Məhkəmə qərarları › İş №1(021)-144/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-144/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-144/2024 23.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.3, 333.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı il 04 ay 25 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib, həmin kənd ərazisində dənli bitkilərin və kənd təsərrüfatı məhsullarının alqı-satqısı mağazasının sahibi, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə danışıb sonuncuya evinin həyətində xırdabuynuzlu heyvanlar saxladığını, həmin heyvanlara nisyə formasında arpa vermək lazım olması və nisyə götürəcəyi arpanın və digər əmlakın pulunu guya həmin ilin mart ayının sonlarına yaxın tam ödəyəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə onu aldadaraq, mağazasından bir kiloqramının dəyəri 0,42 qəpik olan 500 kq çəkidə ümumi dəyəri 210 manat məbləğində arpa məhsulunu, 16 mart 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus həmin mağazadan bir kiloqramının dəyəri 0,42 qəpik olan 700 kq çəkidə ümumi dəyəri 294 manat məbləğində arpa məhsulunu, xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində Zərərçəkmiş şəxs məxsus həmin mağazadan bir kiloqramının dəyəri 0,42 qəpik olan 800 kq çəkidə ümumi dəyəri 336 manat məbləğində arpa məhsulunu, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus həmin mağazadan bir kiloqramının dəyəri 0,42 qəpik olan 1303 kq çəkidə ümumi dəyəri 547 manat 26 qəpik məbləğində arpa məhsulunu, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı mallarının satışı mağazasından Zərərçəkmiş şəxs 140 manat dəyərində 2023-cü il buraxılışı olan, Çin istehsalı “ZİL” markalı ot biçən aparatını və 130 manat dəyərində 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı markalı elektrik mişarını ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 1657 manat 26 qəpik pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayır. Evlidir, 2 azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir, kababçılıq edərək ailəsini dolandırmışdır. Mahiyyəti üzrə bildirmiş ki, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır və münasibəti daima normal olmuşdur. Zərərçəkmiş şəxslə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ramazan ayı olduğuna görə işsiz olmuş və pula ehtiyacı olmuşdur. Ona görə qərara gəlmiş ki, Bərdə rayonu, Şorəlli kəndində yaşayan və Bərdə rayonu “Təzə bazar” adlanan yerdə mağazası olan Zərərçəkmiş şəxs aldatsın və Zərərçəkmiş şəxs arpasını ələ keçirib, özünə pul etsin. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bərdə rayonu, Güloğlular kəndində, “Təzə bazar” adlanan yerdə yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı məhsullarının və avadanlıqlarının satışı mağazasına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxslə aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs aldatmış ki, evinin həyətində xırdabuynuzlu heyvan saxlamış və həmin heyvanlara vermək üçün arpa lazım olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasaən 500 kiloqram arpanı 42 qəpikdən nisyə almış və Nizamiyə verməli olduğu 210 manat pulu isə xx.xx.2024-cü il tarixdə verəcəyini bildirmişdir. O, həmin 500 kiloqram arpanı həmin gün Bərdə rayonu, “Pajarnı krurqu” adlanan yerdə tanımadığı taksi sürücüsünün tanışına kiloqramı 37 qəpiyə satmışdır. Beləliklə, 210 manat dəyərində nisyə aldığı arpanı 185 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin gün pulu xərcləyib qurtarmış və Zərərçəkmiş şəxs yenidən aldatmaq qərarına gəlmişdir. xx.xx.2024cü il tarixdə saat 11 radələrində yenidən Bərdə rayonu, Güloğlular kəndində, “Təzə bazar” adlanan yerdə yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı məhsullarının və avadanlıqlarının satışı mağazasına getmişdir. Zərərçəkmiş şəxs ona satdığı arpanın yaxşı olduğunu və qohumumunda arpaya ehtiyacı olduğunu yalandan bildirmişdir. Zərərçəkmiş şəxs ona inandığına görə Nizaminin etibarından sui-istifadə edərək hər kiloqramı 42 qəpikdən 700 kiloqram arpanı nisyə götürmüş və 294 manat pulu isə xx.xx.2024-cü il tarixdə verəcəyimi bildirmişdir. Elə həmin gün, arpanı satmaq üçün Bərdə rayon, Alpout kəndi istiqamətində yerləşən yem mağazasına aparmışdır. Lakin, orada arpanı almaq istmədilər və həmin yerdə olan adının Mübariz olduğunu deyən bir nəfər Bərdə rayonu, Mehdili kənd sakininə kiloqramı 36 qəpikdən 252 manata satmışdır. 294 manat dəyərində olan 700 kiloqram arpanı 252 manata satmış və həmin pulu iki günə xərcləmişdir. Belə ki, arpanı satdıqdan sonra tək Mingəçevir şəhərinə getmiş və pulu orada özü üçün xərcləmişdir. Səhərisi gündə, yəni xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yeyib-içməyə xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində pulu qurtardığına görə yenidən Zərərçəkmiş şəxs işlədiyi mağazasına getmiş və Nizamiyə yenidən arpa lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona etibar etdiyindən hər kiloqramı 42 qəpikdən 800 kiloqram arpanı ondan götürmüş və arpaların pulunu xx.xx.2024-cü il tarixdə verəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Yalçın adlı şəxsə məxsus olan toxumçuluq mağazasına hər kiloqramı 40 qəpikdən olmaqla 800 kiloqram arpanı 320 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün, yəni Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən evində olan qırıqların təmirinə, yeyib-içməyə xərcləmiş və “Azpulmanat” adlı tətbiqə olan 80 manat borcunu qaytarmışdır. xx.xx.2024-cü il tarixdə yenidən pulu qurtardığına görə saat 12 radələrində Bərdə rayonu, Güloğlular kəndində, “Təzə bazar” adlanan yerdə yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı məhsullarının və avadanlıqlarının satışı mağazasına getmişdir. Zərərçəkmiş şəxs orada olmamış, qardaşı Şahid4 mağazada oturmuşdur. O, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, arpa lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və qardaşı Mahirə arpa verməsini tapşırmışdır. O, həmin mağazadan hər kiloqramı 42 qəpik olmaqla 1303 kiloqram arpanı nisyə götürmüş və 547,26 manat pulu xx.xx.2024-cü il tarixdə verəcəyini bildirmişdir. Həmin 1303 kiloqram arpanı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən İdrisin yem mağazasına kiloqramı 36 qəpiyə satmışdır. 547,26 manat dəyərində olan 1303 kiloqramlıq arpanı 469,08 manata satmışdır. Əldə etdiyi məbləğlə özünə və ailəsinə palpaltar alaraq xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Güloğlular kəndində, “Təzə bazar” adlanan yerdə yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı məhsullarının və avadanlıqlarının satışı mağazasına getmiş və orada Nizaminin oğlu Şahid5 hər birinin qiyməti 140 manat olan iki ədəd otbiçən aparatının nisyə olaraq götürmüş və həmin aparatlar üçün verməli olduğum 280 manat pulu xx.xx.2024-cü il tarixdə verəcəyimi bildirmişdir. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə həmin ot biçən aparatlardan birini Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən mağazada satıcı işləyən Ramil adlı satıcıya 70 manata satmışdır. Digər ot biçən aparatını isə Bərdə rayonu, Türkmən kəndində aparıb orada “Manı əmi” adlı şəxsə 70 manata satmışdır. İndiyə qədər Zərərçəkmiş şəxs heç bir məbləğdə pul verməmiş və Zərərçəkmiş şəxs məxsus olan 1387,26 manat dəyərində olan 3303 kiloqram arpanı və 280 manat dəyərində olan iki ədəd ot biçən aparatını dələduzluq yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs 1667,26 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs arpanın 1 kiloqramını 42 qəpiyə alıb, 36-40 qəpiyə satmışdır. Ot biçən aparatlarını isə 140 manata nisyə alıb, 70 manata satmışdır. O, 2023cü ilin mart ayının 15-dən 24-nə qədər olan müddətdə 1667,26 manat dəyərində ziyan vurmuşdur. O həmin məhsulları ucuz qiymətə satmış, pul əldə etmiş və həmin pulları özü üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tamamilə ödəmiş, lakin pulu olmadığı üçün indiyə qədər pulu ödəməmişdir. O, ələ keçirdiyi əmlakı satdığı şəxslərə bu barədə bildirməmiş və satdığı şəxslərə isə şifahi razılıq əsasında məhsulları satmışdır. Zərərçəkmiş şəxs başqa heç kimi aldatmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayon Şorəlli kəndində yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 10 ildir ki, Bərdə rayon Güloğlular kəndi ərazisində ailələrinə məxsus kənd təsərüfatı məhsullarının satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində əvvəllər üzdən tanıdığı Bərdə rayonu, Qazqıqurdalı kənd sakini Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək, həyətində qoyun saxladığını və bu məqsədlə həmin qoyunlara 500 kq arpanı nisyə almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq Elgünə hər kiloqramı 0.42 qəpik olmaqla 500 kq çəkidə arpanı nisyə olaraq vermişdir. Razılaşmalarına əsasən Elgün həmin arpanın pulunu, yəni 240 manat pulu xx.xx.2024-cü il tarixdə verməli idi. Lakin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təkrarən onun işlədiyi mağazaya gələrək aldığı arpanın yaxşı arpa olduğunu bildirib əlavə olaraq 700 kq arpa götürmək istədiyini bildirmiş və həmin arpanın pulunu da xx.xx.2024-cü il tarixdə verəcəyini bildirmişdir. O, yenə Elgünə inanıb 294 manat dəyərində olan 700 kq arpa vermişdir. xx.xx.2024-cü il tarixdə Elgün təkrarən işlədiyi mağazaya gələrək, əlavə olaraq arpa istəmiş ki, qohumu arpanın yaxşı arpa olmasını görüb bu səbəbdən əlavə olaraq 800 kq arpanı nisyə olaraq aparmaq istəyir ki, həmin arpanın pulunu da xx.xx.2024-cü il tarixdə versin. O, yenə Elgünə inanıb Elgünə 336 manat dəyərində 800 kq arpanı nisyə olaraq vermişdir. xx.xx.2024-cü il tarixdə onun işdə olmadığı müddət ərzində Elgün təkrarən ona məxsus mağazaya gedərək, mağazada olan qardaşı Şahid4 bildirmişdir ki, guya onun xəbəri var, yenidən mağazadan nisyə arpa aparmaq istəmişdir. Qardaşı isə Təqsirləndirilən şəxs inanaraq Elgünə təkrarən 1303 kq çəkidə cəmi 547,26 manat dəyərində arpa vermişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona olan ümumi borcu 1387, 26 manat borcunu verməmişdir. Əksinə isə Təqsirləndirilən şəxs mağazasının yaxınlığında olan, ona məxsus olan və oğlu Şahid5 işlədiyi mağazaya gələrək, mağazadan hər biri 140 manat dəyərində 2023-cü il buraxılışı olan, Çin istehsalı “ZİL” markalı ot biçən aparatını və 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı markalı elektrik mişarını nisyə olaraq almışdır ki, xx.xx.2024-cü il tarixdə həmin avadanlıqların pulunu ödəsin. Həmin vaxt oğluna onun xəbərinin olduğunu bildirmişdir. Ancaq xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək, Elgündən borclu olduğu pulu istədikdə, Elgün pulu verməyəcəyini bildirmişdir. Bu səbəbdən Elgünlə xx.xx.2024-cü il tarixdə görüşmüş, görüş zamanı Elgündən mağazadan aldığı arpanı və ot biçən alətləri nə etdiyini soruşmuş, Elgün isə arpanı ondan aldığından aşağı qiymətə satdığını bildirmiş, bu səbəbdən o bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 22 mart 2024-cü il tarixdə yaşadığı Bərdə şəhəri Q.B.Zakir küçəsi ilə yolla gedərkən tanımadığı bir nəfər ona yaxınlaşıb, onunla görüşmüş və ona bildirmişdir ki, həmin şəxsdə bir ədəd odun kəsən (drujba) vardır və həmin aləti təcili olaraq satmaq istəyir. O isə həmin şəxslə söhbət edib həmin şəxsin kim olduğunu dəqiqləşdirmişdir ki, həmin şəxs Bərdə rayon Qazqurdalı kənd sakini Elgün adlı şəxsdir. Bundan sonra o, Elgün adlı şəxsə inanıb sonuncudan satdığı bir ədəd elektirk mişarını, yəni drujbanı 70 manata almışdır. Lakin, həmin Elgün adlı şəxs ona bildirmişdir ki, daha bir ədəd də ot biçən aləti vardır. O isə həmin aləti istəmədiyini Elgünə bildirmişdir. Həmçinin o, həmin alətin dəqiq satış qiymətini bilmədiyini qeyd etmiş, ancaq güman etmişdir ki, həmin alət 100-110 manat dəyərində olmuşdur. Ancaq həmin şəxs ona həmin aləti özü ucuz qiymətə aldığını, bu səbəbdən onu ucuz satdığını bildirmişdir. Bu səbəbdən Elgünə inanıb əlǝti ucuz qiymətə almışdır. Həmçinin o bildirmişdir ki, hal-hazırda həmin aləti təhqiqat zamanı təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 gün əvvəl Bərdə rayonu Ü.Hacıbəyov küçəsində yerləşən "avro inşaat” mağazasında olduğu zaman tanımadığı bir nəfər şəxsin mağazaya yaxınlaşdığını və həmin şəxsin ot biçən ələt satmaq istədiyini görmüşdür. Lakin, mağazada həmin aləti almadıqlarından, o, həmin şəxslə danışmış, həmin şəxs adının Elgün olduğunu ona bildirmişdir. Həmin Elgün adlı şəxs ona bildirmişdir ki, Bərdə rayon Güloğlular kəndində yerləşən mağazadan bir ədəd ot biçən aləti kreditlə götürmüşdür və həmin ələti satmaq istəyir. O isə həmin şəxsdən alətin oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs isə ona aləti kreditlə aldığını, ancaq pul lazım olduğundan nəğd şəkildə satdığını bildirmişdir. Bundan sonra o, həmin şəxsin gəldiyi taksidən həmin şəxsin satdığı aləti haradan aldığını soruşmuş, taksi sürücüsü isǝ ona həmin aləti Bərdə rayon Güloğlular kəndində yerləşən mağazadan kreditlə aldığını bildirmişdir. Bundan sonra o həmin şəxsə inanaıb, satdığı aləti 60 manata almış və pulunu da nağd şəkildə ödəmişdir. Həmçinin o bildirmişdir ki, həmin alətdən əlavə olaraq hər hansı əşya və ya alət almamışdır. Həmçinin o bildirmişdir ki, o, həmin alətin dəqiq satış qiymətini bilməmiş, ancaq güman etmişdir ki, həmin alət 100-110 manat dəyərində olmuşdur. Ancaq həmin şəxs ona həmin aləti özü ucuz qiymətə aldığını, bu səbəbdən onu ucuz satdığını bildirmişdir. Bu səbəbdən o inanıb aləti ucuz qiymətə almışdır. Həmçinin o bildirmişdir ki, həmin aləti təhqiqat zamanı təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Sətdarxan küçəsində təzə məhlədə yaşayır, rəsmi olaraq Laçın rayon Peşə məktəbində müəllim işləyir. Bununla yanaşı Bərdə şəhəri Köhnə bazar adlanan ərazidə fətdi olaraq toxum, un satışı ilə məşğul olur. Təxminən 2024-cü ilin mart ayının axırlarında tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq arpa satdığını bildirmişdir. O özü arpanı 0.42 qəpiyə satdığımı həmin şəxsə bildirib, həmin şəxsdən satdığı arpanı 0.40 qəpiyə ala biləcəyini həmin şəxsə bildirmişdir. Həmin şəxslə arasında olan şifahi razılığa əsasən o, həmin şəxsdən satmaq üçün gətirdiyi 800 kloqram çəkidə olan arpanı cəmi 320 manat ödəməklə almışdır. Həmin şəxs ona arpanın özünün olduğunu, maddi cəhətdən çətinlik çəkdiyi üçün satdığını bildirmişdir. Bundan sonra o, həmin şəxsdən aldığı 800 kloqram arpanı tanımadığı şəxsə 0.42 qəpiyə satmışdır. Həmçinin o bildirmişdir ki, bundan əlavə olaraq sonradan adının Elgün olduğunu bildiyi həmin şəxsdən hər hansı əşya və ya əmlak almamışdır. O, Elgün adlı şəxsin arpa məhsullarını haradan və hansı formada ələ keçirilməsi barədə dəqiq məlumatı olmamış, həmin Elgün adlı şəxs arpanın özünə məxsus olmasını ona bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Şorəlli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Mahiyyəti üzrə bildirmiş ki, xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs mağazada olmadığı üçün o, Nizamini əvəz etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs adlı şəxs mağazaya gələrək mağazadan nisyə olaraq arpa istədiyini ona bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs tanldığı üçün qardaşına telefonla zəng etmiş və qardaşı Nizamidə Elgün adlı şəxsin nisyə olaraq arpa götürməsinə etiraz etməmişdir. O, Elgünə 1303 kiloqram çəkidə arpa məhsulunu nisyə olaraq vermiş və Təqsirləndirilən şəxs adlı şəxs həmin arpanın və əvvəlcə götürdüyü arpaların pulunu xx.xx.2024-cü il tarixdə verəcəyini bildirmişdir. O, sonradan öyrənmiş ki, Elgün qardaşını aldatmış və qardaşının əmlakını etibarından istifadə edərək ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Şorəlli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmiş ki, xx.xx.2024-cü il tarixdə atası mağazada olmadığı üçün atasını bir neçə saatlıq əvəz etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mağazaya gələrək mağazadan iki ədəd hər biri 140 manat dəyərində otbiçən aləti və elektrikli mişarı nisyə olaraq almışdır ki, xx.xx.2024-cü il tarixdə hər iki aparatın pulunu ödəyəcəkdir. Amma bu günə qədər pulu ödəməmişdir. Təqsirləndirilən şəxs o, əvvəldən tanımış, belə ki, Elgünü atasının yanında görmüş və atasından nisyə arpa götürdüyünü bilmişdir. Mağaza atasına məxsusdur, həmin gün atası olmadığı üçün atasını bir neçə saatlıq əvəz etmişdir. Elə həmin vaxtda Təqsirləndirilən şəxs mağazaya gəlmiş və ona atası ilə razılaşdığını və 2 ədəd otbiçən alətin nisyə almasına atasının xəbərinin və razılığının olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lək kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Bərdə rayonu, Qazıqurdalı kəndində fərdi olaraq dənli bitkilərin satışı ilə məşğul olur. Təxminən 2024-cü ilin mart ayının axırlarında tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq arpa satdığını bildirmişdir. Həmin şəxsin sonradan Elgün adlı şəxs olduğunu öyrənmiş və Elgün ona əlində arpa qaldığını bildirmişdir. Dəqiq nə qədər arpası olduğunu xatırlamamış, təxminən 1000 kiloqram olmazdı heç, o, Elgündən həmin arpaları 0.38 qəpiyə almışdır. Həmin Elgün adlı şəxs qoyunlarını satdığını və əlində arpa qaldığını bildirdiyi üçün o, ondan arpanı almışdır. O, bundan əlavə olaraq sonradan adının Elgün olduğunu bildiyi şəxsdən hər hansı əşya və ya əmlak almamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 11 may 2024-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 4-29-cu vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Şorəlli kəndində yaşayan 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə müraciət edərək, Bərdə rayonu, Qazıqurdalı kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ona məxsus Bərdə rayon Güloğlular kəndində yerləşən kənd təsərüfatı məhsulları mağazasından 1387 manat dəyərində arpanı və 280 manat dəyərində kənd təsərrüfat alətlərini nisyə olaraq alıb digər şəxslərə ucuz qiymətə nağd şəkildə satmasını və ümumilikdə ona 1667 manat maddi ziyan vurmasını bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 107-108-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan Negociacion” MMC-dən daxil olmuş məktubdan görünür ki, 2024-cü ilin mart ayında Bərdə Ticarət Mərkəzində 3303 kiloqram arpa bitkisini kiloqramı 42 qəpik olmaqla orta bazar qiyməti 1387 manat 26 qəpik, 2023-cü il buraxılışı olan, Çin istehsalı “ZİL” markalı ot biçən aparatının orta bazar qiyməti isə 140 manat və 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı markalı elektrik mişarının orta bazar qiyməti isə 130 manat təşkil etmişdir. Cinayət işinin 56-ci vərəqəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan materialdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsinin olub-olmamasını yoxlamaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yevlax RQİ və TBŞ-yə sorğu verilmiş, alınmış cavab məktubunda Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasın heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Cinayət işinin 57-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 333.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı il 04 ay 25 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Bərdə rayon Mərkəzi xəstəxanası X8in xx.xx.2024-cü il tarixli 18-1-28/2-946/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 136-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Çin istehsalı “ZİL” markalı ot biçən aparatını və 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı elektrik mişarını Zərərçəkmiş şəxs müstəntiq Fərhad Əvəzlidən təhvil almışdır. Cinayət işinin 96-105-ci vərəqələrində olan toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında Qərardan görünür ki, Çin istehsalı “ZİL” markalı ot biçən aparatı və 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı markalı elektrik mişarı maddi sübut kimi tanınmışdır və Zərərçəkmiş şəxs saxlanılması üçün verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə vurulmuş zərərdən Çin istehsalı “ZİL” markalı ot biçən aparatının və 2023-cü il buraxılışı olan, Çin istehsalı “EUROMASH” markalı elektrik mişarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə vurulmuş zərərdən Çin istehsalı “ZİL” markalı ot biçən aparatı və Çin istehsalı “EUROMASH” markalı elektrik mişarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar