Məhkəmə qərarları › İş №1(021)-139/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-139/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-139/2025 18.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə Laçın rayonu, Fətəlipəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Ağanus kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 151, mənzil 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Laçın rayonu, Ağanus kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, H.Əliyev prospekti, ev 151, mənzil 14 ünvanında yaşayan, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi xeyli miqdarda yəni, 6,93 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 04 iyun 2025-ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Zöhrabbəyov küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən yəni, 9,83 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananıın aşkar edilərək götürülməsi, əsas isə bu barədə Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/2139 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 (iki) il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Lakin narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə təklif etməmiş və satmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Qarabağ qəsəbəsinin yaxınlığında olan 5 mərtəbəli binanın yaxınlığında tək olan zaman yerdə 1 (bir) ədəd kibrit qutusunu görüb onu cəlb etdiyi üçün həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxan zaman həmin kibrit qutusunun içərisində «nəşə» kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün qurudulmuş marixuananın olduğunu görmüşdür. Həmin vaxt o, qeyd etdiyi 1 (bir) ədəd kibrit qutusunu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşdıqdan sonra marixuanadan şəxsi istifadəsi üçün üzərində saxlasa da həmin narkotik vasitədən istifadə etməmişdir. Lakin həmin narkotik vasitədən heç kimə satmaq və pay vermək fikri olmamışdır. Həmçinin həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. Lakin həmin gün yəni, xx.xx.2025-ci il tarixdə, təxminən saat 17:30 radələrində o, tək olaraq Bərdə şəhəri, Zöhrabbəyov küçəsində yerləşən çayxanın yaxınlığına çıxarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Bərdə rayon polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirib xidməti xəsiqələrini göstərdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra üzərinə vidoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə hüquq vəzifləri izah edilmişdir. Həmin vaxt o, etiraz etmədikdən sonra üzərində olan qanunla qadağan edilmiş əşya varsa təqdim etməyi təklik olunmuşdur. Həmin vaxt qeyd etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu şəxsi istifadəsi üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olmuşdur. Həmin təklifdən sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı qeyd etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı Şamxal müəllim digər mülki geyimdə olan polis əməkdaşlarının və onun iştirakı ilə qeyd etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisinə baxış keçirilən zaman kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu aşkar edilmişdir. Bundan sonra polis əməkdaşı Şamxal müəllim tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən ümumi çəkisi 9,83 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı Şamxal müəllim tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra ekspertizaya göndərilməsi üçün tərəfindən götürülmüşüdr. Bundan sonra üzərinə yoxlama və götürülmə aparılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra həmin polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. O, polis şöbəsinin inzibati binasında olan zaman özünü Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elgiz Kazımov kimi təqdim edən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona dövlət hesabına vəkil Müdafiəçi təqdim olunmuşdur. Təhqiqatçı Elgiz müəllim tərəfindən vəkil Müdafiəçi iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt polis əməkdaşı Şamxal müəllim 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu polis əməkdaşı Elgiz müəllimə təqdim edib həmin kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananın 04 iyun 2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Bərdə şəhəri, Zöhrabbəyov küçəsində şübhəli şəxs qismində saxlanıldığını, həmin vaxt orada üzərində yoxlama və götürülmə aparılan zaman üzərindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Həmin vaxt polis əməkdaşı Elgiz müəllim tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,83 qram narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu götürülmüşdür. O, könüllü olaraq qeyd olunan xüsusatları bir daha təsdiq edərək polis əməkdaşı Şamxal müəllimin təqdim etdiyi içərisində ümumi çəkisi 9,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunun ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı Elgiz müəllim tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəyini bildirib üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü təqdim etməyini bildirmişdir. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən özünə məxsus olan ağ rəngli 1 (bir) ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb qarşısında olan masanın üzərinə qoymuşudr. Bundan sonra özünə məxsus «Samsung Galaxy J3» markalı mobil telefonunu çıxarıb qarşısında olan masının üzərinə qoymuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçirilsə də lakin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı Elgiz müəllim tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı mobil telefon qablaşdırılaraq götürülsə də lakin həmin ağ rəngli 1 (bir) ədəd «Keno» markalı siqaret qutusunun içərisindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədiyi üçün qaytarılıb özünə verilmişdir. Ona verilən şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu 04 iyun 2025-ci il tarixdə təxminən saat 16 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Qarabağ qəsəbəsinin yaxınlığında olan 5 mərtəbəli binanın yuxarı hissəsində tək olan zaman yerdən tapdığını bir daha bildirmişdir. Bununla da onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, təxminən 2 (iki) ildir ki, narkotik vasitə olan qurudulmuş mariuxanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etsə də lakin narkotik vasitənin digər vasitələrindən istifadə etməmişdir. Üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu 04 iyun 2025-ci il tarixdə təxminən saat 16 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Qarabağ qəsəbəsinin yaxınlığında olan 5 mərtəbəli binanın yuxarı hissəsində yerdən tapmış və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təziq və zor tədbiq olunmamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişəm, narkotik vasitə qəbul etməyimi heç kim bilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan gizli şəkildə qəbul edir. O, heç kimə üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış və hər hansı bir şəxsə verməmişdir. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 04 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə tərəfindən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 04 iyun 2025-ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Zöhrabbəyov küçəsində yerləşən çayxanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs tərəfindən, polis baş leytenantı Şahid2 və polis kiçik leytenantı Şahid3 iştirakı ilə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və üstünün yoxlanılmasına dair hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyini təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisinə baxış keçirilərkən həmin 1 (bir) kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 9,83 qram olması müəyyən edildikdən sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 01 (bir) ədəd kibrit qutusu ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya göndərilməsi üçün zərfin üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs olmaqla iştirakları ilə həmin zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üstündən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 dəqiqədə tərəfimizdən Təqsirləndirilən şəxs Bərdə şəhəri, Zöhrabbəyov küçəsində saxlanılarkən və Təqsirləndirilən şəxs üstü videoçəkiliş vasitəsi ilə yoxlanılarkən ətrafda hər hansı bir şəxs olmamışdır. Polis şöbəsinin inzibati binasında olarkən Bərdə RPŞ-nin Təhqiqat bölməsini təhqiqatçısı, polis baş leytenantı Elgiz Kazımov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və onun iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra xx.xx.2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Zöhrabbəyov küçəsində tərəflərindən saxlanılmasını, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 9,83 qram narkotik vasitə qurudulmuş marixuananın götürüldüyünü və üstünün yoxlanılmasını təhqiqatçı, polis baş leytenantı Elgiz Kazımova bildirildikdən sonra 1 (bir) ədəd ağ rəngli zərfi və 1 (bir) ədəd «DVD» diski təhqiqatçı, polis baş leytenantı Elgiz Kazımova təqdim edib zərfin içəriçində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanın olduğunu və 1 (bir) «DVD» diskin içərisində isə həmin narkotik vasitənin götürülməsini özündə əks etdirən videoçəkilişin olduğunu bildirmişdir. Təhqiqatçı, polis baş leytenantı Elgiz Kazımovun xidməti iş otağında olan kompyuterdə texniki nasazlıq olduğundan həmin 1 (bir) «DVD» diskin içərisində olan videogörüntüyə baxış keçirilməsi mümkün olmadığından həmin 1 (bir) «DVD» diskin içərisinə köçürülmüş mobil telefonda olan videoçəkilişə Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən iştirakçıların iştirakı ilə baxan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etməsini və həmin kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı, polis baş leytenantı Elgiz Kazımov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində siqaret dənələri olan 1 (bir) ədəd «Keno» markalı siqaret qutusunu və 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı çıxarıb masanın üzərinə qoyub üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən polis baş leytenantı Elgiz Kazımov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Tərəfindən təqdim etdiyi 1 (bir) ədəd «DVD» disk və 1 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd ağ rəngli zərf iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı, polis baş leytenantı Elgiz Kazımov tərəfindən götürülmüşüdr. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxananı haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik vasitə olan qurudulmuş mariuxananı xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Qarabağ qəsəbəsinin yaxınlığında olan 5 mərtəbəli binanın yuxarı hissəsində tək olan zaman yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsində bildirdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İbtidai araşdırma zamanı eyniməzmunlu ifadə vermiş Şahid3 ifadəsi tərəflərin mövqeyi nəzərə alınmaqla elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 05 iyun 2025-ci il tarixli, 16/518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,93 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuana təmiz çəkisi 6,93 qr, tədqiqata sərf edildi-0,04 qr, qalıq-6,89 qr. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2025-ci il tarixli, 1280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 04 iyun 2025-ci il tarixli «Əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan görünür ki, 04 iyun 2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Zöhrabbəyov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,83 qram narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı mobil telefon götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 04 iyun 2025-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 04 iyun 2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Zöhrabbəyov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,83 qram narkotik vasitə olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən ağ rəngli 1 (bir) ədəd «Keno» markalı siqaret qutusunun və 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı mobil telefonun aşkar edilərək götürülməsi faktı öz təsdiqini tapmışdır. Həmin istintaq hərəkətinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 04 iyun 2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Zöhrabbəyov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 6,93 qram narkotik vasitə olan qurudulmuş marixuananın götürülməsi faktı öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» diskə baxış keçirilməsi haqqında» 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 04 iyun 2025-ci il tarixdə, saat 17:30 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Zöhrabbəyov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,83 qram narkotik vasitə olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən ağ rəngli 1 (bir) ədəd «Keno» markalı siqaret qutusunun və 1 (bir) ədəd «Samsung Galaxy J3» markalı mobil telefonun aşkar edilərək götürülməsi faktı öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X5 daxil olmuş xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dipanser qeydiyyatında yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 2058 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti 151/14 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 151, mənzil 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və narkotik vasitə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi xeyli miqdarda yəni, 6,93 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 04 iyun 2025-ci il tarixdə saat 17:30 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Zöhrabbəyov küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən yəni, 6,93 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 6.89 qram olan psixotrop maddə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri, H.Əliyev prospekti, ev 151, mənzil 14 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işinə əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 6.89 qram olan psixotrop maddə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar