Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-140/2023 18.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməyən, Ağdam şəhər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 01 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu 866 saylı qəsəbədə şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən 1(bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, 866 saylı qəsəbə, bina 11, mənzil 48-də yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, arabir fəhləlik edib çörək pulu qazanmışdır. O, 20 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq səbəbindən məhkum olunmuşdur. Axırıncı dəfə, Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 01 aprel 2023-cü il tarixdə yaşadığı Bərdə rayonu, 866 saylı qəsəbədə piyada gedən zaman evinin qarşısında olan parkın yaxınlığında bir bükülü olmasını görmüşdür. Həmin bükülü marağını cəlb etdiyinə görə bükülünü götürüb, açıb içərisinə baxmışdır. Bükülünün içərisində “kakos” adlanan psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü istifadəçisi olduğuna görə həmin bükülünü şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. 01 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində Bərdə rayon, 866 saylı qəsəbədə özlərini ona polis əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində ona vəkil təyin edilmiş və vəkili Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. O, hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən bir ədəd sellofan torbacıqda olan kakosu yəni metamfetamini stolun üzərinə qoyaraq narkotik olduğunu bildirmişdir. Bir ədəd sellofan torbacıqda olan metamfetamin kütləsini elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,98 qram olması müəyyən olunmuş və bükülü proses iştirakçılarının iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və proses iştirakçıları həmin qablaşdırmanın üzərinə imza etmişdir. Həmçinin üzərindən aşkar edilmiş 1 manat pulda qablaşdırılaraq götürülmüşdür. Onun üzərimdən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, özünü təqsirli bilmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. O, bu barədə də izahat vermişdir. Bir daha bildirmişdir ki, üzərində aşkar edilmiş metamfetamin ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Güloğlular kəndində yaşayır. O, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 01 aprel 2023cü il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirərək 01 aprel 2023-cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs Bərdə rayonu 866 saylı qəsəbə ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 iştirakı ilə baxış keçirimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan maddəni masanın üzərinə qoyaraq "kakos" yəni metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərində olan siqaret qutusunu, alışqan, bir ədəd qəpik, bir ədəd muncuq və 1 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,98 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 manat pul da 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində çalışır. 01 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı Şahid3, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirərək 01 aprel 2023cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs Bərdə rayonu 866 saylı qəsəbə ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə Rayon Polis X5 baş təhqiqatçısı polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektoru, polis kapitanı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 iştirakı ilə baxış keçirimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varmı, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan maddəni masanın üzərinə qoyaraq "kakos" yəni metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərində olan siqaret qutusunu, alışqan, bir ədəd qəpik, bir ədəd muncuq və 1 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,98 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 manat pul da 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, o, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektor-kriminalisti vəzifəsində çalışır. 01 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 birlikdə əməliyyat axtarış tədbirləri keçirərək 01 aprel 2023-cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs Bərdə rayonu 866 saylı qəsəbə ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə Rayon Polis X5 baş təhqiqatçısı polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə Rayon Polis X1 Qrupunun un baş inspektoru, polis kapitanı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 iştirakı ilə baxış keçirimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan maddəni masanın üzərinə qoyaraq "kakos" yəni metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərində olan siqaret qutusunu, alışqan, bir ədəd qəpik, bir ədəd muncuq və 1 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,98 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 manat pul da 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. İş materiallarında olan 01 aprel 2023-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 12:45 dəqiqədən saat 13:05 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Presessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına uyğun olaraq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq kimi hüquqları izah edildi. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmşdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində olan qara rəngli şalvarın sağ yanında olan ikinçi cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan maddəni stolun üzərinə qoyaraq kakos metamfetamin olduğunu bildirmişdir. Bir ədəd sellofan torbacıqda olan metamfetamine bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0.98 qram olması müəyyən olunmuş və torbacıq prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərində olan siqaret qutusunu, alışqanı, bir ədəd qəpik, bir ədəd muncuq və 1 manat pulu stolun üzərinə qoymuşdur. 1 manat pul prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərf qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Nağıyev X3 birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs Ayd oğlunun üzərinə Cinayət Axtarış Bölməsinin polis əməliyyat müvəkkili, polis leytenantı X12 baxış keçirilmiş lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan başqa 02 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bərdə Rayon Polis X1 Qrupunun baş inspektor-kriminalisti polis kapitanı Şahid3, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Bərdə Rayon Polis X5 baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varmı, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan maddəni masanın üzərinə qoyaraq "kakos" yəni metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərində olan siqaret qutusunu, alışqan, bir ədəd qəpik, bir ədəd muncuq və 1 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,98 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 manat pul da 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və imzalanmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 02 aprel 2023-cü il tarixli 16/388 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli sellofan bükümündə, təmiz çəkisi 0,869 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"-in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetaminin təmiz çəkisi- 0,869 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,819 qram olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin 23 may 2023-cü il tarixli 903 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, psixotrop addələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab keçir. Narkomaniya xəstəliyindən məcburi ümalicǝyǝ ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, o, Bərdə Rayon Xalq Məhkəməsinin 13 mart 1997-ci il tarixli hökmü ilə 03 il əməyə mütləq cəlb edilməklə şərti cəza; Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 19 noyabr 2008-ci il təvəllüdlü hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 va 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il traixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına; Bərdə Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,869 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertizadan sonrakı qalıq hissəsi olan 0,819 qram çəkidəki qalıq hissəsi iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bərdə rayon Mərkəzi Xəstəxanası" X9 daxil olmuş 23 may 2023-cü il, tarixli 5892 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bərdə rayon Mərkəzi Xəstəxanası" X9 daxil olmuş 23 may 2023-cü il tarixli 5891 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, 03 aprel 2023-cü il tarixli Bərdə Rayon Məhkəməsinin 4(021)-70/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs isə barəsində barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 01 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu 866 saylı qəsəbədə şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yanında olan ikinci cibindən 1(bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin 13 mart 1997-ci il tarixli hökmü ilə 03 il əməyə mütləq cəlb edilməklə şərti cəzaya; Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 19 noyabr 2008-ci il təvəllüdlü hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 va 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il traixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına; Bərdə Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 fevral 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxsin cəzalardan sonrakı davranışları ona təyin edilmiş cəzaların onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. İkinci mühüm fakt ondan ibarətdir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal mövcud deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,869 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertizadan sonrakı qalıq hissəsi olan 0,819 qram çəkidəki qalıq hissəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 0,819 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 (bir) ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edildiyindən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,819 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 (bir) ədəd DVD diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-140/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-140/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver