Məhkəmə qərarları › İş №1(021)-143/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-143/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-143/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Füzuli rayonu Aşağı Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Aşağı Yağlıvənd kəndində qeydiyyatda olan və Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Dolxanov X6 rayonu Mil qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən 2022-ci ilin əvvəllərində əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının tuşlayıcı-operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər hərbi rütbəsində xidmət edən Biləsuvar rayonu Bəydili kənd sakini Şahid2 ilə danışıb sonuncuya 1500 (bir min beş yüz) manat məbləğində pul ehtiyacının olduğunu, bu məqsədlə kreditə pul götürmək istədiyini bildikdə Şahid2 hüquq verən saxta sənəd satmaq qərarına gələrək kömək edə biləcəyini söyləyib, Şahid2 şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin fotoşəkillərini “Whatsapp” proqramı vasitəsilə ona göndərməsindən sonra Şahid2 onun hazırlayacağı hüquq verən saxta sənəd müqabilində "xxxx" QSC-nin Bərdə filialından 5500 (beş min beş yüz) manat kredit götürəcəyi və ona da 1500 (bir min beş yüz) manat pul verəcəyi barədə razılığa gəldikdən sonra o, istintaqa məlum olmayan tarixdə və üsulla bir ədəd üzərində Şahid2 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi ilə bağlı yanlış məlumatların qeyd olunduğu «ZH» seriyalı 003467 nömrəli saxta xidməti vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayıb 18 mart 2022-ci il tarixdə saat 11 radələrində Şahid2 "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında təqdim etmiş, Şahid2 bilə-bilə saxta sənəddən istifadə etməklə həmin bank filialından 5500 (beş min beş yüz) manat məbləğində kredit pul vəsaiti götürdükdən sonra əvvəlcədən razılaşdıqları qaydada Şahid2 həmin gün saat 15 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında 1500 (min beş yüz) manat pul müqabilində qanunsuz satmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Khazar" markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 2022-ci ilin əvvəllərində Beyləqan rayonunda tanımadığı şəxs avtomobilinə əyləşmiş və Beyləqan rayonu Daşburun dairəsi ərazisinə aparmasını xahiş etmişdir. Yolda həmin şəxs ona, kredit düzəldə bildiyini, əgər kredit götürmək lazım olarsa ona müraciət etməsini bildirmişdir. Həmin şəxsin mobil nömrəsini götürərək əgər lazım olarsa zəng edəcəyini demişdir. Həmin şəxsin mobil nömrəsini telefonuna qeyd etmişdir. Bir neçə gündən sonra tanımadığı şəxs ona WhatsApp vasitəsi ilə zəng edərək tanışlıq vermiş və kiməsə kredit lazım olub-olmadığını soruşmuşdur. Həmin şəxsə özünə pul lazım olduğunu bildirmişdir. Sonuncu ondan rəsmi gəliri olub-olmadığını soruşmuş, heç bir rəsmi gəlirinin olmadığını demişdir. Həmin şəxs ona daimi iş yeri yoxdursa kredit düzəldə bilməyəcəyini demiş, söhbət zamanı MAHHXHQ-na (müddətdən artıq həqiqi hərbi xidmətdə olan) kredit düzəldə bildiyini demişdir. Onların söhbətlərindən təxminən bir-iki ay sonra təsadüfən Şahid2 adlı hərbçi ilə tanış olmuş, sonuncunu taksi ilə istədiyi yerlərə aparıb gətirmişdir. Söhbət zamanı Şahid2 ona maddi durumunun yaxşı olmadığını, pul lazım olduğunu demişdir. Onun yadına kreditlə bağlı köməklik edən, adını bilmədiyi tanışı düşmüş və Asimə bir nəfərin vasitəsi ilə ona köməklik edə biləcəyini demişdir. Şahid2 ona müddətdən artıq xidmətdə olan hərbiçi olduğunu bildirmişdir. Adını bilmədiyi şəxslə WhatsApp vasitəsi ilə danışaraq kredit lazım olduğunu demiş, sonuncu kredit düzəltməyin mümkün olduğunu demişdir. Adını bilmədiyi şəxs ondan kredit lazım olan şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəkillərini istəmişdir. WhatsApp vasitəsi ilə Şahid2 şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini çəkərək həmin şəxsə atmışdır. Lakin onun saxta sənəd düzəldəcəyindən heç bir xəbəri olmamışdır. Bir müddət sonra həmin şəxs sənədlərin hazır olduğunu bildirmişdir. Şahid2 ilə Bərdə rayonunda yeləşən "xxxx" ASC-nin yerləşdiyi binanın qarşısına gəlmişlər. Orada onlara tanımadıqları şəxs yaxınlaşaraq bildirmişdir ki, bu gün alınmır, sabah alınacaq. Səhəri gün Şahid2 ilə yenidən Bərdə rayonunda yeləşən "xxxx" ASC-nin qarşısına gəlmişlər və dünən gördükləri şəxs Şahid2 hansı quruma aid olduğunu bilmədyi zabit vəsiqəsi vermişdir. Həmin vaxt sənədlərin saxta olduğunu hiss edərək Şahid2 saxta sənədləşdirmə ilə kredit verirlər, bu saxta işdir demişdir. Lakın sənədləri onlara verən şəxs heç bir problem olmadığını bildirmişdir. Şahid2 ilə heç bir qohumluq əlaqəsi yoxdur. Özü ancaq vasitəçi olmuş, heç bir təmənnası olmamışdır. Şahid2 ona cəmi 150 manat pul vermiş, həmin 150 manat pulu iki dəfə Bərdə rayonunda yerləşən "xxxx" ASC-nə gəldiklərinə görə yol haqqı olaraq vermişdir. Sonradan, yəni sənədləri görəndən sonra bilmişdir ki, sənədlər saxtadır və Şahid2 kredit götürməməyi məsləhət görmüşdür. Saxta sənədləri Şahid2 təqdim edən şəxs gələcəkdə heç bir problem olmayacağını bildirmişdir. Şahid2 ona 1500 manat məbləğində pul verməmişdir. Sonuncu kredit götürərkən Ağcabədi şəhərində olmuşdur. Şahid2 ilə iki dəfə Bərdə şəhərinə gəlib qayıtmışdır. Məqsədi Şahid2 kredit götürməkdə kömək etmək olmuş, başqa niyyəti olmamışdır. Qeyd etdiklərinin, habelə himayəsində iki nəfər azyaşlı uşağının olmasının nəzərə alınmasını və təqsirinin olmaması barədə hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, "xxxx" QSC-nin Bərdə filialının mikro və aqro kreditlər üzrə meneceri vəzifəsində işləyir. xx xxx 1993-cü il tarixdə Biləsuvar rayonu Bəydili kəndində doğulmuş Şahid2 onun işlədiyi bankdan saxta sənəddən istifadə edərək kredit götürdüyü üçün tanımış, aralarında qohumluq, ədavət və düşmənlik olmamışdır. Şahid2 kredit götürmək üçün onlayn qaydada "xxxx" QSC-nin “151” qaynar xətt və digər qaynar xətt nömrələrinə, habelə bankın özünün sosial şəbəkələrdə olan profillərindən birinə müraciət etmişdir. "xxxx" QSC-nin baş ofisində Şahid2 onlayn qaydada təqdim etdiyi sənədlərə, yəni şəxsiyyət vəsiqəsinə, DSX-nin “baş leytenant” xüsusi rütbəsində zabiti olmasına dair xidməti vəsiqəsinə və əmək haqqı barəsində bank hesabından çıxarışlara baxış keçirildikdən sonra ona kreditin verilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" QSC-nin baş ofisinin krediti rəsmiləşdirən əməkdaşı tərəfindən Şahid2 mobil telefon nömrəsinə kreditin verilməsi ilə bağlı 6 rəqəmli kod göndərilmiş, "xxxx" QSC-nin Bərdə filalına yaxınlaşaraq kreditin götürülməsi üçün banka onlayn qaydada təqdim etdiyi sənədlərin əsillərini təqdim etməklə kreditin rəsmiləşdirilməsi üçün müvafiq sənədlərə imza etməsi və müraciəti üzrə 5500 (beş min beş yüz) manat məbləğdə pulu bankdan götürməli olması izah edilmişdir. Şahid2 xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Bərdə filialına gələrək bankın Bərdə filialının müştəri xidmətləri təmsilçisi X7 yaxınlaşmış, kreditin verilməsi üçün "xxxx" QSC-yə onlayn qaydada təqdim etdiyi sənədlərin əsillərini və bankın baş ofisi tərəfindən verilmiş 6 rəqəmli kodu Ruslan Şərifliyə təqdim etmiş, sonuncu həmin 6 rəqəmli kodu bankın əməliyyat sisteminə daxil etdikdə qeyd edilən sənədlərin hamısının sistemə hazır şəkildə yerləşdirilməsini və 5500 manat məbləğdə kreditin verilməsi barədə təsdiq edilmiş məlumatların olduğunu görmüş, bundan sonra əməliyyat sistemində olan və Şahid2 imza etməli olduğu sənədləri çap edərək sonuncuya təqdim etmişdir. Sonuncu kredit müqaviləsi üzrə bütün sənədlərə imza etmişdir. Ruslan Şərifli daha sonra qeyd edilən sənədlərə bankın səlahiyyətli nümayəndəsi kimi imza etməsi üçün kredit müqaviləsi üzrə sənədləri və Şahid2 saxta zabit vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surətlərini ona təqdim etmiş, o, Şahid2 götürəcəyi kredit üzrə bankın əməliyyat sistemində kreditin götürülməsi ilə bağlı məlumatları, eləcə də təqdim edilmiş sənədlərin surətləri ilə sistemdə olan məlumatların eyniliyini yoxladıqdan sonra Ruslan Şərifli həmin sənədləri çap etmişdir. Şahid2 tərəfindən imzalanmış həmin sənədlərə o da imza çəkmiş və əməliyyat sistemində kredit məbləğinin Şahid2 hesabına köçürülməsini təsdiq etmişdir. Kredit əməliyyatları başa çatdıqdan sonra Şahid2 adına açılmış bank hesabına müraciəti üzrə 5500 manat məbləğdə pul köçürülmüş, həmin məbləğdə pulun Şahid2 tərəfindən "xxxx" QSC-nin Bərdə filialının kassasından və ya digər hansı formada çıxarılmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, atası xəstə olduğundan ona pul lazım olmuş, tanımadığı şəxs ona Rusiya mobil nömrəsi ilə zəng edib kredit götürməyi təklif etmiş, özü də razılaşmışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğundan, onu taksi sürücüsü kimi tanımışdır. Tanımadığı şəxslə Bərdə şəhərinə gələrək "xxxx" Bərdə filialından krediti götürüb qayıtmışdır. Şəxsiyyət vəsiqəsinin şəklini banka atmış, onun əsasında sənədlər hazırlanmış və kredit götürmüşdür. Qeyd etdiyi hal ilə bağlı hərbçi olduğuna görə Tərtər Hərbi Məhkəməsində barəsində cinayət işi olmuş və ittiham hökmü çıxarılmışdır. Kredit götürməsi ilə bağlı olan sənədlərin saxta olmasını kredit alarkən bilmişdir. Ağcabədi rayonuna Təqsirləndirilən şəxs məxsus avtomobillə gedərkən yolda kreditlə bağlı aralarında söhbətləri olmamışdır. Şəxsiyyət vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs mobil telefonda olan WhatsApp proqramına atmışdır. Kredit alması ilə bağlı ona təqdim olunan saxta hərbçi vəsiqəsini kredit götürəndə görmüşdür. Təqsirləndirilən şəxs götürdüyü kreditdən 1500 manat pul verməmişdir. 1500 manat pulu ona kredit götürmək üçün sənədlər düzəldən şəxsə “Accesbank”ın Bərdə şəhərində yerləşən filialının yaxınlığında vermişdir. Bərdə şəhərinə Təqsirləndirilən şəxs ilə deyil, başqa taksi ilə gəlmişdir. Təqsirləndirilən şəxsla Ağcabədi şəhərinə getmişdir. Krediti aldıqdan sonra saxta hərbçi vəsiqəsi vəsiqəni verən şəxsdə qalmışdır. Təqsirləndirilən şəxs ilə Bərdə şəhərinə cəmi bir dəfə gəlmişdir. Sonuncuya 150 manat pulu Bərdə şəhərinə gəlib getmək üçün, yol haqqı olaraq vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsinin sonunda olan imza ona məxsusdur, lakin yazılan həmin ifadəni oxumadan ona imza etdirmişlər. Şahid2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyindən məhkəmə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətini davam etdirir. 2022-ci ilin yanvar ayında atasının səhhətində ciddi problem yarandığından və nişanlanmaq istədiyindən ona təcili pul lazım olmuş, bununla bağlı kredit götürmək üçün bir neçə banka müraciət etsə də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan ona kredit verilməmiş, zabit və ya gizir rütbəli hərbi qulluqçu ona zamin olacağı təqdirdə ona kredit veriləcəyi bildirilmişdir. O, 2022-ci ilin mart ayında Beyləqan rayonunda “Xaçın körpüsü” deyilən ərazidən keçərkən oradan keçən su kanalının yaxınlığında ağ rəngli “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmış, həmin avtomobilin yaxınlığından keçərkən avtomobilin sürücü yerində oturan bir nəfər şəxs onu səsləyərək “niyə kefsizsən?” deyə soruşmuş, o, həmin şəxsə yaxınlaşdıqda əvvəllər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində birgə xidmət etdiyi Şahid1 avtomobildə əyləşdiyini görmüş, həmin vaxt orada ikisindən başqa heç kim olmamış, o, Şahid1 avtomobilinə əyləşmiş və birlikdə Beyləqan rayonunun mərkəzinə doğru getməyə başlamışlar. Söhbət zamanı Şahid1 maddi problemlərinin və atasının xəstə olduğunu bildirmiş, sonuncu adı və soyadını qeyd etmədiyi bir şəxsin ona bankdan kredit götürməkdə kömək edə biləcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra Şahid1 istifadəsində olan xatırlamadığı mobil telefon nömrəsindən başqa bir şəxsə zəng etmiş və o, həmin şəxslə danışmağa başlamış, həmin şəxs ona adının Sərxan olduğunu və ona bankdan kredit götürmək üçün sənədlər hazırlaya biləcəyini demiş, Sərxan ona şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkillərini çəkərək WhatsApp mobil tətbiqi vasitəsilə sonuncuya göndərməsini bildirmişdir. Bu barədə Şahid1 xahiş etmiş, sonuncu öz mobil telefonu vasitəsilə onun şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkillərini çəkərək WhatsApp mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra Şahid1 ona Təqsirləndirilən şəxs istifadəsində olan +**********57 mobil telefon nömrəsini vermiş, o da Təqsirləndirilən şəxsla həmin nömrəyə zəng edərək danışmışdır. Şahid1la Beyləqan şəhərinə çatmış, avtomobildən düşüb sonuncudan paltar mağazası yerini soruşmuş və oraya gedib özünə yeni paltarlar almışdır. Həmin gün mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng edərək işinin nə vaxt həll olacağını soruşmuş, sonuncu ona səbrli olmasını, xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək kredit götürmək üçün sənədlərin hazır olduğunu və Beyləqan rayonuna gəlməsini bildirmiş, 17 mart 2022-ci il tarixdə Beyləqan şəhərinə getmiş, Təqsirləndirilən şəxs da sonuncuya məxsus markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobillə oraya gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə həmin avtomobillə Ağcabədi rayonuna yola düşmüş, yolda Təqsirləndirilən şəxs krediti haradan və hansı qaydada götürəcəyini soruşduqda sonuncu ’’Sənin üçün saxta vəsiqə hazırlanıb, 5500 manat məbləğində krediti saxta zabit vəsiqəsi ilə Bərdə rayonunda yerləşən AccessBankdan götürəcəksən, həmin puldan 1500 manatı saxta vəsiqə qarşılığında mənə verəcəksən” demiş, o da razılaşmışdır. Ağcabədi rayonuna çatıb şəhərin mərkəzində yerləşən “Gənclər Mərkəzi” deyilən tikilinin qarşısına getdikdə Təqsirləndirilən şəxs ona adını və soyadını demədiyi bir nəfərin də oraya gələcəyini, saxta vəsiqənin həmin şəxsdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra ora dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “KİA OPTİMA” markalı avtomobillə əvvəllər tanımadığı bir nəfər şəxs gəlmiş, Təqsirləndirilən şəxs həmin avtomobildə əyləşmiş, həmin şəxs bir qədər yumru sifət, dolu bədənli, təxminən 30-35 yaş aralığında, üzü seyrək formalı tüklü olmuşdur. Həmin şəxs onunla salamlaşdıqdan sonra avtomobilin sükanı yerləşən oturacaqdan onun əyləşdiyi arxa sərnişin oturacağına tərəf çevrilmiş vəziyyətdə ona kredit götürmək üçün sənədlərin hazır olduğunu, lakin əmək haqqına daxil olan mədəxil və məxaricə dair Kapital bankdan son 6 aylıq çıxarış almalı olduğunu bildirmiş, hər üçü birlikdə qeyd etdiyi avtomobillə “Kapital bank”ın Ağcabədi rayonunda yerləşən filialına yollanmışlar. Filiala tək daxil olaraq özünün əmək haqqı kartına mədaxil və məxaric olan pul məbləğlərinə dair son 6 altı aylıq çıxarış almış və yenidən “Gənclər Mərkəzi” deyilən tikilinin qarşısına qayıtmışlar. Əvvəllər tanımadığı şəxs avtomobildə olarkən ona bankla onun danışa bilməyəcəyini deyərək onun mobil telefonunu götürərək "xxxx"a onlayn qaydada müraciət etmiş, həmin vaxt əlində onun Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenantı olduğunu göstərən saxta zabitin xidməti vəsiqəsini saxlamışdır. Qeyd edilən saxta xidməti vəsiqəni ilk dəfə həmin vaxt görmüşdür. Əvvəllər tanımadığı şəxs ona məxsus mobil telefonla bankın işçisi ilə danışarkən özünü saxta vəsiqədə qeyd edilən DSX-nin N nömrəli hərbi hissəsinin baş leytenantı olan zabiti kimi təqdim edərək danışmış, bundan sonra onun mobil telefonu ilə saxta zabitin xidməti vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkərək WhatsApp mobil tətbiqi vasitəsilə bankın işçisinə göndərmiş, bankın işçisi də kreditin verilməsi barədə ayrılıb-ayrılmamasını yoxlamış və onun adına həqiqətən 5500 manat məbləğində kredit ayrıldığını müəyyən etmişdir. Bankda onun şəxsiyyət vəsiqəsinə və saxta zabit vəsiqəsinə baxaraq həmin sənədlərin kserosurətlərini çıxarıb ona geri qaytarmışlar. Bundan sonra o, bəzi sənədləri imzalamış, sənədlərə imza çəkdikdən sonra bank işçisi ona hesabına 5500 manat məbləğində pulun köçürüldüyünü, qəbzi bankın kassasına təqdim etməklə 5500 manat məbləğində pulu götürə biləcəyini bildirmiş, o, həmin qəbzi aldıqdan sonra bankın kassa işçisinə təqdim edib 5500 manat pulu alaraq bankdan bayıra çıxıb Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişdir. Təqsirləndirilən şəxs 5500 manat məbləğində krediti götürdüyünü bildirmiş, sonuncu ondan saxta zabit vəsiqəsini və əvvəlcədən razılaşdıqları 1500 manat məbləğində pulu tələb etmiş, sonuncu saxta zabit vəsiqəsinin ona lazım olmadığını və vəsiqəni məhv edəcəyini bildirmiş, o da 5500 manat məbləğində pulun 1500 manatını və saxta zabit vəsiqəsini Təqsirləndirilən şəxs vermiş, saxta zabit vəsiqəsinin sonrakı aqibəti barədə məlumatı olmamış, bundan sonra sonuncu onu avtomobili ilə Beyləqan rayonuna aparmışdır. Banka təxminən 3-4 ay ödəniş etdikdən sonra maddi vəziyyətinin yaxşı olmaması səbəbindən sonrakı aylarda ödəniş edə bilməmiş, kredit götürməzdən əvvəl krediti ödəməmək kimi niyyəti olmamışdır. İş materiallarında olan: “Üzləşmə haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 2022-ci ilin yanvar ayında atasının səhhətində ciddi problem yarandığından və nişanlanmaq istədiyindən ona təcili olaraq pul lazım idi. Lakin həmin vaxt kredit götürmək üçün bir neçə banka müraciət etsə də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün ona kredit verilməmişdir, əvəzində zabit və ya gizir rütbəli hərbi qulluqçu zamin duracağı təqdirdə ona kredit veriləcəyi bildirilmişdir. 2022-ci ilin mart ayında Beyləqan rayonunda "Xaçın körpüsü” deyilən ərazidən keçərkən oradan keçən su kanalının yaxınlığında ağ rəngli “VAZ 2106" markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmış, həmin avtomobilin yaxınlığından keçərkən avtomobilin sürücü yerində oturmuş bir nəfər onu səsləyərək “niyə kefsizsən” deyə soruşmuş, həmin şəxsə yaxınlaşdıqda onun əvvəllər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi Şahid1 olduğunu görmüşdür. Avtomobildə tək oturmuş, onun da yanında heç kim olmamışdır. Avtomobilə əyləşmiş və birlikdə Beyləqan şəhərinə doğru getmişlər. Söhbət zamanı Şahid1 maddi problemlərinin olduğunu, atasının xəstə olduğunu bildirmiş, o, adı və soyadını qeyd etmədiyi bir şəxsin ona bankdan lazım olan krediti götürməkdə kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 öz istifadəsində olan nömrəsini xatırlamadığı mobil telefondan kiməsə zəng vurmuş və həmin adamla danışmağa başlamışdır. Həmin şəxs adının Sərxan olduğunu və ona bankdan kredit götürmək üçün sənədlər hazırlaya biləcəyini demişdir. Sərxan ona şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəklini çəkərək WhatsApp vasitəsilə ona göndərməsini bildirmişdir. Bu barədə Şahid1 xahiş etmiş, sonuncu öz mobil telefonu vasitəsilə onun şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkillərini çəkərək WhatsApp vasitəsilə Sərxana göndərmişdir. Bundan sonra Şahid1 ona Sərxanın istifadəsində olduğunu bildirdiyi +**********57 nömrəli mobil telefon nömrəsini vermiş, daha sonra Sərxanla həmin nömrəyə zəng edərək bir neçə dəfə danışmışdır. Onlar Şahid1la Beyləqan şəhərinə çatmış, avtomobildən düşüb ondan paltar mağazası yeri soruşmuş və gedib özünə yeni paltarlar almışdır. Həmin gün mobil telefon vasitəsilə Sərxana zəng edərək işinin nə vaxt həll olacağını soruşmuş, sonuncu ona səbrli olmağı, özünün xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Sərxan ona zəng edərək kredit götürmək üçün sənədlərin hazır olduğunu, ona görə Beyləqan rayonuna gəlməsini bildirmişdir. 2022-ci ilin mart ayının 17-si Beyləqan rayonuna getmişdir. Beyləqan rayonunun mərkəzinə gəlmiş, orada Sərxanla görüşmüş, o, özünə məxsus olduğunu bildirdiyi taksi ilə gəlmişdir. Lakın həmin avtomobilin markasını və qeydiyyat nişanını xatırlamır. Onlar bundan sonra birlikdə həmin avtomobil ilə Ağcabədi rayonuna yola düşmüşlər. Yolda Sərxandan krediti haradan və hansı qaydada götürəcəyini soruşduqda ona "Sənin uçun saxta vəsiqə hazırlanıb, 5500 manat məbləğində krediti saxta zabit vəsiqəsi ilə Bərdə rayonunda yerləşən AccessBankdan götürəcəksən, həmin puldan 1500 manatı saxta vəsiqə qarşılığında mənə verəcəksən" demişdir. O da Sərxan ilə razılaşmışdır. Ağcabədi rayonuna çatıb mərkəzdə yerləşən "Gənclər Mərkəzi” deyilən tikilinin qarşısında getmişlər. Sərxan ona adını və soyadını demədiyi bir nəfərin də oraya gələcəyini saxta vəsiqənin həmin şəxsdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra orada dayanarkən onların yanlarında ağ rəngli “KİA OPTİMA" markalı avtomobil dayanmışdır. Sərxan həmin avtomobili gördükdən sonra onlar birlikdə həmin avtomobilə tərəf gedərək avtomobildə əyləşmişlər. Avtomobil ilə gələn şəxs bir qədər yumru sifət, dolu bədənli olmuş, təxminən 30-35 arası yaşı olmuş, danışığı pəltək olmuşdur. Üzü seyrək formalı tüklü olmuş, onu birinci dəfə görmüşdür. Həmin şəxs onunla salamlaşdıqdan sonra avtomobilin sükanı yerləşən oturacaqdan onun əyləşdiyi arxa sərnişin oturacağına tərəf çevrilmiş vəziyyətdə onunla söhbət etməyə başlamışdır. Söhbət edərkən ona kredit götürməsi üçün sənədlərin hazır olduğunu, lakin əmək haqqına daxil olan mədaxil və məxaricə dair “Kapital bank”dan son 6 aylıq çıxarış almalı olduğunu bildirmişdir. Onlar bundan sonra Ağcabədi rayonunda yerləşən "Kapital bank”ın Ağcabədi filialına yollanmışlar. Avtornobildən düşərək filiala daxil olmuş, oradan əmək haqqı kartına mədaxil və məxaric olan pul məbləğlərinə dair son 6 aylıq çıxarış almışdır. Bundan sonra Ağcabədi şəhərində yerləşən "Gənclər Mərkəzi” deyilən tikilinin qarşısına qayıtmış, avtomobildə olarkən həmin sənədləri hazırlanmasını bildirən şəxs ona bankla onun danışa bilməyəcəyini deyərək onun mobil telefonunu istəmişdir. Ondan mobil telefonu aldıqdan sonra "xxxx"a onlayn qaydada müraciət etmişdir. Həmin vaxt artıq saxta Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin zabiti olduğunu göstərən zabitin xidməti vəsiqəsini əlində saxlamışdır. Qeyd edilən saxta DSX-nin N nömrəli hərbi hissəsinin baş leytenant rütbəsində xidmət edən zabiti olduğu qeyd edilmiş zabitin xidməti vəsiqəsini ilk dəfə həmin vaxt görmüşdür. Bankın işçisinə qeyd edilən sənədlərin şəkillərinin göndərilməli olduğunu bildirərkən şəxsiyyət vəsiqəsini də ondan alaraq əlində saxlamışdır. Ona məxsus mobil telefonu və nömrəsi ilə bankın işçisi ilə səsli telefon zəngi ilə danışarkən özünü ona düzəldilmiş saxta sənəddə qeyd edilən DSX-nin N nömrəli hərbi hissəsinin baş leytenantı olan zabiti kimi təqdim edərək danışmışdır. Bundan sonra onun mobil telefonunda olan "Whatsapp” proqramı vasitəsilə ona düzəldilmiş saxta Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin baş leytenant hərbi rütbəsində olan zabit olduğunu göstərən xidməti vəsiqənin və onun şəxsiyyət vəsiqəsinin şəkillərini çəkərək bankın işçisinə göndərmişdir. Bankın işçisi bundan sonra həmin şəxsə ona məxsus mobil telefonla kreditin verilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə mobil telefonuna bank tərəfindən 6 rəqəmli kod göndəriləcəyini bildirmişdir. Qeyd etdiyi əvvəllər tanımadığı şəxs saxta zabit vəsiqəsini Sərxana vermiş və Sərxanla birlikdə onun taksi avtomobili ilə "AccessBank”ın Bərdə rayonunda yerləşən filialının yanına gəlmişlər. Onlar birlikdə gözləmişlər ki, bank tərəfindən 6 rəqəmli kod göndərilsin. Lakin bank tərəfindən həmin gün kod göndərilmədiyi üçun onlar məcbur qalaraq Beyləqan rayonuna qayıtmış, razılaşmışlar ki, 18 mart 2022-ci il tarixdə Sərxan onu gəlib Beyləqan rayonundan götürsün və bankdan kredit götürülməsi məsələsini həll etsinlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sərxan avtomobili ilə onu gəlib Beyləqan rayonundan götürmüş və birlikdə Ağcabədi şəhərində yerləşən "Gənclər Mərkəzi" deyilən tikilinin qarşısına getmişlər. Qeyd edilən ağ rəngli “KİA OPTİMA” markalı avtomobili sürən şəxs də onların yanına gəlmişdir. Onlar avtomobildə əyləşdikdən sonra həmin şəxs yenidən onun mobil telefonunun “Whatsapp" proqramı vasitəsilə "AccessBank”ın işçisi ilə danışmışdır. Bankın işçisi həmin şəxsə kreditin verilibverilməməsi ilə bağlı bir neçə dəqiqəyə cavab mesajı göndəriləcəyini bildirmişdir. Onlar təxminən 1 saat gözlədikdən sonra onun mobil telefonuna bank tərəfindən kreditin verilməsi ilə bağlı təsdiq mesajı və 6 rəqəmli kod göndərilmişdir. Həmin şəxs ona kredit verilməsi ilə bağlı 6 rəqəmli kodun gəldiyini bildirərək "AccessBank”ın Bərdə rayon filialına gedərək sifariş edilən 5500 manat krediti götürməyini bildirmişdir. Ona banka 6 rəqəmli kodu, şəxsiyyət vəqisəsi və ona düzəldilmiş saxta zabit vəsiqəsini göstərməklə krediti götürməsini demişdir. Bundan sonra Sərxanla birlikdə Bərdə rayonuna yola düşərək "xxxx"ın Bərdə rayon filialının önünə gəlmişlər. Sərxan ona anket məlumatlarının əks olunduğu DSX-nin N nömrəli hərbi hissəsinin zabiti olmağına dair saxta zabit vəsiqəsını vermişdir. Həmin saxta vəsiqənin seriyasını və nömrəsini xatırlamır. “AccessBank"ın Bərdə rayon filialına tək girərək orada 6 rəqəmli kodu, şəxsiyyət vəsiqəsini və saxta zabit vəsiqəsini göstərərək adına kredit verilməsi ilə bağlı onlayn qaydada müraciət etdiyini bildirmişdir. Həmin vaxt bankın Bərdə filialının işçisi ona təqdim etdiyi 6 rəqəmli kodu kompüterdə yoxlayaraq adına kreditin ayrılıb-ayrılmamasını yoxlamışdır. Bankın işçisi onun adına həqiqətən 5500 manat kredit ayrıldığını müəyyən etdikdən sonra şəxsiyyət vəsiqəsinə və saxta zabit vəsiqəsinə baxaraq onların ksero surətlərini çıxarmış və ona geri qaytarmışdır. Bundan sonra bankın işçisi ona müəyyən sənədləri çıxararaq imzalatmışdır. Sənədlərə imza çəkdikdən sonra bank işçisi ona hesabına 5500 manat pulun köçürüldüyünü, təqdim etdiyi qəbzi bankın kassasına təqdim etməklə 5500 manat məbləğdə pulu götürə biləcəyini bildirmişdir. Həmin qəbzi aldıqdan sonra bankın kassasında 5500 manat pulu alaraq bankdan bayıra çıxaraq Sərxanın avtomobilnə əyləşib ona 5500 manat məbləğində krediti götürdüyünü bildirmişdir.Sərxan ondan saxta zabit vəsiqəsini və əvvəlcədən razılaşdıqları 1500 manat məbləğində pulu tələb etmiş, həmin 5500 manat puldan 1500 manatını və saxta zabit vəsiqəsini Sərxana vermişdir. Bundan sonra Sərxan onu avtomobili ilə Beyləqan rayonuna aparmış və onlar orada ayrılmışlar. Krediti götürdükdən sonra təxminən 3-4 ay ödənış etdikdən sonra maddi vəziyyətinin yaxşı olmaması səbəbindən sonrakı aylarda ödəniş edə bilməmişdir. Onun kredit götürməzdən əvvəl krediti ödəməmək kimi niyyəti olmamışdır. -Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid2 üzünə qarşı bildirmişdir ki, 2022ci ilin əvvəllərində Beyləqan rayonunda “Khazar” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərərkən idarə etdiyi avtomobilə bir nəfər tanımadığı şəxs əyləşmişdir. Onu Beyləqan rayonu ərazisində yerləşən “Daşburun dairəsi” deyilən istiqamətə aparmışdır. Yolda gedərkən söhbət zamanı həmin şəxs ona "Mən kredit düzəldə bilirəm, sən taksi sürücüsən, əhatən genişdi, ehtiyacı olan varsa, xəbər edərsən” demişdir. Ondan mobil telefon nömrəsini istədikdə, o "Sən öz mobil telefon nömrəni mənə ver, sənə zəng edəcəm” demişdir. O da ona mobil telefon nömrəsini vermiş və onu getdiyi ünvanda düşürmüşdür. Bundan bir neçə gün sonra həmin şəxs WhatsApp sosial şəbəkəsi vasitəsilə ona zəng edərək tanışlıq vermiş, onun nömrəsi xatırlamır. Həmin nömrə xarici ölkəyə məxsus nömrə olmuş, nömrəni telefonunda "Kredit” kimi qeyd etmişdir. O, ondan kredit istəyən olub-olmadığını soruşduqda, "Özümün pula ehtiyacım var, mənə düzəlt” demişdir. Həmin şəxs ondan daimi gəlir yerinin olub-olmadığını soruşduqda ona daimi gəlir yerinin olmadığını bildirmişdir. O da "Daimi gəlir yerin yoxdusa düzəldə bilmərəm, ancaq MAHHXHQ-lərə düzəldə bilərəm” demişdir. Bundan təxminən 2-3 ay sonra Şahid2 müştəri kimi Beyləqan rayonunun ərazisində idarə etdiyi “Khazar” markalı avtomobildə əyləşmiş, söhbət zamanı ona maddi vəziyyətinin pis olduğunu, pula ehtiyacının olduğunu bildirmişdir. Həmin vaxt yadına 2-3 ay əvvəl müştəri kimi idarə etdiyi taksi avtomobilinə əyləşib ona kredit düzətdiyını bildirən şəxs düşmüş, Şahid2 kredit düzəldə biləcək bir nəfəri tanıdığını bildirmişdir. Bundan sonra Şahid2 getdiyi ünvanda düşürüb qeyd etdiyi şəxslə danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Şahid2 avtomobildən düşürdükdən sonra qeyd etdiyi şəxsi istifadəsində olan +**********57 mobil nömrədən WhatsApp sosial şəbəkəsi ilə zəng etmiş, ona bir nəfər MAHHXHQ-nin kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs ona düz-qoş edəndən sonra xəbər edəcəyini demişdir. Bundan bir gün sonra qeyd etdiyi şəxs WhatsApp vasitəsilə ona zəng edərək Şahid2 şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəkillərini çəkərək ona göndərməsini bildirmiş, sonuncuya zəng edərək həmin tapşırığı ona demişdir. Şahid2 şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəkillərini çəkərək WhatsApp vasitəsilə ona göndərmiş, o da həmin şəkilləri qeyd etdiyi şəxsə göndərmişdir. Bundan bir gun sonra qeyd etdiyi şəxs mobil telefon vasitəsilə ona zəng edərək sənədlərin hazır olduğunu bir gün sonra Ağcabədi rayonuna gəlmələrini, özünün gələ bilmədiyini, öz adamını göndərəcəyini bildirmişdir. Bu barədə Şahid2 bildirmiş, həmin şəxsin dediyi vaxtda Beyləqan şəhərinə gedərək Şahid2 ilə görüşmüş, onun idarə etdiyi taksi avtomobil ilə birlikdə Ağcabədi rayonuna getmişlər. Həmin yerə əvvəllər görmədiyi və tanımadığı bir şəxs də gəlmişdir. Onlar birlikdə “Kapital Bank”ın Ağcabədi rayonunda yerləşən filialına getmişlər. Orada Şahid2 əmək haqqı kartına mədaxil və məxaric olan pula dair çıxarış almışdır. Lakin xatırlamadığı səbəbdən kreditin götürülməsi baş tutmamış və qərara gəlmişlər ki, kreditin götürülməsi məsələsini həll etmək üçün sabah yenidən görüşsünlər. Bir gün sonra yenidən Beyləqan şəhərinə gedərək Şahid2 ilə görüşmüş, onunla birlikdə Ağcabədi rayonuna getmişlər. Həmin yerə qeyd etdiyi əvvəllər görmədiyi və tanımadığı şəxs də gəlmişdir. Həmin şəxs Şahid2 mobil telefonu ilə banka onlayn qaydada müraciət etmiş, bir qədər keçdikdən sonra həmin şəxs onlara məsələnin həll olunduğunu, Bərdə rayonunda yerləşən "xxxx"a gedərək krediti götürməli olduqlarını demiş və Şahid2 hansı quruma məxsus olduğunu bilmədiyi zabit vəsiqəsi vermişdir. Həmin şəxsə Şahid2 MAHHXHQ olduğunu, vəsiqənin saxta olduğunu, bu işin problemli olduğunu bildirsə də, həmin şəxs narahat olmamasını demişdir. Bundan sonra Şahid2 ilə birlikdə onun idarə etdiyi “Khazar" markalı avtomobillə Bərdə rayonunda yerləşən "xxxx"a getmişlər. Avtomobili bankın binasının yaxınlığında saxlamış, Şahid2 saxta zabit vəsiqəsini və şəxsiyyət vəsiqəsini götürərək banka daxil olmuş və təxminən 5000 manat məbləğində pulu kredit kimi götürmüş, həmin puldan 150 manatını taksi pulu kimi ona vermiş və sonuncunu Beyləqan rayonuna aparmışdır. Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 1-1(098)-62/2023 saylı hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi ilə bağlı yanlış məlumatların qeyd olunduğu «ZH» seriyalı 003467 nömrəli saxta xidməti vəsiqəni istifadə etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında tanımadığı şəxslə Şahid2 arasında vasitəçi olduğunu, heç bir saxta sənəd hazırlamadığını, Şahid2 iki dəfə Bərdə rayonuna gətirib apardığına görə sonuncudan 150 manat pul aldığını bildirsə də, ibtidai istintaq zamanı aparılmış üzləşmə protokolundan görünür ki, Şahid2 saxta vəsiqənin hazırlanması üçün Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul verməsini sonuncunun üzünə demiş, habelə ibtidai istintaq zamanı eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən və üzləşmə zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək Təqsirləndirilən şəxs 1500 manat deyil 150 manat pul verdiyini, həmin pulu sonuncuya Bərdə şəhərinə gəlib getmək üçün, yol haqqı olaraq verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi, üzləşmə zamanı verdiyi ifadəsi və Tərtər Hərbi Məhkəməsində verdiyi ifadəsi ilə ziddiyyət təşkil etmiş, sonuncu məhkəmə iclasında verdiyi ifadəsində bir növ Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmağa çalışmışdır. Ümumiyyətlə, Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi qeyri-dəqiq, rabitəsiz olmuş, o, Təqsirləndirilən şəxsla Bərdə rayonuna gəlmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid2 iki dəfə Bərdə rayonuna gətirdiyini bildirdikdən sonra, o da sonuncu ilə birlikdə Bərdə rayonuna yalnız bir dəfə gəldiyi haqqında iifadə vermişdir. Onun məhkəmə iclasında verdiyi ifadəsi qeyri-dəqiq və rabitəsiz olduğundan həmin ifadənin gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi ilə sonradan uydurulmuş ifadə olduğu aşkar hiss olunmuşdur. Bu, həm də ondan irəli gəlir ki, Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini oxumadan imza etdiyini bildirsə də, onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən və üzləşdirmə protokolundan görünür ki, ifadənin və protokolun sonunda əli ilə icra etdiyi yazıda ifadəni oxuduğunu, öz sözləri ilə düzgün yazıldığını, ona görə də ifadənin doğruluğunu öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs və Şahid2 məhkəmə iclasına bir yerdə gəlmiş, onların aralarında səmimi münasibətlər olmuşdur. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun məhkəmə iclasında verdiyi ifadəsi Təqsirləndirilən şəxs açıq-aşkar müdafiə edərək məsuliyyətdən yayındırmaq məqsədi ilə verilən ifadə kimi səciyyələndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Beyləqan rayonu Mil qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən 2022-ci ilin əvvəllərində əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının tuşlayıcı-operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər hərbi rütbəsində xidmət edən Biləsuvar rayonu Bəydili kənd sakini Şahid2 ilə danışıb sonuncuya 1500 (bir min beş yüz) manat məbləğində pul ehtiyacının olduğunu, bu məqsədlə kreditə pul götürmək istədiyini bildikdə Şahid2 hüquq verən saxta sənəd satmaq qərarına gələrək kömək edə biləcəyini söyləyib, Şahid2 şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin fotoşəkillərini “Whatsapp” proqramı vasitəsilə ona göndərməsindən sonra Şahid2 onun hazırlayacağı hüquq verən saxta sənəd müqabilində "xxxx" QSC-nin Bərdə filialından 5500 (beş min beş yüz) manat kredit götürəcəyi və ona da 1500 (bir min beş yüz) manat pul verəcəyi barədə razılığa gəldikdən sonra o, istintaqa məlum olmayan tarixdə və üsulla bir ədəd üzərində Şahid2 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi ilə bağlı yanlış məlumatların qeyd olunduğu «ZH» seriyalı 003467 nömrəli saxta xidməti vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayıb 18 mart 2022-ci il tarixdə saat 11 radələrində Şahid2 "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında təqdim etməsi, Şahid2 bilə-bilə saxta sənəddən istifadə etməklə həmin bank filialından 5500 (beş min beş yüz) manat məbləğində kredit pul vəsaiti götürdükdən sonra əvvəlcədən razılaşdıqları qaydada Şahid2 həmin gün saat 15 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin Bərdə filialının inzibati binasının qarşısında 1500 (min beş yüz) manat pul müqabilində qanunsuz satması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 iyun 2023-cü il tarixli arayışlarından və 06 may 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Araz Yağlıvənd kəndindən məcburi köçkün kimi Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayır. Ailə üzvləri: arvadı X1, qızı X2 və oğlu X3 ibarətdir. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində kənd camaatı və öz yaşıdları arasında özünə məxsus həyat tərzi keçirmişdir. O, indiyədək kənddə keçirilən ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Onun barəsində Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli AZ-İİ 383910 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 28 yanvar 2020-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Dolxanova soyadı verilmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2020-ci il tarixli AZ-İV 513513 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Ayhan adlı uşaqları doğulmuşdur. xx.xx.2020-ci il təvəllüdlü X4 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X9 qeyd edilmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli AZ-İV 839944 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü ildə Ayla adlı uşaqları doğulmuşdur. xx.xx.2023-cü il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X9 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan azyaşlı övladlarını ailənin yeganə qazanc gətirən şəxsindən məhrum etməklə həmin azyaşlı uşaqlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması, bundan başqa yaşayış yerindən müsbət xarakterizə olunması, Füzuli rayonundan məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 12 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə işdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islan işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmündən görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd “ZH” seriyalı 003467 nömrəli saxta vəsiqənin surətinin hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəza çəkməsinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar