Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-14/2022 19.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçiləri Müdafiəçi2, X3, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1972-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Bəcirəvan kəndi ərazisində yerləşən çayxananın qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya sağ qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Bəcirəvan kəndi ərazisində yerləşən çayxananın qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək adamların gur toplaşdığı yerdə əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib çayxanaya gələn müştərilərin rahatlığını və dincliyini pozmaqla Təqsirləndirilən şəxs1 baş nahiyəsinə əli ilə bir neçə dəfə qəsdən vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin əzilmiş yarası, qançırı, alt çənə nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 26 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Bəcirəvan kəndi ərazisində yerləşən çayxananın qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək adamların gur toplaşdığı yerdə əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib çayxanaya gələn müştərilərin rahatlığını və dincliyini pozmaqla Təqsirləndirilən şəxs1 üz nahiyəsinə əli ilə bir dəfə qəsdən vuraraq sonuncuya burun belinin əzilmiş-sıyrılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, X5 və qardaşı Təqsirləndirilən şəxs1 uşaqlıqdan həmkəndliləri kimi tanımışdır. Həmin şəxslərlə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. Mütəmadi olaraq həmin çayxanaya gedib kənd sakinləri ilə çay içib domino oynamaqla vaxtını keçirmişdir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada Tural, Raiq, Siyavuş və Baloğlan ilə eyni masa arxasında əyləşib domino oynayarkən Tural və Raiq arasında mübahisə yaranmışdır. Sabit yüksək səslə masada əyləşən şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, özü də bunu eşidib sonuncuya sözlə iradını bildirmişdir. Sabit ilə arasında mübahisə yarandığından onlar çayxanadan çölə çıxmışlar. Çayxananın qarşısında Sabit ilə qarşılıqlı şəkildə bir-birlərinin sinəsindən tutaraq dartışmış, lakin heç biri digərini vurmamışdır. Ardınca Sabitin qohumu Ədalət ilə onun əmisi oğlu Rüstəm yaxınlaşaraq onları sakitləşdirmişlər. Sabit yerdən odun parçası götürüb ona doğru atmış, odun parçası boyun nahiyəsinə dəymişdir. Buna görə də odun parçası götürüb Sabitin üzərinə gedərək vurmaq istəmişdir. Sabitin oğlu Sadiq hardansa gəlib onun belini qucaqlamış və atası Sabiti vurmaması üçün yalvarmışdır. Odun parçasını tutduğu əli ilə Sadiqin başından yavaşca itələyib oradan uzaqlaşmasını istəmişdir. Ancaq Sadiq ağlamağa başlamış, bu zaman əlində olan odun parçası yerə düşmüşdür. Sabit ondan aşağıda dayandığından Sabitin üzərinə gedib ayaq zərbəsi ilə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs1la barışdığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğlu, Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir. Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində həmkəndliləri Tural, Siyavuş, Baloğlan və əmisi oğlu Cəsarət Sabitin işlətdiyi çayxanadakı masalardan birində əyləşib domino oynamaqla vaxtlarını keçirmiş, özü isə digər masada əyləşmişdir. Cəsarət və həmkəndlilərinin masasında səs-küy yarandığından Sabit nalayiq ifadələr işlədərək masa arxasında əyləşənlərə iradını bildirmişdir. Əmisi Allahverdi çayxanaya daxil olaraq oğlu Cəsarəti məzəmmət etmişdir. Az sonra Cəsarət və Sabit çölə çıxmışlar. Çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış, Cəsarət və Sabitin bir-birlərinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Dərhal yaxınlaşıb onları aralaşdırmağa çalışmış, həmin vaxt Cəsarətin burnu qanamışdır. Daha sonra Sabit yerdən odun parçası götürüb Cəsarətin baş nahiyəsinə vurmuş, ardınca həmin odun parçasını Cəsarətə doğru atmışdır. Əmisi Rafiq və əmisi oğlu Cabbar ilə birlikdə Cəsarəti sakitləşdirib oradan kənarlaşdırmışlar. Həmin vaxt Aqil əmisi Allahverdiyə nalayiq ifadələrlə müraciət edərək Cəsarəti oradan uzaqlaşdırmasını istəmişdir. Cəsarət yerdə olan odun parçasını götürüb Sabitə doğru getmiş, həmin an Sabitin azyaşlı oğlu Sadiq Cəsarətin belini əli ilə qucaqlayaraq ağlayıb atasını vurmamasını xahiş etmişdir. Cəsarət odun parçasını tutduğu əli ilə Sadiqin başından itələməklə kənara keçməsini istəmişdir. X14 doğru gedib bir dəfə ayağı ilə Sabitin üz nahiyəsinə zərbə endirmişdir. Sabitin əmisi oğlu Cabbarın üzərinə gəldiyini görüb sakitləşdirmək istəmiş, Sabit sakitləşmədiyi üçün bir dəfə sağ əli ilə Sabitin alın nahiyəsinə yumruq zərbəsi endirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan tələb və şikayətinin olmadığını qeyd edərək cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs1la barışdığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndlisidir. Münasibətləri daim normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Kənddə çayxana işlədərək ailəsini dolandırır. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində çayxanada olarkən həmkəndliləri Cəsarət, Tural, Baloğlan, Siyavuş və Raiq eyni masa arxasında əyləşib domino oynamaqla vaxtlarını keçirmişlər. Tural və Cəsarət Raiqlə mübahisə etmiş və çayxanadan çölə çıxıb qapının ağzında dayanmışlar. Raiq lal-kar olduğundan yüksək səslə Cəsarətə öz iradını bildirmişdir. Cəsarət onunla mübahisəyə etməyə başlamış, az sonra onlar çayxanadan çölə çıxmışlar. Çölə çıxdıqdan sonra Cəsarət onun sinə nahiyəsindən tutaraq bir dəfə üzünə yumruqla vurmuş və ayağı ilə zərbə endirmişdir. Qardaşı Aqil çölə çıxıb onları sakitləşdirmək istəmişdir. Cəsarətin əmisi oğlanları Rüstəm və Mürvət Cəsarəti sakitləşdirib aparmağa cəhd etsələr də, Cəsarət yerdə olan odun parçasını götürüb onun üzərinə gəlmişdir. Bunu görən oğlu Sadiq Cəsarətin üzərinə gedib qucaqlamış və onu vurmamasını xahiş etmişdir. X11 xahişinə məhəl qoymayıb odun parçası ilə Sadiqin başına bir dəfə zərbə endirmişdir. Daha sonra qardaşı Aqil odun parçasını Cəsarətin əlindən alaraq sakitləşdirmək istəmişdir. Cəsarət sakitləşmək yerinə qəflətən ona doğru gəlmiş və ayağı ilə çənə nahiyəsinə vurmuşdur. Cəsarətin əmisi oğlu Rüstəm yumruq zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirmiş, yerə yıxılmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafda xeyli sayda kənd sakinləri olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, indi və gələcəkdə bu barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğlu, Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir. Əvvəllər Sabit ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit yaşadıqları kənd ərazisində yolun kənarında çayxana işlədərək ailəsini dolandırır. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxananın qarşısında olarkən içəridən səs-küy gəldiyini eşidib çayxanaya daxil olmuşdur. Çayxanada oğlu Cəsarət ilə Sabitin sözlə mübahisə etdiklərini görmüşdür. Az sonra onlar çayxanadan çölə çıxmış, özü də onların ardınca çayxananın qarşısına gəlmişdir. Çöldə Sabit ilə Cəsarət bir-birinin paltarının yaxasından yapışaraq mübahisə etmiş, qardaşı Rafiq isə onları sakiləşdirməklə məşğul olmuşdur. Cəsarətə öz iradını bildirib oradan uzaqlaşdıraraq aparmaq istəyərkən Sabit yerdən götürdüyü bir neçə odun parçasını Cəsarətə doğru atmışdır. Həmin vaxt odun parçalarından biri Cəsarətin boyun nahiyəsinə dəymiş və oğlunun burnundan qan axmışdır. Bir qədər sonra Sabit və Cəsarətin mübahisə etmələrinin səsini eşidib onlara doğru getmişdir. Çayxananın ətrafından keçib Cəsarətin yanına getdikdə ətrafda xeyli sayda adamın olduğunu görmüşdür. Sabit onun üzərinə gəlib sağ qaş nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Bunu görən qardaşı oğlu Rüstəm baş verənlərə görə əsəbiləşib əli ilə Sabitin üz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Saat 1405-də əsəbiləşib Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, indi və gələcəkdə bu barədə Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs2 qardaşının oğlu, Təqsirləndirilən şəxs1 və qardaşı X5 isə həmkəndliləridir. Onların hamısı ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxananın yaxınlığında olarkən Cəsarət və Sabitin dalaşdıqlarını görmüşdür. Cəsarət yumruq zərbələri ilə Sabiti vurmuş, həmin vaxt ətrafda xeyli sayda adam olmuşdur. Orada olan şəxslər Cəsarəti sakitləşdirmək istəmiş, lakin Cəsarət qəflətən Sabitə doğru gedib ayağı ilə Sabitin çənə nahiyəsinə bir dəfə vurmuşdur. Rüstəm yumruq zərbəsi ilə Sabitin burun nahiyəsinə vurmuş və Sabit yerə yıxılmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda xeyli sayda adam olduğuna görə qarışıqlıq yaranmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əmisi oğlu, Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir. Sabit kənddə yolun kənarında çayxananı işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada həmkəndliləri Tural, Siyavuş, Baloğlan və əmisi oğlu Cəsarət masalardan birində əyləşib domino oynamaqla vaxtlarını keçirmiş, özü isə digər masada əyləşmişdir. Cəsarət və həmkəndlilərinin masasında səs-küy yarandığından Sabit nalayiq ifadələr işlədərək masa arxasında əyləşənlərə iradını bildirmişdir. Əmisi Allahverdi çayxanaya daxil olaraq oğlu Cəsarəti məzəmmət etmişdir. Az sonra Cəsarət və Sabit çölə çıxmışlar. Çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış, Cəsarət və Sabitin bir-birlərinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Buna görə də dərhal yaxınlaşıb onları aralaşdırmağa çalışmış, həmin vaxt Cəsarətin burnu qanamışdır. Sabitin yerdən odun parçası götürüb Cəsarətə doğru getdiyini görmüş, lakin vurduğunu görməmişdir. Atası Rafiq və əmisi oğlu Rüstəm ilə birlikdə Cəsarəti sakitləşdirib oradan kənarlaşdırmışlar. Cəsarət yerdə olan odun parçasını götürüb Sabitə doğru getmiş, həmin vaxt Sabitin azyaşlı oğlu Sadiq Cəsarətin belini əli ilə qucaqlayaraq ağlayıb atasını vurmamasını xahiş etmişdir. Cəsarət odun parçasını tutduğu əli ilə Sadiqin başından itələməklə kənara keçməsini istəmişdir. Sabitin onun üzərinə gəldiyini görən əmisi oğlu Rüstəm yaxınlaşaraq Sabit sakitləşdirmək istəmiş, ancaq Sabit sakitləşmədiyi üçün Rüstəm bir dəfə sağ əli ilə Sabitin alın nahiyəsinə yumruq zərbəsi endirmişdir. Bundan sonra onlar Cəsarəti təcili şəkildə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 həmkəndliləridir. Həmkəndliləri ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. Həmin çayxananı Sabit özü işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində Sabitin işlətdiyi çayxanada həmkəndliləri Cəsarət, Baloğlan və Tural ilə birlikdə oturub domino oynamışdır. Bir qədər sonra Cəsarət səs-küy saldığına görə Sabit onlara sözlə iradını bildirmiş, Cəsarət isə öz növbəsində irad bildirməklə Sabiti çayxananın çölünə dəvət etmişdir. Sabit və Cəsarət çayxanadan çölə çıxdıqdan sonra yaranan səs-küy səbəbindən çayxanada olan digər müştərilər ilə birlikdə çölə çıxmış, həmin vaxt Cəsarətin Sabitin baş nahiyələrinə yumruq zərbələri endirdiyini və nalayiq ifadələrlə Sabiti təhqir etdiyini görmüşdür. Həmin yerdən çıxıb getmiş, sonrakı proseslər barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir. Onun həmkəndliləri ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları kənddə Sabitin işlətdiyi çayxanada həmkəndliləri Cəsarət, Baloğlan, Tural və Siyavuş oturub domino oynamaqla vaxtlarını keçirmişlər. Həmin vaxt onun özü digər masada əyləşmişdir. Cəsarət səs-küy saldığına görə Sabit sözlə öz iradını bildirmiş, Cəsarət isə öz növbəsində irad bildirməklə Sabiti çayxananın çölünə dəvət etmişdir. Daha sonra Sabit və Cəsarət çayxanadan çölə çıxmışlar. Çayxanadan çölə çıxdıqdan sonra Cəsarət Sabitin ünvanına təhqiredici ifadə işlətmiş və sinə nahiyəsindən tutaraq bir neçə dəfə üzünə yumruqla vurmuşdur. Bunu görən ətrafdakı şəxslər Cəsarəti sakitləşdirməyə çalışmışlar. Ancaq Cəsarət yerdən əlinə odun parçası alaraq Sabitin üzərinə getmişdir. Bu zaman Sabitin oğlu Sadiq Cəsarətin üzərinə gedib belini qucaqlayaraq ağlaya-ağlaya atası Sabiti vurmamasını xahiş etmişdir. Cəsarət Sadiqin başına vuraraq kənarlaşmasını istəmiş, Sabitin qardaşı Aqil isə Cəsarətin əlindən odun parçasını alaraq sakitləşməsini tələb etmişdir. Lakin Cəsarət irəli gedərək nalayiq ifadələrlə Sabiti təhqir etmiş və ayağı ilə Sabitin çənə nahiyəsinə bir dəfə zərbə endirmiş, zərbənin təsirindən Sabit yerə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əmisidir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə həmkəndliləridir. Həmkəndliləri ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Əmisi Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində əmisini işlətdiyi çayxananın yaxınlığında əmisi Sabit ilə Cəsarətin dalaşdıqlarını görmüşdür. Cəsarət yumruq zərbələri ilə əmisini vurmuş, həmin vaxt əmisi Aqil çayxanadan çölə çıxıb onları sakitləşdirmək istəmişdir. Cəsarət yerdə olan odun parçasını götürüb əmisi Sabitin üzərinə gəlmiş, bu zaman Sabitin oğlu Sadiq Cəsarətə yaxınlaşaraq belini qucaqlayıb atasını vurmamasını xahiş etmişdir. Cəsarət isə Sadiqin xahişinə məhəl qoymayıb əlində olan odun parçası ilə bir dəfə Sadiqin baş nahiyəsinə zərbə endirmişdir. Cəsarət qəflətən əmisi Sabitə yaxınlaşıb ayağı ilə əmisi Sabitin çənə nahiyəsinə bir dəfə vurmuşdur. Əmisi Sabiti sakitləşdirmək üçün kənara aparmış, ardınca Rüstəm yumruq zərbəsi ilə Sabitin burun nahiyəsinə vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafda xeyli sayda adam toplaşmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir. Onun həmkəndliləri ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sabit kənddə yolun qırağında çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları kənddə Sabitin işlətdiyi çayxanada həmkəndliləri Cəsarət, Siyavuş və Baloğlan ilə birlikdə domino oynamaqla vaxtlarını keçirmişlər. Cəsarət səs-küy saldığından Sabit sözlə öz iradını bildirmiş, Cəsarət isə öz növbəsində irad bildirməklə Sabiti çayxananın çölünə dəvət etmişdir. Sabit və Cəsarət çayxanadan çölə çıxmışlar. Çayxananın qarşısında Cəsarət Sabitin baş nahiyəsinə yumruq zərbələri endirmiş və nalayiq ifadələrlə Sabiti təhqir etmişdir. Cəsarət yerdən odun parçası götürüb Sabitə yaxınlaşmış, Sabitin azyaşlı oğlu Sadiq Cəsarətə yaxınlaşaraq belini əli ilə qucaqlamış və ağlayaraq Cəsarətdən atasını vurmamasını xahiş etmişdir. Ancaq Cəsarət odun parçası ilə Sadiqi başından itələmiş və kənara keçməsini istəmişdir. Cəsarətin əlində olan odun parçası yerə düşmüşdür. Sabitin qardaşı Aqil həmin odun parçasını yerdən götürüb Cəsarətdən sakitləşməsini xahiş etmişdir. Lakin Cəsarət bu xahişə də məhəl qoymayıb Sabitə yaxınlaşaraq üz nahiyəsinə bir dəfə ayağı ilə zərbə endirmiş və Sabit yerə yıxılmışdır. Bunun ardınca Cəsarətin əmisi oğlu Rüstəm Sabitə yaxınlaşıb heç bir əsas olmadan üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində ifadə verən X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 atasıdır. Şahid6 Göygülü oğlunu, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X4 həmkəndliləri kimi tanıyır. Atası Sabit kənddə çayxana işlədir. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində atasının işlətdiyi çayxananın çölündə dayanmış, həmin vaxt atası ilə Cəsarətin dalaşdığını görmüşdür. Cəsarət yerdə olan odun parçasını götürüb atasının üzərinə gəlmişdir. Cəsarətin atasına xəsarət yetirməməsi üçün üzərinə gedərək belini qucaqlamış və atasını vurmamasını xahiş etmişdir. Ancaq Cəsarət onun xahişinə məhəl qoymayıb odun parçası ilə baş nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən özünü itirdiyindən sonrakı proseslərdən məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X9 göstərmişdir ki, Bərdə rayon Bəcirəvan kənd icra nümayəndəsi işləyir. 26 fevral 2021-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs1 işlətdiyi çayxananın qarşısında dava olduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la dalaşdıqlarını bildirmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 işlətdiyi çayxanada dava olmuş, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 döymüşlər. Hadisə yerinə getmiş, Təqsirləndirilən şəxs2 başından xəsarət aldığını və avtomobildə əyləşdiyini görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X6 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qohumudur. 26 fevral 2021-ci ildə Təqsirləndirilən şəxs1 məxsus çayxanada domino oynamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 digər masada 4-5 nəfərlə pulla domino oynamışlar. Cəsarətgilin masasında səs-küy olmuş, nalayiq ifadələr işlədilmişdir. Həmin vaxt çayxanada 30 nəfərə yaxın adam olmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə mübahisə etmiş və onlar çayxanadan çölə çıxmışlar və birbirlərinə təpik və yumruqla vurmağa başlamışlar. Çayxanadan çölə çıxarkən Təqsirləndirilən şəxs3 Sabiti yumruqla vurduğunu görmüşdür. Çayxananın həyətində birbirlərinə qarşı söyüş söydüklərini eşitsə də çayxananın çölündə söyüş söydüklərini eşitməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 15 mart 2021-ci il tarixli 200 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 26.02.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 08 aprel 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 117 saylı 04 avqust 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Bəcirəvan kəndində yaşayır. Kənddə yaşadığı müddətdə özünü nizamintizamlı aparmışdır. Kəndin xeyir və şər işlərində yaxından iştirak etmişdir. Hal-hazıra kimi onun barəsində kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13-cü bəndinə əsasən cinayət törədərkən 18 yaşına çatmamış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Bu Qanunun 8-ci bəndinə görə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qanunun 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13, 8, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təsiri altına düşdüyündən, onun barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-14/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-14/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver