Məhkəmə qərarları › İş №1(021)-146/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-146/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-146/2021 23.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Şahid1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Bərdə rayon Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə Rayon Xalq Məhkəməsinin 16 sentyabr 1999-cu il tarixli hökmü ilə AR CM-73-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Sumqayıt Hərbi Məhkəməsinin 22 noyabr 2001-ci il tarixli hökmü ilə AR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasını şərti olaraq çəkməsi qərara alınmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli qərarı ilə barəsində AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə ilə AR CM-nin 73-cü maddəsi tətbiq edilməklə icraatına xitam verilmiş, Bərdə Rayon Məhkəməsinin 22 fevral 2018ci il tarixli hökmü ilə AR CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayon Lənbəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə geməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu 10 avqust 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulun tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)- 90/2014 saylı qətnaməsini, həmçinin 10 avqust 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs verilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manata qaldırılmış Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsini və 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş X1 və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 aprel 2016-cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulun tələbkar Şahid1 ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 aprel, 21 may, 16 iyun və 19 oktyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, 22 iyul 2017-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək şəxsi maraqları naminə 3700 (üç min yeddi yüz) manat məbləğində yeni yaranan aliment borcunu tələbkar Zərərçəkmiş şəxs və cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək 8100 (səkkiz min bir yüz) manat məbləğində aliment borcunu isə tələbkar Şahid1 ödəməyərək zərərçəkmiş şəxslərə həmin məbləğlərdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2002-ci ilin iyulunda ailə həyatı qurmuşdur. Nikahlarını 12 aprel 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 avqust 2005-ci il tarixdə Adəm adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2006-cı ildə ayrılmışlar, 15 yanvar 2007-ci ildə isə rəsmi boşanmışlar. Həmçinin o, Şahid1 ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə 17 oktyabr 2007-ci il tarixdə Mahirə və 15 dekabr 2008-ci il tarixdə isə Tahirə adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2015-ci ilin mart ayında ayrılmışlar. Hal-hazırda da, ayrı yaşayırlar. Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manata qaldırılmışdır. Həmçinin, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsi ilə 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş Mahirənin və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş Tahirənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 15 aprel 2016-cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Şahid1 ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamələr 26 noyabr 2019-cu il tarixdə böyük icra məmuru tərəfindən bir icraatda birləşdirilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd olunan alimentlərin tələbkarlara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnamələri icra edə bilməmişdir. Məhkəmənin qətnamələri tərəfindən icra olunmadığı üçün böyük icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 28 fevral 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, məhkəmə qətnamələrini icra edə bilməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra böyük icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamələrin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentlərin ödənilməsi tərəfindən təmin edilməsə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş lakin o, yenə də, məhkəmənin qətnamələrini icra edə bilməmişdir. O, həmçinin aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən AR CM-nin 306.1ci maddəsilə cinayət işi aparılmış və baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə o, AR CMnin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra yenə də, yeni yaranan aliment borcunu Zərərçəkmiş şəxs, digər aliment borcunu isə Şahid1 tam olaraq ödəyə bilməmişdir. Onun 22 iyul 2017-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində yeni aliment borcu yaranmışdır. Həmçinin onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək tələbkar Şahid1 8100 (səkkiz min bir yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, imkanı olmadığından indiyədək həmin məbləğlərdən tələbkarlara heç bir ödəniş edə bilməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs oğlu ilə 2002-ci ilin iyulunda ailə həyatı qurmuşdur. Nikahlarını 12 aprel 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 avqust 2005-ci il tarixdə Adəm adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2006-cı ildə ayrılmışlar, 15 yanvar 2007-ci ildə isə rəsmi boşanmışlar. Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulu alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan tutularaq ona verilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manata qaldırılmışdır. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamələr böyük icra məmuru tərəfindən 26 noyabr 2019-cu il tarixdə bir icraatda birləşdirilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnamələri icra etməmişdir. Məhkəmənin qətnamələri borclu tərəfindən icra olunmadığı üçün böyük icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra böyük icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamələrin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək yeni yaranan aliment borcunu ona ödəməmişdir. Həmçinin borclu Şükürov X4 Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2017-ci il tarixli təqdimatında göstərilən 3510 (üç min beş yüz on) manat məbləğində aliment borcunu ona ödəmədiyinə görə barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən AR CM-nin 306.1-ci maddəsilə cinayət işi aparılmış və baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə borclu Təqsirləndirilən şəxs oğlu AR CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra borclu yenə də, yeni yaranan aliment borcunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs oğlunun 22 iyul 2017-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək ona 3700 (üç min yeddi yüz) manat məbləğində yeni aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə aliment pulunu ona ödəmir və bunu aşkar şəkildə bildirir. O, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu və borcunu tələb etdiyini bildirdi. Zərərçəkmiş şəxs Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, o Təqsirləndirilən şəxs oğlu ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə 17 oktyabr 2007-ci il tarixdə Mahirə və 15 dekabr 2008-ci il tarixdə isə Tahirə adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2015-ci ilin mart ayında ayrılmışlar. Hal-hazırda da, ayrı yaşayırlar. Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsi ilə 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş Mahirənin və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş Tahirənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs oğlundan 15 aprel 2016cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün böyük icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra böyük icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs oğlunun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək ona 8100 (səkkiz min bir yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə ona aliment pulunu ödəmir və bunu aşkar şəkildə bildirir. O, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu və borcunu tələb etdiyini bildirdi. Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o Bərdə Rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs oğlunu icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli olan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manata qaldırılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsi ilə 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş Mahirənin və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş Tahirənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs oğlundan 15 aprel 2016-cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Şahid1 ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildirişlər borcluya göndərilmişdir. Həmin qətnamələr tərəfindən 26 noyabr 2019-cu il tarixdə bir icraatda birləşdirilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkarlara aliment borcunu ödəməmişdir. Həmçinin borclu Şükürov X4 Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2017-ci il tarixli təqdimatında göstərilən 3510 (üç min beş yüz on) manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən AR CM-nin 306.1-ci maddəsilə cinayət işi aparılmış və baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə borclu Təqsirləndirilən şəxs oğlu AR CMnin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra o, yenə də, yeni yaranan aliment borcunu tələbkara tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs oğlunun 22 iyul 2017-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində yeni aliment borcu yaranmışdır. Həmçinin, borclu Təqsirləndirilən şəxs oğlunun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək tələbkar Şahid1 8100 (səkkiz min bir yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu həmin məbləğlərdən indiyədək tələbkarlara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 digər Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs oğluna məhkəmə qətnamələrinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnamələri icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı qətnaməsini, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsini və Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 203-204-cü vərəqələrində olan 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 184-cü vərəqəsində olan Axtarışda oan şəxsin tutulması haqqında Protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs oğlu 23.06.2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 212-213-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-12-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı qətnaməsindən görünür ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı icra vərəqəsindən görünür ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 70 (yetmiş) manat məbləğində sabit aliment pulu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 50-52-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı qətnaməsindən görünür ki, 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş Mahirənin və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş Tahirənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs oğlundan 15 aprel 2016-cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Şahid1 ödənilməsi qət edilmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı icra vərəqəsindən görünür ki, 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş Mahirənin və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş Tahirənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs oğlundan 15 aprel 2016cı il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Şahid1 ödənilməlidir. Cinayət işinin 18-19-cu vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 21 aprel 2017cı il tarixli, 3(021)290/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs olunmuşdur. Cinayət işinin 99-105-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)25/2018 saylı 22 fevral 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 59-60-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)185/2018 saylı, 22.05.2018-ci il tarixli qərardadından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)215/2019 saylı, 20.09.2019-cu il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 saylı saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 22-27-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019cu il tarixli, 2(021)-2287/2019 saylı qətnaməsindən görünür ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı icra vərəqəsindən görünür ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş Adəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən hər ay 140 (bir yüz qırx) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 73-cü vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin 26.11.2019-cu il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016cı il tarixli, 2(017)-1683/2016 saylı və Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı icra vərəqələri bir icraatda birləşdirilmişdir. Cinayət işinin 81-84-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 28 fevral 2020-cı il tarixli, 3(021)156/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs olunmuşdur. Cinayət işinin 130-132-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə ilə AR CM-nin 73-cü maddəsi tətbiq edilməklə icraatına xitam verilmişdir. Cinayət işində olan olan xəbərdarlıqlardan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə 10 gün müddətində tələbi təmin edib, Bərdə rayon icra və Probasiya şöbəsinə məlumat verməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306- cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Şükürov X4 Rayon Xalq Məhkəməsinin 16 sentyabr 1999-cu il tarixli hökmü ilə AR CM-73-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Sumqayıt Hərbi Məhkəməsinin 22 noyabr 2001-ci il tarixli hökmü ilə AR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasını şərti olaraq çəkməsi qərara alınmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli qərarı ilə barəsində AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə ilə AR CM-nin 73-cü maddəsi tətbiq edilməklə icraatına xitam verilmiş, Bərdə Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə AR CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cəzasını cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 1(021)25/2018 saylı 22 fevral 2018-ci il tarixli hökmü ilə ona azadlıqdan məhrumetmə cəzası verildiyindən onun əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residivlik yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 23 iyun 2021-ci il il tarixində tutulmuş, 23 iyun 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Buna görə də Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixində həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaszalından həbs olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar