Məhkəmə qərarları › İş №1(021)-145/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-145/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-145/2024 15.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şuşa rayonu, Sarıbaba kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ictimai yer hesab edilən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “309 çay” evində və həmin çay evinin qarşısında çay evini işlədən 2-ci Qarabağ Müharibəsinin iştirakçısı və 1-ci qrup Qarabağ əlili, Şahid1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs ilə hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xüsusilə qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan dəstəyi və kəsici hissəsi qara rəngli soyuq silah hesab edilməyən turist bıçağından istifadə etməklə həmin çay evinin qarşısında asfalt yolun üzərində Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən cəmi bir dəfə zərbə endirərək sonuncunun sağlamlığına döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Şuşa rayonu, Sarıbaba kəndində qeydiyyatda olsa da ailə valideyinləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olduğundan «Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin» azad olunmasına görə və “Vətən müharibəsi» iştirakçısı medalları ilə təltif edilmişdir. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də Bərdə şəhəri, Sənaye küçəsində yerləşən «111» çay evini hadisədən təxminən 15-20 gün əvvəl icarəyə götürüb işlətmişdir. Lakin həmin çay evini icarə müqaviləsi olmadan işlətmişdir. Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 Bərdə rayon polis şöbəsinə onun barəsində vermiş olduqları şikayət ərizələri ilə tanış olmuşdur. Şahid1 tanısa da lakin Zərərçəkmiş şəxs tanımır. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Belə ki, Şahid1 2-ci Qarabağ Müharibəsinin iştirakıçısı kimi tanımışdır. Şahid1 də Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evini işlətmişdir. 10 aprel 2024-cü il tarixdə təxminən 23:30 radələrində o, işlədiyi çay evində olan zaman həmin çay evinə müştəri kimi tez-tez gələn soyadını və ata adını bilmədiyi lakin Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan «Dıbış» ləqəbli tanıdığı şəxslə birlikdə spirtli içki olan pivə içərkən taksi fəaliyyəti ilə məşğul olan və tanıdığı Elçin adlı şəxs onların yanına gəlib əyləşmişdir. Lakin Elçin avtomobili idarə etdiyi üçün içki içməmişdir. O, «Dıbış» ləqəbli şəxs ilə pivə içdikdən sonra təxminən saat 23:55 radələrində çay evini bağlayıb yaşadığı evə getmək üçün Elçin adlı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes Benz- 190» minik markalı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobili Elçin idarə etmiş, o, qarşı sərnişin hissədə, onun çay evində işləyən işçisi Lamiyə isə arxa sərnişin hissədə əyləşmişdir. Onlar birlikdə yaşadıqları evə gedərkən o, tanıdığı Gündüzün işlətdiyi Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evinin açıq olduğunu və birlikdə həmin çay evinə gedib oturmaqlarını təklif etmişdir. Həmin vaxt Lamiyə və Elçin onun təklifi ilə razılaşmışdır. Yolda olarkən o, «Dıbış» ləqəbi ilə tanıdığı şəxsə zəng edib qeyd olunan çay evinə gəlməyi təklif etmişdir. «Dıbış» ləqəbi ilə tanıdığı şəxs onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Lamiyə və Elçin «309» çay evinə gedib masanın bir hissəsi pərdə ilə örtülmüş 5 nömrəli masada əyləşmişlər. Çay evinin digər masalarında isə təxminən 10-15 nəfər müştərilərin əyləşdiyini görmüşdür. Bir qədər sonra onların yanına «Dıbış» ləqəbli şəxs gəldikdən sonra o, «Dıbış» ləqəbli şəxs ilə birlikdə pivə sifariş etdikləri üçün orada işləyən sonradan adını bildiyi Gültac adlı xanım pivə gətirmişdir. Həmin vaxt o, digər masada əyləşən onun işlədiyi çay evindən küskün gedən adlarını bilmədiyi təxminən 4 nəfər şəxslərin hesabını vermək istəmişdir. Belə ki, o, işlədiyi çay evini gecə saat 24 radələrində bağlayarkən həmin müştərilər tez durduğu üçün hörmət mənasında həmin şəxslərin hesabını vermək məqsədilə “309” çay evində işləyən Gültaca hesabın onun tərəfindən ödəniləcəyini demişdir. Gültac isə ona «sən kimsən ki, kiminsə də hesabını ödəyəsən» deyə ifadə işlətmişdir. Həmin vaxt o, Gültaca çay evinin müdiriyyətini yəni, Gündüzü onun yanına çağırmasını demişdir. Gültac da Gündüzü onun əyləşdiyi masaya dəvət etdiyindən Gündüz onun yanına gəldikdən sonra o, Gündüzə Gültacın ona qarşı hörmətsizlik etməsini deyib Gültacın ondan üzr istməsini demişdir. Lakin Gültac üzr istəmədikdən sonra Gündüz ona düzgün başa düşmədiyini, orada işləyən işçilərə tərəfindən tapşırıq verildiyini izah etmişdir. Həmin vaxt o, içkili olduğundan çay evində bir az uca səslə danışmış, Gündüz isə onu çay evindən çıxarıb çay evinin qarşısına küçəyə aparmışdır. Lakin Lamiyə, «Dıbış» və Elçin adlı şəxslər masada qalmışlar. O, çay evinin qarşısında yəni küçədə olarkən səs-küy salıb ünvansız yerə nəlayiq söyüşlər söymüşdür. Həmin vaxt çay evində olan tanımadığı müştərilər və çay evində işləyən şəxslər küçəyə çıxmışlar. Həmin vaxt Gündüzün yanında olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona şəhid ailəsinin üzvü olduğunu bildirib onu sakitləşdirməyə çalışmış, lakin o, Qanboya əhəmiyyət verməyib ünvansız söyüşlər söydüyü üçün Qanboy bir dəfə yumruqla onun sifət nahiyəsinə vurmuşdur. O, da bel nahiyəsinin kəmər hissəsinə əvvəlcədən taxdığı dəstəyi qara rəngli və kəsici hissəsi olan cib bıçağını çıxarıb sağa sola fırlayıb bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsinə vurmuşdur. Bundan sonra o, hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Həmin vaxt Qanboya yenidən həmin bıçaqla xəsarət yetirmək imkanı olsa da lakin xəsarət yetirməmişdir. Belə ki, Zərərçəkmiş şəxs bir dəfə həmin bıçaqla xəsarət yetirdikdən sonra bıçağı hadisə yerinə atmışdır. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onu polis şöbəsinə dəvət etdikləri üçün o, əsəbləşib baş nahiyəsini və alın nahiyəsini bir neçə dəfə polis avtomobilinə vurduğundan baş nahiyəsindən xəsarətlər almışdır. Bundan sonra polis əməkdaşları onu və Lamiyə adlı qadını polis şöbəsinə gətirmişlər. X1 əlavə olaraq bildirmişdir ki, hadisə 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Gündüzün işlətdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən «309» çay evinin qarşısında baş vermişdir. Dava-dalaş təxminən 15 dəqiqə müddətində olmuşdur. Hadisə yerinə kənar şəxslər gəlsələr də o, həmin şəxsləri tanımamış, buna görə də həmin şəxslərin kimlər olmasını deyə bilməmişdir. Zərərçəkmiş şəxs və Şahid1 ilə aralarında olan mübahisəyə səbəb Şahid1 işçisi Gültacın digər masanın hesabını gətirməməsi olmuşdur. Belə ki, o, sərxoş vəziyyətdə olduğundan Gültacın hərəkətlərinə əsəbləşdiyi üçün qeyd olunan çay evində uca səslə danışmağı olmuşdur. Şahid1 də orada olan müştərilərin narahatçılığını pozduğu üçün Gündüz onu sakitləşdirməyə çalışsa da o, Gündüzə əhəmiyyət verməmişdir. Hadisə 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Gündüzün işlətdiyi Bərdə şəhəri Bakı küçəsində yerləşən «309» çay evinin qarşısında baş vermişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə onun sifət nahiyəsinə vurmuş, hadisə zamanı o, sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətləri bilməmişdir. O, əsəbləşdiyi üçün baş nahiyəsini və alın nahiyəsini bir neçə dəfə polis avtomobilinə vurduğundan xəsarət almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tədbir və ya fiziki zor tədbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır. Subaydır, heç bir yerdə işləmir. O, 2023-cü ilin sentyabr ayında antiteror əməliyyatında 21 gün iştirak etmiş, lakin bu barədə hər hansı bir medalı yoxdur. Şahid1 onun dostudur, Şahid1 2-ci Qarabağ Müharibəsinin iştiraksıdır və 1-ci qrup Qarabağ əlildir. Hadisədən əvvəl Şahid1 Bakı küçəsində yerləşən «309» çay evini təxminən 6-7 aydır ki, işlətmişdir. Həmin çay evində Mingəçevir şəhər sakini X13, Ağcabədi rayonu, Hindarx qəsəbə sakini X8 və Bərdə şəhər sakini soyadını və ata adını xatırlamadığı Nihad adlı şəxs işləmişdir. Bərdə rayonu, 866 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs isə tanımır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 11 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində o, həmin çay evində dostu Şahid1 ilə çay evinin içərisində yerləşən otaqda olan zaman Gündüzün işçisi Şahid6 otağa daxil olaraq çay evinin içərisində tanımadığı müştərinin müdiriyyət tələb etməsini bildirmişdir. Həmin vaxt Gündüz otaqdan çıxdıqdan təxminən 10 dəqiqə sonra həmin çay evinin qarşısında yəni, küçədə uca səslə səsküy gəldiyini eşidib dərhal otaqdan çıxaraq çay evinin qarşısına çıxmışdır. Həmin vaxt orada qeyd olunan çay evinə gələn tanımadığı müştərilərin, dostu Şahid1 və sonradan adını bildiyi Təqsirləndirilən şəxs çay evinin qarşısında görmüşdür. Həmin vaxt Nicat sərxoş vəziyyətdə ünvansız yerə nəlayiq söyüşlər söydüyü üçün və çay evində olan tanımadığı müştərilərinin narahatıçılığına səbəb göstərdiyindən Şahid1 Nicatı sakitləşdirməyə çalışmışdır. Lakin Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib uca səslə ünvansız yerə söyüşlər söydüyü üçün o, da Nicatı sakitləşdirməyə çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs çay evinin içərisində əyləşmiş olduğu masada digər masada əyləşən tanıdığı şəxslərin hesabını ödəmək üçün Şahid1 işçisi Gültac xanıma hesabı gətirməsini bildirmiş, lakin Gültac müdriyyət tərəfindən icazə verilmədiyini izah etmiş, Nicat isə çay evinin içərisində Gündüzə iradını bildirərək veteran olduğunu, özünə qarşı hörmətsizlik olduğunu bildirmişdir. Buna görə də Şahid1 Təqsirləndirilən şəxs çay evinin içərisində müştərilərin narahatçılığına səbəb göstərdiyini görüb çay evinin içərisində Nicatı çay evinin qarşısına dəvət etmişdir. Bundan sonra o, Nicatı sakitləşdirməyə çalışıb şəhid ailəsinin üzvü olduğunu bildirən zaman Nicat onun və şəhid ailələrinin, eləcə də qazilərinin ünvanına nəlayiq söyüşlər söydüyü üçün o, bir dəfə yumruqla Nicatın sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt Nicat hərəkətlərinə davam edib kürək nahiyəsindən dəstəyi və kəsici hissəsi qara rəngli bıçağı çıxarıb sağa solla fırlayıb qəflətən onun kürək nahiyəsinə bir dəfə zərblə vurduqdan sonra bir qədər kənara çəkilmişdir. O, isə kürək nahiyəsində ağrı hiss etdiyindən dizi üstə aşağı oturmuşdur. Həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşdığından Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əlində olan bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra o, xəsarət aldığı üçün dostu Şahid1 onu Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra müalicənin davam etdirilməsi üçün yaşadığı evə göndərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində Şahid1 işlətdiyi çay evinə gələn müştərilər toplaşmış, lakin o, həmin şəxsləri tanımamışdır. Qeyd olunan çay evinin içərisində, qarşısında və ətrafda hər hansı bir dağıntı baş verməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan dəstəyi və kəsici hissəsi qara rəngli olan cib bıçağı ilə onun kürək nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirsə də, lakin digər hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Eləcə də Təqsirləndirilən şəxs yanında olan tanımadığı şəxslər ona və hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs yanında iki nəfər tanımadığı cavan oğlan və bir nəfər cavan xanım olmuşdur. Təqsirləndirilən şəxs onun və şəhid ailələrinin, qazi ailələrinin ünvanına nəlayiq söyüşlər söydüyü üçün o, bir dəfə yumruqla Təqsirləndirilən şəxs sifət nahiyəsinə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. 11 aprel 2024-cü il tarixdə, gecə saat 02 radələrində o, Bərdə RPŞ-nin Post Patrul Xidmət Bölməsinin polis nəfəri, baş serjantı Şahid3 ilə birlikdə xidməti «Fiad Doblo» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Bakı küçəsində xidmətdə olan zaman həmin küçədə yerləşən «309» çay evinin yaxınlığından keçərkən qeyd olunan çay evinin qarşısında xeyli sayda adamların toplaşdığını görüb çay evinin qarşısına yaxınlaşmışdır. Həmin vaxt orada olan zaman onlara Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəstəyi və kəsici hissəsi qara rəngli olan cib bıçağı ilə kürək nahiyəsinə bir dəfə vurub xəsarət yetirməsi məlum olmuşdur. Həmin vaxt hadisə yerindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu həmin bıçaq qeyd olunan çay evinin qarşısından asfalt yolun üzərindən Şahid2 tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu, uca səslə səs-küy saldığını, qeyd olunan çay evində olan tanımadığı müştərilərin çay evinin qarşısına toplaşdığını görüb Təqsirləndirilən şəxs nizam intizama dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs onlara əhəmiyyət verməyib uca səslə ünvansız yerə söyüşlər söymüşdür. Buna görə də o, xidməti yoldaşı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirmək istəyən zaman Təqsirləndirilən şəxs alın nahiyəsini xidməti avtombilin sol yan şüşəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs sakitləşdirib xidməti avtomobilə əyləşdirdikdən sonra Zərərçəkmiş şəxs, həmin çay evini işlədən Şahid1, Təqsirləndirilən şəxs yanında olan Şahid4 xidməti avtomobilə əyləşdirib rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında olarkən o, bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilərkən Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olması müəyyən edilmişdir. Hadisə yerindən götürmüş olduğu qeyd olunan bıçağı istintaq bölməsinə təqdim etmişdir. Həmçinin Şahid2 əlavə olaraq bildirmişdir ki, hadisə zamanı o, xidməti yoldaşı Şahid3 ilə birlikdə hər hansı bir xəsarət almamışdır. Eyni zamanda xidməti avtomobilə hər hansı bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan özünü idarə edə bilmədiyindən Nicat ünvansız yerə nəlayiq söyüşlər söymüşdür. Bundan başqa Nicat Zərərçəkmiş şəxs dəstəyi və kəsici hissəsi qara rəngli cib bıçağı ilə xəsarət yetirmişdir. Lakin onlar orada olan zaman artıq Nicat Zərərçəkmiş şəxs bir dəfə qeyd olunan bıçaqla kürək nahiyəsinə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, anası X14 və qızı X6 ilə birlikdə Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 1, mənzil 2-də yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də Bərdə şəhəri, Sənaye küçəsində yerləşən «111» çay evində təxminən 8 gündür işləyir. Həmin çay evində ofsiant işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həmin çay evini icarə götürüb işlətdiyindən o, da həmin çay evində işləyir. O, Zərərçəkmiş şəxs və Şahid1 Bərdə rayon polis şöbəsinə vermiş olduqları şikayət ərizələri ilə tanış olmuşdur. Şahid1 tanısa da lakin Zərərçəkmiş şəxs tanımır. Belə ki, Şahid1 Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evini işlətdiyindən həmin şəxsi tanıyır. Şahid1 və Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 10 aprel 2024-cü il tarixdə təxminən 23:30 radələrində o, işlədiyi çay evində olan zaman işlədiyi çay evini işlədən Təqsirləndirilən şəxs tanışı, həmin çay evini müştəri kimi tez-tez gələn soyadını, ata adını bilmədiyi «Dıbış» ləqəbli şəxslə birlikdə spirtli içki olan pivə içmişlər. Həmin vaxt onların yanında taksi fəaliyyəti ilə məşğul olan və tanıdığı Elçin adlı şəxs əyləşmişdir. Lakin Elçin avtomobili idarə etdiyi üçün içki içməmişdir. Nicat ilə «Dıbış» ləqəbli şəxs pivə içdikdən sonra təxminən saat 23:55 radələrində çay evini bağlayıb birlikdə yaşadıqları evə getmək üçün Elçin adlı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes Benz-190» minik markalı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobili Elçin idarə etmişdir. Nicata qarşı sərnişin hissədə o, isə arxa sərnişin hissədə əyləşmişdir. Onlar birlikdə yaşadıqları evə gedərkən Nicat dostu Gündüzün işlətdiyi Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evinin açıq olduğunu və birlikdə həmin çay evinə gedib oturmaqlarını təklif etmişdir. Həmin vaxt o, Elçinlə Nicatın təklifi ilə razılaşmışdır. Yolda olarkən Nicat «Dıbış» ləqəbi ilə tanınan şəxsə zəng edib qeyd olunan çay evinə gəlməyi təklif etmişdir. Bundan sonra o, Nicat və Elçin «309» çay evinə gedib 5 nömrəli masada əyləşmişlər. Belə ki, masanın bir hissəsi pərdə ilə örtülmüşdür. Çay evinin digər masalarında isə təxminən 10-15 nəfər müştərilərin əyləşdiyini görmüşdür. Bir qədər sonra onların yanına «Dıbış» ləqəbli şəxs gəldikdən sonra Nicat və «Dıbış» ləqəbli şəxs pivə sifariş etdikləri üçün pivə içmişlər, o, isə Elçin ilə kofe içmişlər. Həmin vaxt Nicat çay evində işləyən istintaq zamanı adı ona məlum olan Gültac xanıma çay evinin zalında əyləşən tanımadığı təxminən 3-4 nəfər cavan oğlanın hesabını ödəmək istədiyini və buna görə də hesabı gətirməsini bildirmişdir. Gültac isə Nicata «sən kimsən ki, kiminsədə hesabını ödəyəsən» kimi ifadə işlətmişdir. Həmin vaxt Nicat Gültaca çay evinin müdriyətini yəni, Gündüzü çağırmasını demişdir. Gültac da Gündüzü onların masaya dəvət etmişlər. Gündüz gəldikdən sonra Nicat Gündüzə tanıdığı üçün çay evinə gəldiyini, Gültacın hörmətsizlik etməsini bildirib Gültacın üzr istməsini bildirmişdir. Lakin Gültac üzr istəmədikdən sonra Gündüz Nicata nəsə düzgün başa düşmədiyini Nicata izah etmişdir. Nicat içkili olduğundan çay evində səs-küy yarandığından Gündüz Nicatı çay evindən çıxarıb küçəyə aparmışdır. Lakin o, «Dıbış» ləbəqli şəxs, Elçin masada qalmışdır. Təxminən 5 dəqiqə sonra çay evinin içərisində olan müştərilərinin və çay evində işləyən 2 nəfər xanımların çay evindən qaçaraq çölə çıxdıqlarını gördükləri üçün onlar da çay evinin qarşısına çıxmışlar. Həmin vaxt Şahid1 və ətrafın yanında olan tanışları Təqsirləndirilən şəxs ilə mübahisə etmişlər. O, orada olan zaman Təqsirləndirilən şəxs üzərində olan dəstəyi qara rəngli cib bıçağı ilə Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməsə də lakin sonradan rayon polis şöbəsinə gəldikdən sonra bu barədə məlumatı olmuşdur. Belə ki, o, hadisədən əvvəl həmin bıçağı Təqsirləndirilən şəxs arxa kəmər hissəsinə keçirilmiş vəziyyətdə görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşdığından onu və Nicatı polis şöbəsinə dəvət etmişlər. Həmçinin Şahid4 əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində işlətdiyi çay evinə gələn müştərilər toplaşmış, lakin o, həmin şəxsləri tanımamışdır. Hadisə zamanı ona hər hansı bir şəxs xəsarət yetirməmiş, buna görə də onun hər hansı bir xəsarəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, anası X11 ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Subaydır, hazırda heç bir yerdə işləmir. Şahid1 tanıyır. Təqsirləndirilən şəxs isə tanımır, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Belə ki, Şahid1 Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evini işlətdiyindən o, əvvəl həmin çay evində ofsiant işləmişdir. Sonradan isə Şahid1 həmin çay evini işlətmədiyi üçün o, yaşadığı Mingəçevir şəhərinə getmişdir. 11 aprel 2024-cü il tarixdə təxminən saat 00:30 radələrində o, Şahid1 işlətdiyi «309» çay evində olan zaman Təqsirləndirilən şəxs yanında sonradan adlarını bildiyi Elçin, Lamiyə və «Dıbış» ləqəbli şəxslə birlikdə 5 nömrəli masada əyləşdiklərini görmüşdür. Digər masalarda isə təxminən 10- 15 nəfər tanımadığı müştərilər olmuşdur. Təqsirləndirilən şəxs əyləşmiş olduğu masaya işlədiyi çay evində işləyən Şahid6 qulluq etmişdir. Həmin vaxt o, çay evində olan zaman Şahid6 Şahid1 Təqsirləndirilən şəxs əyləşmiş olduğu masaya dəvət etdikdən bir qədər sonra Nicat ilə Gündüzün çay evinin içərisindən çıxdıqlarını görmüşdür. Təxminən 5 dəqiqə sonra Qanboy və Gültac çay evinin qarşısına çıxmışlar. Bir qədər sonra həmin çay evinin qarşısında yəni, küçədə uca səslə səs-küy gəldiyini eşidib o, da çay evinin qarşısına çıxmışdır. Həmin vaxt orada qeyd olunan çay evinə gələn tanımadığı müştərilərin çay evinin qarşısında olduğunu görmüşdür. Zərərçəkmiş şəxs xəsarət aldığı üçün Şahid1 Qanboyun yanında olduğunu görüb dərhal həmin şəxslərə yaxınlaşmışdır. Həmin vaxt ona Təqsirləndirilən şəxs çay evinin içərisində əyləşmiş olduğu masada digər masada əyləşən tanıdığı şəxslərin hesabını ödəmək üçün Şahid6 hesabı gətirməsini bildirməsi, lakin Gültac müdriyyət tərəfindən yəni, Gündüz tərəfindən icazə verilmədiyini izah etməsi, Nicat isə çay evinin içərisində Gündüzə iradını bildirərək veteran olduğunu, özünə qarşı hörmətsizlik olduğunu bildirməsi məlum olmuşdur. Buna görə də Şahid1 Təqsirləndirilən şəxs çay evinin içərisində müştərilərin narahatçılığına səbəb göstərdiyini görüb çay evinin içərisindən Nicatı çay evinin qarşısına dəvət etmişdir. Sonradan Qanboy çay evinin qarşısında Nicatı sakitləşdirməyə çalışıb şəhid ailəsinin üzvü olduğunu bildirən zaman Nicat Qanboyun və şəhid ailələrinin, eləcə də qazilərinin ünvanına nəlayiq söyüşlər söyüb üzərində olan bıçaqla bir dəfə Qanboyun kürək nahiyəsinə vurmuşdur. Buna görə də Zərərçəkmiş şəxs kürək nahiyəsindən xəsarət almışdır. Həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşdığından Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əlində olan bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Qanboy xəsarət aldığı üçün Şahid1 Qanboyu Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. Həmçinin Şahid5 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sözlə mübahisə etdiklərini və bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməsə də sonradan çay evinin qarşısına çıxdıqdan sonra Qanboyun xəsarət aldığını və aşağı vəziyyətdə oturduğunu görmüşdür. Sonradan ona Nicatın üzərində olan bıçaqla Qanboyu vurması məlum olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində Şahid1 işlətdiyi çay evinə gələn müştərilər toplaşmış, lakin o, həmin şəxsləri tanımamışdır. Hadisə zamanı çay evinin içərisində, çay evinin qarşısında və ətrafda hər hansı bir dağıntı baş verməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olan bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirsə də lakin digər hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Eləcə də Təqsirləndirilən şəxs və yanında olan tanımadığı şəxslər ona və hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs yanında iki nəfər tanımadığı cavan oğlan və bir nəfər cavan xanım olmuşdur. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, şəhid ailələrinin, qazi ailələrinin ünvanına nəlayiq söyüşlər söyməsi olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli «Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında» protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 təqdim etdiyi 1 (bir) ədəd bıçağa baxış keçirilərkən bıçağın açılıb qatlanan cib bıçağı olması, bıçağın tiyəsinin üst tərəfində tilişkəli olması və bıçağın rənginin qara rəngli olması məlum olmuşdur. Təqdim edilən 1 (bir) ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin içərisinə qoyularaq qablaşdırılıb götürülmüşdür. Baxış zamanı foto şəkillər çəkilərək protokolla əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli «Diskə baxış keçirilməsi və götürülməsi haqqında» protokoldan görünür ki, 1 (bir) ədəd «DVD» diskin içərsinə baxış zamanı 1 ədəd «DVD» diskin içərisində 2 dəqiqə 39 saniyə müddətində çəkilmiş videogörüntü vardır. Video görüntüyə baxış zamanı ağ rəngli dövlət qeydiyyat nişanı və markası görsənməyən avtomobilin «309» çay evinin qarşısında olması, həmin avtomobilin arxa tərəfində bir neçə şəxslərin dayanması, həmin şəxslər arasında dava-dalaşın olması, dava-dalaş zaman qara rəngli paltarda olan 1 nəfər şəxsin sağ əlini bel nahiyəsinə tutub «Bazarstore» istiqamətinə getməsi, dava-dalaş zamanı çay evində olan şəxslərin Bakı küçəsindən çay evinin qarşısına yəni, hadisə baş verdiyi yerə yaxınlaşması görsənir. Hadisə yerinə post-patrul xidməti avtomobilinin yaxınlaşması görsənilmişdir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən «Belissa» mebel evinin müşahidə kamerasına düşmüş 2 dəqiqə 39 saniyə olan 1 ədəd videogörüntünü iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 1 (bir) ədəd «DVD» diskin içərsinə baxış zamanı 1 ədəd «DVD» diskin içərisində 2 dəqiqə 39 saniyə müddətində çəkilmiş videogörüntü vardır. Video görüntüyə baxış zamanı ağ rəngli dövlət qeydiyyat nişanı və markası görsənməyən avtomobilin «309» çay evinin qarşısında olması, həmin avtomobilin arxa tərəfində bir neçə şəxslərin dayanması, həmin şəxslər arasında dava-dalaşın olması, dava-dalaş zaman qara rəngli paltarda olan 1 nəfər şəxsin sağ əlini bel nahiyəsinə tutub «Bazarstore» istiqamətinə getməsi, dava-dalaş zamanı çay evində olan şəxslərin Bakı küçəsindən çay evinin qarşısına yəni, hadisə baş verdiyi yerə yaxınlaşması görsənir. Hadisə yerinə post-patrul xidməti avtomobilinin yaxınlaşması görsənilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan çay evinin qarşısında Zərərçəkmiş şəxs yumruqla onun burun nahiyəsinə vurduğunu, daha sonra o, üzərində olan bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vurduğunu, bundan başqa hər hansı şəxsə xəsarət yetirməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə «Baxış keçirilməsi və götürmə haqqında» 11 aprel 2024-cü il tarixli protokolundan görünür ki, Bərdə şəhəri, Bakı küçəsində 2 mərətəbi olmaqla «309» adlı çay evi yerləşir, 1-ci mərtəbəsi mebel olsa da 2-ci mərtəbəsinə pilləkənlərə çıxdıqda çay evi yerləşir, çay evinin içərisində masalar, divanlar, birliyat sutulu yerləşir. Baxış zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya götürülməmişdir. Baxış zamanı Şahid1 Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» adlı çay evinin içərisində yerləşən 5 nömrəli masada Təqsirləndirilən şəxs əyləşdiyi yeri, həmin çay evinin qarşısında Təqsirləndirilən şəxs mübahisə etdiyi yeri, həmin çay evinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» adlı çay evinin qarşısında hadisə zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 sözlə mübahisə etdikləri yeri, hadisə zamanı həmin çay evinin qarşısında Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyi yeri göstərmişdir. Baxış zamanı foto şəkillər çəkilərək protokolla əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə «baxış keçirilməsi və götürmə haqqında» 11 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evidir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bərdə şəhəri, Bakı küçəsində yolun hər iki tərəfində mağazalar yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə, gecə təxminən saat 02 radələrində həmin çay evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi cib bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsinə vurub xəsarət yetirmişdir. Hadisə yerinə baxış keçrilərkən sübut əhmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs mübahisənin harada baş verməsini, Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu yeri göstərməklə istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Baxış zamanı foto şəkillər çəkilərək protokolla əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qarşısında 2 rəqəmi yazılmış bıçağı əli ilə göstərib həmin bıçağın ona məxsus olmasını, həmin bıçaqla 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» adlı çay evinin qarşısında Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurduğunu, sonra bıçağı hadisə yerində yerə tulladığını, bıçağın ölçüsünə görə, tiyəsinin üstə tərəfində tilişkəli olmasına və bıçağın rənginə görə ona məxsus olub-olmadığını qeyd etdiyi xüsusiyyətlərinə və əlamətlərinə görə eyni anda tanıya bilər. Baxış zamanı foto şəkillər çəkilərək protokolla əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 11 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs mübahisənin harada baş verməsini, iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu yeri göstərməklə istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Baxış zamanı foto şəkillər çəkilərək protokolla əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli, 479 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi»nin aktından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 03:40 radələrində müayinə olunan zaman orta dərəcə sərxoş olması müəyyən edilmişdir. (1,9 pr. mil) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 282 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin ola bilsin bıçaq təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla və ya bu kimi eyni konsturktiv xüsusiyyətlərə malik bıçaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 bölməsinin 24 may 2024-cü il tarixli, 16/507 nömrəli məhkəməballistik ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X18 daxil olmuş 06 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX»nın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon MKİS-nin Bərdə rayon Mənzil- Kommunal istismar sahəsinin 18 aprel 2024-cü il tarixli, 387 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Həsənqaya kəndi ərazisində yerləşən 866 saylı məcburi köçkün qəsəbəsi bina, 11, mənzil 9 ünvanında müvəqqəti məskunlaşıb yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 24 may 2024-cü il tarixdə daxil olmuş tələbnamə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 02 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ictimai yer hesab edilən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “309 çay” evində və həmin çay evinin qarşısında çay evini işlədən 2-ci Qarabağ Müharibəsinin iştirakçısı və 1-ci qrup Qarabağ əlili, Şahid1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs ilə hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək üzərində gəzdirdiyi dəstəyi və kəsici hissəsi qara rəngli cib bıçağı ilə həmin çay evinin qarşısında asfalt yolun üzərində Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə vuraraq xəsarət yetirməsi məlum olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində yerləşən «309» çay evində Təqsirləndirilən şəxs yanında olan “Dıbış” ləqəbli və Elçin adlı şəxsin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməməsi müəyyən edilmişdir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu 1 (bir) ədəd soyuq silah hesab edilməyən turist bıçağı və hadisə yerini özündə əks etdirən 1 (bir) ədəd DVD disk 24 iyul 2024-cü il tarixli «cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən notorial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Cinayət Məcəlləsi ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna Cinayət Məcəlləsi isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və Cinayət Məcəlləsi hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, «Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin» azad olunmasına görə və “Vətən müharibəsi» iştirakçısı medalları ilə təltif olunması, babası X7 və əmisi X5 İ Qarabağ müharibəsində şəhid olması cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs çəza çəkmədən islah olunmasını mümkün saydığından cəzanın şərti tətbiq olunması haqqında qərar çıxarır, o səbəbdən ki, cinayəti törətmiş şəxs gənc olmaqla əvvəllər hər hansı cinayət törətməmiş, əməlindən səmimi peşman olmaqla zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Onun 44 günlük Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə xüsusi fədakarlıq göstərərək beş medalla təltif olunması, əl əxsus məhkəmədə baxılan zaman iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamələrə əsasən Təqsirləndirilən şəxs baba və əmisinin İ Qarabağ müharibəsində Şuşa şəhərinin işğalı ilə bağlı döyüşlərdə həlak olması faktı xüsusi anlam daşımaqla qiymətləndirilməsi zəruridir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində 1 (bir) il sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 53 (əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 11 aprel 2024-cü il tarixdən 13 aprel 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar 01 ədəd soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 53 (əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar