Məhkəmə qərarları › İş №1(021)-143/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-143/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-143/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Qurbanov Nəsrəddin Lətif oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə rayonu Mollaisalar kəndində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Mollaisalar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısından keçən kəndarası yolda hadisədən təxminən 1 ay əvvəl qardaşı Şahid3 Şamil oğlunun az yaşlı övladlarına Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bel ilə onu vurmaq istəməsinə əsəbləşib qisas almaq niyyəti ilə əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya burun nahiyəsinin şişkinliyi, qançırı, sıyrığı, burun tənəffüsünün çətinləşməsi ilə burun çəpərinin sol yerdəyişməsi, burun sümüyünün yerdəyişən sınığı, alın, sağ mil-bilək oynağı, sol kürəküstü, sol kürək nahiyələrinin sıyrıqları, ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atası Şamilin xalası oğlu olmaqla onun qonşusudur. Sədirəddin ilə onun ailəsinin arasında ədavət var. Sədirəddin ilə qonşulaqda yaşadığı dövürdə Sədirəddin çəpərin çəkilməsi ilə bağlı onun yaşadığı evin həyətinə iddiaları olmuş, Ali Məhkəmədə onların xeyrinə qərar vermişdir. O, təxminən 2018-ci ilin əvvələrindən Moskva şəhərinə işləməyə getmişdir. O, Rusiya Federasiyası Moskva şəhərində yarmarkada yük daşıyan işləmişdir. 2022-ci ilin aprel ayının əvvələrində o, Moskva şəhərindən yaşadığı kəndə qayıtmışdır. O, yaşadığı evə gəldikdə qardaşı Murad ona Sədirəddin ilə aralarında bu ilin mart ayında mübahisə olmasını, həmin mübahisə zamanı isə Sədirəddin övladlarına və anası Kəmaləyə söyməsini demişdir. O, 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində qardaşı övladlarını məktəbə aparmışdır. O, yaşadığı evin küçəsində Sədrəddin ilə görüşmüş və Sədrəddinə: “Salam. Sədirəddin əmi uşaqları söymüsən, nahaq elə söyüş söymüsən.”- demişdir. Bundan sonra Sədirəddin ona salam verməyərək bacısı Tünzaləni çağırmışdır. O, Sədirəddinin yaxasından tutaraq qışqırmamasını demişdir. Sədirəddin əlində olan dəhləni qaldıraraq onu vurmaq istəmişdir. Sədirəddin ona dəhlə ilə vurmaq istəmişdir. Bu zaman Sədirəddin qazma beli əlinə almışdır. O, Sədirəddini iki əlindən tutmuşdur. O, bundan sonra Sədirəddin boğazından əli ilə tutmuşdur. O, əlini boşaldanda Sədirəddin yenidən əlinə qazma bel almışdır. O, sol əli ilə yavaş-yavaş Sədirəddin qazma beli yerə atsın deyə vurmuşdur. Sədirəddin qazma beli yerə atmaq əvəzinə onu qazma bel ilə vurmaq istəmişdir. O, bu səbəbdən əsəbləşib Sədirəddinin qazma beli yerə atmadıqda o, sol əli ilə Sədirəddinin sifətindən bir dəfə vurmuşdur. Bu zaman Sədirəddin yerə yıxılmışdır. O, Sədirəddin yerə yıxıldıqda Sədirəddinə onun ailəsinə söyməməsini demişdir.Həmçinin Təqsirləndirilən şəxs öz ifadəsində göstərdi ki, mübahisə yaşadığı evin qarşısından keçən küçədə 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə küçədə olmuşdur. Polis əməkdaşları hadisə yerinə gəldikdə Sədirəddinin burnundan axan qanı küçədə aşkar etmişlər. Sədirəddin yalan danışır. O, Sədirəddini küçədə vurmuşdur. Xalid adlı şəxs ona hər hansı bir sifariş verməmişdir. Onun Xalid adlı şəxs ilə yaxından heç bir münasibəti olmamışdır. O, Sədirəddinin tibbi ekspertiza rəyi ilə tanış olmuşdur. Sədirəddini o, vurduqdan sonra yerə yıxılmışdır. Bu zaman Sədirəddinin bədəninin digər yerlərində xəsarətlər aşkarlanmışdır. Təqdim edilən DVD disk ilə tanış olmuş, videogörüntülərdə Zərərçəkmiş şəxs onun zərbəsindən sonrakı halıdır. Hadisə zamanı orada Rəhim adlı qonşu, sonradan isə Sədirəddinin bacısı Tünzalə gəlmişdir. Sədirəddin onun qardaşı övladlarını söyüşlə söyməsinə, onu qazma bel ilə vurmaq istədiyi üçün o, əsəbləşib əli ilə Sədirəddini vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, o, qardaşı Nəsrəddin ilə birlikdə Bərdə rayonu, Mollaisalar kəndində yaşayır. Təxminən 2017-ci ilin yanvar-ferval aylarından onun qonşusu Şamil və Şamilin arvadı Kəmalə ilə Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin çəpərinin yeri üstündə mübahisəsi yaranmışdır. Şamil və Kəmalə onun və Nəsrəddinin yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsinə girirək onun yaşadığı evin torpağını zəbt etməklə çəpər çəkmişlər. O, dəfələrlə Şamil və Kəmaləyə çəpəri qanuni olaraq mişar daşından çəkməyi təklif etmişdir. Lakin Kamələ və Şamil onunla razılaşmamışlar. Onun qardaşı Nəsrəddin mülkiyyətçi olaraq Kəmalə və Şamili mülki qaydada məhkəməyə vermişdir. Bu zəmində onun Şamilin oğlu Murad ilə mübahisəsi olmuşdur. Lakin o, Muraddan polisə şikayət etməmişdir. Şamil onun xalası oğludur. Buna baxmaraq Kəmaləyə görə onun torpaq üstündə Şamil ilə mübahisəsi olmuşdur. Onun Şamil və Şamilin ailəsi ilə düşmənçiliyi və ədavəti olmuşdur. 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı Bərdə rayonu, Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin həyətində həyətyani torpaq sahəsini arx vasitəsilə əlində olan qazma bel ilə suvarmışdır. Bu zaman evin həyətyani torpaq sahəsinə qapını açıb Şamilin oğlu Elmirin girməsini görmüşdür. O, Elmirin həyətə girməsinə etiraz etməmişdir. Elmir onun yanına gəlmiş və ona salam vermək istəmişdir. O, Elmirə salam vermək istəmədiyini demişdir. Bu zaman Elmir onun əllərindən tutmuş, əlində olan qazma beli almış və sonradan boyun nahiyəsindən tutaraq başını aşağı əymişdir. Başını əli ilə aşağı əydikdən sonra ilk olaraq dizi ilə, sonradan isə əlləri ilə onun baş, sifət və burun nahiyəsindən, sonradan isə kürək və sağ əl nahiyəsindən vurmuşdur. Bu zaman evdə olan bacısı Elmiri ondan ayırmağa gəlmişdir. Onu vuran zaman onun gözlərim qaralmış və evin piləkənlərinə yaxınlaşaraq piləkənlərdə oturmuşdur. Bir müddət sonra o, gözünü açdıqda Təcili tibbi yardım avtomobilinin gəlməsini görmüşdür. Onu Təcili tibbi yardım avtomobili ilə Bərdə RMX-nın Diaqnostika Mətkəzi PHŞ gətirmişlər. Bərdə rayon icra hakimiyyətində çalışan X1 qohumudur. Onun eşitdiyinə görə Xalidə güvənərək və Xalidin sifarişi ilə Elmir onu vurub döymüşdür. Həmçinin Xalidin yeznəsi Vüsal onu xəstəxanada müalicə almağa qoymamışlar. O, xəstəxanaya müraciət etdikdə, Vüsal diaqnostika mərkəzində olan həkimlərə ona tibbi yardım göstərilməməsini tapşırmışdır. Həmçinin Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Mollaisalar kəndində yerləşən evin həyətində Elmir əli və ayağı ilə onu bədəninin müxtəlif yerlərinə, xüsusən sifətinə vuraraq xəsarət yetirmişdir. Elmir onu vurduqdan sonra o, kürəyi üstə yerə yıxılmış, həmin vaxt kürək nahiyəsindən xəsarət almışdır. Onun və Elmirin arasında mübahisə Elmirgilin ailəsi onun torpaq üstündə yaranmış düşmənçilik və ədavət olmuşdur. Elmirin onun yaşadığı evə gəlib getmişdir. O, Elmirin onun evinin həyətinə daxil olmasına etiraz etməmişdir. Onun Elmirin ailəsi ilə düşmənçiliyi var. Lakin o, Elmirin ailəsini söyməmişdir. Onu Elmir vurduqdan sonra o, huşunu itirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs onun qohumudur, həmçinin qonşudur. Onun Elmir ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, lakin Elmirin anası ilə onun torpaq üstündə ədavəti var. Həmin torpaq mübahisəsi üstündə həmçinin qardaşları Nəsrəddin və Sədirəddinin Elmirin ailəsi ilə düşmənçiliyi var. 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində o, Bərdə rayonu Mollaisalar kəndində yerləşən evin içərisində ev işləri görmüşdür. Bu zaman Sədirəddin evdə olmamışdır. Qəflətən Sədirəddinin onu çağırmasını eşitmişdir. Sədirəddin səsini çıxdıqda o, Sədirəddinin evin həyətində yerə yıxılmasını və Elmirin Sədirəddinin başının üstündə dayanmasını görmüşdür. O, Sədirəddinin burnundan qan axmasını görüb Sədirəddini evin içərisinə dartıb gətirmişdir. Bu zaman qonşunun uşağı Rəhimi köməyə çağırmışdır. O, bu zaman təcili tibbi yardıma zəng etmişdir. Sonradan isə mobil telefon ilə Sədirəddini çəkmişdir. Həmin videogörüntüləri təqdim etmişdir. Həmçinin Şahid1 öz ifadəsində göstərmişdir ki, o, hadisənin necə baş verməsini görməmişdir. O, hadisə zamanı evdə olmuşdur. O, hadisədən sonra Sədirəddini görmüşdür. O, Xalidin bu işi sifarişlə yerinə yetirməsində şübhələnir. Sədirəddin sifəti qanlar için yaşadığı evin həyətində olmuşdur. Hadisə yerində heç kim olmamışdır. O, sonradan qonşu Rəhimi çağırmışdır. Sədirəddin ilə Elmirin əvvəllər mübahisəsi olmamış, lakin Elmirin ailəsi ilə Sədirəddin mübahisəsi çox olmuşdur. Lakin bu barədə Sədirəddin polisə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri Şəmilin xalası oğlu olmaqla onun qonşusudur. Sədirəddin ilə onun ailəsinin ədavəti var. Sədirəddin ilə qonşulaqda yaşadığı dövürdə Sədirəddin çəpərin çəkilməsi ilə bağlı onun yaşadığı evin həyətinə iddiaları olmuş, həmin iddialar hal-hazırda Ali Məhkəmənin baxışındadır. 12 mart 2022-ci il tarixdə çəpərdən Sədirəddin onun az yaşlı nəvələrimi söyməsini eşitmişdir. O, çəpərdən Sədirəddinə hansı səbəbdən az yaşlı nəvələrini söyməsini soruşmuşdur. Sədirəddin onun şəhid olmuş qardaşını və qazi atasını söymüşdür. Bu zaman Sədirəddin onu söyüşlə təhqir etməyə başlamışdır. O, bu barədə DİN-nin 102-xidmətinə məlumat vermişdir. 05 aprel 2022-ci il tarixdə günorta saat 14 radələrində evə gəldikdə ona və Murada, nəvələrini məktəbə apardığı zaman Sədirəddin yaşadığı evin darvazasının qarşısında rastlaşmasını, bu zaman Elmir Sədirəddinə hansı səbəbdən nəvələrinə söyməsi barədə iradını bildirməsini, Sədirəddin ilə bu zaman Elmirin arasında mübahisə yaranmasını, mübahisə zamanı Elmiri Sədirəddin əlində olan qazma bel ilə vurmasını, Elmir isə cavab olaraq əli ilə Sədirəddini sifətindən vurmasını danışmışdır. Həmçinin Şahid4 öz ifadəsində göstərmişdir ki, o, hadisə zamanı yaşadığı evdə olmuşdur. Elmir ilə Sədirəddin arasında baş vermiş mübahisəni o, Elmirin danışdıqlarından öyrənmişdir. O, Elmir ilə Sədirəddin arasında baş vermiş mübahisə zamanı hər hansı bir səs-küy eşitməmişdir. Elmir ilə Sədirəddin arasında baş vermiş mübahisə zamanı o hadisə yerində olmadığından orada kimlərin olmasından xəbərim olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 Şamil oğlu Şahid4 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunuş Şahid5 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, uşaqlıqdan tanıyır. Onun Sədirəddin ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Lakin Sədirəddinin onun qohumları ilə münaqişəsi vardır. Onun qohumları ilə münaqişəsi zəminində Sədirəddin onunla da ədavət aparmaqdadır. Bu zəmində 07 iyun 2021-ci il tarixdə Sədirəddin onu döymüşdür. Onun döyülməyim ilə bağlı Bərdə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanmışdır. Sədirəddin ilə həmkəndlisi Elmirin arasında baş vermiş dava-dalaşdan onun heç bir xəbəri olmamışdır. O, sonradan kənd camaatından mübahisənin baş verməsini eşitmişdir. Onun mübahisənin necə baş verməsi, həmçinin mübahisənin hansı səbəbdən baş verməsi barədə heç bir məlumatı olmamışdır. Sədirəddin ona şər və böhtan atır. O, Sədirəddini sifarişlə döydürməmişdir. Əksinə Sədirəddin onu döymüş və o, Sədirəddinin onu döyməsi barədə ərizə ilə polisə məlumat vermişdir. Sədirəddinin necə döyülməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid6 Şahid1 ifadəsinə uyğun ifadəsi elan olundu. Cinayət işinin 147-148-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 169-170-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqnda iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-20-ci vərəqələrində olan “MTE və PA” birliyinin Bərdə rayonlararası şöbəsinin xx.xx.2022-ci il tarixli 210 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- burun nahiyəsinin şişkinliyi, qançırı, sıyrığı, burun tənəffüsünün çətinləşməsi ilə burun çəpərinin sol yerdəyişməsi, burun sümüyünün yerdəyişən sınığı “Septorinoplastika” cərrahi əməliyyatına ehtiyyac olması, alın, sağ mil-bilək oynağı, sol kürəküstü, sol kürək nahiyələrinin sıyrıqları, ənsə nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindın törənmiş, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 75-ci vərəqəsində olan Bərdə rayon Kolayır kənd İcra Nümyəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 38-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini X4 X7 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 530 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 39-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini X4 X7 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 583 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 190-197-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Şahid1 götürülmüş hadisədən sonra Zərərçəkmiş şəxs videogörüntülərini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qazma bel iş üçün hər hansı bir sübut əhəmiyyəti daşımadığından sahibinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 iyun 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. 01 ədəd qazma belin sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 01 ədəd qazma belin sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar