Məhkəmə qərarları › İş №1(021)-141/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-141/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-141/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktor əvəzi, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinin daşıyıcısı olmasına baxmayaraq sağlam şəxslərlə ünsiyyət yaratmaqla “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdən “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və ona evdə müalicə təyin edilməsinə baxmayaraq, 03 aprel 2021-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evi qanunsuz olaraq tərk edib, taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21099 markalı” ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Şirvanlı kəndi ərazisində hərəkətdə olaraq, digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla epidemiya əleyhinə rejimin qaydalarını pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli biləməyərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı var. 2013-cü il tarixdən Bərdə rayonu Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktoru əvəzi vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirmək istəyir ki, tabe olduğu X5 İdarəsinin bütün üzvləri kimi o da 01 aprel 2021-ci il tarixdə saat 13 radələrində Covid-19 xəstəliyi ilə bağlı test vermişdir. Həmin vaxt o özünü yaxşı hiss edirmiş, belə ki, onda Covid-19 xəstəliyinin əlamətləri olan halsızlıq, dad və qoxu bilmə funksiyasının itirilməsi və quru öskürək məndə müşahidə olunmurdu. Həmin tarixdə onu Covid 19 infeksiyası ilə əlaqədar ağız və burundan yaxma üsulu ilə test götürdülər. O, ***-***-**-** mobil nömrəmi qeyd etmişdir. Xəstəxanada test verdikdən sonra evdə oturmağı ona bildirmədikləri üçün verdiyi testin cavabını gözləməyərək o, 03 aprel 2021-ci il tarixdə saat 10 radələrində iş yoldaşı Rəhman Şahmalzadənin idarə etdiyi avtomobil ilə işlədiyi Kətəlparaq uşaq musiqi məktəbinə getmişdir. O, işdə olarkən mobil nömrəsinə Bərdə RMX-nın baş həkimi vəzifəsini əvəz edən Yeganə həkim ona zəng edərək, “Covid 19” xəstəliyi ilə bağlı verdiyim testin nəticəsinin müsbət olduğunu, onun “Covid-19” korona virus infeksiyasına yoxulduğunu bildirmişdir. Yeganə həkim ona dərhal yaşadığı ünvana gedərək, 14 gün ərzində özünü təcrid dövründə evdən çölə çıxmamağını bildirmişdir. Əvvəllər tanımadığı taksiyə əyləşərək o yaşadığı, ünvana getməyə başlamışdır. Bərdə rayonu Şirvanlı kəndinin girəcəyinə yaxın mobil nömrəsinə Mərhəmət aldı polis əməkdaşı zəng edərək, “Şirvanlının ala qapısına qayıt”-demiş, o da taksidən xahiş etmişdir ki, Şirvanlı kəndinin girəcəyində saxlasın. Hadisə yerinə gələn müstəntiq ona “Siz Covid 19 infeksiyasının daşıyıcısınız. Siz 02 aprel 2021-ci il tarixdən 14 gün müddətində yaşadığınız evi tərk etməməlisiniz. Müstəntiq hadisə yerini müayinə etdikdən sonra o müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həkimin iştirakı ilə yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsi ev 63 ünvanına qaytarılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ilin avqust ayında Covid 19 virusu ilə bağlı yaxma üsulu ilə test verdiyini, 2020-ci ilin noyabr ayına kimi ***-***-**-** mobil nömrəsini işlətdiyi üçün həmin nömrəni qeyd etdiyini, ***-***-**-** mobil nömrəsini o, 2020-ci ilin noyabr ayından işlətmədiyini, Covid 19 virusu ilə bağlı test analizi verərkən, analizi götürən Mehparə adlı həkimə ***-***-**-** mobil nömrəni verdiyini, ***-***-**-** mobil nömrəsini deməyinə baxmayaraq, analizin cavabında ***-***-**-** mobil nömrəsi qeyd olunmasının səbəbini bilmədiyini, həmin ziddiyyətlə bağlı ona “Covid 19” virusu ilə bağlı verdiyi analizin cavabı gəlmədiyini, verdiyi testin cavabı gəlmədiyi üçün o, yaşadığı ünvandan çıxıb, işlədiyi ünvan 4dir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o hazırda ünvan 5 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır. Evlidir, Bərdə rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 2013-cü il tarixdən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Əlvanə ilə nifaqı və mübahisəsi olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 03 aprel 2021-ci il tarixdə onlara təhkim olunmuş ərazidə Bərdə RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili Şahid3 ilə birlikdə xidmətdə olarkən aldıqları məlumata əsasən Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktor əvəzi vəzifəsində çalışan Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdən COVİD-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, qanunsuz olaraq yaşadığı evi tərk edərək, işlədiyi Kətəlparaq kənd uşaq musiqi məktəbinə gəlməsini müəyyən etmişlər. O, dərhal Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, harada olmasını, nə zaman COVİD 19 virusu ilə bağlı test analizi verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə taksi ilə Bərdə rayonu Şirvanlı kəndinin ərazisindən keçdiyini, 01 aprel 2021-ci il tarixdə Covid 19 virusu ilə bağlı test verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şirvanlı kəndinin girəcəyində yerləşən “Baytarlıq” aptekinin qarşısında onu gözlədiklərini bildirdikdən 10 dəqiqə sonra gümüşü rəngli VAZ 21099 markalı taksi fəaliyyəti göstərən avtomobillə birlikdə həmin aptekin qarşısına gəlmişdir. Ona kimi o, artıq Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə məlum məsələ ilə bağlı məlumat vermiş. Təqsirləndirilən şəxs gəldikdən 15 dəqiqə sonra gün növbəsində xidmətdə olan müstəntiq hadisə yerinə gələrək, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtməsini, protokolu ucadan səsləndirdikdən sonra hal şahidləri, Şahid3, həkim Şahid1 və Təqsirləndirilən şəxs imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həkimin iştirakı ilə yaşadığı Bərdə şəhəri E.Əsədov küçəsi ev 63 ünvanına qaytarıldı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid4 Kamal oğlunun dedikləri xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki ki, o, Bərdə rayonu Türkmən kəndində anadan olmuş, hazırda Bərdə şəhəri X7 küçəsi ev 15 ünvanında yaşayır. 30 ildən çox müddətdir ki, Bərdə RMX-da laborant vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanımır, əvvəllər onunla nifaqı və mübahisəsi olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, oğlu Ceyhun Rzayev şəhid olduqdan sonra səhhətində problemlər yarandığı üçün o, 2021-ci ilin may ayına kimi işə çıxmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, belə ki, o, “Covid 19” virusu ilə bağlı analiz və qeydiyyat üçün mobil nömrə götürməmişdir. Ümumiyyətlə o, Covid 19 virusu ilə bağlı testi heçkimdən götürməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri C.Cabbarlı küçəsi nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. Bərdə RMX-nın Laboratoriya Şöbəsində laborant vəzifəsində çalışır. Covid 19 virusu ilə bağlı yaxma üsulu ilə test analizlərini ondan başqa 3 nəfər laborant xanım da aparır. 01.04.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, Covid 19 virusu ilə bağlı test vermək istədiyini, ondan yaxma üsulu ilə analiz götürdüyünü bildirdi. O, Təqsirləndirilən şəxs mobil nömrə istədikdə Əlvanə ona ***-***-**-** mobil nömrəni demiş, həmin məlumatı “Covid 19 üçün götürülmüş müayinələrin qeydiyyatı” jurnalında qeydiyyatını aparmışdır. Eyni zamanda Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Covid 19 virusu ilə bağlı analiz verərkən ***-***-**-** mobil nömrəsini deyil, ***-***-**-** mobil nömrəsini qeyd etdiyini, həmin xüsusatla bağlı “Covid 19 üçün götürülmüş müayinələrin qeydiyyatı” jurnalında qeydiyyatını apardığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdam rayonu Sırxavənd kəndində anadan olmuş, hazırda Bərdə rayonu Əyricə kəndində yaşayır. Evlidir, ailəsini 1997-ci il tarixdən X2 X3 həkimi vəzifəsində işləməklə dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə nifaqı və mübahisəsi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 03 aprel 2021-ci il tarixdə gündəlik xidmətdə olan zaman X2 X6 Bərdə rayonu Şirvanlı kəndinin girəcəyində avtomobildə COVİD-19 virusuna yoluxmuş, 14 gün müddətində özünü izolyasiya etməli olduğu halda qanunsuz olaraq yaşadığı ünvanı tərk edərək avtomobildə Şirvanlı kəndində hərəkətdə olan şəxsin müəyyən edilməsi barədə məlumat daxil olmuş, həmin məlumat ilə əlaqədar olaraq X4 Yardım avtomobili ilə Bərdə rayonu Şirvanlı kəndində yollanmış, “Baytarlıq” aptekinin qarşısında polis əməkdaşlarının yanında Bərdə şəhəri E.Əsədov küçəsi ev 63 ünvanında yaşayan Təqsirləndirilən şəxs dayanmasını görmüşdür. Müstəntiq baxış protokolunu ucadan oxumuş və imza elətdirmiş, daha sonra Təqsirləndirilən şəxs onun tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana ünvan 10adəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 1 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “VAZ 21099” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırır. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qonşuluğunda yaşayır. O, Təqsirləndirilən şəxs həftənin 3-cü və 6-cı günləri işlədiyi Kətəlparaq kənd uşaq musiqi məktəbinə aparıb gətirirdiyini bildirmişdir. Mahiyyəti üzrə bildirir ki, 03 aprel 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs əri Vidadi ona zəng edərək, “gəl məni götür apar Şirvanlı kəndinə gedək”-demiş, o, Vidadini yaşadığı ünvandan götürüb, Bərdə rayonu Şirvanlı kəndinə yola düşmüş, Şirvanlı kəndinə çatanda Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşmiş, o, avtomobili idarə etmək istəyəndə Əlvanə “sürmə gözlə”-dediyini bildirmişdir. Bir müddət sonra hadisə yerinə ərazinin polis sahə rəisi Şahid4, əməliyyat müvəkkili Şahid3 və müstəntiq gəlmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Covid 19” virusu ilə əlaqədar olaraq yaxma üsulu ilə test vermiş, 14 gün müddətində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində özünü izolyasiya edərək müalicə olunmalı olması, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməyinə baxmayaraq yaşadığı ünvanı tərk edərək, işlədiyi Kətəlparaq kənd uşaq musiqi məktəbinə getmişdir. Müstəntiq baxış keçirdikdən sonra baxış protokolunu ucadan səsləndirmiş və o, baxış protokoluna imza atmışdır. Daha sonra Təqsirləndirilən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həkimin iştirakı ilə yaşadığı ünvana geri qaytarıldı. Cinayət işinin 48-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 7864-65-ci vərəqəsində olan 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-41-ci vərəqələrində olan Bərdə RMX X8 Laboratoriya Şöbəsinin COVİD-19 üçün götürülmüş müayinələrin qeydiyyat jurnalından görünür ki, Təqsirləndirilən şəxs 01.04.2021-ci il tarixdə analiz götürülmüş və məlumat verilməsi üçün ***-***-**-** mobil nömrəsi qeyd olunmuşdur. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun məhkumluğu olmamışdır. Cinayət işinin 70-ci vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumluğunun olmamasını, ailəli olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar