Məhkəmə qərarları › İş №1(021)-143/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-143/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-143/2024 23.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla yaşayan və hazırki cinayət işi üzrə təqsirləndirilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirərək kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİİ siyahısına əsasən, xeyli miqdarda, yəni 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib 2024-cü ilin aprel ayının sonlarında yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz torpağa əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2024-cü il tarixdə, saat 12:40-da yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən əkilib-becərilməsi qadağan olunmuş, ümumi təmiz çəkisi 1600 qram olmaqla xeyli miqdarda, yəni 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Dəymədağlıdı kəndində yaşayır. Heç bir yerdə işləmir. «Nəşə» kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 30 ildir ki, istifadə edir. Bu ilin yəni, 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində gəzərkən təsadüfən qarşısına yabanı halda bitmiş marixuana kolları çıxmışdır. O, bitmiş marixuana kollarını onun üçün problem yarada biləcəyindən ehtiyat edərək bir qismini yolub məhv etmiş, lakin 09 ədədini qulluq edib gələcəkdə qurudub az-az istifadə etməsi üçün özündə saxlamışdır. Belə ki, o, məhv etdiklərinindən başqa qalan 09 ədəd marixuana kollarını alaq otlarından təmizləmiş, su və peyin vermişdir. Lakin, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdə olarkən yaşadığı evinə polis əməkdaşları gəlib onu çölə səsləmişlər. O, qapını açıb çölə çıxdıqda özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər ona yaşadığı evin həyətyanı sahəsində becərməkdə şübhəli olması barədə məlumat vermişlər. O, isə polis əməkdaşlarına narkotik vasitə əkdiyini, özləri yabanı halda bitdiyini demişdir. Polis əməkdaşları ondan evinin həyətyanı sahəsinə baxış keçirmək üçün icazə istədikdə o, etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, həmin narkotik vasitə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etdiyi kollar torpaqdan çıxarılaraq ölçülmüş, sonra tərəzi vasitəsi ilə çəkildikdən sonra torbanın içərisinə qoyularaq qablaşdırılımış götürülmüşdür. O, baxış zamanı həmin kolları özünün əkməsi, yabanı halda bitməsi, lakin öz istifadəsi üçün qullu göstərməsi barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı vəkili yanında olmuş və videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, həmin kolları 2024-cü ilin aprel ayının sonlarında aşkar etmişdir. Belə ki, həmin kollar yabanı halda onun evinin həyətyanı sahəsində bitmişlər. O, kollar aşkar etdikdən sonra bir qismini yolub məhv etmiş, 09 ədədini isə gələcəkdə qurudub özü istifadə etmək üçün özündə saxlamışdır. Bunun üçün kollara su verib alaq otlarını təmizləmiş, ara-sıra peyin vermişdir. O, qurudulmuş marixuana olan nəşədən siqaret kağızına doldurub çəkir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ailə üzvlərinin yaşadığı evdə narkotik tərkibli bitki becərməyi barədə məlumatı olmamışdır. Qeyd edilən kollardan və ya onların hər hansı hissəsindən, eləcə də qurutduqdan sonra ondan kiməsə vermək və ya satmaq fikri olmamışdır. Becərdiyi narkotik tərkibli kollardan toplayıb qurutmamışdır. Belə ki, o, kolları hələ tam yetişdirmədiyindən quruda bilməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, zorakılıq olmamışdır. Yaşadığı evin hər hansı hissəsində qurudulmuş formada, yaxud digər halda narkotik vasitə və ya psixotrop maddə yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, maddi sübut, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla aşağıdakı şəkildə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 06 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:30 radələrində Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin baş inspektorkriminalisti, polis kapitanı Şahid3 və Aqrar İnkişaf X4 bitki mühafizə Mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması qərarla tanış etmişlər. Bundan sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra təhqiqatçı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə məlumat vermişdir. Bundan sonra həyatyanı sahəyə baxış keçirilən zaman 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərin olması müəyyən edilmişdir. Həmin vaxt aqronom mütəxəssis Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə kolları tərəflərindən torpaqdan çıxarıldıqdan sonra ölçülən zaman 1-ci çətənə bitkinin ölüçüsü 1,60 sm, 2-ci çətənə bitkinin ölüçüsü 2,09 sm, 3-cü çətənə bitkinin ölüçüsü 2,09 sm, 4-cü çətənə bitkinin ölüçüsü 0,43 sm, 5-ci çətənə bitkinin ölüçüsü 0,70 sm, 6-cı çətənə bitkinin ölüçüsü 1,25 sm, 7-ci çətənə bitkinin ölüçüsü 1, 37 sm, 8-ci çətənə bitkinin ölüçüsü 0,99 sm və 9-cu çətənə bitkinin ölüçüsü 0,38 sm ölçüdə olmalırı müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı təhqiqatçı Misir Misirli tərəfindən həmin 9 (doqquz) ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə edilməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həmin bitkiləri 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində gəzərkən təsadüfən qarşısına yabanı halda bitmiş marixuana kollarının olduğunu görmüş, bitmiş marixuana kolları problem yarada biləcəyindən ehtiyat edərək bir qismini yolub məhv etdiyini, lakin 09 ədədinə qulluq edib gələcəkdə qurudub azaz istifadə etməsi üçün özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs kollardan məhv etdiklərindən başqa qalan 09 ədəd marixuana kollarını alaq otlarından təmizləyib su və peyin verdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı Misir Misirli tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldığı üçün tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat mükəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektorkriminalisti, polis kapitanı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd «Maxvı» markalı mobil telefonu, sol yan cibindən 01 (bir) ədəd 1 manatlıq pul əskinasını, əynində olan açıq boz rəngli köynəyinin sol sinə cibindən 01 (bir) ədəd «Vest» markalı siqaret qutusunu və 01 (bir) ədəd alışqanı könüllü olaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də lakin üzərindən heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd «Maxvı» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmin 01 (bir) ədəd 1 manatlıq pul əskinası, 01 (bir) ədəd «Vest» markalı siqaret qutusu və 01 (bir) ədəd alışqan isə Təqsirləndirilən şəxs özünə geri qaytarılıb verilmişdir. Daha sonra təhqiqatçı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kollarının toxumlarını haradan və necə əldə etməsi barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Ancaq Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik tərkibli çətənə kollarını 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsindən tapmış və satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. O, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X4 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 06 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Dəymədağlıdı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək ona şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. Həmin gün saat 12:30 radələrində o, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt polis əməkdaşları qeyd olunan ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirən zaman 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. O, 9 (doqquz) ədəd həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kollarının olması barədə məlumat vermişdir. Sonra polis əməkdaşları tərəfindən həmin kollar torpaqdan çıxarıldıqdan sonra ölçülən zaman 1-ci çətənə bitkinin ölüçüsü 1,60 sm, 2-ci çətənə bitkinin ölüçüsü 2,09 sm, 3-cü çətənə bitkinin ölüçüsü 2,09 sm, 4-cü çətənə bitkinin ölüçüsü 0,43 sm, 5-ci çətənə bitkinin ölüçüsü 0,70 sm, 6-cı çətənə bitkinin ölüçüsü 1,25 sm, 7-ci çətənə bitkinin ölüçüsü 1, 37 sm, 8-ci çətənə bitkinin ölüçüsü 0,99 sm və 9-cu çətənə bitkinin ölüçüsü 0,38 sm ölçüdə olmalırı müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 9 (doqquz) ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə edilməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həmin bitkiləri 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində gəzərkən təsadüfən qarşısına yabanı halda bitmiş marixuana kollarının olduğunu görmüş, bitmiş marixuana kollarını onun üçün problem yarada biləcəyindən ehtiyat edərək bir qismini yolub məhv etdiyini, lakin 09 ədədinə qulluq edib gələcəkdə qurudub az-az istifadə etməsi üçün özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhv etdiklərindən başqa qalan 09 ədəd marixuana kollarını alaq otlarından təmizləyib su və peyin verdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. Cinayət işinin 1-ci vərəqəsində olan 07 iyun 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq müvafiq sayda dibçəyin içərisində torpağa əkib yetişdirərək kultivasiya etməsi, xx.xx.2024-cü il tarixdə, saat 12:40 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Bərdə rayonu, Dəymədağlıd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan əkilib becərilməsi qadağan olunmuş, ümumi təmiz çəkisi 1600 qram olmaqla xeyli miqdarda, yəni 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkar edilərək götürülməsi faktına dair Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olmuşdur. Cinayət işinin 26-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 06 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 06 iyun 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-78-ci vərəqələrində olan 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, həmin mərkəzin aqronumu Şahid4 iştirakı ilə Bərdə rayonu, Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə əkilmiş 9 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Baxış keçirilən zaman əkilmiş 9 ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun qulluq olunması müyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «DVD» diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumilikdə 9 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərin olması, həmin nakotik tərkibli çətənə bitkilərin torpaqdan çıxarılması, 1-ci çətənə bitkinin ölüçüsü 1,60 sm, 2-ci çətənə bitkinin ölüçüsü 2,09 sm, 3-cü çətənə bitkinin ölüçüsü 2,09 sm, 4-cü çətənə bitkinin ölüçüsü 0,43 sm, 5-ci çətənə bitkinin ölüçüsü 0,70 sm, 6-cı çətənə bitkinin ölüçüsü 1,25 sm, 7-ci çətənə bitkinin ölüçüsü 1, 37 sm, 8-ci çətənə bitkinin ölüçüsü 0,99 sm və 9-cu çətənə bitkinin ölüçüsü 0,38 sm ölçüdə olmalırı müəyyən edilmiş və həmin narkotik tərkibli çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 54-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 07 iyun 2024-cü il tarixli 16/661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Bərdə rayonu, Dəymədağlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 09 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər» yazı və imzalar olan sintetik kisələrdən ibarət bağlamadakı, ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi 1600 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronum) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə bitkisi 09 ədəd, ümumi çəkisi 1600 qram, tədqiqata istifadə olunducəmi-0,18 qram (hər birindən 0,02 qram), qalıq-1599,82 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2024-cü il tarixli, 1243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 86-cı vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-in Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 110-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən daxil olmuş 26 iyul 2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 111-124-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra sintetik kisələrdən ibarət olan bağlamada ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz qalıq çəkisi 1599,82 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Həmçinin məhkəmə- bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, evinə baxış aparılarkən qeydə alınmış videogörüntü olan ümumilikdə 02 ədəd DVD disk cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixində saat şübhəli şəxs kimi tutulmuş, 08 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08 iyun 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan sintetik kisələrdən ibarət olan bağlamada ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz qalıq çəkisi 1599,82 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixindən 08 iyun 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan sintetik kisələrdən ibarət olan bağlamada ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz qalıq çəkisi 1599,82 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar