Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-139/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlunun və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X20 oğlunun, Müdafiəçilər X10 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Əhməd oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, 01.08.1999- cu ildə Bərdə rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin həmin vaxt qüvvədə olmuş 226-1-ci maddəsininn1-ci hissəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökmün icrası 1 il müddətinə təxirə salınmış, hazırda məhkumluğu olmayan, Ağdam rayonunun Seyidli kəndində daimi qeydiyyatda olub, həbs olunana qədər Bərdə rayonu 866 saylı köçkün qəsəbəsi bina 6, mənzil 39 da məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən 16.04.2013-cü il tarixdə Goranboy rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum olunmuş, 10.12.2018- ci il tarixdə Goranboy rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il islah işləri cəzası ilə əvəz olunmuş, hazırda məhkumluğu olunmayan, Ağdam şəhəri Ə.Əliyev küçəsi ev 37\15 də qeydiyyatda olub, həbs olunana qədər Bərdə şəhərində futbol meydançasının inzibati binasında məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Əhməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə qanunsuz balıq tutma və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq talama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Əhməd oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 24 aprel 2021- cu il tarixdə saat 15 radələrində Bərdə rayonunun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalınn ayrılan qolundan, balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 22 manat 4 ədəd cəmi 88 manat qiymətində “ karp” balığını, 1 ədədinin qiyməti 33 manat, 20 ədəd cəmi 660 manat qiymətində “ Sirbit” balığını, cəmi 748 manat məbləğində balıqları qanunsuz tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitədən - elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq balıq tutmaqla maddi ziyan vurmuşdur. Bundan baqşqa o, 24 aprel 2021- ci il tarixdə Təqsirləndirilən şəxs2 Əhməd oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, özgənin əmlakını tamah niyyəti ilə açıq talayıb ələ keçirmək məqsədi ilə elə həmin tarixdə saat 17-30 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol kənarında otlayan və həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 1 yaşar ( bir illik) diri çəkisi 110 kq, təmiz ət çəkisi 50 kq olan 500 manat qiymətində dişi dana heyvanının yolla tək halda hərəkət etdiyini görüb, avtomobili saxlayıb, vət Zərərçəkmiş şəxs1a məxsus dana heyvanını tutub idarə etdiyi VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaq istəyərkən həmin heyvan tanıyan sonuncunun həmkəndliləri Şahid2 və Şahid1 həmin heyvanın həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus olmasını aparmamasını ona bildirmələrinə əhəmiyyət verməyərək, yalandan guya həmin dana heyvanın yolla hərəkətdə olmuş yük qazelinin arxasından yerə düşdüyünə görə öz minik avtomobilinə yerləşdirib aparmaq istədiyini bildirməklə, özgə əmlakını, yəni Zərərçəkmiş şəxs1 bir baş dana heyvanını idarə etdiyi özünə məxsus VAZ-21015 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilində olaraq, Bərdə şəhərində yerləşən futbol meydançasının inzibati binasında məskunlaşmış Məmmədiov Vüsal Əhməd oğlunun yaşadığı binanın arxa tərəfində kimsənin görə bilməsi mümkün olmayan yerə, yəni binanın həyətinə gətirib kəndirlə ağaca bağlayaraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında açıq talayaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə qanunsuz balıq tutma və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 24 aprel 2021- cu il tarixdə saat 15 radələrində Bərdə rayonunun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalının ayrılan qolundan, balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 22 manat, 4 ədəd, cəmi 88 manat qiymətində “ karp” balığını, 1 ədədinin qiyməti 33 manat, 20 ədəd, cəmi 660 manat qiymətində “ Sirbit” balığını, cəmi 748 manat məbləğində balıqları qanunsuz tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitədən - elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq balıq tutmaqla maddi ziyan vurmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs2 oğlu 24 aprel 2021- ci il tarixdə Təqsirləndirilən şəxs1 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, özgənin əmlakını tamah niyyəti ilə açıq talayıb ələ keçirmək məqsədi ilə elə həmin tarixdə saat 17-30 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol kənarında otlayan və həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 1 yaşar ( bir illik) diri çəkisi 110 kq, təmiz ət çəkisi 50 kq olan 500 manat qiymətində dana heyvanının yolla tək halda hərəkət etdiyini görüb, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlaması əsasında dana heyvanını tutub sonuncunun idarə etdiyi VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaq istəyərkən, həmin yerdə olmuş və vət Zərərçəkmiş şəxs1, onun həmin heyvanını tanıyan sonuncunun həmkəndliləri Şahid2 və Şahid1 həmin heyvanın həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus olmasını, aparmamasını ona bildirmələrinə əhəmiyyət verməyərək, yalandan guya həmin dana heyvanın yolla hərəkətdə olmuş yük qazelinin arxasından yerə düşdüyünə görə öz minik avtomobillərinə yerləşdirib aparmaq istədiyini bildirməklə, özgə əmlakını, yəni bir baş dana heyvanını Təqsirləndirilən şəxs1 məxsus VAZ-21015 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olaraq, Bərdə şəhərində yerləşən futbol meydançasının inzibati binasında məskunlaşmış Təqsirləndirilən şəxs2 yaşadığı həmin binanın arxa tərəfində kimsənin görə bilməsi mümkün olmayan yerə, yəni binanın həyətinə gətirib kəndirlə ağaca bağlayaraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında açıq talayaraq, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs1 Hüseyn oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə olaraq o, 1999-cu ildə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 226- 1-cı maddəsi ilə 01 il müddətinə şərti məhkum olunmuş və bundan sonra heç bir cinayət etməmişdir. Ümumiyyətlə cinayət etməyə meyilli deyildir.Bərdə şəhərində idman meydançasının inzibati binasında ailə üzvüləri ilə məskunlaşmış Təqsirləndirilən şəxs2 Əhməd oğlunu hardasa 12-13 yaşlarından tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Onun özünə məxsus VAZ- 21015 markalı 10- GL-064 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də var. 24 aprel 2021- ci il tarixdə hardasa saat 13 radələrində özünə məxsus həmin VAZ- 21015 markalı avtomobili ilə balğa gedib elektrik cəryanını suya buraxıb balıq tutmaq fikirinə gəlmişdir. Ona görə də özünə məxsus 1 ədəd akkumulyatoru, 1 ədəd elektrik cəryanı verən aparatı, elektrik naqilini, 1 ədəd çərpələngi yəni balığı sudan yığmaq üçün tor tutacağını və 1 ədəd də sintetik tərkibli kisəni götürüb avtomobilinin arxa yük yerinə qoymuşdur. Odur ki, bu barədə Vüsala da demişdir ki, gəlsin getsinlər birlikdə elektrik cəryanını suya buraxıb balıq tutub, tutduqları balığı da aralarında bölsünlər. Vüsal da razı olmuşdur. Onlar balıq tutmaq üçün Bərdə rayonunun Qarağacı kəndinə oradan keçən Yuxarı Qarabağ su kanalından ayrılan qolundan balıq tutmaq üçün birlikdə getmişlər. O, ona görə elektriklə balıq tutmaq istəmişdir ki, onun həyat yoldaşı X7 hamilə olduğundan və ürəyi balıq istədiyindən onun da maddi imkanı olmadığından fikirləşmişdir ki, gedib balıq ala bilməyəcək, pulu yoxdur, yaxşısı budur elə gedib tokla balıq tutsun.Ona görə də elektrik cəryanı ilə sudan balıq tutmaq üçün yuxarda qeyd etdiyi kimi Vüsalla Bərdə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalının sahələrə axan qolundan balıq tutmaq üçün getmişlər.Onlar həmin yerdə saat 15 radələrindən saat 17 radələrinə qədər elektrik cəryanını suya verib 20 ədəd şirbit və 4 ədəd də karp olmaqla balaca balıqlar tutmuşlar. Bundan sonra onlar görmüşlər ki, daha elektrik cəryanını suya buraxıb gözləsələr də balıq çıxmır. Ona görə də Vüsalla belə razılığa gəlmişlər ki, onlara qayıdıb gəlsinlər və balığıda elə onlarda bölüb götürsünlər. Hardasa saat 17 radələrində onlar görmüşlər ki, artıq balıq çıxmır, ona görə də elə maşını ilə evlərinə qayıtmaq üçün yola düşmüşlər.Həmin vaxt o, maşını idarə etmiş. Vüsal da qabaq sağ oturacaqda əyləşmişdir.Onlar hərəkət edib gəlib Qarağacı kəndi ərazisindən keçən avtomobil yolu ilə gələrkən bir baş qara rəngli balaca bir dişi dana heyvanının yolla qaçdığını görüb, onu tutub gətirib sahibinə xəbər verərək şirinlik almaq istəmişlər.Həmin vaxt iki nəfər şəxs onlara yaxınlaşıb dananın onların həmkəndlisi Bayramın olduğunu demişlər. Onlar buna inanmayaraq hesab etmişlər ki, həmin şəxslər dananı onlardan alıb özləri aparacaqlar. Onlar həmin ərazidə yerləşən qəssabxanalara yaxınlaşmış və dananın kim məxsus olmasını soruşmuşlar, lakin bilən olmamışdır. Bərdə şəhərində yerləşən futbol meydançasının inzibati binasında məskunlaşmış Təqsirləndirilən şəxs2 yaşadığı həmin yerdə həyətdə ağaca bağlamışlar.Onlar istəmişlər ki, heyvanın sahibini tapıb heyvanı ona qaytarsınlar.O, elədiyi bu hərəkətindən peşmandır gərək Sadiqlə o, belə etməyəydi.Son halda polislər danananı onların gətirdiyini bilib gəlib Vüsalın yaşadığı həmin həyətində aşkar etmişlər.Ona görə də polislər heyvanı qaytarıb sahibinə Bayram kişiyə vermişlər.O, elədiyi bu hərəkətlərinə görə, yəni tokla gedib balıq tutduğuna və bir də başqasının danasını maşınının yük yerinə qoyub gətirdiyinə görə peşman olmuşdur.O, həm də səhvə onda yol vermişdir ki, onlar dananı Qarağacı kəndi ərazisində yolda Vüsalla maşınına mindirəndə onların yanına gəlib dananın həmkəndliləri Bayrama məxsus olmasını deyən həmin iki cavan oğlanın sözünə baxmayıb dananı götürüb gəlmişlər. Hazırda əməlindən peşman olduğunu, dananı sahibinə qaytardığından zərərin bir qiminin ödənilməsini və zərəçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildə Goranboy Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2-3 cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum olunmuşdur.Sonra isə həmin cəzası islah işi cəzası ilə əvəz olunmuşdur.O, Təqsirləndirilən şəxs1 hardasa bir- neçə il olar ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq münasibəti yoxdur. Ancaq tanışlıq münasibəti var. Bildirir ki, 24 aprel 2021- ci il tarixdə təxminən saat 13 radələrində Sadiq onun Bərdə şəhərində futbol meydançasında məskunlaşmış olduğu inzibati binaya gələrək ona demişdir ki, gəlsin birlikdə gedib Qarağacı kəndi ərazisindən Qarabağ kanalının ayrılan su qolundan elektriklə balıq tutsunlar.O, əvvəlcə razı olmamış, demişdir ki, elektriklə balıq tutmaq təhlükəlidir və həm də buna görə onları polis tutar. Ancaq Sadiq əl çəkməmiş o da onun dediyi ilə razılaşmışdır. Onlar Sadiqin VAZ- 21015 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Sadiq avtomobilini idarə etmişdir.O da avtomobildə qabaq sağ oturacaqda əyləşmiş dir. Onlar birlikdə Bərdə rayonun Qarağacı kəndinə oradan keçən Qarabağ su kanalından ayrılan su qollarından balığı elektrik cəryanını suya buraxmaqla tutmağa başlamışlar. Həmin elektrik cəryanını verən akkmuluyator və aparatı işə salıb naqili suya atıb elektrik cəryanını suya onlar buraxanda saat 15 radələri olmuşdur.Həmin vaxt onun işi ancaq ondan ibarət olmuşdur ki, Sadiq suya harada elektrik cəryanı buraxmaq lazım olanda o, akkmuluyatoru və cəryan verən aparatı qucağına alıb onun ardınca aparmışdır.Onun dediyi yerdə suyun kənarına qoymuşdur. O da suyun harasında lazım olanda cəryanı suya buraxmışdır. Onlar hardasa saat 17 radələrinə qədər balıq tutmaqla məşğul olmuşlar.Elədə çox balıq tuta bilməmişlər. Sudan 20 ədəd balaca bala şirbit balqlarını və 4 ədəd də balaca karp balıqlarını tutub özləri ilə həmin yerə gətirmiş olduqları sintetik tərkibli meşoğa içərisinə yığmışlar. Nəzərdə tutmuşlar ki, evə aparıb yarı-yarıya bölüb özlərinə, ailələrinə istifadə etmiş olsunlar.Gərək Sadiqlə birlikdə elektrik cəryanından istifadə etməklə sudan balıq tutmayaydı. Ona görə ki, bu qadağandır. Belə balıq tutanda suda olan balıqlar və başqa su canlıları məhv olub gedir.O, ilk dəfə olaraq Sadiqlə razılaşıb belə bir iş görmüşdür. Başqa vaxt nə Sadiqlə və nə də ki, kiminləsə gedib sudan elektrik cəryanı vasitəsi ilə balıq tutmamışdır. Buna görə də peşmandır. Gərək onun bu peşmançılığı nəzərə alınsın.O, onu da qeyd edir ki, Sadiqlə sudan balıq tutarkən istifadə etdiyi 1 ədəd çərpələng, 1 ədəd akkumulyator, 1ədəd cəryan verən aparat, naqillər, sintetik kisə hamısı Sadiqə məxsusdur.Onlardan heç biri ona məxsus deyildir.O, elə sudan elektriklə balıq tutulmasında Sadiqə köməklik etmişdir.Onlar balığı tutub qurtaranda hardasa saat 17-raddələri bəlkə də 10-15 dəqiqə olar ki, saat 18 -ə işləmişdir.Onlar Sadiqin VAZ- 21015 markalı avtomobili ilə Bərdə şəhərinə evlərinə gələrkən Qarağacı kəndində yolla bir baş qara rəngli balaca dişi dana heyvanının qaçdığını görmüşlər.Onlar heyvanın ardınca maşınla getmişlər. Avtomobili Sadiq idarə etmişdir. Həmin heyvanı Qarağacı kəndində yolun kənarında onlar tutmuşlar.Elə onu maşının arxa yük yerinə qoyub tərpənmək istəyərkən onların yanına 2 nəfər cavan oğlanlar gəlib demişlər ki, bu dana həmkəndliləri Bayram kişinindir, hara aparırlar.? O və Sadiq də demişlər ki, qoy Bayram kişi gəlsin. Onlar da Bayrama zəng etmişlər ki, gəlsin heyvana baxsın onundursa götürüb aparsın. Həmin vaxt onlar nə isə gözləməmişlər maşını sürüb dananı da götürüb onun Bərdə şəhərində olan futbol meydançasının inzibati binasının həyətində məskunlaşmış olduğu yerin, yəni binanın arxa tərəfinə aparıb orada kəndirlə gilanar ağacına bağlamışlar. Sadiq demişdir ki, sonra satarlar.Sonra gedib heyvanın yiyəsini axtararkən onları polislər ifşa etmişlər.Onlar da heyanı satıb pulunu bölə bilməmişlər.O, bu hərəkətinə görə də özünü təqsirli bilib peşmançılıq çəkir. Gərək Sadiqlə həmin heyvanın sahibi Bayram gəlib heyvana baxana kimi elə orada qalıb gözləyəydilər.Ona görə ki, onlara həmin kənddən olan onun tanımadığı iki nəfər cavan oğlan heyvanın Bayramın heyvanı olduğunu onlara bildirmişlər.O, elədiyi bu hərəkətindən peşmandır, gərək Sadiqlə o, belə etməyəydi. Hazırda əməlindən peşman olduğunu, zərərin bir qiminin ödənilməsini və zərəçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Əhməd oğlunun təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Atakişiyev Bayram Əkbər oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Qarağacı kəndində anadan olub həmin kənddə də yaşayır. 24 aprel 2021- ci il tarixdə təxminən saat 16 radələrində o, 11 baş iribuynuzlu heyvanlarımı nobatdan ayırıb özü Qarağacı kənd yolunun kənarında otarmağa başlamışdır. Hardasa saat 17 radələrində kəndlərində olan körpünün üzərində bir baş 550-600 manat qiymətində olan dişi dana gedərkən inəyin biri həmin dişi dananı buynuzu ilə vurub oradan keçən su kanala salmışdır.Dana bundan sonra özü sudan çıxıb onun evinə tərəf yolla qayıtmağa başlamışdır. Belə ki, dana maşın yolu ilə evinə tərəf gələndə o da mallarını yiyəsiz qoyub dananın arxasınca gedə bilməmişdir.Elə heyvanlarının yanında qalmalı olmuşdur. Sonra isə oğlu Elşənə özünün 050- 333- 04-70 nömrəsi ilə Elşənin mobil nömrəsinə zəng edib bildirmişdir ki, o, malın yanına gəlsin dana heyvanlardan biri ayrılıb qapıya tərəf gəlir, birdən itər. O, oğlu Elşnə zəng edəndən hardasa 30 dəqiqə sonra ona tanıdığı həmkəndliləri Şahid2 oğlu və Şahid1 oğlu daha doğrusu Kəlbəcər köçkünü Şahid2 özünün ***-***-**-** nömrəsi ilə zəng vurub bildirmişdir ki, onun bir baş danası deyilənə görə Qazeldən düşüb onu da VAZ- 21015 markalı maşında olan 2 şəxs götürüb aparmaq istəyirlər, yəni deyirlər ki, dana onlarındır. Ona Nuru demişdir ki, elə Qarağacı kəndində İsrafil adlı şəxsin döngəsindədirlər, həmin yerə gəlsin görsün dana onundu, yoxsa aparmaq istəyənlərin. O da Nuruya demişdir ki, gözləsin gəlir. Elə bu vaxt dananı götürənlər Nurunun telefonu ilə ona demişlər ki, dayı gəlirsənmi.? O da demişdir ki,” bala gözləyin gəlirəm”. Bundan sonra oğlu Elşən gəlib onun yanına çıxmışdır. O, otardığı heyvanlarını ona təhvil vermişdir. Öz Qazeli ilə Nurugilin ona dediyi yerə gəlib görmüşdür ki, heç kəs yoxdur. Ona görə də bir daha Nuruya öz telefonu ilə zəng vurub bildirmişdir ki, bəs hardadırlar.? Nuru da demişdir ki, kəndin başında “ Muğan məkan restoranın yanındadırlar. O, həmin yerə getmişdir.Nuru demişdir ki, həmin şəxslər 1 baş dananı VAZ- 21015 markalı maşına qoyub aparmışlar.O da həmin maşının nömrəsini Nurugildən götürmüşdür.O, Nuruya və Elçinə acıqlanmışdır ki, niyə oğruları buraxmışlar, həmin dana onundur, onlar danananı oğurlayıb aparmışlar. Onlar da ona heyvanını oğurlayıb aparan şəxsin avtomobilin nömrəsini vermişlər. Demişlər ki, VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı metallik rəngdə maşındır, iki nəfərdilər. Onlara nə qədər desələr də ki, dana onundur, onlar Nurunun və Elçinin sözünə əhəmiyyət verməyib yalandan onlara demişlər ki, guya dana onların özlərinin olub və özlərinin Qazeli onların kəndinin ərazisindən gedən yolla gedərkən qazelin arxa yük yerindən düşmüşdür.O da demişdir ki, onlar tam yalan danışırlar. Nuru da həmin danananı aparan şəxslərə demişdir ki, o, onunla qonşudur və onun həmin danasını da tanıyır ki, onundur.Nuru nə qədər edibsə də həmin sonradan adını bildiyi Vüsal və Sadiq Nurunu eşitməyərək heyvanı açıq- aydın onların gözü qarşısında götürüb aparmışlar. O, bu vəziyətdən sonra Bərdə ilə Yevlax arasında olan posta gedib bildirmişdir ki, belə bir nömrəli maşını saxladın həmin maşlnla danası aparılmışdır. Postda duran polis işçiləri də ona bildirmişlər ki, bu barədə Bərdə RPŞ- nə gedib ərizə vermiş olsun. O, da bundan sonra polis şöbəsinə gəlib ərizə vermişdir.Bundan sonra polis işçiləri araşdırıb müəyyən etmişlər ki, onun bir baş danasını Bərdə rayonunun Türkmən kəndində bir nəfərin həyətindədir.O, polis işçiləri ilə həmin yerə gedib orada bir baş danasını görüb tanımışdır. Həmin danası 1 illik olub, diri çəkisi 110 kq, təmiz ət çəkisi isə 50-55 kq olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Atası 02 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atası polis şöbəsinə gedib ərizə vermişdir. Bundan sonra polis işçiləri araşdırıb müəyyən etmişlər ki, onun bir baş danasını Bərdə rayonunun Türkmən kəndində bir nəfərin həyətindədir. Atası polis işçiləri ilə həmin yerə gedib orada bir baş danasını görüb tanımışdır. O, həmçinin notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edərək bildirdi ki, hazırda onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X20 oğlu ifadəsində göstərdi ki, o, hal-hazırda 09 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. İş üzrə almış olduğu məlumat əsasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 24 aprel 2021- cu il tarixdə saat 15 radələrindən Bərdə rayonunun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalının qolundan balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 22 manat olan 4 ədəd cəmi 88 manat qiymətində karp balığını, 1 ədədinin qiyməti 33 manat olan 20 ədəd cəmi 660 manat qiymətində “ şirbir” balığını qanunsuz tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə qanunsuz olaraq balıq tutmaqla maddi ziyan vurmuşlar. Maddi ziyanla bağlı hələki mülki iddiaları yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, məlum Qarabağ hadisələri ilə ələqədar Kəlbəcər rayonundan köçkün düşüb Bərdə rayonunun Qarağacı kəndində ailə üzvüləri ilə birlikdə məskunlaşmışdır.Həmin kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır. Bildirir ki, Zərərçəkmiş şəxs1 şəxsi təsərüfatında iribuynuzlu heyvanlar saxlayır. O, Bayramın həmin heyvanlarını tanıyır. 24 aprel 2021- ci il tarixdə saat 17-30 radələrində o və Elçin kəndlərində dəyirmanın yaxınlığında yolda Bayrama məxsus 1 baş qara rəngli dişi dana heyvanının iki nəfər şəxs tərəfindən tutulub, bir VAZ- 21015 markalı 10-GL- 064 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirmək istədiklərini görüb onlara yaxınlaşb bildirmişlər ki, Bayramın həmin heyvanını niyə oğurlayıb aparırlar. Həmin şəxslər da onlara əhəmiyyət verməyib bildirmişlər ki, həmin heyvan onlara məxsusdur və buradan ötüb keçən heyvan aparan Qazel markalı yük avtomobilinin arxasından yerə düşübdür. Həmin vaxt o, həmin şəxslərə bildirmişdir ki, bəs bu dana Bayramın danasıdır, hara aparırlar? Bu vəziyətdən sonra o, həmin şəxslərə bildirmişdir ki, indi Bayrama zəng vuracaq,Bayram gəlib baxacaq heyvanın onun olub-olmamasını bildirəcəkdir. Elə o, Bayrama zəng edib onlara da demişdir ki, gözləsinlər Bayram gəlib heyvana baxsın əgər onun olmasa yenə apararlar. Ancaq onlar onun sözünə heç bir əhəmiyyət verməyib VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobili sürüb çıxıb getmişlər. Elçin həmin avtomobilin nömrəsini tez götürmüşdür ki, Bayram kişiyə versin ki, heyvan onundursa bilsin ki, heyvan həmin maşınla aparılıbdır. Hardasa onlar heyvanı götürüb çıxıb gedəndən sonra aradan 10-15 dəqiqə keçərdi ki, Bayram kişi öz Qazeli ilə onların dediyi yerə gəlib çıxmışdır. Bayram onların yanına çatan kimi soruşmuşdur ki, bəs heyvan hardadır.Onlar da Bayrama cavab vermişlər ki, həmin maşında olan iki nəfər şəxs maşınla heyvanı götürüb aparmışlar. Bayram da heyvanının tapılması üçün polis şöbəsinə şikayət etmişdir. Polisin araşdırması nəticəsində həmin heyvanın Bayram kişinin heyvanı olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, o, hal-hazırda Bərdə rayon polis şöbəsində CABdə əməliyyat müvəkkili olaraq işləyir, polis kapitanıdır. Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə baş verən günə qədər, yəni 24.04.2021- ci il tarixə qədər tanımamışdır. 24 aprel 2021- ci il tarixdə Bərdə rayonunun Qarağacı kənd sakini Zərərçəkmiş şəxs1 1 baş dana heyvanının yoldan həmin şəxslərin tutub maşına basıb aparmaları barədə, polis şöbəsinə ərizə ilə Zərərçəkmiş şəxs1 müraciət etməsi əsasında həmin istiqamətdə tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə həmin şəxsləri Bərdə şəhərində VAZ- 21015 markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb Bərdə rayon polis şöbəsinə gətirilib araşdırma aparılarkən,onların vət. Atakişiyev Bayram Əkbər oğluna məxsus 1 baş dişi dana heyvanını talamazdan əvvəl Bərdə rayon Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ kanalının su qolundan elektrik cəryanı ilə balıq tutmuş olduqları da müəyyən olunmuşdur. Belə ki, həmin heyvanı və balığı Sadiq Hüseynovun idarə etdiyi və ona məxsus VAZ- 21015 markalı 10- GL- 064 nömrəli avtomobillə daşımış olduqları və elə bu məqsədlə Bərdə rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmiş həmin avtomobilə videoçəkilişlə və həmin cinayət əməllərini törətmiş şəxslərin iştirakı ilə baxış keçirilərkən, maşının arxa yük yerindən akkmulyator, elektrik cəryanı verən aparat, balıqların sudan yığılması üçün çərpələng, elektyrik naqili, sintetik tərkibli kisə, 04 ədəd karp balığı, 20 ədəd də şirbit balğı aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşı, Hüseynov Sadiq Hüseyn oğlu isə tanışdır. 24 aprel 2021- ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2 Əhməd oğlu və həm də qardaşı Vüsalın tanışı Təqsirləndirilən şəxs1 onların yaşadıqları Bərdə şəhəri futbol meydançasının inzibati binasının həyətinə bir baş qara rəngli dişi dana heyvanı gətirmişlər və həmin heyvanı həmin yerdə olan gilanar ağacına bağlamışlar.Həmin vaxtı onlar heyvanın oğurluq olmasını deməmişlər. Elə demilər ki, Sadiqin heyvanıdır qoy burada qalsın gəlib aparacaqdır. Elə onlar 24.04.2021- ci il tarixdə saat 18 radələrində həmin heyvanı gətirib onların həyətində bağlayandan sonra həmin heyvan sahibi Bayram və polis işçiləri onların məskunlaşdığı yerə gələrək və heyvan sahibi heyvana baxıb demişdir ki, onundur oğurlanıb gətirilibdir. O və ailə üzvüləri bundan sonra bilmişlər ki, həmin heyvan oğurluq maldır.Həmin 1 baş dana heyvanını o, 28 aprel 2021- ci il tarixdə maşın tutub aparıb Bərdə rayonunun Qarağacı kənd sakini Zərərçəkmiş şəxs1 evinin həyətinə düşürüb ona təhvil verilmişdir. Bayram da bundan sonra Bərdə Asan xidmət mərkəzinə gedib Vüsalla və Sadiqlə barışmış olduğunu bildirərək bu barədə ərizə də vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Həmzəyev Elçin Rza oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Qarağacı kəndində anadan olub həmin kənddə də yaşayır. Həmin kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır. Onunla heç bir ədavəti, düşmənçiliyim və qohumluğu yoxdur. Bildirir ki, Zərərçəkmiş şəxs1 şəxsi təsərüfatında iribuynuzlu heyvanlar saxlayır. 24 aprel 2021- ci il tarixdə təxminən saat 17- 30 radələrində o, Bayramın həmin şəxslər tərəfindən oğurlanıb aparılan heyvanını belə tanımışdır ki, həmin vaxt onun yanımda olan əslən Kəlbəcərdən olan onların kəndində məskunlaşmış Şahid2 ona bildirmişdir ki, Bayramın bir baş qara dana heyvanını iki nəfər maşının yük yerinə basıb aparmaq istəyirlər. O da bu halı müşahidə etmiş və onlar birlikdə onların sonradan adını bildiyi Sadiq və Vüsalın yanına gəlmişlər . Həmin vaxt Nuru onlara demişdir ki, bəs bu dana Bayramın danasıdır, hara aparırsınız. Həmin şəxslər hər ikisi bildirmişlər ki, həmin dana onlara məxsusdur. Elə buradan ötüb keçən onlara məxsus yük Qazel markalı avtomobiin arxasından yerə düşübdür. Ona görə də özlərinin olduğunudan aparacaqlar. Bu vəziyətdən sonra Nuru həmin şəxslərə bildirmişdir ki, bəs indi Bayrama zəng vuracaq, Bayram gəlib baxacaq heyvanın onun olub- olmamasını bildirəcəkdir. Elə Nuru Bayrama zəng edib onlara da demişdir ki, gözləyin gəlsin heyvana baxsın əgər onun olmasa yenə apararlar. Ancaq onlar Nurunun sözünə heç bir əhəmiyyət verməyib VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə dananı qoyub sürüb çıxıb getmişlər. O, həmin avtomobilin nömrəsini tez götürmüşdür ki, Bayram kişiyə versin ki, heyvan onundursa bilsin ki, heyvanı bu maşınla aparmışlar.Hardasa onlar heyvanı götürüb çıxıb gedəndən sonra aradan 10- dəqiqə keçərdi ki, Bayram kişi öz Qazeli ilə onların dediyi yerə gəlib çıxmışdır. Bayram onların yanına çatan kimi soruşmuşdur ki, bəs heyvan hardadır.Onlar da cavab vermişlər ki, həmin maşında olan iki nəfər şəxs maşınla heyvanı götürüb aparmışlar. Bayramın da onlara acığı tutmuşdur ki,” siz necə adamlarsınız ki, oğrunu boşlayıbsınız gedibdir”. Həmin vaxt o, həmin maşının nömrəsini Bayrama vermişdir. Bayram bildirmişdir ki, həmin dişi dana heyvanı ona məxsusdur və oğurlanıb aparılmışdır.Bundan sonra onlar hərə öz işinin arxasınca getmişdir. Bayram da heyvanının tapılması üçün polis şöbəsinə şikayət etmişdir. Polisin araşdırması nəticəsində həmin heyvanın Bayram kişinin heyvanı olduğu müəyyən olunmuş və həmin şəxslər də bu oğurluğa görə ifşa olunmuşlar. Cinayət işinin 33-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələrində nəzərdə tutulan cinayət əmlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 165-168-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)37/2021 saylı 27.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 204-205-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama dəyişiklik edilərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 01.08.1999- cu ildə Bərdə rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin həmin vaxt qüvvədə olmuş 226-1-ci maddəsininn 1-ci hissəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökmün icrası 01 il müddətinə təxirə salınmışdır. Məhkumluğu yoxdur. Cinayət işinin 155-ci vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 50-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələrində nəzərdə tutulan cinayət əmlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 120-121-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.1 və 256.3-cümaddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 170-171-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)38/2021 saylı 27.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 204-205-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama dəyişiklik edilərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 16.04.2013- cü il tarixdə Goranboy rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3- cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum olunmuş, 10.12.2018- ci il tarixdə Goranboy rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il islah işləri cəzası ilə əvəz olunmuşdur. Məhkumluğu yoxdur. Cinayət işinin 149-cu vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 152-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinin 153-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinin 195-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.06.2021-ci il tarixli 9/2911 nömrəli rəyindən görünür ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş” Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri , dərəcələri , tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən ( ölçüsündən və çəkisindən asılı olmayaraq ) 24 ədəd balıqların 20 ədədi şirbit , 4 ədədi karp növünə aid balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021- ci ilin aprel ayına 748.00 manat müəyyən edilir.O cümlədən 1 ədd şirbit balığı 33, 00( 1x1, 1x 30) manat, 20 ədəd şirbit balığı 660.00( 20 x 1, 1 x 30) manat; 1 ədəd karp balığı 22.00( 1 x 1,1 x 20) manat , 4 ədəd karp balığı 88.00( 4 x 1, 1 x 20) manat; Malın ( işin, xidmətin) bazar qiyməti tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.Malın( işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın ( işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir; Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublikada yerləşən ticarət məntəqələrində, mal- heyvan satışı bazarlarında mövcud olan qiymətlərdən( o cümlədən Bərdə rayonunda) və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə , ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş , 1 yaşar ( bir illlik), diri çəkisi 110 kq, təmiz ət çəkisi 50 kq olan dişi dana heyvanının 2021- ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 500 manat müəyyən edilir. (Ekspertiza xərci 50 manat) Cinayət işinin 242-259-cu vərəqələrində olan ********* nömrəli cinayət şi üzrə sübutların qiymətləndirilməsi haqqında 29.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 24 aprel 2021- ci il tarixdə saat 15 radələrindən saat 17 radələrinə qədər Bərdə rayonunun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalının qolundan balıq və digər su bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cəryanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 33 manat 20 ədəd cəmi 660 manat qiymətində şirbit balığını, 1 ədədinin qiyməti 22 manat 4 ədəd cəmi 88 manat qiymətində “ karp” balığını qanunsuz tutmaları cinayət əməlinin ifşa olunmasında yuxarda adları qeyd olunmuş balıqların , 1 ədəd elektrik cəryanının suya ötürülməsində istifadə edilən naqilin, elektrik cəryanıın verilməsində istifadə edilən 1 ədəd akkumulyatordan, 1 ədəd elektrik cəryanı verən aparatdan, 1 ədəd balıqların sudan yığılmasında istifadə edilən çərpələngdən, 1 ədəd sintetik tərkibli kisədən istifadə edildiyindən həmin əşyalar və 20 ədəd şirbit balığı və 04 ədəd kap balığı və 1 ədəd VAZ- 21015 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil, 1 baş dana heyvanı maddi sübut kimi tanınmış və VAZ- 21015 markalı 10- LG- 064 dövlət qeydiyyat nişanlı avtomobil Bərdə RPŞ- nin DYPB- nin duracağında, 1 baş dana heyvanı iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 sahibliyində, 01 ədəd akkumulyator, 1 ədəd elektrik cəryanı verən aparat, 1 ədəd balıqların sudan yığılmasında istifadə edilən çərpələng, 1 ədəd sintetik tərkibli kisə, elektrik naqili saxlanmasından ötrü Bərdə RPŞ- nin maddi sübutların saxlanc anbarında saxlanması təmin olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə Şəhər "xxxx" MMC tərəfindən verilmiş 130 saylı, 23.07.2021-ci il tarixli Arayışdan görünür ki, 1 kq-lıq Kapr və Şirvit balıqlarının aprel-may aylarında bazarda satış qiyməti 2.5-2.70 manat aralığında olmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə Şəhər "xxxx" MMC tərəfindən verilmiş 130 saylı, 23.07.2021-ci il tarixli Arayışdan görünür ki, 1 kq-lıq Kapr və Şirvit balıqlarının aprel-may aylarında bazarda satış qiyməti 2.5-2.70 manat aralığında olmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində verimiş 454 saylı 20.08.2021-ci il tarixli Arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 Əkbər oğlu 02.08.2021-ci il tarixdə vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli Arayışdan görünür ki, X8 16.01.1986-cı il tarixdə anadan olmuşdur. Atası Zərərçəkmiş şəxs1 Əkbər oğlu, anası X1r. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 lə barışmışlar, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, onlardan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini, barışmasını, Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlunu ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, Təqsirləndirilən şəxs1 oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 256.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.Həmin Məcəllənin 46.3-cü maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası nəzərdə tutulduğundan həmin cəzanın tətbiqini zəruri bilir. Odur ki, Təqsirləndirilən şəxs1 oğlu dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlu ilə barışmasını, dəymiş zərərin ödəməsini, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 oğlunun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 25 aprel 2021-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2021-ci il tarixdə CM-in 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 27 aprel 2021-ci il tarixdə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 oğluna cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 04 (dörd) ay 05 (beş) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs1 oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini, onlarla barışmasını, Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlunu ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 256.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.Həmin Məcəllənin 46.3-cü maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası nəzərdə tutulduğundan həmin cəzanın tətbiqini zəruri bilir. Odur ki, Təqsirləndirilən şəxs2 dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X19 oğlu ilə barışmasını, dəymiş zərərin ödəməsini, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 25 aprel 2021-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2021-ci il tarixdə CM-in 180.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 27 aprel 2021-ci il tarixdə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 04 (dörd) ay 05 (beş) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, maddi sübut olan VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobil Bərdə RPŞ- nin DYPB-nin duracağında maddi sübut kimi saxlanılır. Avtomobil sahibinə qaytarılmalıdır. İş materiallarından müəyyən olunur ki, maddi sübut hesab olunan 01 ədəd akkumulyator, 1 ədəd elektrik cəryanı verən aparat, 1 ədəd balıqların sudan yığılmasında istifadə edilən çərpələng, 1 ədəd sintetik tərkibli kisə, elektrik naqil Bərdə RPŞ- nin maddi sübutların saxlanc anbarında saxlanılır. 01 ədəd akkumulyator, 1 ədəd elektrik cəryanı verən aparat, 1 ədəd balıqların sudan yığılmasında istifadə edilən çərpələng, 1 ədəd sintetik tərkibli kisə, elektrik naqil sahibinə qaytarılmalıdır. Maddi sübut hesab olunan 1 baş dana heyvanı iş üzrə Zərərçəkmiş şəxs1 sahibliyinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs1 02 (iki) il dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun 25 aprel 2021-ci il tarixindən 30 avqust 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 04 (dörd) ay 05 (beş) gün həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddəinə dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs2 02 (iki) il dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 25 aprel 2021-ci il tarixindən 30 avqust 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 04 (dörd) ay 05 (beş) gün həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il dövlət və yerli özünüidaretmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan və Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin cərimə meydançasında saxlanılan VAZ- 21015 markalı 10- GL- 064 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ- nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd akkumulyator, 1 ədəd elektrik cəryanı verən aparat, 1 ədəd balıqların sudan yığılmasında istifadə edilən çərpələng, 1 ədəd sintetik tərkibli kisə, elektrik naqili sahibinə qaytarılsın. Maddi sübut hesab olunan 1 baş dana heyvanı iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qoşma: Hökmün surəti (15) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 09 fevral 2021-ci il 1(021)-04/2021 X14 X15 Bərdə rayon Vəkil Bürosu Təqsirləndirilən şəxs1 oğluna X23 oğluna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası Bərdə rayon məhkəməsinin 1(021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 09 fevral 2021-ci il 1(021)-04/2021 Dövlət ittihamçısı Bərdə rayon Prokurorluğu Bərdə rayon məhkəməsinin (021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5-20- 52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 21 iyun 2021-ci il 1(021)- 5/2021 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə Sizin müraciətinizə əsasən Təqsirləndirilən şəxs1 oğluna məxsus şəxsiyyət vəsiqəsinin elektron portaldan çıxarışı və məhkumluğu barədə tələbnamə Sizə göndərilir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-139/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-139/2021
30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver