Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-142/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bərdə rayonu, Qaz idarəsində çilingər vəzifəsində işləyən, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının ortalarında Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 7 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qram olan narkotik təbiətli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 04 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində kultivasiya edilmiş xeyli miqdarda yəni, 7 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu¸ Hacallı kəndində yaşayır. 2008-ci il tarixdə Şahid5 Sabur qızı ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2009cu il təvəllüdlü X10, 2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. İİ qrup əlildir, Bərdə rayonu, Qaz idarəsində çilingər vəzifəsində işləyir. Təxminən 2 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. 2023-cü ilin mart ayının ortalarında xatırlamadığı gündə yaşadığı Bərdə royonu, Hacallı kəndi ərazisindən yerdən 1 (bir) büküm tapmışdır. Həmin bükülünün içərisində isə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananın olduğunu və narkotik vasitə olan bitki tərkibli 10 ədəd toxumların olduğunu görmüşdür. O, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsi ilə çəkmə yolu ilə istifadə etsə də lakin həmin 10 ədəd toxumları əkmək qərarına gəldiyi üçün yaşadığı evdə saxlamışdır. Lakin bu barədə ailə üzvlərinin və ya hər hansı bir şəxsin məlumatı olmamışdır. Təxminən 2-3 ay əvvəl yəni 2024-cü ilin mart ayında həmin 10 ədəd toxumları yaşadığı evin həyətyanı sahəsində gizli şəkildə torpağa əkmişdir. Bundan sonra həmin toxumlara vaxtı-vaxtında su tökməyə başlamışdır. Həmin toxumlar cücərdikdən sonra 07 (yeddi) ədəd narkotik tərkibli kolların əmələ gəldiyini görmüşdür. Qeyd etdiyi kollara xüsusi qaydada qulluq göstərməyə davam etmişdir. Lakin 04 iyun 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin yaxınlığında olan zaman 3-4 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, həyətində narkotik vasitə əkməyində şübhəli olduğunu, bu səbəbdən yaşayış evinə keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, da polis əməkdaşlarına səmimi olaraq etiraf edib yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat vermişdir. Bundan sonra o, yaşadığı evə baxışın keçiriləcəyi barədə etirazının olmadığını bildirməyi ilə bağlı ərizəsi alınmışdır. Sonra isə yaşadığı evin həyətində əkib becərdiyi narkotik bitkilərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin 7 ədəd kollar torpaq kök boğazından çıxarıldıqdan sonra polis əməkdaşlarının yanında gəlmiş olan aqronom Şahid4 həmin kollara baxıb bitkilərin aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə kolları polis əmkədaşları tərəfindən ayrı-ayrılıqda ölçülməyə başlanılmışdır. Həmin vaxt 1-ci kolun uzunluğu 46 sm, 2-ci kolun uzunluğu 125 sm, 3-cü kolun uzunluğu 140 sm, 4-cü kolun uzunluğu 167 sm, 5-ci kolun uzunluğu 123 sm, 6-cı kolun uzunluğu 100 sm və 7-ci kolun uzunluğu isə 160 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 7 ədəd kollar ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. O, əkmiş olduğu həmin narkotik vasitə olan bitki tərkibli kolları öz şəxsi istifadəsi üçün əkib becərmişdir. Həmin vaxt o, polis əməkdaşlarına qeyd olunan kollardan hər hansı şəxsə vermədiyini və satmadığını demişdir. Bundan sonra yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokolun düzgünlüyünü o, baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan başqa bildirmişdir ki, o, həmin narkotik tərkibli çətənə bitkilərin toxumlarını təxminən 2023-cü ilin mart ayının ortalarında yaşadığı Bərdə rayonu, Hacallı kənd ərazisindən tapmışdır. O, həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün toxumlarını həyətyanı sahəsində torpağa əkmiş, həmin narkotik tərkibli kollar inkişaf etdikdən sonra, özü üçün istifadə etməli olacaqdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimdən narotik vasitə və ya psixotrop maddə almamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul etməyini heç kim bilməmişdir. Belə ki, o, mütəmadi olaraq təxminən 2 il olar ki, narkotik vasitə olan qurudulmuş mariuxandan gizli şəkildə istifadə edir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq göstərilməmiş, hər hansı bir şikayət və tələbi yoxdur. Etmiş olduğu cinayət əməlinə görə peşmandır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X4 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 04 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayonu, Hacallı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və X7 aqrotexnik vəzifəsində işləyən Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkibbecərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması qərarla tanış etmişlər. Bundan sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə bitişik olan qamışdan inşa edilmiş tikilini göstərib narkotik tərkibli çətənə bitkilərini həmin tikilinin arxa hissəsində əkməsi barədə məlumat vermişdir. Həmin yerə baxış keçirilərkən 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkilərin olması müəyyən edilmişdir. Həmin vaxt aqrotexnik Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olduğunu demişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə bitkilər tərəflərindən torpaqdan çıxarıldıqdan sonra ayrı-ayrılıqda ölçülərkən 1-ci bitkinin uzunluğu 46 sm, 2-ci bitkinin uzunluğu 125 sm, 3-cü bitkinin uzunluğu 140 sm, 4-cü bitkinin uzunluğu 167 sm, 5-ci bitkinin uzunluğu 123 sm, 6-cı bitkinin uzunluğu 100 sm və 7-ci bitkinin uzunluğu isə 160 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən həmin 7 (yeddi) ədəd bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs 2 ay əvvəl həmin bitkiləri öz şəxsi istifadəsi üçün əkibyetişdirdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldığı üçün tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) qutu «Sobranie» markalı siqaret qutusunu və 1 (bir) ədəd özünə məxsus əllik vəsiqəsini çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sadə «Nokia-1200» markalı mobil telefon, şalvarının arxa cibindən 1 (bir) ədəd 5 manatlıq pul əskinazı və 1 (bir) ədəd 50 qəpik dəmir pul əskinazı aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan əşyalardan başqa digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd 5 manatlıq pul əskinazı və 1 (bir) ədəd 50 qəpik dəmir pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılıb verilmişdir. Lakin həmin 1 (bir) ədəd qara rəngli sadə «Nokia-1200» markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən Anar Məmmədova və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olubolmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 07 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X8 Mərkəzində aqrotexnik vəzifəsində işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 23 mart 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Hacallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. Buna görə də o, baxış keçirilməsində aqronom kimi iştirak etmək üçün həmin gün saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə bitişik olan qamışdan inşa edilmiş tikilini göstərib narkotik tərkibli çətənə bitkilərini həmin tikilinin arxa hissəsində əkməsi barədə məlumat vermişdir. Həmin yerə baxış keçirilərkən 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkilərin olması müəyyən edilmişdir. O, bitkilərə baxıb qulluq edildiyini demişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan çıxarılmış və sayılaraq ümumi 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi olması müəyyən edilmişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə bitkiləri polis əmkədaşları tərəfindən ayrı-ayrılıqda ölçülərkən 1-ci bitkinin uzunluğu 46 sm, 2-ci bitkinin uzunluğu 125 sm, 3-cü bitkinin uzunluğu 140 sm, 4-cü bitkinin uzunluğu 167 sm, 5-ci bitkinin uzunluğu 123 sm, 6-cı bitkinin uzunluğu 100 sm və 7-ci bitkinin uzunluğu isə 160 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 7 (yeddi) ədəd bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə edilməsi barədə sorğu edilmiş, Təqsirləndirilən şəxs isə 2 ay əvvəl həmin bitkiləri öz şəxsi istifadəsi üçün əkib-yetişdirməsi, hər hansı bir şəxsə verməməsi və satmaması barədə məlumat vermişdir. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolun düzgünlüyünü imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs, uşaqları X5 və X13 ilə birlikdə Bərdə rayonu, Hacallı kəndində yaşayır. O, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs yaşadıqların evin həyətində narkotik vasitə əkib-becərməsi barədə əvvəlcədən onun məlumatı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs gizli şəkildə həyətyanı sahədə ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərmişdir. 04 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Belə ki, o, həmin gün atasıgilə getdiyi üçün evdə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olubolmaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Bərdə rayon Polis şöbəsinin X2 baş inspektor-kriminalisti vəzifəsindəişləyir. 04 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayonu, Hacallı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsinə əkib-becərməsi barədəəməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumilikdə 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkilərinin aşkar edilərək götürülməsi ilə bağlı bildirmişdir ki, 04 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və X7 aparıcı aqronom mütəxəssisi Şahid4 iştirakı ilə baxış keçirilən zaman fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə bitişik olan qamışdan inşa edilmiş tikilinin arxa hissəsindən uzunluğu 46 sm, uzunluğu 125 sm, uzunluğu 140 sm, uzunluğu 167 sm, uzunluğu 123 sm, uzunluğu 100 sm və uzunluğu isə 160 sm ölçüdə olması müəyyən edilən ümumilikdə 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməkləşəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) qutu «Sobranie» markalı siqaret qutusunu və 1 (bir) ədəd özünə məxsus əllik vəsiqəsini çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sadə «Nokia-1200» markalı mobil telefon, şalvarının arxa cibindən 1 (bir) ədəd 5 manatlıq pul əskinazı və 1 (bir) ədəd 50 qəpik dəmir pul əskinazı aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan əşyalardan başqa digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd 5 manatlıq pul əskinazı və 1 (bir) ədəd 50 qəpik dəmir pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılıb verilmişdir. Lakin həmin 1 (bir) ədəd qara rəngli sadə «Nokia-1200» markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən Anar Məmmədova və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi iləəlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 05 iyun 2024-cü il tarixli 16/646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 7 ədəd narkotik vasitə hesab edilən marixuana bitkisinə bənzər kollar» yazı və imzalar olan 2 (iki) ədəd sintetik kisələrdən ibarət bağlamadakı, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi 1100 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronum) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin X7 xx.xx.2024cü il tarixli rəyindən görünür ki, həmin mərkəzin aqronumu Şahid4 iştirakı ilə Bərdə rayonu, Hacallı kənd sakini Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə əkilmiş 7 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Baxış keçirilən zaman əkilmiş 7 ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun qulluq olunması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncəşəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2024-cü il tarixli, 1081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş «baxış keçirilməsi haqqında» 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yardımçı tikiliyə bitişik olan qamışdan inşa edilmiş tikilinin arxa hissəsindən ümumilikdə 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkilərin olması, həmin nakotik tərkibli çətənə bitkilərin torpaqdan çıxarılması, ayrı-ayrılıqda ölçülərkən 1-ci bitkinin uzunluğu 46 sm, 2-ci bitkinin uzunluğu 125 sm, 3-cü bitkinin uzunluğu 140 sm, 4cü bitkinin uzunluğu 167 sm, 5-ci bitkinin uzunluğu 123 sm, 6-cı bitkinin uzunluğu 100 sm və 7ci bitkinin uzunluğu isə 160 sm olması müəyyən edilir və həmin narkotik tərkibli çətənə bitkiləri götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 05 iyun 2024cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 23 dəqiqə 53 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə yaşadığı Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı evdən ümumilikdə 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə haqqında» 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 05 iyun 2024cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 10 dəqiqə 22 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə Bərdə rayon Polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməməsi faktı öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş 24 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Bərdə rayonu, Hacallı kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-in Polilinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Mehdixanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 07 iyun 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1949-cu il təvəllüdlü atası X11, həyat yoldaşı 1986-cı il təvəllüdlü Şahid5, 2009-cu il təvəllüdlü oğlu X5 və 2011-ci il təvəllüdlü qızı X12 ilə Bərdə rayonu, Hacallı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 1 azyaşlı uşağı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumilikdə 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkilərin toxumlarını əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticəəldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisini əkib-becərməklə kultivasiyası ilə məşğul olması müəyyən edilmiş, lakin narkotik vasitə və onun prekursorlarının alqı-satqısı ilə məşğul olması və digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 295903 saylı vəsiqənin surətindən görünür ki, o İİ qrup (ümumi gözdən) əlildir. Cinayət işi materiallarından görünür ki, 04 iyun 2024-cü il tarixdə, saat 13:10 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdəşübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, 06 iyun 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs, tərəfimdən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarından görünür ki, 06 iyun 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs o, 2024-cü ilin mart ayının ortalarında Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 7 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qramolan narkotik təbiətli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 04 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində kultivasiya edilmiş xeyli miqdarda yəni, 7 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs o, 2024-cü ilin mart ayının ortalarında Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 7 (yeddi)ədədümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qramolan narkotik təbiətli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 04 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində kultivasiya edilmiş xeyli miqdarda yəni, 7 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 1100 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-cimaddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1cimaddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində 1 azyaşlı uşağın olması və İİ qrup əlil olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 1099,86 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 1100 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq 1099,86 qram olan narkotik vasitə - bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 30.40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 04 iyun 2024-cü il tarixdə 05 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Hacallı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1099,86 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-142/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-142/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver