadinon K 20ml, 1 ədəd Vilamoks La 50ml, 10 tabletka Loperamid, 1 ədəd Medsultan 1l, 1 ədəd Hanzuril 25 1l, 1 ədəd ABZ forte 20%, 1 ədəd Avidazole 1l, 5 ədəd Enroxil 100ml, 1 ədəd Sığır premiks 407 5kq, 1 ədəd Daflor 1l, 1 ədəd Judo ümumilikdə 34 adda dərman pereparatları satışdan çıxarılmışdır. Tərəflərindən çıxdaş edilmiş baytarlıq pereparatları saxlanc aktı tərtib edilərək saxlanca qoyulmuşdur. Əlavə olaraq baxış zamanı şikayət əsasında aptekdən “Mediflor” 30%, “Virkon S”, “Coxmed”, “Amprolium” 250, “Genflordox-100”, “Geosol” 80% adlı dərman pereparatlarından və qarğıdalı yemi, Ağdaş yemi adlı qida məhsullarından nümunələr götürülmüşdür. Cinayət işinin 94-98-ci vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli 9/1529 nömrəli rəyindən görünür ki, 1-ci sual üzrə: ekspertiza tədqiqatına təqdim edilməyən 257 ədəd təxminən 0,750qram (0,700-0,800qram) çəkidə, 2,5 aylıq cücələrin(ev quşları) 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1799,00 manat müəyyən olunur. 2-ci sual üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş 34 adda baytarlıq dərman preparatlarının istiadəyə yararlı vəziyyətdə 2021-ci ilin fevarl ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 1233,00 manat, həmin 34 adda baytarlıq dərman preparatlarının istifadə müddətləri bitdiyi üçün istifadəyə yararsız olduğundan 2021-ci ilin fevral ayına orta bazar qiymətləri ilə ümumi dəyəri qiymətsiz müəyyən edilir. Təqdim olunan baytarlıq preparatlarının istehsal yeri, hansı üsulla(kustar və ya zavod) hazırlanması, təqdim olunan baytarlıq preparatlarının keyfiyyətinin(hansı növə aid olması da daxil olmaqla) müəyyən edilməsi, təqdim olunan baytarlıq preparatlarının istifadə üçün yararlı olub-olmamasının müəyyən edilməsi, təqdim olunan baytarlıq preparatlarının keyfiyyət göstəriciləri qüvvədə olan standartlara, sanitariya tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. 3-cü və 4-cü sual üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş baytarlıq preparatlarının qablaşdırılması, qabların markalanması və digər əmtəə göstəriciləri, mövcud standartlara uyğun olub-olmaması, baytarlıq preparatlarının tərkibində heyvanların(xüsusənda ev quşlarının) zəhərlənməsinə və ya ölümünə səbəb olacaq maddələrin olub-olmaması məhkəmə əmətəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Cinayət işinin 153-162-ci vərəqəsində olan sübutların qiymətləndrilməsi haqqında 23.06.2021-ci il tarixli qərardan görünür ki, . Bərdə şəhəri Bakı küçəsində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi baytarlıq aptekindən götürülmüş 1 ədəd Gentamycin 10% İNJ 100ml, 1 ədəd Gentaprim 10ml (İspan istehsalı), 1 ədəd Buparvalek 50 ml İNJ, 10 ədəd Parazitabs 100 tab, 1 ədəd Doxusilin S 10% 1l, 1 ədəd İvermex 500 ml, 3 ədəd Chappi it yemi, 3 ədəd Biozan 900, 2 ədəd Mentoford liquid 500ml, 1 ədəd Niklomizole 100 tab, 2 ədəd Kalsikaf 500 ml, 2 ədəd Farmazin B50, 59 tabletka Levozan Bolus, 4 ədəd Peniprok 100ml, 2 ədəd Centre oxite 20%, 143 tabletka Oxivet 500, 1 ədəd Retinol nömrə 30, 2 ədəd Mirasel nömrə 50, 8 ədəd Oksitetravet 20% 50ml, 1 ədəd Amoksilin La 100ml, 2 ədəd Penistrep 2020 100ml, 8 ədəd Centre Toltr 2.5 % 100ml, 2 ədəd Bars 10ml, 1 ədəd Fitadinon K 20ml, 1 ədəd Vilamoks La 50ml, 10 tabletka Loperamid, 1 ədəd Medsultan 1l, 1 ədəd Hanzuril 25 1l, 1 ədəd ABZ forte 20%, 1 ədəd Avidazole 1l, 5 ədəd Enroxil 100ml, 1 ədəd Sığır premiks 407 5kq, 1 ədəd Daflor 1l, 1 ədəd Judo baytarlıq pereparatlarının cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilərək Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 154-cü vərəqəsində olan Bərdə rayon Kolayır kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, şahidləri dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası CM-nin 200-1.1-ci maddəsi ilə təqsirliliyi, yəni onun bilə-bilə yararlılıq müddəti bitmiş xeyli miqdarda dərman vasitələrini satış məqsədilə saxlama cinayətini törətməsi hər hansı sübutla öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 200-1.1-ci maddəsinin dispozisiyasında biləbilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədilməsi qeyd olunur. Maddənin dispozisiyasından görünür ki, anlayış olaraq dərman vasitələrindən söhbət gedir. Dərman vəsitələrinin anlayışı isə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, dərman vasitələri - xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatları. Xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi məqsədilə istifadə edilən tibb vasitələri (tibb cihazları, məmulatları, əşya və materialları, alətləri, avadanlıqları, tibbi reaktivlər və optik ləvazimatlar) bu Qanunun məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur. Məhkəmə müəyyən etdi ki, ittiham dəriman vasitələri yox, baytarlıq pereparatlarının saxlanılması barədə olmuşdur. Məhkəmə baytarlıq pereparatlarının dəriman vasitələri olmaması qənaətinə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci maddəsində dərman vasitələrinin anlayışı verilmişdir ki, həmin anlayışdan müəyyən olunur ki, dərman vasitələri insan orqanizmi və fiziolojiyası ilə əlaqədar tətbiq olunan bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatlarıdır. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, dərman maddələri (dərman substansiyaları) - insan orqanizminin vəziyyətini və fizioloji funksiyalarını dəyişə bilən və dərman vasitələrinin istehsalında istifadə edilən bioloji fəallığa malik olan təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik və biotexnoloji mənşəli maddələrdir. Həmçinin məhkəmə qeyd edir ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci maddəsinə əsasən, baytarlıq - heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemidir. Həmin qanunun 1.0.5-ci maddəsinə əsasən, baytarlıq preparatları - yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr nəzərdə tutulur. Buradanda göründüyü kimi dəriman vasitələri ilə baytarlıq preparatları ayrı anlayışlar olmaqla fərqli qanunvericilikdə öz əkslərini tapmışdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 200-1.3-cü və 200-1.4-cü maddələrində müvafiq olaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması qeyd olunmuşdur. Buradanda görünüdüyü kimi, maddə insan həyat və sağlamlığına zərər vurmadan bəhs edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 39-cu maddəsində göstərilən cinayət təqibini istisna edən hallar olduqda bir qayda olaraq, cinayət işi başlana bilməz. Cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlaması üçün faktın (hadisənin) olmaması, yəni ictimai təhlükəli hərəkət və hərəkətsizliyin həqiqətdə mövcud olmaması başa düşülür. CPM -nin 39.1.1-ci maddəsi aşağıdakı halları nəzərdə tutur; Cinayət hadisəsi kimi qiymətləndirilə biləcək hadisənin özünün olmaması; Fərz edilən cinayət əməlinin şəxslərin iradəsindən aslı olmayaraq baş vermiş təbii hadisədən ibarət olması; Hadisənin zərərçəkmiş şəxsin özünün fəaliyyəti nəticəsində baş verməsi. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.1.1-ci maddəsində göstərilmişdir ki, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1-1-ci maddəsi ilə əməlində cinayət hadisəsi olmadığına görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə maddi sübut hesab olunan Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan yararlıq müddəti keçmiş baytarlıq pereparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 50 manat dövlət vəsaiti hesabına aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ : Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 200-1.1-cü maddəsi üzrə cinayət hadisəsi olmaığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut hesab olunan Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan yararlıq müddəti keçmiş baytarlıq pereparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 50 manat dövlət vəsaiti hesabına aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti vermək olar.
Məhkəmə qərarları › İş №1(021)-138/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-138/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver