Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-146/2025 04.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-751/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 5210,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü təqsirli bilir. O, alimenti ödəməkdən imtina etməmişdir, işsiz olub, günə 15 manata sürücü işləyib. Zərərçəkmiş şəxsə kart hesabına günə 10 manat pul göndərməyi təklif edib, lakin o kart hesabını verməmişdir. İcraçı da onlara kart hesabı verməyib. Hazırda sürücü işləyir. Əvvəllər fəhlə işləmişdir. Opel Astra minik markalı avtomobil ilə sürücü işləmişdir, aylıq qazancı 700 manat olub. Əvvəllər zərərçəkmiş şəxsin kartına 10-15 manat atıb. Bir ildən artıqdır ki, onun kartına pul göndərmir, çünki zərərçəkmiş şəxs kartın nömrəsini vermir. O, 5510 manat borcu olmasını etiraf edir. Əlavə olaraq verilmiş sualara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə nağd qaydada ödəniş etməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxs ona övladı ilə görüşməyə icazə vermədiyi üçün aliment borcunu ödəməyib. Uşağı xəstə olanada görüşmək istəmiş, lakin o gedənə kimi artıq uşağı xəstəxandan evə aparmışdırlar. O da evə getməyə qorxmuşdur. Hazırda o, Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödədiyini bildirərək, işə xitam verilməsini xahiş etdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2013-cü ildə Yaşar və 2015-ci ildə Əli adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ondan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 600,00 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5210,00 manat aliment borcunu ödəməmişdir. 2020-ci ilin əvvəllərindən 2021-ci ilin 06-cı ayınadək Sumqayıt şəhərində yerləşən «Karvan» ticarət mərkəzinin ətrafında «Opel Astra» markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 500,00 manat qazancı olmuşdur. 2021-ci ilin 06-cı ayından 2022-ci ilin 05-ci ayınadək Rusiya Federasiyasının Sank Peterburq şəhərində «X13» adlı azərbaycanlılara məxsus restoranda kababçı olaraq işləməklə hər aya azərbaycan manatına nisbətdə 1300,00 manat məbləğində qazancı olmuşdur. 2022-ci ilin 05-ci ayından Vətənə qayıtdıqdan sonra Tovuz rayonunun Düzqırıxlı kəndində yaşamaqla «Opel Astra» markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 400,00 manat qazancı olmuşdur. 2024-cü ilin əvəllərindən 2025-ci ilin əvvəllərinə kimi Sumqayıt şəhərində dəniz kənarında fəhləlik etməklə günə 22,00 manat qazancı olmuşdur. 2025-ci ilin əvvəlindən hazırda da Sumqayıt şəhərində «Ravon R3» markalı, ** NQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla hər aya 700,00 manat qazanır. 2020-ci ilin dekabr ayında yeni arvadı X7 ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmi qaydada 2022-ci ilin avqust ayında qeyd etdirmişlər. Onların birgə nikahdan 2022-ci ilin sentyabr ayında X4 adlı bir uşaqları olmuşdur. Keçmiş arvadı Zərərçəkmiş şəxs ona birgə nikahdan olan uşaqları ilə ünsiyyətinə icazə vermədiyi və şərait yaratmadığı üçün aliment borcunu ödəməmişdir. Uşaqlarla ünsiyyət hüququna dair məhkəməyə rəsmi və ya qeyri rəsmi müraciət etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs düzgün danışmır. O, uşağa atası ilə görüşməyə icazə vermişdir. O, Təqsirləndirilən şəxs alimenti gətirməsini və uşağı ilə görüşməsini bildirmişdir. Təqsirləndirilən şəxs yeni ailə həyatı qurub və ona yeni həyat yoldaşı uşağı ilə görüşməsinə icazə vermir. Övladı xəstəxanada olan zaman ona məlumat vermiş, lakin uşağının yanına gəlməmişdir. Hazırda ona 5210 manat borcu var. Əlavə olaraq verilmiş sualara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs əvvəllər onun kartına 1-2 dəfə hər dəfə 10-15 manat pul atıb. Ondan başqa ödəniş etməyib. Hazırda Təqsirləndirilən şəxs ona olan 5210 (beş min iki yüz on) aliment borcunu tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək ərizəsinin nəzərə alınmasını xahiş etdi. Bununla yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2013-cü ildə Yaşar və 2015-ci ildə Əli adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla 600,00 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 2215/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5210,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.Səlim .Məmmədov qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bununla yanaşı, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-751/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5210,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-751/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5210,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 30 yanvar 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 30 yanvar 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 8-123-cü vərəqələrində olan materiallarından görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsinin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə bağlı Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş 06 noyabr 2024-cü il tarixli təqdimat, əsas isə həmin fakta görə toplanmış materiallar olmuşdur. Cinayət işinin 16-22-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir Cinayət işinin 108-109-cü vərəqələrində olan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-751/2024 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-2215/2020 saylı icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X5 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatı mövcud deyil. Cinayət işinin 132-133-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 184-486-cı vərəqələrində olan Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 521970 saylı nikah haqqında və Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 804612 saylı doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X4 adlı bir uşaqları olmuşdur. Cinayət işinin 148-149-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 151-152-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan etmək üçün Təqsirləndirilən şəxs axtarış elan edilmişdir. Cinayət işinin 160-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq istintaqa təslim olmuşdur. Cinayət işinin 187-188-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qalan 5210 (beş min iki yüz on) manat aliment borcunu tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəməklə məhkəmə qətnaməsini tam icra etdiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-146/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-146/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver