Məhkəmə qərarları › İş №1(021)-141/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-141/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-141/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən, 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 325 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Füzuli küçəsi ev 87 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, 15 iyun 2025-ci il tarixdə, saat 0720 dəqiqədən, 0735 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi ev 87 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərində olan yorğan-döşəyin arasından 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində satış məqsədi ilə saxladığı təmiz çəkisi 325 qram çəkidə bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 3-4 aydır ki, cəzaçəkmə müəssisəsindən çıxmışdır. 15 iyun 2025-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı Bərdə şəhəri ünvan 2 ünvanında yerləşən evlərində yatmışdır. Qəflətən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə girmişlər. Bir kisə narkotik vasitəni qarşısına qoyaraq narkotik vasitənin onun olmasının boynuna almasını bildirmişlər. Polis əməkdaşlarına narkotik vasitənin onun olmadığını bildirmişdir. Polis əməkdaşları əgər etiraf etməsə onu narkotik satan kimi həbs edəcəklərini demişlər. O da məcbur olub, belə ifadə vermişdir. Əslində isə o narkotik istifadəçisi olsa da, evində aşkar edilmiş narkotik vasitə onun olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilir. Narkotik istifadəçisidir, lakin satan deyil. Onların evində narkotik vasitə olmamış, narkotiki polislər gətirib evlərinə qoymuşdur. Evdə anası, arvadı, uşaqları və özü yaşayır. Polislər evlərinə gələndə arvadı və uşaqları atası evində olmuş, evdə anası ilə özü olmuşdur. Anası başqa otaqda olmuş, hadisəyə şahid olmamışdır. Anası ilə evdə yatmış, səs-küy eşitmişlər ki, qonşunun evi yanır, kömək edin. X9 əməliyyatçılarını görmüş, narkotik istifadəçisi olduğundan qorxub qaçmışdır. Təxminən 50-60 metr qaçandan sonra polislər onu tutmuşlar. Polis əməkdaşlarından əməliyyatçı Bəhruzu tanımışdır. Hadisə 14 iyun 2025-ci ildə baş vermişdir. Qapılarını döyənlərin polislər olduğunu görüb qaçmış, yolda yıxılmış, gözündən və qolundan xəsarət almışdır. Lakin həmin vaxt onun üzərində narkotik olmamışdır. Bu halı ilə cəmiyyətə yararsızdır, ona görə də təqsirlidir. Polis əməkdaşları ona sillə, təpiklə vurmuşlar ki, onların dedikləri ilə razılaşsın. Lakin kimlərin vurmasını bilməmişdir. Polis əməkdaşları onu yüngül vurmuş, xəsarət almamışdır. Narkotik ağ rəngli sellofan kisədə olmuş, onu otağa kimin gətirdiyini bilməmişdir. O, narkotik vasitə satmamışdır. Ancaq narkotik vasitənin istifadəçisidir. Narkotik vasitədən istifadə etdiyinə görə əməlindən peşmandır. Polis əməkdaşları onu evə gətirmişlər. Həmin vaxt anası oyaq olmuş, qapını anası açmışdır. Onlar evdə olarkən iki nəfər polis əməkdaşı çöldə olan maşından bir kisə narkotik gətirmiş və ona bildirmişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlayacaqlar. O da özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Narkotik istifadəçisidir, mülalicəyə ehtiyacı var. İbtidai istintaq zamanı müdafiəçisi ilə görüşmüşdür. Barəsində həbs qətimkan tədbiri seçilərkən bilmişdir ki, ona CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Ailəlidir, iki azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan övladı var. Atası vəfat etmiş, xəstə anasıda onun himayəsində yaşayır. Dəmir satıb uşaqlarına baxır. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bərdə şəhəri Füzuli küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 15 iyun 2025-ci il tarixdə saat 0710 radələrində əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupuna özü başçılıq etmişdir. O, polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs onları görüb qacmağa cəhd etmiş, sonuncunu tutub evə qaytarmışlar. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə əldə edib, satması barədə məlumat olduğunu bildirib, narkotik vasitəni könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs yataq otağında çarpayının üstündə olan yastığın aldından sellofan torbada olan narkotik hesab olunan marixuananı təqdim etmişdir. Təqdim olunmuş marixuana çəkilmiş, 330 qram olmuşdur. Evdə axtarış aparılmış, başqa qanunsuz əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Sonuncunun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Eldənizdən başqa evdə kimsə olmamış, ailə üzvlərini görməmişdir. Eldənizin heroin əldə edib, saxlaması barədə məlumat olmuş, lakin onlar marixuana aşkar etmiş, heroin tapa bilməmişlər. Təqsirləndirilən şəxs döyməmiş, başqa təsir göstərməmişlər. Təqsirləndirilən şəxs onun xidmət apardığı ərazidə yaşayır, onun barəsində çoxsaylı şikayətlər var, yaşadığı küçənin sakinləri onun uşaqları narkotiklə zəhərlədiyi barədə şikayətlər edirdilər. Sonuncunun narkotik satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və Bərdə Rayon Polis Şöbəsinin YYÇPİTQ-nun inspektoru vəzifəsində işləyən Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunli ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş X4 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, sonuncu narkotik aludəçisidir, xəstədir. Eldəniz və ailəsi ilə eyni evdə yaşayır. 15 iyun 2025-ci il tarixdə evdə o öz otağında, Elgiz də öz otağında yatdıqları vaxt, sübh çağı qapı döyülmüş, baxanda polis əməkdaşlarının olduğunu görmüşdür. Eldənizin üç uşağı var, hadisə günü Eldənizin uşaqları və arvadı qayınatası evində olmuşlar. Polislər qapını döyərkən qonşuda ev yandığını bildirmişlər. Həmin vaxt gələnlərin polis əməkdaşları olduğunu bilməmiş və qapını özü açmışdır. Polisləri görəndə özünü pis hiss etmiş, ona görə də Eldənizin otağına keçməmişdir. Evlərinə təxminən 15 nəfər polis əməkdaşı gəlmiş, bundan həyəcanlanmışdır. Sonra onu polis maşını ilə polis şöbəsinə aparmış, az sonra onu evə qaytarmışlar. Polis əməkdaşları onların evində təxminən 10-15 dəqiqə olmuşlar. Polis əməkdaşları onların evinə girəndə əllərində heç nə olmamışdır. Əslində, onların evində narkotik vasitə olmamışdır. Eldəniz narkotik vasitədən istifadə etmiş, iynə vurmuşdur. Lakin Eldəniz evə narkotik vasitə gətirməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 15 iyun 2025-ci il tarixli, 16/549 saylı Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində imzalar olan sellofan bağlamadakı təmiz çəkisi 325 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Qeyd: Marixuananın ümumi təmiz çəkisi 325 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 324,9 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 28 iyul 2025-ci il tarixli, 1176 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 17 iyun 2025-ci il tarixli, 471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ üst göz qapağı nahiyəsinin, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli 18-1-28/2-1453/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın X1 və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində və yaşadığı evdə narkotik vasitə olmadığını, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə girərərək bir kisə narkotik vasitəni qarşısına qoyaraq narkotik vasitənin onun olmasını boynuna almasını, etiraf etməsə onu narkotik satan kimi həbs edəcəklərini bildirmişdir. Qeyd edilən hal ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, lakin müdafiəçisinə (vəkilinə) narkotik vasitənin əslində ona məxsus olmaması və onun evinə və ya üzərinə polis əməkdaşları tərəfindən qoyulması, habelə digər qaydada qanunsuz təzyiq və ya təsirə məruz qalması, o cümlədən, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən, ümumi təmiz çəkisi 325 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Füzuli küçəsi ev 87-də saxlaması işin gerçək halları ilə təsdiq olunsa da, həmin narkotik vasitələri məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Bu, aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaradır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə bükümlər halında deyil, sellofan torbanın içərisində bir bükümdə olmuşdur. Eyni növdən olan narkotik vasitənin çəkisinin bir qədər çox olması isə həmin narkotik vasitənin mütləq mənada satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. Qeyd edilməli haldır ki, təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunan vaxt ondan narkotiklərin satışı üçün istifadə edilən elektron tərəzi aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 28 iyul 2025-ci il tarixli, 1176 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinə əsasən qurudulmuş marixuana (kannabis) 5 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar sayılır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən, ümumi təmiz çəkisi 325 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Füzuli küçəsi ev 87 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlaması, 15 iyun 2025-ci il tarixdə, saat 0720 dəqiqədən, 0735 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə şəhəri Füzuli küçəsi ev 87 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərində olan yorğan-döşəyin arasından 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində satış məqsədi olmadan saxladığı təmiz çəkisi 325 qram çəkidə bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İstinad edilən normanın mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli 2059 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi ev 87-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE seriyalı 11738803 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11738837 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası Təqsirləndirilən şəxs qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X7 xx.xx.2019cu ildə anadan olmuşdur. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda səhvini başa düşür və əməlindən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı, iki nəfər azyaşlı və bir nəfət yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 11 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs: -Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə cəza müddəti başa çatdığına görə azad edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 02 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və üzərində 01 il 06 ay 02 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər CM-nin eyni və müxtəlif maddələri ilə məhkum olunması onu göstərir ki, həmin hökmlərlə təyin edilmiş cəzaların Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və sonuncu ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 16 iyun 2025-ci il tarixli, 4(021)-95/2025 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 15 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 15 iyun 2025-ci il tarixli 16/549 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 324,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 324,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar