Məhkəmə qərarları › İş №1(021)-140/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-140/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-140/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş , Bərdə şəhəri, Fizuli küçəsi ev 2 mənzil 1-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı, “**-SL-***” dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaq daşımış, 22 yanvar 2022-ci il tarixdə, saat 21:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq avtomobili ilə birlikdə polis şöbəsinə gətirilmiş, polis şöbəsinin həyətində həmin “VAZ 2106” markalı, “**-SL-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsindən gizlətdiyi 1 ədəd boz rəngli kağız bükümdə təmiz çəkisi 6,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 262,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı, “**-SL-***” dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaq daşımış, 05 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Pambıqzavod”un yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq avtomobili ilə birlikdə polis şöbəsinə gətirilmiş, Şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 2,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilən müvafiq tədbirlərin davamı nəticəsində həmin tarixdə saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, “**-SL-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman oradan satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd qırmızı rəngli sellofan paketdə ümumi təmiz çəkisi 260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə aludəçisidir. Əvvəllər satış məqsədi olmadan narkotik vasitələri əldə etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində narkotik vasitə gəzdirir. 22 yanvar 2022-ci il tarixdə saat 21 radələrində o Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə bazarın yaxınlığında idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobildə dostu Elzamin ilə birlikdə dayanmışdır. Bu zaman onun yanına əvvəllər tanıdığı polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitə olduğu üçün onları polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə onun və dostu Elzaminin üzərinə şəxsi axtarış keçirilmişdir, lakin onun üzərində narkotik vasitə aşkar edilməmişdir. Dostu Elzaminin üzərindən isə 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə aşkar olunmuşdur. O, könüllü olaraq idarə etdiyi VAZ 2106 markal ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşında narkotik vasitə olduğunu demişdir. O, həmin şəxslərlə birlikdə yuxarıda qeyd etdiyi avtomaşına baxış keçirilməyə getmişlər, avtomaşının sərnişin hissəsinin ayaq altında 1 ədəd ağ-çəhrayı rəngli polietilen kəsiyində olan 1 ədəd boz rəngli kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 6,95 qram olması müəyyən edilmişdir. Avtomaşında aşkar olunan 1 ədəd ağ-çəhrayı rəngli polietilen kəsiyində olan 1 ədəd boz rəngli kağız bükümdə olan narkotik vasitə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Avtomaşına baxış keçirilən zaman başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, həmin narkotik vasitə olan marixuananı Bərdə şəhərində Səadət şadlıq sarayının qarşısından tapmışdır. Həmçinin 05 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Pambıqzavod”un yaxınlığında idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşları avtomobilini saxlamışlar və özlərini təqdim edib və ona narkotik vasitələri üzərində gəzdirməkdə və satmaq şübhələnildiyi üçün Bərdə rayonu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili X4 təqdim edilmişdir. Daha sonra narkotik vasitələrin qanunsuz saxlamağında və satışında şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirmişdir. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim edib içərisində narkotik vasitə olduğunu qeyd etmişdir. Həmin kibrit qutusu elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 4.75 qram olması müəyyən olunmuş, sonra həmin bükülü zərfə qoyularaq möhürlənmişdir. Üzərindən başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin vaxt o narkotik vasitəni Bərdə şəhəri ərazisindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra o, idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə olduğunu söyləmişdir. Onlar polis şöbəsinin həyətində yerləşən avtomobilə yaxınlaşmışlar. Avtomobilə baxış keçirilən zaman qabaq sol oturacağın altında gizlətdiyi sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, həmin sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisi 270 qram olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, o, 22 aprel 2022-ci il tarixdə idarə etdiyim avtomaşında aşkar edilən bir bükümdə 6,95 qram marixuananı Bərdə şəhərində yerləşən Səadət şadlıq sarayının qarşısından tapmış, narkotik vasitələrin istifadəçisi olduğundan o, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürmüşdür. O, narkotik vasitə aludəçisi olduğundan, 22 yanvar 2022-ci il tarixdə aşkar edilərək götürülmüş Bərdə şəhəri E.Əsədov küçəsində yerləşən şadlıq sarayının yaxınlığında yerdən tapdığı narkotik vasitəni şəxsi istifadəsi üçün taparaq əldə etmiş və üzərində saxlamışdır. 05 aprel 2022-ci il tarixdə üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitəni tutulmamışdan bir neçə gün qabaq Bərdə şəhəri ərazisindən yerdən tapmış, şəxsi istifadəsi üçün saxlamışdır. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, o heç kimə narkotik vasitə satmamış və heç kimə verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Mərzili kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, Bərdə rayon polis şöbəsinin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 2014-cü il tarixdən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Samir ilə heç bir nifaq və münaqişəsi olmamışdır. 05 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamasında və satışında şübhəli olduğu üçün onun, və Bərdə RPŞ-nin PPXB-nün tağım komandiri polis baş leytenantı Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Pambığzavodun yaxınlığında idarə etdiyi albalı rəngli VAZ 2106 markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına tərəfimizdən gətirilmiş, Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçisi X3, onun və Bərdə RPŞ-nin PPXB-nün tağım komandiri polis baş leytenantı Şahid1 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasiyasına uyğun olaraq hüquqları Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim edib narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid1 tərəfindən şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu içərisində olan yaşıl kütlə ilə birlikdə elektron tərəzidə çəkilərək 4.75 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin kütlənin nə olması barədə suala Təqsirləndirilən şəxs marixuana olduğunu, marixuananı tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirdiyini demişdir. Həmin büküm zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi albalı rəngli “VAZ 2106” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturacağın alt hissəsində marixuana saxladığını könüllü olaraq etiraf etmişdir. Video çəkiliş dayandırılmadan Bərdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, Təqsirləndirilən şəxs məxsus qara rəngli “VAZ 2106” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün baxış iştirakçıları ilə birlikdə Bərdə rayon polis şöbəsinin həyətinə doğru hərəkət edilmiş, Təqsirləndirilən şəxs albalı rəngli “VAZ 2106” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında ona məxsus olduğunu, avtomobilində sol qabaq oturacağın alt hissəsində narkotik vasitə olan marixuananın olduğunu demiş, Təqsirləndirilən şəxs əvvəlcə pult vasitəsilə avtomobilin qapılarının kiliddən açmışdır. Təqsirləndirilən şəxs avtomobilin sağ qabaq qapısını açaraq avtomobilin içərisinə daxil olmuş və sol qabaq oturacağın alt hissəsində saxladığı qırmızı rəngli polietilen torbanı içərisində ki, narkotik vasitə olan marixana ilə birlikdə təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş 270 qram olması müəyyən olunmuşdur. daha sonra Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, ancaq avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların dediyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Füzuli küçəsi ev 2, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid5 tərəfindən 22 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra Şahid5 tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Elzamin Hüseynov 22 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs və Elzamin Hüseynov 22 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs və Elzamin Hüseynova müdafiəçi dəvət edilməklə X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşlar, hüquq və vəzifələri izah edilmiş. bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis serjantı Şahid6 və Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid5, müdafiəçi Xanım İsayevanın və İslam Teymurovun iştirakı ilə Təqsirləndirilən şəxs və Elzamin Hüseynovun üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X8 Elzamin Hüseynova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Elzamin Hüseynov əynində olan qara rəngli kurtkanın sağ yan cibindən bir gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Kağız bükümün içərisindən “marixuana” adı ilə tanıdığı narkotik maddənin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Elzamin Hüseynovun üzərinə onun tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Elzamin Hüseynovun üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə ölçülmüş, bir ədəd gümüşü rəngli kağız bükümün çəkisinin 0,36 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X8 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmışdır, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan əlavə X8 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmetin olmadığını demiş və tərəfindən üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilində narkotik maddə olan marixuana olduğunu demişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə videoçəkiliş söndürülmədən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində gizlətdiyi 1 ədəd boz rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs kağız bükümdə olan maddənin marixuana olduğunu deyib şəxsi istifadəsi üçün saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd boz rəngli kağız bükümü çəkisinin 9,59 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X8 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 74-də yaşayır. 2012-ci ildən X5, 2020-ci ildən isə Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, ona Bərdə şəhəri Füzuli küçəsi ev 2, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs və Bərdə şəhəri E.Əsədov küçəsi ev 43-də yaşayan X1 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, tərəfindən 22 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş. bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Elzamin Hüseynov 22 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs və Elzamin Hüseynova müdafiəçi dəvət edilməklə X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşlar, hüquq və vəzifələri izah edilmiş. bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis serjantı Şahid6 və polis baş leytenantı Şahid4, müdafiəçi Xanım İsayevanın və İslam Teymurovun iştirakı ilə Təqsirləndirilən şəxs və Elzamin Hüseynovun üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X8 Elzamin Hüseynova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Elzamin Hüseynov əynində olan qara rəngli kurtkanın sağ yan cibindən bir gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Kağız bükümün içərisindən “marixuana” adı ilə tanıdığı narkotik maddənin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Elzamin Hüseynovun üzərinə polis əməkdaşı Şahid4 tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Elzamin Hüseynovun üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə ölçülmüş, bir ədəd gümüşü rəngli kağız bükümün çəkisinin 0,36 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X8 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmışdır, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan əlavə X8 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmetin olmadığını demiş və tərəfindən üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilində narkotik maddə olan marixuana olduğunu demişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə videoçəkiliş söndürülmədən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq sərnişin oturacağının ayaqaltı hissəsində gizlətdiyi 1 ədəd boz rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs kağız bükümdə olan maddənin marixuana olduğunu deyib şəxsi istifadəsi üçün saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd boz rəngli kağız bükümü çəkisinin 9,59 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X8 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 22 yanvar 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 22 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 158-159-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 171-172-cı vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 05 aprel 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir . Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 209-212-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)38/2022 nömrəli 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 05 iyul 2022-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan cinayət işlərinin birləşdirilməsi haqqında 19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə sonuncu nömrə altında bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 255-256-cı vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiahm elan edilmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-bioloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 16/386 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,23 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 260 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar oranoleptik əlamətlərinə və tərkiblərinə görə eynidilər. Qeyd: Marixuananın təmiz çəkisi -2.23 qram, 260 qram. Tədqiqata sərf edildi-0.4 qram (hər birindən 0.2 qr) qalıq-2.03 qram, 259.8 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 142-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli 16/102 nömrəli rəyindən görünür ki, 1(bir)ədəd ağ-çəhrayı rəngli polietilen kəsiyində olan 1(bir) ədəd boz rəngli kağız bükümdə təmiz çəkisi 6,95 qram olan bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Maruxuananın təmiz çəkisi -6.95 qram, tədqiqata sərf edildi-0.1 qram, qalıq-6.85 qramdır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 189-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 381 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 229-234-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinn 1(021)29/2018 saylı 23 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirləndirilərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay müddətinə azdlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirləndirilərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu baş çatmışdır. Cinayət işinin 184-cü vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 178-179-cu vərəqələrində olan maddi sübut kimi tanınma və maddi sübutların işə əlavə edilməsi barədə 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 6.95 qramdan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,85 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Cinayət işinin 237-248 vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı 0.1 qram sərf edildikdən sonra 6.95 qramdan qalmış 6,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0.4 qram sərf edildikdən sonra tədqiqatdan sonra ümumi təmiz çəkiləri 2.23 qram və 260 qramdan qalmış 2,03 və 259,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və nəqliyyat vasitəsinə baxış və götürmə keçirilirkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD disk maddi sübut maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ********* nömrəli cinayət işi üzrə -üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır . Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, həmçinin iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 262,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2022-ci il tarixli 381 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə hazırkı iş üzrə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən təmiz çəkisi 6,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 262.23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, 1 azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)29/2018 saylı 23 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirləndirilərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay müddətinə azdlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, 23 oktyabr 2018-ci ildə cəzasının sonu başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunan Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, məhkumluğunun olmamasını, eyni maddə üzrə əvvlələr məhkum olunmasını, narkotik vasitələrinin çəkisini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi -üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 262.23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana üzrə 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 24 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 05 aprel 2022-ci il tarixdə tutulmuş, 07 aprel 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)38/2022 nömrəli 07 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə, yəni 05 iyul 2022-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmiş, 19 aprel 2022-ci il taridə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə sonuncu nömrə altında bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, 02 iyun 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiahm elan edilmişdir. Məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 05 aprel 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (xx.xx.2022-ci il tarixdən -xx.xx.2022-ci il tarixədək) nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 60.80 manat (30.40+30.40) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ayrı-ayrı bükümlərdə olan 6,85 qram, 2,03 qram və 259,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixindən 24 yanvar 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan- 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6,85 qram, 2,03 qram və 259,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar