Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-14/2024 09.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 23 gün azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 297.1-ci maddəsi ilə təqsirli bilinərək 69.3-cü maddəsinə əsasən 03 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə 04 il 06 ay cəza təyin edilib və cəzası çəkmiş hesab olunaraq azad edilmiş, məhkumluğu ödənilmiş, Bərdə şəhəri, E.Əsədov küçəsi ev 43də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,217 qram, 0,153 qram, 0,234 qram, 0,160 qram, 0,085 qram, ümumi təmiz çəkisi 1,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 12 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, E.Əsədov küçəsində saxlanılaraq, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofan bükümün içərisində 6(altı) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,217 qram, 0,153 qram, 0,234 qram, 0,160 qram, 0,085 qram olmaqla ümumi təmiz çəkisi 1,275 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri, E.Əsədov küçəsində qardaşı ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Qardaşı Xəyyamla bərabər ustalıq edərək özlərini dolandırırlar. Özünə məxsus isifadə etdiyi mobil telefonu yoxdur. Qardaşı Xəyyamın telefonundan istifadə edir. O, əvvəllər 3 dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin cinayətlər dava-dalaş ucbatından baş vermişdir. O, təxminən 5-6 aydır ki, narkotik vasitə heroin istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bərdə rayon Polis əməkdaşları qanunsuz olaraq onun yaşadığı evə daxil olaraq onu qandallayıb Bərdə Rayon Polis Şöbəsinə aparmışdırlar. Onu orada Ramin və Orxan adlı əməkdaşlar döyərək qarşısına kakos adlı narkotik vasitə qoymuşdurlar. O da işgəncələrə dözə bilmədiyindən həmin narkotik vasitənin onun olduğunu demişdir. Lakin narkotik vasitələr onun olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskdə onun adına olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən daxil olmuş “Ürəyim mən bu gün işe gedirəm ele bil vəsiqəmi gətirim verim sənə 15 manatlıq ver səhər də üstünə on manat artıq verib vəsiqəmi götürəcəm”, xx.xx.2023-cü il tarixdə “Ay Vüsalə pul düzəldə bilmədim nə olar on manat tezdən gətirib birdənə salvar kofta verim on manatın axşam düzəldim verim başa düş də əgər razısansa” və xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən daxil olmuş “Vüsalə mənəm Nicatdı meni yığ ayrı sualım var vacibdi” və “Vüsalə aynöyünə görə yığıram söz tap deyecem sen” məzmununda olan mesajlarla bağlı suallar verilmiş və Təqsirləndirilən şəxs nömrələrlə bağlı bildirmişdir ki, ***-***-**-** mobil nömrə ona məxsusdur, lakin 2023-cü ilin aprel ayının əvvələrində həmin nömrəni telefon ilə birlikdə Xəqani adlı dostuna vermiş, daha sonra Xəqani də həmin nömrəni Vüsalə adlı şəxsə vermişdir. Təxminən iyun ayında həmin nömrəyə zəng edib Vüsalə telefona cavab verəndə bilmişdir ki, Xaqani həmin telefon nömrəsini Vüsaləyə vermişdir. Xəqani hazırda cəzaçəkmə müəssissəsində cəza çəkir və həbs olunana qədər Bərdə şəhəri, Natavan küçəsində yaşamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskdə xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən daxil olmuş “Qaqa sən öl indiyə kimi yatmamışam, bərk ağrayıram sənə 9 manat verim mənə bir şey ver ağrıdan çıxım olanım odu” məzmununda olan mesajlarla bağlı sual verilmiş və Təqsirləndirilən şəxs nömrələrlə bağlı bildirmişdir ki, ********* telefon nömrəsi qardaşının adınadır tutulana kimi özü istifadə etmişdir. ***-***-**-** telefon nömrəsi isə Mübariz adlı şəxsə məxsusdur. Mübarizə mesaji özü yazmışdır ki, ona narkotik versin. Lakin onun narkotik satıb-satmadığı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahidləri dindirmə protokolları, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində iştirak edən Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid3 bidirdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşmış və əynində olan cins şalvarın sağ yan cibindən 01 şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra X13 tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükülü açılmış və içərisində 06 ədəd sellofan kəsiyi bükümündə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. 06 ədəd sellofan kəsiyi hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və ilkin çəkiləri 0,51 qrm, 0,27 qram, 0,21 qram, 0,14 qram, 0,28 qram, 0,22 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, daha sonra prosess iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 94 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində iştirak edən Bərdə RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 bildirmişdir ki, 12 iyul 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında və istifadəsində şübhəli bilinən, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 tərəfindən 12 iyul 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 12 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, E.Əsədov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və o, Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq cibindən 01 şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymuşdur. 01 ədəd şəffaf rəngli sellofan bükülü açılmış və içərisində 06 ədəd sellofan kəsiyi bükümündə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. 06 ədəd sellofan kəsiyi hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və ilkin çəkiləri 0,51 qrm, 0,27 qram, 0,21 qram, 0,14 qram, 0,28 qram, 0,22 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, daha sonra prosess iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 94 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində yerdən tapdığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin kimə satdığı məlum olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili işləyir, polis kapitanı rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 12 iyul 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında və istifadəsində şübhəli bilinən, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən 12 iyul 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 12 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, E.Əsədov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və o, Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs vəkillərinin siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs öz istəyi ilə həmin siyahıdan Bərdə rayon Vəkil Bürosunun vəkili X7 hüquqlarının müdafiə edilməsi üçün seçmişdir. Daha sonra müdafiəçi X10 dəvət edilmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X5, onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X1, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşdı və əynində olan cins şalvarın sağ yan cibindən 01 şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra X13 tərəfindən 01 ədəd şəffaf rəngli sellofan bükülü açılmış və içərisində 06 ədəd sellofan kəsiyi bükümündə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. 06 ədəd sellofan kəsiyi hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və ilkin çəkiləri 0,51 qrm, 0,27 qram, 0,21 qram, 0,14 qram, 0,28 qram, 0,22 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, daha sonra prosess iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 94 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, həmçinin narkotik vasitə olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən yoxlanılmış və şalvarın arxa cibindən 01 ədəd aşar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsində yerdən tapdığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və prosess iştirakçılarına şəxsi axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, prosess iştirakçıları tərəfindən hər hansı bir qeyd əlavə edilməmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin kimə satdığı məlum olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində iştirak edən X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onların yaşadığı ev köhnə tikilidir. Yaşadıqları ev 2 otaqlıdır. Arxa otaqda o, qabaq otaqda qardaşı yatmışdır. 12 iyul 2024-cü il taridə saat təxminən 8 radələrində səs eşitmişdir ki, “dur əynini geyin”. Səsə otaqtdan həyətə çıxmış və həyətdə polis əməkdaşlarından təkcə Ramili Əliyevi tanımışdır. Onlar qardaşını aparmışlar. Həmçinin bildirdi ki, gecə onarın həyət darvazası bağlı olub. Onların həyətə necə keçdiklərini bilmir. Cinayət işinin 1-ci vərəqəsində olan 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, 13 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və istintaq aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 6-44-cü vərəqələrində olan materiallardan görünür ki, həmin cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən 1(bir) ədəd sellofan bükümün içərisində olan 6(altı) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,217 qram, 0,153 qram, 0,234 qram, 0,160 qram, 0,085 qram, ümumi təmiz çəkisi 1,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 12 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 12 iyul 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan 14 iyul 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 84-90-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)154/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 13 iyul 2023-cü il tarixli 16/720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki, 6(altı) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,217 qram, 0,153 qram, 0,234 qram, 0,160 qram, 0,085 qram ümumi təmiz çəkisi 1,275 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-1.275 qram, tədqiqat cəmi sərf edildi-0.12 qram, (hər ob.0.02 qr) qalıq 1.155 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 1435 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-121-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 03 iyun 2015ci il tarixli 1(021)-96/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 84-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 ay 23 gün azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3-cü maddəsinə əsasən 03 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə 04 il 06 ay cəza təyin edilib və cəzası çəkmiş hesab olunaraq azad edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəi Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət 127-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X18 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 152-162-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 06 ədəd polietilen kəsiyi bükümlərdə ümumi təmiz çəkisi 1.275 qram çəkidə narkotik vasitə olan heroinin ekspertizadan sonrakı 1,155 qram qalıq hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 709 10 09 saylı "xxxx"MMC nömrəsindən 14 aprel 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən "xxxx"MMC-dən daxil olmuş 1 ədəd «CD» diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 1 ədəd CD diskin içərisində 9 ədəd fayl vardır. Birinci fayl yəni « 504926492_SMS » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan sübut əhəmiyyət kəsb etməyən mesajlar qeyd edilmişdir. İkinci fayl yəni « 506970737_SMS » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ureyim men bugun ise gedrem ele bil vesigemi getirim verim sa ma 15 matlik ver serde gelib ustinde on mat artg verib vesigimi göturecem” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay vusala pul duzeldr bilmedim nolar on mat tezden getirim bidene sa salvar hofta verim on matin axsam duzeldib verem bawa dusde eger razsansa b” məzmununda, xx.xx.2023cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Vusale menem nicatdi meni yiq ayri soum var vacibd” və “Vusale ayniyona gore yiqmiram soz tap deyecem sen” məzmununda mesajlar qeyd edilmişdir. Üçüncü fayl yəni « 517091009_SMS » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa senoln indye kimi yatmamsam berk agyram sene 9 manat verm mene bir sey ver agrdan cixim olanim odu” məzmununda mesaj qeyd olunmuşdur. Dördüncü fayl yəni « **********92» adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə digər nömrələr arasında olan zənglərin müddəti, tarixi və saatı qeyd edilmişdir. Beşinci fayl yəni « **********37» adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə digər nömrələr arasında olan zənglərin müddəti, tarixi və saatı qeyd edilmişdir. Altıncıfayl yəni « **********09 » adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə digər nömrələr arasında olan zənglərin müddəti, tarixi və saatı qeyd edilmişdir. Yeddinci fayl yəni « abuneciler » adlı faylın içərisinə daxil olan zaman müəyyən Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə zəng edən şəxslərin adı soyadı, ünvanı və tarixi qeyd olunmuşdur. Səkkizinci fayl yəni « antenna » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin, tarixi, müddəti və anten dairəsi qeyd edilmişdir. Doqquzuncu fayl yəni « subs.info » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs adına olması qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, lakin 2023-cü ilin aprel ayında həmin nömrəni telefon ilə birlikdə Xəqani adlı dostuna verdiyini, daha sonra Xəqani də həmin nömrəni Vüslə adlı şəxsə verdiyini bildirmişdir. Məhkəmə bununla balı Xəqani adlı şəxsin şəxsiyyətini müəyyən edərək məhkəmə iclasında iştirakını təmin etmiş, lakin X11 bildirmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon 26-lar deyilən küçənin sakini kimi tanımışdır. Onunla heç bir əlaqəsi münasibəti olmamışdır. Ortaq tanışları belə yoxdur. Onun adını niyə çəkməsindən məlumatı yoxdur. Elzamin ona heç vaxt nə telefon nə də ki, mobil nömrə verməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığını və ona görə də istintaq zamanı narkotik vasitəni saxlaması və gəzdirməsi barədə ifadə verdiyini bildirmişdir. Məhkəmə tərəfindən bununla bağlı Bərdə Rayon Prokuroluğuna, Bərdə Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına sorğular verilmişdir. Bərdə Rayon Polis Şöbəsi tərəfindən 03 mart 2024-cü il tarixli cavab məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə daxil olmuş və daxil olan zaman heç bir xəsarəti olmamışdır. Həmçinin Bərdə RPŞ-nin MSY-nin "X4 və X2 Qeydiyyatı" kitabında olan qeydlərin surəti məhkəməyə göndərilmişdir. Bərdə Rayon Prokuroluğu tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 16 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən 13 mart 2024-cü il tarixli cavab məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi baxışdan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət və xəsarət izləri aşkar olunmamışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dindirilərkən əvvələr narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız özünün istifadəsi üçün saxlaması barədə göstərdikləri və bununla əlaqədar narkotik vasitələrin satışı faktını təsdiq edən mesajların telefonun başqa şəxsin istifadəsində olduğu vaxta göndərilməsini bildirməklə qəsdən digər şəxslərin adını çəkməsi özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs adına olan və istifadəsində olan mobil nömrələrdə 2023-cü ilin aprel və iyun aylarında olan mesajlar sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edir və bu faktlar bir daha təqsirləndirilən şəxsə verilən hazırkı ittiham üzrə sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il 8 № qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə 04 il 06 ay cəza təyin edilib və cəzası çəkmiş hesab olunaraq azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə məhkum olunan Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-14/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-14/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver