Məhkəmə qərarları › İş №1(021)-147/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-147/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-147/2024 16.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il şərti sınaq müddəti müəyyən edilərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Meşəçilik qəsəbəsində məskunlaşıb yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəlində Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 6 (altı) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 10 qram olan narkotik təbiətli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 10 iyun 2024-cü il tarixdə, saat 13:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində 04 ədəd dəmir materialdan olan qutuların içərisində əkilib kultivasiya edilmiş xeyli miqdarda yəni, 6 (altı) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 10 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olsa da, hazırda anası X9 ilə birlikdə Bərdə rayonu¸ Qasımbəyli kəndində yerləşən fərdi yaşayış evində məskunlaşıb yaşayır. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib Tərtər Rayon Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 01 il 6 ay şərti sınaq cəzası verilmişdir. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. 2019-cu ildə X15 ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan X13 olmuş, 2022-ci ildə isə məhkəmə yolu ilə rəsmi boşanmış, hazırda isə oğlu Rəsul Həsənov keçmiş həyat yoldaşı Leyli ilə birlikdə yaşayır. Təxminən 1 ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. 2023-cü ilin yay aylarında o, işləmək üçün işğaldan azad edilmiş Laçın rayonuna getmişdir. Orada işləyərkən binaların yaxınlağında yerləşən torpaq sahəsində narkotik tərkibli bitkinin əkildiyini görüb yarpaqlarından və toxumlarından yığdıqdan sonra üzərində saxlamışdır. Lakin həmin narkotik vasitədən istifadə etməmişdir. O, yaşadığı evə gələrkən həmin narkotik vasitəni yaşadığı evə gətirib evdə gizlətmişdir. Lakin bu barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Təxminən 2024-cü ilin may ayının əvvəlində kağız parçasının içərisində olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etmişdir. Bundan sonra 4 ədəd dəmir qutuların içərisinə torpaq töküb narkotik vasitənin toxumlarını torpağa əkmişdir. Həmin toxumlara vaxtı-vaxtında su tökməyə başlamışdır. Həmin toxumlar cücərdikdən sonra 06 (altı) ədəd narkotik tərkibli bitkilərin əmələ gəldiyini görmüşdür. Qeyd etdiyi narkotik tərkibli bitkilərə qulluq göstərməyə davam etmişdir. Lakin 10 iyun 2024-cü il tarixdə, saat 13:50 radələrində o, yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evin həyətinə gəlib onun narkotik tərkibli bitki əkməyi barədə şübhəli olduğunu, bu səbəbdən yaşayış evinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına səmimi olaraq etiraf edib yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat vermişdir. Bundan sonra o, yaşadığı evə baxışın keçiriləcəyi barədə etirazının olmaması bildirdiyi üçün ərizəsi alınmışdır. Sonra isə yaşadığı evin həyətində əkib becərdiyi narkotik bitkilərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin 6 ədəd çətənə bitkisi kök boğazından torpaqdan çıxarıldıqdan sonra polis əməkdaşlarının yanında gəlmiş olan aqronom Şahid4 həmin bitkilərə baxıb bitkilərin aqrotexniki qaydada qulluq edildiyini demişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda ölçülməyə başlanılmışdır. Həmin vaxt qeyd edilən ümumilikdə çətənə bitkisinin uzunluqları ölçülərkən 30-45 sm olmaları müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 6 ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Aşkar edilərək götürülmüş çətənə bitkisini öz şəxsi istifadəsi üçün əkib becərmişdir. Həmin vaxt o, polis əməkdaşlarına qeyd olunan bitkilərdən hər hansı şəxsə verməməyi, digər yerlərdə əkməməyi və satmamağı barədə məlumat vermişdir. Bundan sonra digər yerlərə baxış keçirilsə də lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Yaşadığı həyətyanı sahə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokolun düzgünlüyünü o, baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili təyin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinı başlanılmazdan əvvəl üzərində qanunsuz əşya və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan sarımtıl rəngli 01 (bir) ədəd qara rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Ona məxsus 01 (bir) ədəd qara rəngli alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılıb verilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi başa çatdırılğından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq göstərilməmiş, hər hansı bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 10 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayonu, Neftbaza ərazisində Qasımbəyli kənd yolunun kənarında fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 13 radələrində Bərdə RPŞ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2, Bərdə RPŞ-nin X2 sahə rəisi, polis mayoru Şahid3, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 və Aqrar İnkişaf X10 bitki mühafizə Mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması qərarla tanış edilmişdir. Bundan sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi barədə hər hansı bir etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra saat 14 radələrində baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində dipçəkdə narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə məlumat verib onları həyətdə yerləşən tövlənin arxasına aparıb orada olan 4 (dörd) ədəd dipçəkdə narkotik tərkibli bitkiləri göstərmişdir. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə kollarını əkməsi deyib təqdim etmişdir. Həmin vaxt aqronom mütəxəssis Şahid4 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olması barədə məlumat vermişdir. Bundan sonra həmin 4 (dörd) ədəd dipçəkdə əkilmiş ümumilikdə 6 (altı) ədəd nakotik tərkibli çətənə kolları tərəflərindən torpaqdan çıxarıldıqdan sonra ölçülərkən 30-45 sm ölçüdə olmaları müəyyən edilmişdir. Daha sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən həmin 6 (altı) ədəd kollar ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin kolların toxumlarını haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında işləmək üçün işğaldan azad edilmiş Laçın rayonuna getdiyini, orada işləyərkən binaların yaxınlığında yerləşən torpaq sahəsində narkotik tərkibli bitkinin əkildiyini görüb yarpaqlarından və toxumlarından yığdıqdan sonra üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini, yaşadığı evə gələrkən həmin narkotik vasitəni yaşadığı evə gətirib evdə gizlətdiyini, bu barədə hər hansı bir şəxsin məlumatı olmadığını, təxminən 2024-cü ilin may ayının əvvəlində kağız parçasının içərisində olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 4 ədəd dəmir qutuların içərisinə torpaq töküb narkotik vasitənin toxumlarını torpağa əkdiyini, həmin toxumlara vaxtı-vaxtında su töküb qulluq etdiyini, öz şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini, həmin toxumlar cücərdikdən sonra qeyd edilən 06 (altı) ədəd narkotik tərkibli bitkilərin əmələ gəldiyini və həmin bitkilərə qulluq göstərməyə davam etməsi barədə məlumat vermişdir. Eyni zaman da Təqsirləndirilən şəxs həmin toxumlardan və bitkilərdən hər hansı bir şəxsə vermədiyini və satmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldığından o, tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2, Bərdə RPŞ-nin X2 sahə rəisi, polis mayoru Şahid3 və Aqrar İnkişaf X10 bitki mühafizə Mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan sarımtıl rəngli 01 (bir) ədəd qara rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılıb verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş ümumilikdə 06 (altı) ədəd narkotik tərkibli çətənə kolunu şəxsi istifadəsi üçün əkdiyini, etdiyi əmələ görə özünü təqsirli bildiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən sullara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavətləri və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kollarının toxumlarını haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik tərkibli çətənə kollarının toxumlarını 2023-cü ilin yay aylarında işləmək üçün işğaldan azad edilmiş Laçın rayonuna getmiş, orada işləyərkən binaların yaxınlağından tapmış, satmaq məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X10 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Bərdə rayonu, Neftbaza ərazisində Qasımbəyli kənd yolunun kənarında fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxs ilə aralarında hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 10 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Neftbaza ərazisində Qasımbəyli kənd yolunun kənarında fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət edilmişdir. Buna görə də o, baxış keçirilməsində aqrotexnik kimi iştirak etmək üçün həmin gün saat 13 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Neftbaza ərazisində Qasımbəyli kənd yolunun kənarında fərdi yaşayış evinə getmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması qərarı ilə tanış edildikdən sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi barədə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra saat 14 radələrində baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində dipçəkdə narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə məlumat verib onları həyətdə yerləşən tövlənin arxasına aparıb orada olan 4 (dörd) ədəd dipçəkdə narkotik tərkibli bitkiləri göstərmişdir. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə kollarını əkməsi deyib təqdim etmişdir. Həmin vaxt tərəflərindən həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra həmin 4 (dörd) ədəd dipçəkdə əkilmiş ümumilikdə 6 (altı) ədəd nakotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan çıxarıldıqdan sonra ölçülərkən 30-45 sm ölçüdə olmaları müəyyən edilmişdir. Daha sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən həmin 6 (altı) ədəd kollar ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin kolların toxumlarını haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında işləmək üçün işğaldan azad edilmiş Laçın rayonuna getdiyini, orada işləyərkən binaların yaxınlığında yerləşən torpaq sahəsində narkotik tərkibli bitkinin əkildiyini görüb yarpaqlarından və toxumlarından yığdıqdan sonra üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini, yaşadığı evə gələrkən həmin narkotik vasitəni yaşadığı evə gətirib evdə gizlətdiyini, bu barədə hər hansı bir şəxsin məlumatı olmadığını, təxminən 2024-cü ilin may ayının əvvəlində kağız parçasının içərisində olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 4 ədəd dəmir qutuların içərisinə torpaq töküb narkotik vasitənin toxumlarını torpağa əkdiyini, həmin toxumlara vaxtı-vaxtında su töküb qulluq etdiyini, öz şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini, həmin toxumlar cücərdikdən sonra qeyd edilən 06 (altı) ədəd narkotik tərkibli bitkilərin əmələ gəldiyini və həmin bitkilərə qulluq göstərməyə davam etdiyini bildirmişdir. Eyni zaman da Təqsirləndirilən şəxs həmin toxumlardan və bitkilərdən hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyatyanı sahəsinə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, onun və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldığı üçün tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və sonra şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin X4 baş əməliyyat müvvəkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin X2 sahə rəisi, polis mayoru Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan sarımtıl rəngli 01 (bir) ədəd qara rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılıb verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş ümumilikdə 06 (altı) ədəd narkotik tərkibli çətənə kolunu şəxsi istifadəsi üçün əkdiyini, etdiyi əmələ görə özünü təqsirli bildiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs, onun və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əhməd oğlu və Şahid3 öz ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişdirlər. Cinayət işinin 1-ci vərəqəsində olan 11 iyun 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 6-64-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 10 iyun 2024-cü il tarixdə, saat 13:50 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkibbecərilməsində şübhəli bilinən Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Qasımbəyli kəndində məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində 04 ədəd dipçəkdə əkilib kultivasiya edilmiş xeyli miqdarda yəni, ümumilikdə 06 (altı) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 10 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 24-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 iyun 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 11 iyun 2024-cü il tarixli 446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X10 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, həmin mərkəzin aqronumu Şahid4 iştirakı ilə Bərdə rayonu, Qasımbəyli kənd yolunun kənarında müvəqqəti məskunlaşmış, Kəlbəcər rayonu, Milli kənd sakini X1 həyətyanı sahəsində əkilmiş 6 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Baxış keçirilən zaman əkilmiş 6 ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun olunması müəyyən edilmişdir. Cinayət işinin 57-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 bölməsinin 11 iyun 2024-cü il tarixli 16/677 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilən çətənə kolu» yazı və imzalar olan sintetik kisədəki, ümumi sayı 6 (altı) ədəd, ümumi təmiz çəkisi 10 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, tərkiblərinə görə eynidirlər. Mütəxəssis (aqronum) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə bitkisi 06 ədəd, ümumi çəkisi 10 qram, tədqiqata istifadə olundu- cəmi- 0,12 qram (hər birindən 0,02 qram), qalıq-9,88 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 142-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 12 iyul 2024-cü il tarixli 1197 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 136-141-ci vərəqələrində olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Cinayət işinin 133-134-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il şərti sınaq müddəti müəyyən edilərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 128-ci vərəqəsində olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Milli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 iyul 2024-cü il tarixli, 56 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Kəlbəcər rayonu, Milli kənd sakini Təqsirləndirilən şəxs məcburi köçkündür, müvəqqəti olaraq Bərdə rayon Meşəçilik qəsəbəsində məskunlaşıb yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 145-157-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 6 (altı) ədəd ümumi qalıq təmiz çəkisi 9,88 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Həmçinin fərdi yaşayış evinə baxış keçirilməsi protokolu, şəxsi axtarış və götürmə keçirilməsi protokolu, istintaq hərəkətlərini özündə əks etdirən ümumilikdə 02 (iki) ədəd «DVD» disklər cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixində saat şübhəli şəxs kimi tutulmuş, 12 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 iyun 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi qalıq təmiz çəkisi 9,88 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixindən 12 iyun 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi qalıq təmiz çəkisi 9,88 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar