Məhkəmə qərarları › İş №1(021)-145/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-145/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-145/2021 09.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə xx xxxxxx 1963-cü ildə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Qaragüney kəndində qeydiyyatda olan və Bərdə rayonu Xəsilli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə saat 2350 radələrində Bərdə rayonu Xəsilli kəndində yerləşən fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs döşəmənin üzərində olan şüşə bankanı əlinə alaraq oğlu Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq sonuncuya sağ gicgah nahiyəsinin kəsilmiş-cırılmış, sağ ayağın baş barmağının əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30.06.2021-ci il tarixdə qaynı Pənahdan içmək üçün 3 litir süd alaraq evində olan soyuducuya qoymuşdur. Həmin günü gecə saatlarında təxminən saat 2315 radələrinə yuxudan oyanaraq süd içmək isdəmişdir. Soyuducunu açdıqda südün az miqdarda qaldığını görmüşdür. Arvadı Vəsiləyə südü kimin içməsi barədə sual vermiş, sonuncu südü oğlun Ruslan və nəvəsi içdiyini demişdir. Oğlu Ruslana niyə ona süd saxlamamasını soruşmuş, oğlu yaxşı edib südü içdiyini demişdir. Əsəbi olduğundan Ruslanla mübahisə etmiş və mübahisə zamanı oğlu ona cavab qayatardığından əsəbləşərək döşəmənin üzərində olan şüşə bankanı götürərək oğlu Ruslanın baş nahiyəsinə vurmuşdur. Oğlunun başından qan axdığını gördükdən sonra otağı tərk edərək həyətə düşmüşdür. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329 və 230-cu maddələrinə əsasən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, arvadı Şahid2 ilə birlikdə atası Ziyəddinə məxsus evdə valdeyinləri ilə birgə yaşayır. Atası Ziyəddin içmək üçün dayısı Pənahdan süd alaraq evlərində olan soyuducuya qoymuşdur. 30.06.2021-ci il tarixdə azyaşlı övladı ilə birlikdə soyuducuda olan südü içmiş, az miqdarda süd saxlamışlar. 30.06.2021-cı il tarixdə təxminən saat 2315 radələrində atası yuxudan oyanaraq süd içmək isdəmişdir. Lakin südün az qaldığını gördüyü üçün anasından südü kim içdiyini soruşmuşdur. Anası südü Ruslan və övladı içdiyini demişdir. Həmin vaxt atası Ziyəddin südü içdiyi üçün onunla mübahisə etmişdir. Mübahisə zamanı atasını sakitləşdirməyə çalışmışdır. Lakin atası Ziyəddin onunla mübahisə etməyə davam edərək onu təhqir etmiş və döşəmənin üzərində olan şüşə bankanı götürərək onun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt başından qan axdığını görərək atasına məxsus VAZ 2106 markalı avtomobilə Bərdə rayon Mərkəzi Xəstaxanasına getmişdir. Həkimlər ona ilkin tibbi yardım edərək onu evə buraxmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 02 iyul 2021-ci il tarixli 581 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyəsinin kəsilmiş-cırılmış, sağ ayağın baş barmağının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 30.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 09 iyul 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 318 saylı 05 iyul 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Xəsili kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü normal aparmışdır. Ailədə, ictimai yerlərdə özünü yaxşı aparır. Təqsirləndirilən şəxs vətənpərvər, torpağa bağlı, zəhmətkeş insandır. Yaşadığı Xəsili kəndinin ictimai işlərində yaxından iştirak edir. Təqsirləndirilən şəxs öz zəhməti ilə yaşayan bir şəxsdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar