Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-138/2025 27.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat: 17:40 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1994-cu ildə Ukrayna Respublikası, Feodosiya şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Kələntərli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi təmiz çəkisi 7,84 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 22 may 2025-ci il tarixdə saat 21:34 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bərdə rayonu, Muğanlı kəndində saxlanılaraq, saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,84 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Kələntərli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Subaydır, əvvəllər Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 22 may 2025-ci il tarixdə yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisində piyada hərəkətdə olarkən yerdə şübhəli kibrit qutusu görmüşdür. Həmin kibrit qutusunun içərisini açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Həmin narkotik vasitəni götürüb cibinə qoymuş və istifadə məqsədilə üzərində saxlamışdır. 22 may 2025-ci il tarixdə axşam saatlarında, saat təxminən 21:30 radələrində Bərdə rayonu, Muğanlı kəndi ərazisində tanımadığı 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üstünün yoxlanılması zərurətinin olduğunu bildirmişdirlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin kibrit qutusu ilə birlikdə 10,26 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş mariuxananı 22 may 2025-ci il tarixində Bərdə rayonu, Kələntərli kəndi ərazisində yerdən tapmışdır. O, üzərində narkotik vasitə olması barədə hər hansı bir şəxsə məlumat verməmiş və ya həmin narkotik vasitəni hər hansı bir şəxsə satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, narkotik vasitəni tanıdığından həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərimdə saxlamışdır. İş üzrə əlavə ifadəsi alınmış Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçən zaman üzərindən aşkar olunmuş dərəcəsi təyin edilməyən xəsarətlə əlaqədar bildirmişdir ki, o, şübhəli kimi tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evdə yıxılaraq xəsarət almışdır. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində çalışır. 22 may 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən xx.xx.1994-cü il təvəllüdlü Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Kələntərli kəndində yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 22 may 2025-ci il saat 21:34 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Muğanlı kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və marixuana adlanan maddə olduğunu söyləmişdir. Həmin bükümə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,26 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİNin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmış, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatmış, videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçisi Müdafiəçi1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri təhqiqatçıya təqdim edilmişdir. Бунун ардынъа təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdıqdan sonra videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına istinad: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 22 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin gün saat 21:34 dəqiqədən saat 21:42 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə rayonu, Muğanlı kəndində Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və içərisində qurudululmuş marixuana olduğunu söyləmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisindən qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01 (bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,26 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01 (bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. (cild 1, iş vərəqə 13-15) “Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və ya götürmə aparılması haqqında” 22 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin gün saat 22:35 dəqiqədən saat 22:44 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirən zaman hər hansı bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 33-38). Məhkəmə-bioloji ekspertizasının 23 may 2025-ci il tarixli 16/483 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “....Təqsirləndirilən şəxs оğlunun üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan yaşıl kütlə..” yazı və ya imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,84 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 7,84 qram, tədqiqata sərf edilmiş - 0,04 qram, qalıq - 7,80 qramdır (cild 1, iş vərəqə 47-50). Səhiyyə Nazirliyin Gəncə Narkoloji Dispanserinin 15 avqust 2025-ci il tarixli 1301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələ olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 95-96, 98-104). Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
2. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda narkotik vasitə qurudulmuş marixuana (kannabis) İ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən heroinin təmiz halda aşağı həddi 5 qram həddində müəyyən edilir.
3. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir.
4. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
5. Məhkəmə cəzanın məqsədlərinə nail olunması baxımından təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir.
6. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaqı həyata keçirən müstəntiqin 24 may 2025-ci il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi gündən hesablanmalıdır.
7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd kağız zərfin içərisində olan 01 ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 7,80 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (kannabis) məhv edilməlidir.
8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30,40 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
9. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə ona hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 daxil olduğu Bərdə Rayon Vəkil Bürosunun hesabına 88 manat manat məbləğində pul köçürülməlidir.
10. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2025-ci il tarixdən hesablansın.
4. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
5. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalında dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
6. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar 1 (bir) ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 7,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin.
7. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
8. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün.
9. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
10. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Bayram Məhərrəmov