Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-146/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1986-cı il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayon məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 7(021)-44/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-57/2020 saylı, 20 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan yolnəqliyyat hadisəsi törədərək hadisə yerindən qəsdən qaçma cinayət əməllərini törətmişdir. Belə ki, o, 24 mart 2022-ci il tarixdə saat 19:30 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və orta dərəcədə sərxoş vəziyətdə idarə edib Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Mətin” şadlıq sarayının qarşısından keçən şəhərdaxili avtomobil yolu ilə Bərdə şəhəri H.Aslanov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və yaşayış məntəqəsi daxilində saatda 50 km saat sürətdən artıq olmayan sürətlə idarə etməli olduğu halda, təxminən saatda 80-90 km saat sürətlə idarə edərək hadisə ərəfəsində həmin yol hissəsini soldan sağa düz istiqamətdə sakit addımlarla piyada Zərərçəkmiş şəxs1 keçdiyi vaxt hərəkət üçün təhlükə yarandığını gördüyü andan, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməyərək, avtomobilini həmin sürətlə idarə etməyi davam etdirib piyada Zərərçəkmiş şəxs1 çatanadək sonuncunun yolu soldan sağa tam keçib qurtaracağına, onu avtomobili ilə vurmayacağına ehtiyatsızlıq edib özünə güvənərək hərəkətdə olduğundan və son halda piyada yolun sağ tərəfinə tam keçmədiyindən, onun qarşı tərəfindən ötüb keçəcəyini düşünüb həmin tərzdə manevr edərkən, sonuncunu yolun sağ hərəkət hissəsindən mərkəzə doğru 4 metr məsafə həddində avtomobilinin sol qabaq qanadı ilə ehtiyatsızlıq edib vurduğundan, Zərərçəkmiş şəxs1, əvvəlcə, avtomobilin qabaq sol qanadına, sonra isə zərbə ilə vurulduğundan qalxıb qabaq alın şüşəsinin sol tərəfinə dəydiyindən, “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadı əzilməklə 30 manat, sol qabaq alın şüşəsi sındığından 40 manat, təmirinə 80 manat və cəmi avtomobilin sahibi Zərərçəkmiş şəxs2 avtomobilinə 150 manat məbləğində maddi ziyan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs1 plevra-pulmonal şok və kəskin qanitirmə, hemopnevmotoraks ilə müşayiət olunan sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sıınığı, qapalı kəllə-beyin travması, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ ayaqarxası nahiyənin əzilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuraraq yol-nəqliyyat hadisəsi törədib hakimiyyət orqanına xəbər vermədən hadisə yerində qalıb şəxsiyyəti barədə zərərçəkmiş şəxs tərəfə məlumat çatdırmadan və zərərçəkmiş şəxsə yardım göstərmədən, avtomobilini sürüb qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 mart 2022-ci il tarixdə saat 19:30 radələrində əmisioğlu Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyətdə idarə edib Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Mətin” şadlıq sarayının qarşısından keçən şəhərdaxili avtomobil yolu ilə Bərdə şəhəri H.Aslanov küçəsi istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 anidən dəymiş, həmin hadisədən qorxaraq hadisə yerindən maşını saxlamadan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs1 maddi yardım etməsini, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun əmisi oğlu olmasını və ondan şikayət və tələbinin olmamasını, şəhid oğlu olmasını, himayəsində az yaşlı şaqlarının olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxslərin, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti olmamışdır. 24 mart 2022-ci il tarixədək saat 19:30 radələrində qızı Nəzrin repetitor yanından çıxıb onunla birlikdə piyada şəkildə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən evlərinə gedərkən onun avtomobillə vurulması ilə nəticələnən hadisə baş vermişdir. Belə ki, onlar yolun sol tərəfindən sağına doğru sakit addımlarla addımlayıb keçməyə başlamışlar. Həmin vaxt sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi sürücü idarə etdiyi ağ rəngli, “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 80-90 km/saat sürətlə Bərdə şəhəri H.Aslanov küçəsi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman o, qızı Nəzrindən təxminən 50-60 sm arxada olmuş, qızından öndə sakit yerişlə hərəkət edib yolu keçməyə çalışmışdır. Yaxınlaşmaqda olan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir gözləmə etmədən elə hərəkət etdiyi sürətlə onu avtomobilinin sol qabaq qanad hissəsi ilə vurmuş və zərbənin təsirindən o, avtomobilin qabaq alın şüşəsinin sol tərəfinə çırpılmışdır. Daha sonra avtomobil sürətlə hərəkət etməyi davam etdirdiyi üçün həmin vəziyyətdə avtomobilin üzərində 6-7 metr gedib asfaltın sol tərəfinə düşüb qalmışdır. Qızı bu vəziyyəti görüb möhkəm qışqıraraq ona tərəf qaçmış, sürücü isə avtomobili saxlamadan uzaqlaşıb getmişdir. Həmin vaxt “Mətin” şadlıq sarayının qarşısında dayanmış avtomobilin sürücüsü avtomobili onun düşüb qaldığı yerin yaxınlığına sürmüşdür. Bundan sonra adını bilmədiyi həmin sürücü və yanında olan cavan oğlan onu yerdən qaldırıb avtomobilin arxa oturacağına uzandırdıqdan sonra idarə edib Bərdə şəhər Müalicə-Diaqnostika Mərkəzinə aparmış və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Nəzrin xoşbəxtlikdən ondan 50-55 sm arxada olduğu üçün avtomobil qızını vurmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində hadisəni ətrafda olan tanımadığı şəxslərin gördüklərini, ancaq onların kimliyi barədə heç bir məlumatı olmadığını, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs avtomobili saxlamadan çıxıb getdiyi üçün həmin şəxsi görsə də tanıya bilməyəcəyini, hadisənin yolun solundan sağına sakit addımlarla keçərkən baş verdiyini, yolu keçməyə başlayanda avtomobillə aralarında təxminən 25-30 metr məsafə olduğunu, Təqsirləndirilən şəxs avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etdiyini, hadisə baş verdikdən sonra təxminən 4-5 dəqiqə ərzində yerdə qaldığını, buna görə də Təqsirləndirilən şəxs hadisədən sonra 100 metr irəli gedib dərhal hadisə yerinə qayıtması və avtomobili 30 km/saat sürətlə idarə etməsi barədə yalan danışdığını, sürücünün avtomobili saxlamadan və hadisə yerinə qayıtmadan çıxıb getdiyini, hadisənin sanki bir göz qırpımında baş verdiyini, Təqsirləndirilən şəxs günahını boynundan atmaq üçün onun sərbəst addımlarla deyil, iti addımlarla yolu keçdiyini bildirdiyini və sürücünün onun müalicəsi üçün aldıqları dərmanların pulunu verməklə köməklik göstərdiyini bildirdi. Zərərçəkmiş şəxs1 həmçinin bildirdi ki, onun müalicəsi üçün məhkəmə prosesləri dövründə Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul ödəmişdir.O məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun özünə məxsus “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Ancaq həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs əmisi oğludur. 24 mart 2022-ci il tarixdə avtomobili evinin həyətində qoyub saat 09:00 radələrində iribuynuzlu heyvanlarını otarmaq üçün torpaq sahəsinə aparmışdır. Saat 16:00 radələrində Samir mobil telefon vasitəsilə ona zəng edib avtomobilinin harada olduğunu soruşmuş və avtomobilin “polos”unu dəyişməli olduğunu bildirmişdir. O, Samirə avtomobilin həyətdə olduğunu, gedib təmir edə biləcəyini, bir saata kimi özünün də evə gələcəyini demişdir. Saat 19:00 radələrində evə gələndə avtomobilin həyətdə olmadığını görmüşdür. Buna görə də Samirə zəng edib harada olması ilə maraqlanmaq istəmiş, lakin Samir telefona cavab verməmişdir. Sonra o, atasından icazə almaqla “VAZ-21099” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisini dolaşaraq Samirin harada olduğunu öyrənməyə çalışmışdır. Kəndin mərkəzində yerləşən mağazanın yanına çatanda Bərdə rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb əmisi Elxanın harada olmasını soruşmuş, o isə Elxanın qardaşıoğlu olduğunu bildirmişdir. Daha sonra Rabil adlı polis əməkdaşı ondan “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili kimin sürdüyünü soruşmuş, o da avtomobilin özünə məxsus olduğunu söyləmişdir. Həmin vaxt Rabil Samirin onun avtomobili ilə qadın piyadanı vurduğunu və qadının xəstəxanada olduğunu demişdir. Ardınca Rabil ondan Samirin və avtomobilin harada olduqlarını xəbər almış, o isə onların yerini bilmədiyini bildirmişdir. Bundan sonra Rabillə kəndin içərisini avtomobillə dolanmağa başlamış, eyni zamanda Samirin mobil telefonuna zəng etmişdir. Samir telefona cavab verəndə harada olduğunu soruşmuş, Samir isə evdə olduğunu demişdir. Samir ondan nə baş verdiyini öyrənməyə çalışanda, o, bir söz demədən evdə qalmasını bildirib gələcəyini söyləmişdir. Sonra atasına məxsus avtomobili idarə edərək Rabillə birlikdə Samirgilə getmiş, ancaq Samir evdə olmamışdır. Samirin arvadı Zülfiyyə onları qarşılayıb Samirin yarım saat əvvəl evə gəldiyini və çıxıb yenidən harasa getdiyini demişdir. Yenidən Samirə zəng edib harada olmasını öyrənmək istəsə də, telefona zəng çatmamışdır. Bundan sonra atasının avtomobili həyətdə saxlamış və Rabilin idarə etdiyi polis avtomobili ilə Bərdə şəhərinə qayıtmışdır. Samirin Bərdə şəhərində yerləşən “Təzə bazar” deyilən yerdə tanışı olduğundan həmin yerə getmiş, lakin Samir orada da olmamışdır. Ona görə də yenidən Samirə zəng etmiş, Samir telefona cavab vermiş, bu zaman Rabil Samirlə danışmışdır. Samir evdə olduğunu dediyinə görə çatarkən Samirin yavaş-yavaş onlara tərəf gəldiyini görmüşlər. Samir onlara yaxınlaşıb Bərdə şəhəri ərazisində avtomobillə bir nəfər qadın piyadanı vurduğunu və qorxduğu üçün hadisə yerindən qaçdığını etiraf etmişdir. Daha sonra Samiri Bərdə rayon polis şöbəsinə gətirmiş, Samir avtomobili yaşadığı kənd ərazisində Nəsiminin evinin yaxınlığındakı kolluqda gizlətdiyini söyləmişdir. Bundan sonra o, X11 Bölməsinin adını bilmədiyi əməkdaşları ilə həmin yerə gedərək avtomobili aşkar edib polis şöbəsinin cərimə meydançasına gətirmişdir. O həmçinin məhkəməyə ərizə verərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, Samirdən şikayət və tələbinin olmadığını bildirərək qeyd edilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti olmamışdır. 24 mart 2022-ci il tarixədək saat 19:30 radələrində repetitor yanından çıxıb anası Zərərçəkmiş şəxs1 ilə birlikdə piyada şəkildə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən evlərinə gedərkən anasının avtomobillə vurulması ilə nəticələnən hadisə baş vermişdir. Belə ki, onlar yolun sol tərəfindən sağına doğru sakit addımlarla addımlayıb keçməyə başlamışlar. Həmin vaxt sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi sürücü idarə etdiyi ağ rəngli, “VAZ- 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 80-90 km/saat sürətlə Bərdə şəhəri H.Aslanov küçəsi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman anası Fəridədən təxminən 50 sm arxada olmuş, anası ondan öndə sakit yerişlə hərəkət edib yolu keçməyə çalışmışdır. Yaxınlaşmaqda olan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir gözləmə etmədən elə hərəkət etdiyi sürətlə anası Fəridəni avtomobilinin sol qabaq qanad hissəsi ilə vurmuş və zərbənin təsirindən anası avtomobilin qabaq alın şüşəsinin sol tərəfinə çırpılmışdır. Daha sonra avtomobil sürətlə hərəkət etməyi davam etdirdiyi üçün anası həmin vəziyyətdə avtomobilin üzərində 6-7 metr gedib asfaltın sol tərəfinə düşüb qalmışdır. O, bu vəziyyəti görüb möhkəm qışqıraraq anasına tərəf qaçmış, sürücü isə avtomobili saxlamadan uzaqlaşıb getmişdir. Hətta o, anasını tez xəstəxanaya çatdırmaq üçün avtomobilin dayanacağına ümid edib arxasınca baxsa da, sürücü hərəkətini saxlamayaraq uzaqlaşmağa davam etmişdir. Həmin vaxt “Mətin” şadlıq sarayının qarşısında dayanmış avtomobilin sürücüsü onun qışqırdığını görüb avtomobili anasının düşüb qaldığı yerin yaxınlığına sürmüşdür. Bundan sonra adını bilmədiyi həmin sürücü və yanında olan cavan oğlan anasını yerdən qaldırıb avtomobilin arxa oturacağına uzandırdıqdan sonra idarə edib Bərdə şəhər Müalicə-Diaqnostika Mərkəzinə aparmış və həkimlər anasına ilkin tibbi yardım göstərmişlər. Hadisə anasının yolun sağ tərəfinə keçib qurtarmasına təxminən 3-4 metr qalan zaman baş vermiş, özü xoşbəxtlikdən anasından 50-55 sm arxada olduğu üçün avtomobil onu vurmamışdır. Həmçinin Şahid1 ifadəsində hadisəni ətrafda olan tanımadığı şəxslərin gördüklərini, ancaq onların kimliyi barədə heç bir məlumatı olmadığını, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs avtomobili saxlamadan çıxıb getdiyi üçün həmin şəxsi görsə də tanıya bilməyəcəyini, hadisənin anasının yolun solundan sağına sakit addımlarla keçərkən baş verdiyini, özünün hadisə nəticəsində heç bir xəsarət almadığını, buna görə də məhkəmə-tibbi ekspertizasından keçməyə ehtiyac olmadığını, yolu keçməyə başlayanda avtomobillə aralarında təxminən 25-30 metr məsafə olduğunu, Təqsirləndirilən şəxs avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etdiyini, hadisə baş verdikdən sonra anasının təxminən 4-5 dəqiqə ərzində yerdə qaldığını, buna görə də Təqsirləndirilən şəxs hadisədən sonra 100 metr irəli gedib dərhal hadisə yerinə qayıtması və avtomobili 30 km/saat sürətlə idarə etməsi barədə yalan danışdığını, sürücünün avtomobili saxlamadan və hadisə yerinə qayıtmadan çıxıb getdiyini, hadisənin sanki bir göz qırpımında baş verdiyini və sonradan Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsini eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən daxili işlər orqanlarında xidmət edir. 2010-cu ildən isə Bərdə rayon polis şöbəsinin X11 X9 Xidməti inspektoru vəzifəsində işləyir, polis baş serjantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəlllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 24 mart 2022-ci il tarixdə saat 19:50 radələrində inspektor Şahid2 ilə birlikdə Bərdə şəhəri ərazisində xidmətdə olan zaman polis şöbəsinin növbətçi hissəsindən Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Mətin” şadlıq sarayının qarşısında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal hadisə baş verən yerə getmiş, oraya çatanda tanımadıqları şəxslərin toplaşdığını görmüşlər. Hadisə barəsində məlumat almağa çalışdıqda “VAZ- 21011” markalı avtomobilin bir nəfər qadın piyadanı vurub hadisə yerindən qaçdığını bildirmişlər. Hadisəni törətmiş avtomobilin dövlət qeydiyyat nişanının **-BC-*** olduğunu öyrənmiş və xüsusi planşetə yüklənmiş portal vasitəsilə yoxlayan zaman avtomobilin etibarnamə əsasında Bərdə rayonu Böyük Göyüşlü kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olduğu məlum olmuşdur. Bundan sonra xidmətdə olan digər yol polisi əməkdaşlarını hadisə yerinə dəvət etmiş, özləri isə xidməti avtomobillə Bərdə rayonu Böyük Göyüşlü kəndinə yollanmışlar. Kəndə çatıb Zərərçəkmiş şəxs2 ilə görüşərək “VAZ- 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili saat 19:00 radələrində kimin idarə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs2 isə avtomobili əmisioğlu Təqsirləndirilən şəxs idarə etdiyini bildirmişdir. Daha sonra onlar birlikdə Samirin yaşadığı ünvana getsələr də, Təqsirləndirilən şəxs evdə olmamış, Samirin getməsi ehtimal edilən Bərdə şəhərində yerləşən bir neçə ünvana baş çəkmişlər. Samiri heç yerdə tapa bilmədikləri üçün yenidən Bərdə rayonu Böyük Göyüşlü kəndinə qayıdan zaman Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 telefon zənginə cavab vermiş və o, Təqsirləndirilən şəxsla danışıb evdə olduğunu öyrənmişdir. Böyük Göyüşlü kəndinə çatmağa az qalmış, Təqsirləndirilən şəxs küçədə olduğunu görmüş və xidməti avtomobilə əyləşdirib Bərdə rayon polis şöbəsinə gətirməklə aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2011-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2017-ci ildən Bərdə rayon polis şöbəsinin X11 X9 Xidməti inspektoru işləyir, polis baş serjantı xüsusi rütbəsindədir. 24 mart 2022-ci il tarixdə saat 19:00 radələrində inspektorlar Şahid5 və X5 ilə birlikdə Bərdə şəhəri ərazisində xidmətdə olan zaman ratsiya vasitəsilə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Mətin” şadlıq sarayının qarşısında piyadanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən dərhal xidməti avtomobillə özlərini hadisənin baş verdiyi yerə çatdırmış, həmin yerə gəldikdə çoxsaylı şəxslərin hadisə yerinə toplaşdığını görüb yaxınlaşsalar da, hadisəni törətdiyi bildirilən ağ rəngli “VAZ-21011” markalı avtomobilin hadisə yerində olmadığı, yəni piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığı məlum olmuşdur. Bir qədər sonra Bərdə rayon polis şöbəsinin növbədə olan əməliyyat qrupu hadisə yerinə gəlmiş və müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsinə başlanmışdır. O, adlarını qeyd etdiyi digər polis əməkdaşları və hal şahidləri baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi yeri yaşayış məntəqəsi daxilində yerləşir, yolun hərəkət hissəsi düz, asfalt örtüklü və qurudur. Hadisənin baş verdiyi yol hissəsində yolu 2 hissəyə ayıran ağ rəngli qoşa xətt var. Hadisə yerinin sağ tərəfində “Mətin” şadlıq sarayı, sol tərəfində isə Tərtər çayı sahili boyunca çay daşlarından tikilmiş daş divar yerləşir. Hadisəni törətmiş avtomobil hadisə yerində yoxdur. Piyada hadisədən əvvəl yolun sol tərəfindən sağına keçərkən həmin hərəkət hissəsindən mərkəzə doğru 4 metrlik məsafə həddində vurulmuş, hadisə nəticəsində avtomobilin sol qanadının alt hissəsində olan torpaq hissəcikləri və qabaq alın şüşəsinin sol tərəfinin sınmış şüşə hissəcikləri tökülüb qalmışdır. Bundan sonra müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, sxem və fotoşəkillər çəkilmişdir. O, digər iştirakçılarla birgə protokolun doğruluğunu imzalamaqla təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə Şahid5 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 dediklərinə uyğun ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 105-106-cı vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi üzrə olan cinayət əməli Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası CM-in 263-1.2 və 264-cü maddələri ilə işin istintaqının aparılması davam etdirilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 131-132-cı vərəqələrində olan 14 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 35-cİ vərəqəsində olan AD №180496 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1982-ci il buraxılışlı “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi ünvan 3 ünvanında yaşayan X3r. Cinayət işinin 35-ci vərəqəsində olan 0 7 yanvar 2022-ci il tarixli ƏN-Vİİİ № 114199 nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adından Zərərçəkmiş şəxs2 etibar edilmiş və həmin etibarnamə üzrə sonuncuya nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər səlahiyyətlər verilmişdir və etibarnamə 27 dekabr 2022-ci il tarixədək etibarlıdır. Cinayət işinin 88-91-ci vərəqələrində olan Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” X8 Bərdə rayon şöbəsinin 05 may 2022-ci il tarixli 271 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər plevra-pulmonal şok və kəskin qanitirmə, hemopnevmotoraks ilə müşayiət olunan sağ İİ- İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların, qapalı kəllə-beyin travması, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ ayaqarxası nahiyənin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı piyada olmaqla törənə bilərdilər, müddəti 24 mart 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 95-97-ci vərəqələrində olan 18 aprel 2022-ci il tarixdə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli 8/1154 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir) Cinayət işinin 16-cı vərəqəsində olan 24 mart 2022-ci il tarixli 428 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs saat 23:20-də müayinədən keçirilən zaman orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan 01 aprel 2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi 1982-ci il buraxılışlı “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 82-85-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 20 may 2020ci il tarixli 1(021)57/2020 tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 7(021)44/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-57/2020 saylı, 20 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılması qərar alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Pobasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 41/01 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-57/2020 saylı, 20 may 2020-ci il tarixli hökmü üzrə cəzası xx.xx.2022-ci il tarixdə cəzası başa çatmışdır. Cinayət işinin 161-170-ci vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin törədildiyi, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 178-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə ona verilmiş “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 38-cİ vərəqəsində olan Bərdə rayon Böyük Göyüşlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə iclasında tərtib olunmuş xx.xx.2022-ci il taixli və xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 cəmi 2000 (iki min) manat pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərlə barışmasını onlara dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəhid oğlu olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 1(021)57/2020 tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 7(021)44/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-57/2020 saylı, 20 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılması qərar alınmış, cəzası xx.xx.2022-ci il tarixdə cəzası başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 1(021)57/2020 tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məhkum olunan Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətlərin residivi yaranmamışdır. Belə ki, 18.4.4-cü madəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərlə barışmasını, şəhid oğlu olmasını, himayəsində azyaşlı uşağının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etməklə azadlıqdan məhrumetmə cazası və onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzalarının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və hazırkı cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilmlidir. “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 ( iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 1(bir) il 6(altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1(bir) il 6(altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum cəzası ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-146/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-146/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver