Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-14/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1991-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə saat təxminən 22 radələrində Bərdə rayonu Gərənə kənd orta məktəbinin inzibati binasında mühafizəçilər üçün nəzərdə tutulan otağa qanunsuz olaraq daxil olub oradan 29.07.2017-ci il tarixli 929 nömrəli şəhadətnamə əsasında həmin məktəbdə gözətçi işləyən Zərərçəkmiş şəxs məxsus olan, odlu yivsiz silah hesab edilən Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “Kral- Armş”markalı, “AZARAX” modelli, 16-01130 nömrəli, sürgülü, öz-özünə dolan hamar lüləli ov tüfəngini talamışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, sonuncunu tanıyandan Müslüm Bərdə rayonu Gərənə kəndində yerləşən orta məktəbində mühafizəçi kimi işləyir. Sonradan təxminən 5 il əvvəl Müslüm Bərdə rayonu 866 saylı qəsəbəyə köçüb orada yaşamağa başlamış, lakin, Müslüm mühafizəçi kimi kəndində işləməyə davam etmişdir. Müslüm məktəbdə gecə növbəsində işləmiş, gündüz növbəsində isə Adil işləmişdir. Hadisədən təxminən 15-20 gün əvvəl yenidən Müslümün yanında bir nəfər tanımadığı qadını məktəbə gətirdiyini görmüş, bundan sonra Müslümü cəzalandırmaq qərarına gəlmişdir. Müslüm məktəbdə işlədiyi vaxtlarda daima Müslümün ov silahı olmuş, son vaxtlar isə Müslüm özünə təzə tək lüləli beş açılan tüfəng almışdır. Müslüm həmin tüfənglə kəndə olan meşəyə ova gedən zaman Müslümün tüfəngi olmasını görmüş və bilmişdir ki, Müslüm həmin tüfəngi məktəbdəki mühafizəçi otağında saxlayır. 10 iyul 2020-ci il tarixdə saat təxminən 22 radələrində kəndin mərkəzindən evə doğru hərəkət etmiş, məktəbin yaxınlığına çatarkən Müslümlə üzbəüz gəlmiş, həmin vaxt Müslüm kəndin mərkəzinə tərəf getmişdir. Müslümün getdiyi istiqamətdən evə getdiyini başa düşmüşdür. Müslümü cəzalandırmaq üçün fürsət yarandığını bilib Müslümün ov tüfəngini oğurlamağa qərar vermişdir. Müslüm məktəbdən çıxanda özünün mühafiçəzi otağını da, məktəbin ümumi giriş qapısını da bağlamış, məktəbin həyətinə giriş darvazası isə açıq olmuşdur. Məktəbin həyətinə daxil olmuş, məktəb binasına binanın köhnə giriş qapısının yanından girmək mümkün olduğunu bilmişdir. Əvvəllər bir neçə dəfə Müslümlə məktəb binasında yoldaş kimi oturub çörək yemiş, ona görə də, məktəb binasına haradan daxil olmağın mümkün olduğunu, həmçinin, mühafizəçin otağının harada olduğunu dəqiq bilmişdir. Qeyd etdiyi yerdən məktəb binasına daxil olmuş, Müslümün otağının qarşısına gəldikdə otağın qapısının qıfılla bağlı olduğunu görmüşdür. Qıfılı möhkəm dartan kimi qıfılın bağlandığı yer açılmış və qapını açıb həmin otağa daxil olmuşdur. Müslümün silahının həmişə yatdığı çarpayının altına qoyduğunu bilmişdir. Həmin yerə baxdıqda silahın orada olduğunu görmüş, silah öz çantasının içərisində olmuş, silahın yanında təxminən 20 ədəd patron olmuşdur. Çantası ilə birlikdə silahı götürmüş və otaqdan çıxmışdır. Patronlar isə olduğu yerdə qalmışdır. Otaqdan çıxdıqda qıfılın bağlandığı yeri düzəldib yerinə bağlamış, silahı götürüb məktəbdən çıxmışdır. Silahı gətirib öz evlərinin həyətində gizlətmiş, evdə olarkən silahı çantasından çıxarıb baxmış, silahdan anlayışı olmadığından həmin silahın hansı markalı olmasını bilməmişdir. Silah təklüləli və 12 kalibrli olmuş, silahı yoxladıqda içərisində parton olmadığını görmüşdür. 11 iyul 2020-ci il tarixdə saat təxminən 23 radələrində dostu Səmaya zəng etmiş və harada olmasını soruşmuş, sonuncu ona kəndin mərkəzində olduğunu demişdir. Səmaya onun yaşadığı evə tərəf gəlməsini demiş, silahı gizlətdiyi yerdən götürmüş və silahla birlikdə evdən çıxıb Səmaya tərəf getmişdir. Təxminən 1-2 küçə sonra kəndin içərisində Səma ilə görüşmüş, silahı Səmaya verib 1 günlük silahı gizlədib saxlamasını, 1 gündən sonra gəlib götürəcəyini demişdir. Səma əvvəlcə ona etiraz etsə də, sonradan onunla razılaşmış və silahı götürmüşdür. Səma silahı götürdükdən sonra çıxıb yaşadığı evə gəlmiş, bundan sonrakı gün polis əməkdaşları onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, müqavilə əsasında Bərdə rayonu Gərənə kənd orta məktəbində mühafizəçi işləyir. Həmin məktəbdə iş növbə üzrə təşkil olunmuş, əvvəldən gecə növbəsində işləmiş, onun iş saatları gün ərzində saat 1700-da başlayıb növbəti gün 0900da başa çatmışdır. Məktəbin digər növbəsində isə mühafizəçi kimi Şahid2 çalışmışdır. Məktəbin inzibati binasında 1-ci mərtəbədə mühafizəçilər üçün nəzərdə tutulan otaq olmuşdur. Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndində yaşadığı dövrlərdən tanımış, aralarında normal münasibətlər olmuş, düşmənçilik və ya ədavət olmamışdır. İşdən əlavə vaxtlarda ev ustası kimi işlədiyi vaxtlarda Rəhmanı öz yanında fəhlə kimi aparıb çörək qazandırmışdır. 29 iyul 2017-ci il tarixdə Bakı şəhərində Nəsimi rayonu ərazisində yerləşən “Ovçular” mağazasından “Kral-arms” markalı 12 kalibrli 16-01130 nömrəli təklüləli ov tüfəngi almış, tüfəngi alan zaman Daxili İşlər Nazirliyində Baş İctimai Təhlükəsizlik İdarəsində rəsmi olaraq adına rəsmiləşdirməklə 929 nömrəli şəhadətnamə almışdır. Silahı almaqda məqsədi ova olan marağı və ovda istifadə etmək olmuşdur. Silahı daima bağlı vəziyyətdə özünün xüsusi çamadanında yaşadığı evdə təhlükəsiz yerdə saxlamış, silahı saxlama şəraitinə mütəmadi olaraq polis sahə rəisi tərəfindən yoxlanılaraq nəzarət olunmuşdur. Silahın işləməsində son dövrlər bəzən problemlər yarandığına və uzun müddət istifadə etmədiyi üçün kirləndiyindən silahı ustaya aparıb həm təmizlətməyə, həm də təmir etdirməyə qərar vermişdir. 05 iyul 2020-ci il tarixdə saat 1700-da növbə üzrə işə gələn zaman ona məxsus olan silahı yaşadığı evdən götürüb işlədiyi məktəbdə mühafizəçilər üçün nəzərdə tutulan otağa gətirmiş, burada silahı təhlükəsiz olsun deyə yatdığı çarpayının altında gizlətmişdir. Bərdədə sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğuna görə silahı nə ustaya apara bilməmiş, nə də yenidən evə qaytara bilməmişdir. 10 iyul 2020-ci il tarixdə saat 17 radələrində məktəbə gəlib Adildən növbəni təhvil almış, Adillə birlikdə məktəbin həyətini birgə gəzib hər şeyin qaydasında olduğunu gördükdən sonra Adil çıxıb getmişdir. Mətkəbin içərisinə daxil olub öz otağına baxmamış, hava isti olduğundan otağın içərisində yox, məktəbin həyətində giriş qapısının yaxınlığında oturmuşdur. Saat 22 radələrində kəndin mərkəzindəki marketə gedib oradan özünə lazım olan zəruri ərzaqları almağa qərar vermiş, məktəbin binasına giriş qapısı qıfıl vasitəsilə bağlanmış vəziyyətdə olmuşdur. Həyətə giriş darvazasını örtüb marketə getmiş, təxminən 20-30 dəqiqə ləngidikdən sonra məktəbə qayıtmış, aldığı ərzaqları otağa qoyub orada yemək yemək üçün məktəbin binasına daxil olmuşdur. Məktəbin binasının əsas giriş qapısındakı qıfılı açıb binaya daxil olmuş, binanın içərisində gəzərkən binaya arxadan daxil olmaq üçün nəzərdə tutulmuş, ancaq istifadə olunmayan qapını bağladıqları dəmirin yerindən tərpəndiyini görmüşdür. Məktəb binasına kiminsə daxil olduğunu fikirləşmiş, dərhal öz otağına doğru getmiş, bu zaman qapının üzərində qıfılın asılması üçün mismarla bərkidilmiş cəftənin birinin dartılıb yerindən çıxarıldığını görmüşdür. Otağa daxil olan kimi silahı qoyduğu yerə baxmış, silahın yerində olmadığını görmüşdür. Silahını kiminsə oğurladığını başa düşmüş, bundan sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra isə Bərdə rayon Polis şöbəsinə gəlib ərizə ilə müraciət etmiş, sonradan ona məxsus olan silahı oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Şahid3 böyük oğludur. 12 iyul 2020-ci il tarixdə yaşadığı evdə olarkən Bərdə rayon Polis şöbəsinin əməkdaşları gəlmiş və ona 10.07.2020-ci il tarixdə Bərdə rayonu Gərənə kənd orta məktəbində gözətçi işləyən Zərərçəkmiş şəxs məxsus “Kral Armş” markalı öv tüfənginin oğurlandığını, oğurlayan şəxsin isə Bərdə rayonu Gərənə kənd sakini Təqsirləndirilən şəxs olduğunu, Sərxanın silahı oğurladıqdan sonra həmin silahı onun oğlu Şahid3 verdiyini bildirmişlər. Bərdə rayon Polis şöbəsinin əməkdaşlarına oğlu Şahid3 evdə olmadığını, hal-hazırda da harda olması barədə məlumatı olmadığını demişdir. Polis əməkdaşları getmiş, dərhal oğlu Səmanı axtarmağa başlamışdır. Oğlu Səmaya zəng etmiş, lakin Səmanın telefonu sönlü olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Təxminən 30 dəqiqə sonra Səmanın qayınlarına zəng vurub, Səmanı dərhal tapmalarını xahiş etmiş, təxminən 1 saat sonra Səma özü zəng edərək Bərdə rayonu Gərənə kəndində tanışı Təqsirləndirilən şəxs silahı ona verdiyini və hal-hazırda həmin silahı Bərdə rayonu Divanlı kəndi ərazisində onlara məxsus evdə gizlətdiyini bildirmişdir. Dərhal Bərdə rayon Polis şöbəsinin əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları ilə birlikdə oğlu Səmanın dediyi yerə getmişdir. Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən evin həyətindəki yardımçı tikilidə silahı tapmış və polis əməkdaşları ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gəlmişdir. 10.07.2020-ci il tarixdə Bərdə rayonu Gərənə kənd orta məktəbində gözətçi işləyən Zərərçəkmiş şəxs məxsus “Kral Armş” markalı öv tüfənginin oğurlandığını, oğurlayan şəxsin isə Bərdə rayonu Gərənə kənd sakini Təqsirləndirilən şəxs olduğu, Sərxanın silahı oğurladıqdan sonra həmin silahı onun oğlu Şahid3 verdiyi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təxminən 8 ildir ki, əmək müqaviləsi əsasında Gərənə kənd orta məktəbində mühafizəçi vəzifəsində işləyir. Əvvəldən gündüz növbəsində işləmiş, onun iş saatları gün ərzində saat 0900-da başlayıb növbəti gün 1700-da başa çatır. Məktəbin digər növbəsində isə mühafizəçi kimi Zərərçəkmiş şəxs Pirməhəmməd oğlu çalışır. Növbəni Müslümə təhvil verib Müslüm də təhvil alır. Məktəbin inzibati binasında 1-ci mərtəbədə mühafizəçilər üçün nəzərdə tutulan otaq vardır. Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı kənddən tanımış, Rəhmanla aralarında həmkəndli kimi münasibət olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 10 iyul 2020-ci il tarixdə saat 17 radələrində adəti üzrə iş rejiminə uyğun olaraq Müslüm məktəbə gəlmiş, növbəni Müslümə təhvil vermişdir. Müslümlə birlikdə məktəbin həyətini gəzərək hər şeyin yerində olmasına əmin olduqdan sonra çıxıb getmişdir. Növbəni təhvil verib evə gəldikdən sonra, saat 23 radələrində Müslüm onun mobil telefonuna zəng edib otaqda ona məxsus olan silahın oğurladığını bildirib silahı görüb-görmədiyini soruşmuşdur. İlk dəfə həmin vaxt Müslümün otağa silah gətirib yerləşdirdiyini bilmişdir. Müslümə silah barəsində heç bir məlumatının olmadığını deyərək evdən çıxıb gəldiyini bildirmiş və yaşadığı evdən çıxıb məktəbə gəlmişdir. Müslümlə birlikdə məktəbin içərisinə baxan zaman mühafizəçilər üçün nəzərdə tutulmuş otağının qapısındakı qıfıl cəftəsinin qırılmış vəziyyətdə olduğunu görmüş, daha sonra Müslüm DİNnin 102 xidmətinə zəng edərək məlumat verdiyinə görə Bərdə rayon Polis şöbəsinə getmiş, sonradan silahı həmin yerdən həmkəndlisi Təqsirləndirilən şəxs oğurladığını eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20/357R saylı 22 iyul 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd 16-01130 nömrəli silah, Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli AZARAX modelli, sürgülü, öz-özünə dolan hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə -mexanizmlərinin üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin verdiyi 929 saylı 29 iyul 2017-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, 12 kalibrli, “Kral-arms” markalı, 16-01130 nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Zərərçəkmiş şəxs verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə saat təxminən 22 radələrində Bərdə rayonu Gərənə kənd orta məktəbinin inzibati binasında mühafizəçilər üçün nəzərdə tutulan otağa qanunsuz olaraq daxil olub oradan 29.07.2017-ci il tarixli 929 nömrəli şəhadətnamə əsasında həmin məktəbdə gözətçi işləyən Zərərçəkmiş şəxs məxsus olan, odlu yivsiz silah hesab edilən Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “Kral-Armş”markalı, “AZARAX” modelli, 16-01130 nömrəli, sürgülü, öz-özünə dolan hamar lüləli ov tüfəngini talaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 232.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 oktyabr 2020-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Gərənə kəndində yaşayır. Ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri-normal hərəkətlərə yol verməmişdir. İctimai yerlərdə davranışı müsbət olmuşdur. Müsbət davranışı ilə gənclər və həmyaşıdları arasında özünə hörmət qazanmışdır. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 oktyabr 2020-ci il tarixli 1427 saylı arayışından müəyyən olunur ki, Bərdə rayonu Gərənə kənd sakini Təqsirləndirilən şəxs ailə üzvləri- arvadı 1993-cü il təvəllüdlü X3, qızı 2012-ci il təvəllüdlü X2 və oğlu 2016-cı il təvəllüdlü X1 ibarətdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, tutduğu əməldən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 12 iyul 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin 14 iyul 2020-ci il tarixli qərarından müəyyən olunur ki, 14 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 iyul 2020-ci ildən 14 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1991-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmişə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 06.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan odlu yivsiz silah hesab edilən Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “Kral-Armş” markalı, “AZARAX” modelli, 16-01130 nömrəli, sürgülü, öz-özünə dolan hamar lüləli ov tüfəngi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 12 iyul 2020-ci ildən 14 iyul 2020-ci ilədək həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 02(iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan odlu yivsiz silah hesab edilən Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “Kral-Armş” markalı, “AZARAX” modelli, 16-01130 nömrəli, sürgülü, öz-özünə dolan hamar lüləli ov tüfəngi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-14/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-14/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver