Məhkəmə qərarları › İş №1(021)-147/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-147/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-147/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs Rafiq oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Bərdə rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 68.1.3, 67.1, 93.1.2-ci maddələrinə əsas təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə cəzasının 11 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 26.10.2020-ci il tarixdə cəzasının müddəti bitmiş, Bərdə Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkən, Bərdə şəhəri Gəncə küçəsi ev 14-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icrarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci il ərzində Bərdə şəhəri Q.B.Zakir küçəsi Aslan- Əyricə meşəbəyliyinin 17-ci dolay, 39-cu kvartalında X11 mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti işləri apararaq qeyd olunan torpaq sahəsi üzərində 29m x 9m ölçüdə obyekt tikmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir, övladı yoxdur. Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən Aslan-Əyricə meşəsində atası Firdovsiyə məxsus çayxana vardır. Çayxana atasına məxsus olmasına baxmayaraq həmin çayxananı o, işlətmişdir. Atası həmin çayxananı və ətrafındakı torpaq sahələrini 10 may 2016-cı il tarixli meşə idarəsi ilə bağlamış olduğu müqavilə əsasında almışdır. 2020-ci ilin dekabr ayında güclü külək əsməsi nəticəsində çayxnanın üzərinə meşədə olan ağaclardan biri aşmışdır. Ağac tikiliyə zərər vurduğu üçün o, çayxananı sökdürmüşdür. Və bundan sonra o, orada yenidən çayxana tikdirmək qərarına gəlmişdir. Sökdürdüyü çayxananın yerində yenidən bünövrə saldırmış, həmçinin, hasarlama işləri aparmışdır. Tikintinin uzunluğu 29 metr, eni isə 9 metrdir. Onların meşə idarəsi ilə müqavilələri olduğu üçün tikinti işlərində heç bir problem olmayacağını düşünmüşdür. Lakin, meşə idarəsi onun tikinti işləri aparmasına görə ona xəbərdarlıq etmiş və o, tikinti işlərini dayandırmışdır. Bundan sonra növbəti vaxtlarda Bərdə RPŞ-nin polis əməkdaşları əraziyə gəlmişlər və əraziyə baxış keçirmişlər. Ərazidə qanunsuz tikinti işləri ilə o məşğul olmuşdur, atası Şahid3 tikinti işlərinə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, X13 təsərrüfatı mərkəzinin baş mütəxəssis hüquqşünası vəzifəsində işləyir. Şahid3 tanıyır, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Şahid3 Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən Aslan-Əyricə meşəsində qanunsuz olaraq tikinti işləri aparan Təqsirləndirilən şəxs atasıdır. Həmin ərazinin meşə gözətçisi X5 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs meşə ərazisində qanunsuz olaraq tikinti işləri aparması barədə RMTM-nə yazılı məlumat vermişdir. Həmin gün onların əməkdaşları tərəfindən tikinti işləri aparılan əraziyə baxış keçirilərək qanunsuz tikinti işləri aparılması barədə müvafiq akt tərtib olunmuş, lakin, tikinti işləri aparan Təqsirləndirilən şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Ruslan tikinti işləri aparmayacağını bildirmişdir. Əməkdaşlar Ruslana tikinti işləri aparılması üçün müvafiq orqandan icazə alandan sonra tikinti işləri aparılacaqlarını bildirmişlər. 27.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Aslan- Əyricə meşəsində qanunsuz tikinti işlərinin aparılması barədə toplanmış materiallar Bərdə rayon məhkəməsinə göndərilmişdir. Qeyd etmək istəyir ki, RMTM-nin direktoru Bakir müəllim Təqsirləndirilən şəxs tikinti işlərinin dayandırlması barədə əvvəlcədən məlumat vermişdir. Lakin, Ruslan tikinti işlərini aparmaqda davam etdiyindən barəsində akt tərtib olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən tikilmiş tikili sökülmüşdür, ondan şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən Aslan- Əyricə meşəsində ona məxsus çayxana vardır. Çayxana ona məxsus olmasına baxmayaraq, xəstə olduğu üçün həmin çayxananı oğlu Ruslan işlətmişdir. O, həmin çayxanaya getməmişdir. O, həmin çayxananı və ətrafındakı torpaq sahələrini 10 may 2016-cı il tarixli meşə idarəsi ilə bağlamış olduğu müqavilə əsasında almışdır. 2020-ci ildə güclü külək əsməsi nəticəsində çayxnanın üzərinə meşədə olan ağaclardan biri aşmışdır. Ağac tikiliyə zərər vurduğu üçün Ruslan çayxananı sökdürmüşdür. Və bundan sonra Ruslan orada yenidən çayxana tikdirməyə başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən beş il olarki rayon adamı kimi tanımışdır. Ruslan ilə münasibətləri daima normal olmuşdur, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmayıbdır. Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən Aslan-Əyricə meşəsində Ruslanın atasına məxsus çayxana vardır. Çayxana Ruslanın atasına məxsus olmasına baxmayaraq, atası xəstə olduğu üçün həmin çayxananı Ruslan işlətmişdir. 2020-ci ildə güclü külək əsməsi nəticəsində çayxananın üzərinə meşədə olan ağaclardan biri aşmışdır. Ağac tikiliyə zərər vurduğu üçün Ruslan çayxananı sökdürmüşdür. Və bundan sonra Ruslan orada yenidən çayxana tikdirməyə başlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən X8, tutduğu vəzifədə isə 2020-ci ildən xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, 26.01.2021-ci il tarixdə xidmətdə olarkən Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən Aslan-Əyricə meşəsində qanunsuz tikinti olmasını aşkar etmişdir. Ətrafdakı şəxslərdən maraqlanan zaman həmin ərazinin Şahid3 məxsus olmasını bildirmişlər. Elə bu səbəbdən də raport ilə Bərdə RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Aidiyyəti polis əməkdaşları əraziyə gəlib baxış keçirmişlər. Lakin, sonradan məlum olmuşdur ki, həmin tikilini aparan şəxs Şahid3 övladı Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid2 da eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişdir. Cinayət işinin 171-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 04.06.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin 236-237-ci vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 11 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 40-44-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(021)-12/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(043)153/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(021)-12/2021 saylı hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 68.1.3, 67.1, 93.1.2-ci maddələrinə əsas təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə cəzasının 11 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 26.10.2020-ci il tarixdə cəzasının müddəti bitmiş, Bərdə Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını çəkir. Cinayət işinin 196-cı vərəqəsində olan Bərdə şəhər İcra Nümayənədliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o müvafiq olaraq qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, ailəli olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq 28.10.2019-cu il tarixdə azad edilməsinə baxmayaraq hazırkı cinayət əməlini 2020-ci il tarixdə, yəni az ağır cinayətə görə cəzadan azad edildiyi vaxtdan iki il keçmədən törətdiyi üçün hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 29 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Bərdə rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinin mümkün olmamışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(043)153/2021 saylı hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza təyin edilməli, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(043)153/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş müddəti qəti cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(043)153/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyindən, hazırkı cinayət işi üzrə təyin olunan cəza həmin hökmlə təyn olunmuş cəza ilə toplanıldığından o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası , Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(043)153/2021 saylı hökmü ilə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə onun üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 mart 2021-ci il il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 09 fevral 2021-ci il 1(021)-04/2021 X6 X7 Bərdə rayon Vəkil Bürosu X9 oğluna X12 oğluna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası Bərdə rayon məhkəməsinin 1(021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 09 fevral 2021-ci il 1(021)-04/2021 Dövlət ittihamçısı Bərdə rayon Prokurorluğu Bərdə rayon məhkəməsinin (021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5-20- 52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 21 iyun 2021-ci il 1(021)- 5/2021 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə Sizin müraciətinizə əsasən X9 oğluna məxsus şəxsiyyət vəsiqəsinin elektron portaldan çıxarışı və məhkumluğu barədə tələbnamə Sizə göndərilir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar