Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-143/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bərdə rayonunun Şərəfli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 16 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2012-ci il tarixdə anadan olmuş X5 və 28 aprel 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 may 2016-cı il tarixdən etibarən hər uşağa görə 117 (bir yüz on yeddi) manat olmaqla, hər ay cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində sabit aliment pulun Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 24 fevral 2020-ci il, 12 may 2020-ci il, 07 sentyabr 2020-ci il və 12 yanvar 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızı ilə 12 aprel 2011-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18 iyul 2012-ci il tarixdə Tunar və 28 aprel 2014-cü il tarixdə isə Tuncay adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 24 oktyabr 2016-cı ildə rəsmi boşanmışlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsi ilə 18 iyul 2012ci il tarixdə anadan olmuş Tunarın və 28 aprel 2014-cü il tarixdə anadan olmuş Tuncayın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 27 may 2016-cı il tarixdən etibarən hər uşağa görə 117 (bir yüz on yeddi) manat olmaqla, hər ay cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 11 yanvar 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək tələbkar Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına 9800 (doqquz min səkkiz yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, imkanı olmadığından indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş edə bilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızı teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 o, Bərdə Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsi ilə 18 iyul 2012-ci il tarixdə anadan olmuş Tunarın və 28 aprel 2014-cü il tarixdə anadan olmuş Tuncayın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 27 may 2016-cı il tarixdən etibarən hər uşağa görə 117 (bir yüz on yeddi) manat olmaqla, hər ay cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək tələbkar Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına 9800 (doqquz min səkkiz yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Bərdə Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. O icra məmuru Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi matrriallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat 27 may 2021-ci il tarixdə dayandırılmışdır. Cinayət işi matrriallarından görünür ki, 16 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs DİN-nin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təqdim edildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işi matrriallarından görünür ki, 16 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi matrriallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə proseslərindən yayındığı üçün barəsində 13 avqust 2021-ci il tarixdə məcburi gətirilmə haqqında qərar elan edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Daxili X10 Rayon Polis Şöbəsinin 28 sentyabr 2021-ci il tarixli, 138-33824-1221 saylı məktubdan görünür ki, Bərdə Rayonu Xanərəb kəndində yaşayan Təqsirləndirilən şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanmış, yaşadığı ünvana gedilmiş, lakin buna baxmayaraq onun Bərdə Rayon Məhkəməsinə tapılıb gətirilməsini tərflərindən təmin etmək mümükün olmamışdır. Cinayət işi matrriallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində Bərdə Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 1(021)-143/2021 saylı qərarı ilə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat 28 sentyabr 2021-ci il tarixdə dayandırılmışdır. İş materialarında olan Azərbaycan Respublikası Daxili X10 Rayon Polis Şöbəsinin 05 oktyabr 2021-ci il tarixli, 138-33663-1211 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün 05 oktyabr 2021-ci il tarixdə 300747 nömrəli axtarış işi açılmışdır. İş materialarında olan Azərbaycan Respublikası Daxili X10 Rayon Polis Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 138-35416-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə Bərdə Rayon Polis X3 Yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs barəsində olan 300747 nömrəli axtarış işi xitam olunmuşdur. İş materialarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının 25 oktyabr 2021-ci il tarixli, 5536 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarına əsasən həbs edilərək 25 oktyabr 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hesabına müəssisəyə daxil olmuşdur. Cinayət işi materiallarında əlavə edilmiş 03 iyun 2020-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Bərdə Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və mərkəz tərəfindən iş axtaran kimi qeydiyyata alınaraq ona müəyyən iş təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə ona təklif olunmuş həmin işdən imtina etmişdir. Cinayət işi materiallarından görünür ki, borclu Təqsirləndirilən şəxs ünvanlanmış çağırış vərəqələrindən, edilmiş rəsmi xəbərdarlıqlardan, tərtib olunmuş aktlardan, alınmış izahatlardan, Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati Ərazi Dairəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Xanərəb kəndində yaşayır. Beləliklə, istintaqda sübut edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 18 iyul 2012-ci il tarixdə anadan olmuş X5 və 28 aprel 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 may 2016-cı il tarixdən etibarən hər uşağa görə 117 (bir yüz on yeddi) manat olmaqla, hər ay cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində sabit aliment pulun Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 24 fevral 2020-ci il, 12 may 2020-ci il, 07 sentyabr 2020-ci il və 12 yanvar 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə niyə cərimə, eləcə də, azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(010)-6620/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 24 fevral 2020-ci il, 12 may 2020-ci il, 07 sentyabr 2020-ci il və 12 yanvar 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Məmmədova (Hacıyeva) Gülçöhrə Yasən qızına həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə və istintaqdan qaçıb qizlənməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, məhkəmə qərarının icra edilməməsinə görə əvvəllər dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsini, məhkəmə araşdırması zamanı aliment borcunun ödənilməsi üçün heç bir cəhd edilməməsini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-143/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-143/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver