Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-144/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 07 aprel 1998-ci il tarixdə Ağcabədi rayonu, Hüsülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, 14 oktyabr 2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hömkü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il azadlıqdan məhrum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş, Ağdam şəhəri, M.Qorki küçəsi ev 1/17-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Yevlax-Bərdə avtomobil yolunun Bərdə rayonu Samux kəndinin ərazisindən keçən hissəsində asfalt yolun kənarında Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun əynində olan şalvarının cibindən 200 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkararən, tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Yevlax-Bərdə avtomobil yolunun Bərdə rayonu Samux kəndinin ərazisindən keçən hissəsində asfalt yolun kənarında Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayan Şahid1 Ələkbər oğlu ilə cinsi əlaqədə olan zaman sonuncunun əynində olan şalvarının cibindən 1800 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq zərərçəkmiş şəxs Şahid1 ümumilikdə 1800 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkararən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 mart 2023-cü il tarixdə saat 23 radələrində Bərdə-Tərtər avtomobil yolunun yaxınlığında, “Tərtər” çayının kənarında Goranboy rayonu Qaradağlı kəndində yaşayan Şahid2 ilə sonuncuya məxsus “VİTO” markalı, “** CB ***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında cinsi əlaqədə olan zaman Şahid2 əynində olan şalvarının cibindən 250 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq zərərçəkmiş şəxs Şahid2 ümumilikdə 250 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, Bərdə şəhər Babək küçəsi ev 15-də yaşayır. O, əvvəllər etmiş olduğu cibgirlik cinayət əməlinə görə məhkum olunmuş, sonuncu dəfə isə Ağdaş rayon ərazisində Telman adlı taksi sürücüsü ilə qeyri təbii yolla cinsi əlaqədə olan zaman həmin şəxsin cibindən 940 manat pul götürmüş, buna görə Ağdaş rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və barəsində cinayət işi başlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Bildirirmiş ki, Ağdam rayon sakinləri Şahid1 və X3 tanıyır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Bərdə rayonu Samux kəndi ərazisində asfalt yolun qırağında durmuş. Həmin vaxt yoldan Qazel markalı avtomobil keçirmiş. O, həmin qazelə Bərdə şəhərinə getmək üçün əl etmiş. Onlar avtomobili saxlamış. O, Bərdə şəhərinə getdiyini bildirmiş. Həmən şəxslər də onun Qazelə əyləşməyinə icazə vermişlər. Yolda olan zaman o, həmən şəxslərin cibində pul olacağını düşünmüş. Çünki onlardan biridə sərxoş imiş və cibindən pul götürmək rahat olarmış. O, təklif etmiş ki, cinsi əlaqədə olsunlar. Onun, təklifini qəbul etmiş. Sonradan adını bildiyi Sədrəddin Qazeli yolun qırağında ağaclıq olan yerdə avtomobili saxlamış. O, əvvəlcə sonrada adını bildiyi Rafayıl ilə Qazeldən düşmüş biraz qabağa ağaclığa getmişlər. Orda yerdə köhnə matras varimiş. Rafayıl şalvarı çıxaranda cibindən yerə pulu düşmüş. Sonra isə götürüb cibinə qoymuş. Orda Rafayıl ilə cinsi əlaqədə olmuşlar. Həmin vaxt o gizlincə Rafayılın şalvarının cibindən pulunu çıxarmış. Bundan sonra Rafayıl əynini geyinmiş və gedib avtomobildə əyləşmiş. Sonra isə Sədrəddin gəlib onunla cinsi əlaqədə olmuş. O, cinsi əlaqədə olan zaman gizlincə Sədrəddinində şalvarının cibindən pulunu çıxarmış. Sonra isə orda yad maşın saxladığı üçün o demiş ki, yəqin polis gəlir və onlar durub getmişlər. Sədrəddin öz avtomobilinə minmiş. O, da yolun qırağına çıxıb keçən taksilərin birinə əyləşmiş, evinə getmiş. Yolda bilmiş ki, Rafayılın cibindən 200 manat, Sədrəddinin cibindən isə 1800 manat pul oğurlamış. Bundan başqa 2023-cü ilin mart ayının 22-də gecə saatlarında Bərdə şəhərində yerləşən Sultan şadlıq sarayının qarşısında dayanmış. Tanımadığı bir nəfər şəxs qara rəngli maşını ilə yanında saxlamış. Sonradan ona məlum olmuş ki, o, Şahid2dır. Rövşən ona təklif etmiş ki, maşına minmək istəyir. O, da razılaşıb maşına minmiş. Onunla bərabər Bərdə Tərtər yolunda yerləşən dəmiryol relslərinin yaxınlığında olan çayın kənarına getmiş. Sonra maşından düşüb arxaya keçmiş, orada onunla cinsi əlaqədə olmuş. Onunla cinsi əlaqədə olandan sonra onun qara rəngli cins şalvarının yan cibindən 250 manat pul götürmüş. Həmin pullar 2 ədəd 100 manatlıq pul əskinası və 1 ədəd 50 manatlıq pul əskinası olmuşdur. Sonra paltarlarını geyinmiş və Rövşən onu Tərtər dəmiryol relslərinin yanında düşürmüş. Onu orada düşürəndə ona 20 manat pul vermiş və o da pulun 5 manatını qaytarmış və 15 manat pulu götürmüş. Rövşən oradan uzaqlaşmış və o, da taksi vasitəsilə Bərdə şəhəri, Babək küçəsində yerləşən evinə getmişdir. Etdiyi əməllərdən peşimandır. Ona vaxt verilsə, azadlığa çıxıb vurulmuş ziyanları ödəyəckdir. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə tanışı Sədrəddinə məxsus Qazel markalı ** BM *** dövlət qeydiyyat nişanlı Qazel ilə Ağdaş rayonu Ləki qəsəbəsinə getmişlər, sonra isə ordan çıxıb evə qayıtmışlar. Yevlax rayonundan Ağdam rayonu istiqamətində gedirmişlər, saat təxminən 17 radələrində onlar Yevlax rayonu “yarım poçt” adlanan yer ilə “9 km” tanınan yerin arasında olan zaman bir nəfər qadının yolun qırağında dayandığı görmüşlər. Həmin qadın onlara əl etmişdir, Sədrəddin avtomobili saxlamış, həmən qadın Bərdə şəhərinə getdiyini bildirmiş, onlarda onu əyləşməsinə icazə vermişlər. Yolda olan zaman sonradan adını bildiyi Arifə adlı qadın ona demiş ki, “dönək görünməyən sahəliyə cinsi əlaqə də olaq”. Buna görə ondan ilkin olaraq pul isdəməmiş, Sədrəddin “Şəhriyar” adlı kafenin yanından sola dönmüş, ağaclıq olan yerdə avtomobili saxlamış, Arifə ilə o Qazeldən düşüb biraz qabağa ağaclığa getmişlər. Orda yerdə köhnə matras olmuşdur. O, şalvarını çıxaran zaman cibində olan pullar yerə düşmüşdür. O, pulları götürən zaman Arifə ondan 20 manat istəmiş, o, da Arifəyə vermişdir, sonra da həmin yerdə Arifə ilə 1 dəfə cinsi əlaqədə olmuşlar. Bundan sonra o əynini geyinmiş və gedib avtomobildə əyləşmiş, sonra isə Sədrəddin gedərək Arifə ilə cinsi əlaqədə olmuş, bir qədər sonra da Sədrəddin gəlib avtomobilə əyləşmiş, Arifə də yanlarından çıxıb getmişdir. Onlar evə qayıdan zaman Qarabağ kanalını keçən zaman solda olan mağazanın qarşısında dayanmışlar. O, siqaret almaq üçün mağazaya düşmüşdür, həmin vaxt əlini cibinə atmış və görmüş ki, 200 manat pulu əskikdir, bu barədə Sədrəddinə də bildirmiş, Sədrəddin də cibinə baxan zaman görmüş ki, Sədrəddinində 1800 manat pulu yoxdur. Həmin vaxt onlar bildirmiş ki, Arifə onların pullarını cinsi əlaqədə olan zaman ciblərindən oğurlamışdır. Onlar bu barədə utandığları üçün heç kimə bildirməmiş və evə qayıtmışlar. 17 fevral 2023-cü il tarixdə o televizorda xəbərlərə baxan zaman görmüş ki, Ağdaş rayonunda Arifə adlı qadın eyni üsulla taksi şoferinin pulunu cibindən oğurlamış və ona görə həbs olunmuşdur. Daha sonra Sədrəddin də ona həmin qadını televizorda gördüyünü demi, 20 fevral 2023-cü il tarixdə onlar yenidən həmin xəbərə mobil telefonda baxmış və görmüşlər ki, həmin Arifə adlı qadın onların ciblərindən pul oğurlayan qadındır və buna görə Sədrəddin DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Şahid1 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə ona məxsus Qazel markalı ** BM *** dövlət qeydiyyat nişanlı Qazel ilə tanışı Zərərçəkmiş şəxs ilə Ağdaş rayonu Ləki qəsəbəsinə getmişlər, sonra isə ordan çıxıb evə qayıtmışlar. Yevlax rayonundan Ağdam rayonu istiqamətində gedirmişlər, saat təxminən 17 radələrində onlar Yevlax rayonu “yarım poçt” adlanan yer ilə “9 km” tanınan yerin arasında olan zaman bir nəfər qadının yolun qırağında dayandığı görmüşlər. Həmin qadın onlara əl etmiş, o, da avtomobili saxlamış, sonradan adını bildiyi Arifə adlı qadın Bərdə şəhərinə getdiyini bildirmişdir. Onlar, Arifənin əyləşməsinə icazə vermiş, yolda olan zaman sonradan Arifə adlı qadın Rafayıl demiş ki, “dönək görünməyən sahəliyə cinsi əlaqə də olaq”. O, əvvəl istəməsə də Arifə təkid etmiş, o, da “Şəhriyar” adlı kafenin yanından sola dönmüş, ağaclıq olan yerdə avtomobili saxlamışdır. İlkin olaraq Arifə ilə Rafayıl Qazeldən düşmüş biraz qabağa ağaclığa getmişlər, o, da avtomobildə onları gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Rafayıl avtomobilə gəlmiş, sonra da o, düşüb Arifə olan yerə getmişdir. O, orda yerdə köhnə matras görmüş, o, şalvarını çıxarmaq istəyən zaman yoldan tanımadığı bir maşının keçdiyini görmüş, həmin vaxt Arifə demiş ki, “polis gəldi, aşağı uzan”. Onlar Arifə ilə yan-yana yerə uzanmış, avtomobil keçəndən sonra ayağa qalxmışlar. Arifə ona demiş ki, maşına get, görsələr deyəcək ki, “çölə çıxmışam”. O, da avtomobilin yanına getmiş, sonra da Arifə gəlmiş yanlarından keçib getmişdir. Onlar ordan çıxıb evə qayıdan zaman Qarabağ kanalını keçən zaman solda olan mağazanın qarşısında dayanmışla, Rafayıl siqaret almaq üçün mağazaya düşmüş, həmin vaxt əli ilə cibinə baxmış və görmüş ki, 200 manat pulu əskikdir. O, da cibinə baxan zaman görmüş ki, 1800 manat pulu yoxdur. Həmin pulu Ağdaşa getməmişdən qabaq Ağcabədidə mal bazarında 2 baş “dana” satıb əldə etdiyini bildirmişdir. Onda onlar bilmişlər ki, Arifə onların pullarını ciblərindən oğurlamışdır, onlar bu barədə utandığları üçün heç kimə bildirməmiş və evə qayıtmışlar. 17 fevral 2023-cü il tarixdə o, televizorda xəbərlərə baxan zaman görmüş ki, Ağdaş rayonunda Arifə adlı qadın eyni üsulla taksi şoferinin pulunu cibindən oğurladığına görə həbs olunubdur. Daha sonra Rafayıl da həmin qadını televizorda gördüyünü demiş, 20 fevral 2023-cü il tarixdə onlar yenidən həmin xəbərə mobil telefonda baxmış və görmüşlər ki, həmin Arifə adlı qadın onların cibinidən pul oğurlayan qadındır və buna görə o, DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Şahid2 ifadəsində göstərmişdir ki, kənd təsərrüfatı ilə məşğul olur. Arada bir musiqiçilərlə bərabər musiqi aparaturasını özünə məxsus olan ** CB *** dövlət qeydiyyat nişanlı VİTO markalı nəqliyyat vasitəsi ilə daşıyır. 22 mart 2023-cü il tarixdə bu məqsədlə Bərdə şəhərində yerləşən Sultan sadlıq sarayına gəlmiş, həmin gün saat 14 radələrində Bərdə şəhərinə gəlmiş, toy mərasimi saat 17 radələrində başlamış, toy saat 23 radələrində yekunlaşmış və o, 15-20 dəqiqə sonra şadlıq sarayından çıxmışdır. Yola təzəcə çıxmış ki, şadlıq sarayının qarşısında bir nəfər qadın ona əl eləmiş, o, da maşını saxlamış, həmin qadında maşına əyləşmiş. Ondan maşına əyləşəndə ondan soruşmuş ki, “hara gedək, oda sən hara gedirsənsə sür” demiş. O, da maşını sürərək, getmiş, o, söhbət edərək yol getmişdir. Həmin qadının ondan oğurladığı 250 manat pul ona məxsus olan qara rəngli gödəkçənin cibində olmuşdur, o, gödəkçəni çıxarmış, öz oturacağının yanına qoymuş, onun həmin cibdən pul çıxartdığını hiss etməmiş, həmən şəxsi Təxminən 1 km sonra Bərdə Tərtər yolunda yerləşən dəmiryol xəttinin yaxınlığında düşürtmüşdür. Cinayət işinin materialına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X2 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yeri olan Bərdə rayon Zümürxan kəndində, Tərtər çayının kənarında yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materialına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X2 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yeri olan Bərdə-Yevlax yolunun Samux kəndindən keçən hissəsinin yaxınlığında yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon polis şöbəsinin əməliyyat tapşırığına verilmiş cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdən oğurluq etməsinin müəyyən edilməsi, həmçinin, Təqsirləndirilən şəxs oğurluq edən zaman başqa şəxslərin məlumatı olmasını, ona hər hansı bir şəxsin cinayətin törədilməsi zamanı köməklik göstəribgöstərməməsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayır və yaşadığı yerdən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına və Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Yevlax-Bərdə avtomobil yolunun Bərdə rayonu Samux kəndinin ərazisindən keçən hissəsində asfalt yolun kənarında Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun əynində olan şalvarının cibindən 200 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkararən, tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Yevlax-Bərdə avtomobil yolunun Bərdə rayonu Samux kəndinin ərazisindən keçən hissəsində asfalt yolun kənarında Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayan Şahid1 Ələkbər oğlu ilə cinsi əlaqədə olan zaman sonuncunun əynində olan şalvarının cibindən 1800 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq zərərçəkmiş şəxs Şahid1 ümumilikdə 1800 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkararən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 mart 2023-cü il tarixdə saat 23 radələrində Bərdə-Tərtər avtomobil yolunun yaxınlığında, “Tərtər” çayının kənarında Goranboy rayonu Qaradağlı kəndində yaşayan Şahid2 ilə sonuncuya məxsus “VİTO” markalı, “** CB ***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında cinsi əlaqədə olan zaman Şahid2 əynində olan şalvarının cibindən 250 manat nağd pulunu çıxarıb gizli yolla talayaraq zərərçəkmiş şəxs Şahid2 ümumilikdə 250 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini əsas mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 1(021)-59/2020 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 1(021)-106/2020 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 1(014)-58/2023 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, əvvəllər anoloji cinayətə görə dəfələrlə məhkum edilməsini, təyin edilmiş cəzalar nəticəsində islah edilməməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 1(014)- 58/2023 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə təyin edilmişdir. Təqsirləndirilən şəxs 15 fevral 2023cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 4(021)-74/2023 saylı 05 aprel 2023-cü il tarixli qərarına əsasən xx xxxx 1997-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Bərdə şəhəri, ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 1(014)-58/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəsisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 200 manat, Şahid1 1800 manat və Şahid2 250 manat ümumilikdə 2250 manat məbləğində maddi ziyan vurulmuş, lakin maddi ziyan ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə başqa maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2–ci və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 1(014)-58/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-144/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-144/2023
28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver