Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-148/2021 28.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X14 iştirakları ilə, 23 avqust 1973-cü il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək olan müddət ərzində özünə məxsus Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evində və 31 mart 2021-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək olan müddət ərzində bacısı Şahid2 müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən evdə on altı yaşına çatmayan ögey qardaşı X2 qızı xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən təkrarən təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya anal dəliyi ətrafına və düz bağırsağın selikli qişasına qançır xəsarəti yetirməklə cinsi əlaqəda olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Mehman adlı ögey qardaşı var idi. Mehmanənin atası ilə onun atası eyni adam olsa da, ana valideynləri başqa-başqa adamlar olmuşdur. Zərərçəkmiş şəxs atası mərhum Mehman Mikayılov 2005-ci ildə arvadını, qayınanasını və özünü öldürmüşdür. Həmin vaxtdan Mehmanın yeganə övladı olan Mehmanə atası Ramazanın birinci arvadı Şahid1 qəyyumluğunda böyümüşdür. O, ailə üzvləri – arvadı Reyhan, oğulları Ramazan və Elçin ilə birlikdə Bərdə rayonu Şorəlli kəndində yerləşən evdə yaşayır. Böyük oğlu Ramazan subay olsa da, kiçik oğlu Elçin 2019-cu ildə Bərdə rayonu Şorəlli kəndindən olan Lamiyə ilə ailə qurmuş və həmin nikahdan Yaqub adlı bir oğlan övladları dünyaya gəlmişdir. 2021-ci ilin mart ayının əvvəllərində günorta saatlarında o, işdə olan zaman mobil telefonuna tanımadığı mobil nömrədən zəng gəlmişdir. O, həmin zəngə cavab verdikdə danışanın Mehmanə olduğunu bilmişdir. Həmin vaxt Mehmanə ona “Eliş” adlı taksi sürücüsünün avtomobili ilə onun evinə getdiyini, zəng etdiyi mobil nömrənin həmin sürücüyə məxsus olduğunu demişdir. O, Mehmanədən nə üçün nənəsi Solmazı tək qoyduğunu soruşarkən, Mehmanə ona nənəsi ilə dalaşdığını, bu səbəbdən onun evinə getdiyini söyləmişdir. O, dərhal istifadəsində olan mobil nömrədən Solmazın ortancıl qızı Gültəkinin mobil nömrəsinə zəng edib Mehmanənin nənəsi ilə mübahisə etdiyi üçün onun evinə getdiyini, özünün də evə yollandığını bildirmişdir. Gültəkin isə ona bir qədər sonra özünün də evinə gələcəyini demişdir. O, evə çatarkən Mehmanənin yaşadığı evdə olduğunu görmüşdür. Mehmanədən hansı səbəbdən nənəsi ilə dalaşdığını soruşan zaman, Mehmanə ona nənəsinin çox əsəbi olduğunu, tez-tez özündən çıxdığını, buna görə də dalaşdıqlarını demişdir. Təxminən yarım saat sonra Gültəkin də yaşadığı evə gəlib birbaşa içəri girmiş və Mehmanə ilə dalaşaraq nə üçün nənəsi Solmazı evdə tək qoyub evdən çıxdığını soruşmuşdur. Gültəkin Mehmanə ilə mübahisə edərək çıxıb getdikdən sonra o, Mehmanəni taksi avtomobili vasitəsilə nənəsi Solmazın yaşadığı evə aparıb nənəsinə təhvil vermişdir. Həmin vaxt həm Gültəkinə, həm də Solmazın digər qızları Arzu və Sevincə zəng edib baş verənlər barəsində məlumat vermişdir. Bundan bir-iki gün sonra onun mobil telefonuna tanımadığı mobil nömrədən zəng gəlmiş və özünü “Rəhim” adı ilə təqdim edən şəxs Mehmanənin nənəsi ilə yola getməməsi səbəbindən qəyyumluqdan çıxarılacağını, buna görə də əmisi olaraq Mehmanəni qəyyumluğa götürə biləcəyini demişdir. O, isə həmin şəxsə Mehmanənin məktəbli olmasını xatırladıb, ailə üzvlərimin say çoxluğunu deyib qəyyumluğa götürə bilməyəcəyini, ancaq qonaq qismində evində qala biləcəyini söyləmişdir. Daha sonra Rəhim adlı şəxs ona vaxtı olarsa, gəlib söhbət etməyi təklif etsə də həmin gündən sonra vaxtı olmadığından həmin şəxs ilə görüşüb söhbət edə bilməmişdir. 20 mart 2021-ci il tarixdə işdə olarkən arvadı Reyhan mobil telefon vasitəsilə ona zəng edərək Sevincin Mehmanəni yaşadığı evə gətirərək Solmaz müalicə olunmaq üçün Bakı şəhərinə getdiyindən 3 gün evlərində qalmasını xahiş etdiyini, 3 gün sonra gəlib aparacağını deməsi barədə məlumat vermişdir. O, da Mehmanənin 3 gün ərzində evində birlikdə yaşamasına heç bir etiraz etməmişdir. Mehmanə 3 gün ailə üzvləri ilə birlikdə yaşadıqdan sonra Sevinc gəlib Mehmanəni aparmamışdır. Buna görə də Mehmanə yaşadığı evdə qalmağa davam etmişdir. Keçən günlər ərzində isə Mehmanə dəfələrlə onunla yanaşı oturmasına, yanaşı uzanmasına, birlikdə yemək yeməyimizə, baxmayaraq o, heç vaxt Mehmanə ilə zorla və ya zor tətbiq etmə hədəsi ilə cinsi əlaqədə olmamış, Mehmanəyə həmişə əmi münasibəti bəsləmişdir. O, əvvəllər Mehmanəyə qəşəng qız olduğunu bildirsə də, bunu deməkdə hər hansı mənfi məqsədi olmamış, bu sözləri yalnız və yalnız müsbət mənada işlətmişdir. 29 mart 2021-ci il tarixdə Gültəkinin qızı Aytəkin istifadəsində olan mobil nömrədən ona zəng edərək bacısı Aygünün qızı Aysel ilə birlikdə yaşadığı evə gəldiklərini, Mehmanəni doğum günü ilə əlaqədar Bərdə rayonu Otuzikilər kəndində yerləşən yaşadıqları evə aparmaq istədiklərini söyləmişdir. O, da Mehmanənin həmin gün Otuzikilər kəndinə getməsinə heç bir etiraz etməmişdir. Həmin gün işdə olduğundan Mehmanəni görməmişdir. Ancaq 30 mart 2021ci il tarixdə mobil telefon vasitəsilə Aygünün əri Fəqana zəng edərək bacısı X29 rayonu 588 saylı qaçqın qəsəbəsinə qonaq çağırdığını və 3-4 gün ərzində evində qalmasını bildirmişdir. O, Fəqan ilə telefonda danışdıqdan sona avtomobili qəsəbədə təmirdə olduğundan Mehmanənin şəxsi əşyalarını və paltarlarını götürüb bacısı Günayın evinə yollamışdır. O, həmin evə çatdıqdan təxminən 5-6 saat sonra Fəqan özünə məxsus “VAZ-21074” markalı avtomobil ilə Mehmanəni Günayın evinə gətirmişdir. Bundan başqa həmin gün xalasıoğlu Vaqif də Günayın evinə qonaq gəlmişdir. Mehmanə evə gəldikdən sonra əşyalarının da orada olduqlarını görüb ondan bunun səbəbini soruşmuşdur. Bu zaman o, Mehmanəyə əşyalarından hansıları istifadə edəcəyini bilmədiyi üçün hamısını özü ilə gətirdiyini və Günayın 3-4 gün ərzində evində qalmasını istədiyini çatdırmışdır. O, həmin gün Mehmanə ilə evin ayrı otaqlarında qalmışdır. Bu səbəbdən Mehmanə ilə arasında hər hansı cinsi əlaqə olmamışdır. Həmçinin xalasıoğlu Vaqif də həmin gün Günayın evində gecələmişdir. Ertəsi gün Vaqif yuxudan oyanıb yemək yedikdən sonra çıxıb getmişdir. Həmin gün Günay heç bir yerə getməmiş və bütün gün ərzində evdə qalmışdır. Özü isə avtomobilini təmir etdirdiyi üçün ustanın yanında dayanmışdır. Ertəsi gün də əvvəlki gündə olduğu kimi Günay bütün gün ərzində evdə olmuşdur. Buna görə də Mehmanə ilə arasında həmin gün heç bir şey baş verməmişdir. Ancaq 02 aprel 2021-ci il tarixdə səhər saatlarında Günay evdən çıxıb işə getmişdir. O, səhər saatlarında əvvəlcə özü avtomobilini təmir edən ustaya baş çəkmiş, nahar etmək məqsədilə Günayın evinə qayıtmışdır. Həmin vaxt Sənan da yanında olmuşdur. Axşam saatlarında Günay işdən evə qayıtmışdır. Mehmanənin Günayın evində qaldığı günlərdən birində avtomobilini təmir edən ustanın yanına göndərsə də, bunun hansı gün baş verdiyini xatırlamır. Axşam saatlarında Mehmanə ondan mobil telefonumu alıb “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Sevinc ilə yazışmışdır. Sevinc Mehmanəyə nənəsi ilə yola getmədiyini bildirib onun evi rahatdırsa, elə orada da yaşamağı davam etdirməsini demişdir. Ancaq Mehmanə bibisi Sevincə ortalıqda qalmaq istəmədiyini, ya kiminsə qəyyumluğuna verilməsini, ya da ki uşaqlar evinə götürülməsini bildirmişdir. Bundan başqa o, həmin vaxt Sevinc və Mehmanə arasında daha hansı söhbətlərin aparılmasını bilməmişdir. Mehmanə Sevinc ilə yazışdıqdan sonra o, qeyd olunan sosial şəbəkə vasitəsilə Sevincin qızı Əfsanə ilə qarşılıqlı şəkildə səsli mesajlaşmışdır. Həmin mesajlarda Əfsanə ona ertəsi gün nənəsi Solmazın Bakı şəhərindən qayıdıb Mehmanəni onun yaşadığı evdən götürəcəyini bildirmişdir. Mehmanənin özü də ona bu barədə məlumat verdiyindən o, Mehmanəni əşyaları ilə birlikdə Elçin adlı taksi sürücüsünə məxsus “VAZ-21074” markalı avtomobil ilə yaşadığı evə göndərmişdir. Sonradan Solmaz Bakı şəhərindən birbaşa yaşadığı evə gəlib Mehmanəni oradan götürməsini bilmişdir. 05 aprel 2021-ci il tarixdə Sevinc onunla mobil telefon əlaqəsi saxlayaraq onun guya Mehmanəni zorlamaqla cinsi əlaqədə olduğumu bildirmiş və məsələni aydınlaşdırmaq üçün onu Bərdə şəhəri Nizami küçəsində yerləşən Solmazın evinə çağırmışdır. Həmin vaxt o, Fəqanın mobil telefonuna zəng edib qohumlarının başıma oyun açdığını bildirmiş və bundan sonra Solmazın evinə getmişdir. Həmin evdə olan zaman Mehmanə, Solmaz, Gültəkin, Arzu və Sevinc onun üzünə durub guya Mehmanəni zorladığını bildirsələr də, bunların tamamilə şər-böhtan olduğunu bildirmişdir. Bundan sonra isə Sevinc və Arzu onu polis və prokurorluğa verəcəyi ilə hədələmişlər, o, isə çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, doğulduqdan 6 ay sonra atası və anasını itirdiyindən atasının anası – nənəsi Şahid1 qəyyumluğunda böyümüşdür. Hazırda A.Mustafayev adına Bərdə şəhəri 5 nömrəli tam orta məktəbin doqquzuncu sinfində təhsil alır. X5 onun ögey əmisidir. Əmisinin atası ilə onun mərhum atasının atası eyni olsa da, anaları ayrı olmuşdur. Əmisi ailə üzvləri arvadı Reyhan, oğulları Ramazan və Elçin ilə birlikdə Bərdə rayonu Şorəlli kəndində yerləşən evdə yaşamaqdadır. Əmisinin böyük oğlu Ramazan subay olsa da, kiçik oğlu Elçin 2019-cu ildə Bərdə rayonu Şorəlli kəndindən olan Lamiyə ilə ailə qurmuş və həmin nikahdan Yaqub adlı bir oğlan övladları dünyaya gəlmişdir. 2021-ci ilin fevral ayında əmisi Rafiq istifdəsində olan mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib hal-əhval tutduqdan sonra ondan xoşu gəldiyini demişdir. O, əmisinə bu söhbəti birdəfəlik bağlamasını, yaşıdı olmadığını, ailəsi olduğunu, hər şeydən əlavə isə əmisini olduğunu xatırlatmışdır. Ancaq əmisi onun bu sözlərinə məhəl qoymayıb xoşu gəldiyini bildirməyə davam etmişdir. 08 mart 2021-ci il tarixdə nənəsi Solmaz koronavirus xəstəliyinə yoluxduğundan, bu səbəbdən tez-tez əsəbiləşdiyindən o, evdən çıxmış və özünü öldürmək istəmişdir. Lakin fikrindən daşınmış, buna görə də həmin gün səhər saatlarında ögey əmisi Rafiq ilə mobil telefon əlaqəsi saxlayaraq günorta evinə gələcəyini demişdir. Həmin gün saat 14:00 radələrində əmisinin yaşadığı evə getmişdir. Həmin vaxt evdə Reyhandan başqa heç kim olmasa da, sonradan əmisi Rafiq də evə gəlmişdir. Daha sonra bibisi Sevinc əmisi Rafiqə zəng edərək nənəsinin onu axtardığını, əgər əmisigilin tərəfini saxlayacaqsa, ondan birdəfəlik imtina edəcəyini demişdir. Çünki nənəsinin içki düşkünü olması səbəbindən ögey əmisi Rafiqdən xoşu gəlməmişdir. Buna görə də elə həmin gün əmisi Rafiq tərəfindən tanımadığı taksi avtomobili vasitəsilə nənəsi ilə birlikdə yaşadığı evə çatdırılmışdır. 20 mart 2021-ci il tarixdə nənəsi ilə arasında narazılıq olduğundan Bakı şəhərində yaşasa da həmin dövrdə Bərdə rayonunda olan bibisi Sevinc onu əmisigilin evinə aparmış və o, həmin evdə yaşamağa başlamışdır. O, qarşıdakı günlər ərzində əmisinin ailəsi ilə birlikdə qalacağını bildiyinə görə şəxsi əşyalarını, kitablarını və paltarları demək olar hamısını özü ilə götürmüşdür. Əmisigildə qaldığı üçüncü gün, yəni təxminən 22-23 mart 2021-ci il tarixdə saat 16:00 radələrində o, evin birinci mərtəbəsində olarkən əmisi onu ikinci mərtəbədə yerləşən yataq otağına çağırmışdır. Həmin vaxt əmisinin arvadı Reyhan hamamda çimmiş, oğlanları Ramazan və Elçin isə evdə olmamışlar. O, əmisinin onu çağırdığı otağa daxil olaraq nə istədiyini soruşmuşdur. Bu zaman əmisi Rafiq çarpayıya əyləşərək yanında oturmağını və söhbət edəcəyini demişdir. Çarpayıya oturduqdan sonra əmisi əli ilə boyun nahiyəsinə və saçlarını oxşamağa başlamış və “Sən məni bütün qızlardan soyutdun. Çox qəşəngsən” ifadəsini işlətmişdir. O, isə əmisinin əlini itələyib ayağa qalxmış və gülə-gülə “Mən nə etdim ki sən bütün qızlardan soyudun?” sualını vermişdir. Bu zaman əmisi onu qucaqlayıb boynunun sol tərəfindən öpməyə, getdikcə dodağına yaxınlaşmağa başlamışdır. Həmin vaxt əmisi hərəkət etməməyi üçün bir əli ilə belindən, digər əli ilə isə boynundan tutmuşmuşdur. Əmisi hər iki əli ilə üzündən tutub dodağından zorla öpməyə və əlini əynində olan qara rəngli dar, beli rezinli lasinin içərisindən ayaqlarına və arxa nahiyəsinə toxundurduğu üçün bədəni özündən asılı olmadan keyimişdir. Təxminən 5 dəqiqə ərzində əmisi onu zorla öpsə də, evin birinci mərtəbəsinin qapısının səsini eşidib buraxmış və söhbəti dəyişərək ondan paltar istəmişdir. Həmin gün əmisi ona yenidən yaxınlaşmaq istəsə də, o, əmisindən uzaqlaşmışdır. Ertəsi gün saat 05:00 radələrində əmisi qalxıb işə getmiş və saat 15:00 radələrində işdən qayıdıb yemək yemişdir. Əmisi Rafiq saat 18:00 radələrində gətirdiyi yükü boşaltmaq üçün işə yollanmış və saat 20:00 radələrində yenidən evə qayıtmışdır. Otaqda heç kim olmayan vaxt əmisi ona bir gün əvvəl axşam saatlarında bildirdiyi kimi işə gedərkən üzündən öpmək istədiyini, ancaq pis yatdığından sadəcə biləyindən öpdüyünü demişdir. Daha sonra o, əmisinin ailə üzvləri ilə birlikdə evin zalında olan qaz sobasının yanında oturarkən əmisi göz-qaş işarəsi edərək yanına gəlib oturmağını istəmiş və yanına oturduqdan sonra əli ilə belini oxşamışdır. Əmisi onu əvvəlcədən ailə üzvlərinə “Mən bu gecə əmim ilə birlikdə yatmaq istəyirəm” sözlərini deməyə məcbur etdiyindən yatmaq vaxtına az qalmış əmisinin arvadı Reyhana həmin sözləri demişdir. Reyhan isə buna heç bir etiraz etmədiyi üçün zalın küncündəki sobanın yanına uzanmışdır. Əmisi əvvəlcədən onu özünü yatmış kimi göstərməyi tapşırdığından gözlərini yummuş və özünü yuxululuğa vurmuşdur. Elə həmin vaxt əmisi keçib onunla üzbəüz uzanmış və belini divara söykəmişdir. Bu zaman biz ayaqlarımızı sobaya doğru yanaşı vəziyyətdə uzanmışmışdıq. Əmisinin arvadı Reyhan isə otağın işıqlarını söndürüb yatmağa getmişdir. Buna görə də əmisi Rafiq əlini onun qurşaqdan aşağı nahiyələrində gəzdirib əynindəki lasini aşağı endirmişdir. Daha sonra onu hər iki əli istəmədiyi halda zorla özünə sıxıb boynundan, qulağından və dodağından öpməyə başlamışdır. Həmin vaxt o, özündən asılı olmadan tamamilə donmuş və özünü itirmiş vəziyyətdə olmuş, bədəninə hakim ola bilməmişdir. Sonra isə əmisi onu digər tərəfinə çevirərək əynində olan bənövşəyi rəngli alt paltarını dizə qədər aşağı dartmışdır. Bunun ardınca isə öz əynindəki tünd mavi rəngli, kənarlarında ağ rəngli zolaqları olan idman şalvarını aşağı çəkmiş və əynində olan, rəngini bilmədiyi tumanını aşağı çəkib cinsiyyət orqanını istəmədiyi halda arxa keçəcək dəliyinə salmaq istəmişdir. Ancaq bu zaman cinsiyyət orqanı sürüşüb onun cinsiyyət orqanının içərisinə daxil olmuşdur. Bu zaman o, cinsiyyət orqanında göynəmə və ağrı hiss etsə də qızlıq pərdəsinin pozulub-pozulmadığını bilməmişdir. Ağrını hiss etdikdən sonra isə qabağa dartılıb əmisi Rafiqin əlindən çıxmağa çalışmışdır. Elə bu vaxt kürəyinin qurtaracağına kleyə bənzər mayenin bulaşmasını hiss edib alt paltarının içərisindən cinsiyyət orqanının üzərinə qoyduğu əski vasitəsilə həmin yeri təmizləmişdir. Bundan sonra əmisi şalvarını yuxarı çəkmiş, o, da alt paltarını və lasini yuxarı çəkib yuxuya getmişdir. Təxminən 1 saat sonra yenidən əmisinin boynunu öpdüyünü hiss etdiyi üçün bədəni keyimiş və əmisi cinsiyyət orqanını zorla arxa keçəcək dəliyinə salmışdır. Əmisi cinsiyyət orqanına əlini daxil edib barmaqları ilə oxşadığından bədəninə hakim ola bilməmiş və keyimişdir. Daha sonra isə əmisi yenidən cinsiyyət orqanından gələn yapışqana bənzər mayeni uzandığı döşəyin üzərinə tökmüşdür. Ertəsi gün heç kimə bu barədə məlumat vermədən bədənini təmizlədiyi əskini zibilliyə tullamışdır. 25 mart 2021-ci il tarixdə o, yatan zaman kiminsə boynundan və dodağından öpdüyünü hiss etmişdir. Buna görə də yuxudan oyanmışdır. Həmin vaxt onu öpən şəxsin əmisi Rafiq olmasını bilmişdir. Əmisi onu öpdükdən sonra heç nə demədən çıxıb getmişdir. 26 mart 2021-ci il tarixdə axşam saatlarında o, əmisinin ailə üzvləri ilə birlikdə zalda oturarkən əmisinin arvadı Reyhan qəflətən əsəbiləşərək işığı söndürmüş və ikinci mərtəbədə yerləşən zala gedib yatmışdır. Bu səbəbdən o, əvvəlki qaydada əmisi ilə yanaşı uzanmışdır. Həmin vaxt əmisi Rafiq onu üzü üstə döşəyə uzadaraq üzərinə uzanmış və iki gün öncə əynində olan həmin paltarları aşağı çəkib cinsiyyət orqanını çıxarmışdır. Bundan sonra cinsiyyət orqanını arxa keçəcək dəliyinə sürtmüşdür. Əmisi üzərində olan zaman boşala bilmədiyi üçün cinsiyyət orqanını zorla arxa dəliyinə salmağa cəhd göstərmiş, bu da onda böyük ağrı və göynəmə hissinin yaranmasına səbəb olmuşdur. O, nəhayət əmisinin əlindən çıxıb həmin otaqdakı divana getmiş və orada yatmışdır. Həmin gecə əmisi Rafiq daha ona yaxın gəlməmişdir. 2020-ci ilin sentyabr ayında əmisinin arvadı Reyhanın ayağının sınması ilə əlaqədar problem olduğundan Reyhanın özü oğlu Ramazan ilə birlikdə həkimə getmişlər. Həmin gün əmisi evlərinə qonaq gələn xalasıoğlu Vaqif ilə birlikdə spirtli içki qəbul etmişdir. Əmisinin adını bilmədiyi xalasıoğlu özünü pis hiss etdiyindən uzanacağını bildirmişdir. Əmisi Rafiq isə evin ikinci mərtəbəsinə qalxaraq arxasınca onu səsləmişdir. O, da əmisinin çağırdığı otağa gedərkən əmisi Rafiq mobil telefonunu göstərib mesaj gəldiyini və baxmağını istəmişdir. Telefonu götürüb mesaja baxmaq istəyəndə əmisi yan tərəfinə keçib onu əlləri ilə bir qədər yuxarı qaldırmış və arxa tərəfində yığılmış yorğan-döşəyə sıxmışdır. Daha sonra əmisi əvvəlcə onun əynindəki lasini və alt paltarını, ardınca isə öz əynindəki idman şalvarını aşağı endirib zorla cinsiyyət orqanını ayaqlarının arasına salmış və əlləri ilə saçından dartıb dodağından öpməyə başlamışdır. Bunun ardınca əmisi onu arxa tərəfinə döndərib yorğan-döşəyə sıxmışdır. Sonra üzərinə gələ-gələ onu çarpayıya yıxmışdır. Bu zaman çarpayının üzərində tünd bənövşəyi rəngli yay örtüyü olmuşdur. Əmisi onu həmin örtüyün üzərinə yıxıb üstünə atılmış və cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtüb boşalmışdır. Həmin vaxt bənövşəyi rəngli örtük əmisinin cinsiyyət orqanından gələn mayeyə bulaşmışdır. Əmisi boşaldıqdan bir neçə saniyə sonra əmisioğlu Ramazan qəflətən otağa daxil olmuş və əmisi onun üzərində görsə də, buna əhəmiyyət verməmişdir. Bu zaman o, və əmisi artıq əyninidə olan paltarları yuxarı çəkmişlər. Əmisi Rafiq üstündən qalxıb qəflətən söhbəti dəyişsə də, otağı tərk etməmişdir. Ramazan birinci mərtəbəyə endikdən sonra isə yenidən üzərinə gəlib lasini və alt paltarını aşağı endirməklə cinsiyyət orqanını ayaqlarının arasına və cinsiyyət orqanının üstünə sürtmüşdür. O, həmin vaxt əmisini itələmiş və bir daha belə bir şey edəcəyi halda hər şeyi açıb arvadı Reyhana danışacağını söyləmişdir. 29 mart 2021-ci il tarixdə onun doğum günü olduğundan bibisi Gültəkinin qızı Aytəkin və Aytəkinin bacısı Aygünün qızı Aysel əmimgilə qonaq gəlmişlər. Həmin gün əmisinin arvadı Reyhanın qardaşının nəvəsinin də doğum günü olduğundan onlar evdən çıxıb qardaşıgilə qonaq getmək fikrində olmuşlar. Buna görə də o, Aytəkin və Aysel ilə birlikdə Aygünün yaşadığı Bərdə rayonu Otuzikilər kəndinə getmiş və həmin gün orada qalmışdır. Doğum günü olan gün o, əmisini görməmiş, bu səbəbdən Rafiqlə hər hansı əlaqədə olmamışdır. Ancaq 30 mart 2021-ci il tarixdə əmisi Rafiq Aygünün əri Fəqana mobil telefon vasitəsilə zəng edib guya bibisi Günayın yeni ev aldığını, bununla bağlı baş tutacaq yığıncaqda onu da görmək istədiyini bildirmişdir. Buna görə də həmin gün Fəqan özünə məxsus olan qara rəngli avtomobil ilə onu Bərdə rayonu 588 saylı qaçqın qəsəbəsinə aparmışdır. O, evə daxil olan zaman bibisi Günayın oğlu Sənan, əmisi Rafiq və əmisinin xalasıoğlu Vaqifin orada olduqlarını görmüşdür. Əmisi ona və Fəqana evi göstərərkən evin otaqlarından ikisində öz əşyalarını görmüşdür. Ancaq Fəqanın yanında bu barədə heç bir şey danışmamışdır. Əmisi evin digər otağına keçdikdən sonra isə Rafiqdən əşyalarının nə üçün burada olduğunu soruşmuşdur. Bu zaman əmisi ona ikisi üçün kirayə ev tutduğunu və bundan sonra ikisinin bu evdə yaşayacağını demişdir. Fəqan çıxıb gedən vaxt bibisi Günay artıq evə gəlmişdir. O, həmin gün əmisi Rafiq ilə evin ayrı otaqlarında qaldığı üçün arasında heç bir şey baş tutmamışdır. Ertəsi gün səhər saatlarında yuxudan oyanan zaman bibisi Günay, bibisioğlu Sənan, əmisi Rafiq, əmisinin xalasıoğlu Vaqif evdə olmuşlar. Bibisi saat 10:00 radələrində evdən çıxıb yas mərasiminə gedəcəyini demişdir. Bundan bir neçə saat sonra isə Vaqif evdə olan arağı təkbaşına içərək çıxıb getmişdir. Bundan sonra əmisi Rafiq bibisioğlu Sənana avtomobilini ustaya verdiyini, buna görə də ustanın yanında dayanması üçün getməsini, bir qədər sonra özünün də gələcəyini söyləmişdir. Sənan getdikdən sonra isə o, əmisi Rafiq ilə evdə tək qalmışdır. Əmisi ilə söhbət edərkən onu bibisi Günay ilə arasında heç bir sirr olmadığını, ikisinin qalmaq üçün ev tutmaq niyyətində olmasını bildiyini demişdir. Evin yataq otaqlarından birində söhbət edərkən əmisi uzanmış vəziyyətdə olmuş, o, isə Rafiqin yanında oturmuşdur. Bu zaman əmisinin əynində göy rəngli cins şalvar və zoğalı rəngli kofta, öz əynində isə sarı rəngli dəst idman geyimi, ağ rəngli mayka, alt paltarı və büstqalter olmuşdur. Əmisi şalvarının zəncirbəndini açaraq cinsiyyət orqanını çölə çıxarmış və ondan cinsiyyət orqanına toxunmağını tələb etmişdir. O, əmisi Rafiq ona baş verənləri deyib qorxutmuş və hədə-qorxu gəlməklə cinsiyyət orqanına toxunmağını istəmişdir. O, da əmisinin bu hərəkətləri qarşısında məcbur qalıb əlini cinsiyyət orqanına uzatsa da, dərhal geri çəkmişdir. Daha sonra əmisi Rafiq saçını əlində yığıb başını cinsiyyət orqanına doğru aparmış və cinsiyyət orqanını ağzının kənarlarına sürtmüş və nəhayət ağzının içərisinə salmışdır. Bu zaman o, qapının döyüldüyünü bəhanə edərək əmisin əlindən çıxmış və etdiklərindən bezdiyini deyib evi tərk etməsini tələb etmişdir. Əlavə olaraq əmisinə Sənan evə gələrkən mobil telefonunu alıb polisə məlumat verəcəyini də bildirmişdir. Buna görə də əmisi Rafiq dediklərindən ehtiyat edərək evdən getmişdir. Həmin gün axşam saatlarında o, əmisi Rafiqin telefonunu alıb bibisi Sevincə “Whatsapp” sosial şəbəkəsində mesaj yazıb ortalıqda qaldığını söyləmişdir. Bundan sonra Sevinc həmin şəbəkə vasitəsilə ona zəng edib nənəsi Solmazı göndərəcəyini, nənəsinin özünün nə etmək lazım olduğunu bildiyini demişdir. Təxminən 5-10 dəqiqə sonra o, həmin sosial şəbəkə vasitəsilə Sevincin qızı Əfsanəyə mesaj yazaraq haləhval tutmuş və nənəsinə onu birdəfəlik qəyyumluqdan çıxarmasını deməsini istəmişdir. Çünki o, özü-özündən iyrənir və nənəsinin üzünə necə baxacağını düşünmüşdür. Ertəsi gün səhər saatlarında bibisi Günay işə getmişdir. Daha sonra əmisi yenidən Sənanı avtomobil təmiri ustasının yanında dayanması üçün göndərmiş və yenidən evdə tək qalmışlar. Bu zaman əmisi onu zorla evin yataq otağına keçirib əynindəki idman geyimini və ağ rəngli alt paltarlarını çıxarmış və onu üzü üstə çarpayıya uzadıb əvvəlcə arxa keçəcək dəliyi, sonra isə cinsiyyət orqanı vasitəsilə cinsi əlaqədə olmuşdur. Bu zaman o, dəfələrlə qışqırıb kömək çağırmış və yaranan dəhşətli ağrılara dözə bilməmişdir. Təxminən 5 dəqiqə sonra əmisi üzərindən qalxaraq onu kürəyi üstə çevirmiş və ayaqlarını bitişdirib özünü sıxmağına baxmayaraq cinsiyyət orqanını yenidən ayaqlarının arasına sürtmüşdür. O, həmin vaxt qarşı tərəfindən ağrı hiss etdiyinə görə əmisi Rafiqdən onu buraxmasını tələb etmişdir. Elə həmin vaxt əmisi onu buraxacağını bildirib sol ayağının ön tərəfinə boşalmışdır. O, isə məcbur qalıb cinsiyyət orqanının üzərinə qoyduğu ağ rəngli əskini götürüb ayağını təmizləmişdir. Daha sonra əmisi həmin əskini ondan alaraq öz cinsiyyət orqanını silmişdir. O, isə əskini götürüb çantasında gizlətmişdir. Həmin gün o, əmisi Rafiqin mobil telefonunu alıb Əfsanə ilə danışarkən nənəsinin Bakı şəhərindən gələrkən yolüstü onu götürmək istədiyini öyrənmişdir. Bunu əmisinə dediyi üçün əmisi təcili şəkildə onu əşyaları ilə birlikdə Elçin adlı şəxsə məxsus taksi avtomobilinə əyləşdirmişdir. O, tək şəkildə həmin taksi avtomobili vasitəsilə əmisigilin evinə gəlmişdir. Bir qədər sonra isə nənəsi gəlib onu oradan götürmüşdür. O, 2 gün nənəsi ilə birlikdə yaşadıqdan sonra əmisinin ona yaşatdıqları barəsində narahat olduğuna görə bu məsələləri açıb danışmağa qərar vermiş və baş verənləri bibisi Sevincə danışmışdır. Bibisi Sevinc isə 05 aprel 2021-ci il tarixdə nənəsi Solmaz ilə söhbət edib hər şeyi nənəsinə söyləmişdir. Buna görə də bibisi və nənəsi hər şeyi dəqiqləşdirmək üçün əmisi Rafiqi yaşadığı evə çağırmışlar. Həmin vaxt evdə nənəsindən başqa bibiləri Sevinc, Arzu və Gültəkin olmuşdur. Əmisi Rafiq gəlməzdən əvvəl baş verənlər barəsində Fəqan və digər qohumlarına məlumat verib şər atdığını desə də, yaşadığı evə gəldikdən sonra baş verənləri inkar etsə də, sonradan o, əmisi Rafiqin üzünə qarşı etdiklərini danışdığından Rafiq susmuş və nəhayət hər şeyi boynuna almışdır. Buna görə də o, Bərdə rayon prokurorluğuna gəlib ərizə ilə müraciət etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ramamzan oğlundan şikayətçi deyil, onunla barışıb. Mənəvi əzab çəkərək cəzasını çəkib. Həbslə əlaqədar olmayan digər cəza növü seçilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni numayəndəsi X4 ifadəsində göstərmişdir ki, hadisə barəsində onun sonradan məlumatı olub. Qardaşının belə bir şey etməsinə inanmır. Eşitdiyi zaman da şok olub. Hadisə vaxtı qardaşının və ya Mehmanənin yanında olmayıb. Bundan başqa, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni numayəndəsi X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçi deyil. Onun çəkdiyi mənəvi əzab ona cəzadan böyükdür. XHəbslə əlaqədar olmayan digər cəza növü seçilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, sobanın yanında heç kim yatmır. Sobanın yanında divan var. Sobanın ətrafında heç kim uzanmır. Rafiq sobanın yanında hərdən uzanır. Mehmanə gələndə Rafiq sobanın yanında uzanmamışdı. 23 fevralda hamısı sobanın yanında yığışıblar. Sobanın yanında gecə Rafiqnən Mehmanənin yatdığını görməyib. Onlar tək otaqda qalmayıb. Mehamanə onunla yatıb. Mehmanə, o, Rafiq ikisi bir yerdə uzandıqları olmayıb. Halbuki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onun Rafiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun ərinin qardaşı qızıdır. Mehmanənin valideynləri rəhmətə getdiyindən, Mehmanə nənəsi Solmazın himayəsində olmuşdur. 08 mart 2021-ci il tarixdə Mehmanə onlara evə gəlmişdir. Lakin həmin gün onu evdən Gültəkin gəlib aparmışdır. 20 mart 2021-ci il tarixdə o, evdə olarkən Mehmanəni yaşadığı evə Sevinc bir müddət onlarda qalması üçün gətirmişdir. O, bununla bağlı Rafiqə zəng vurduqda, Rafiq Sevinclə əlaqə saxlamış, Sevinc bu zaman Rafiqə Mehmanənin 3-4 gün qalmasını demişdir. Mehmanə bundan sonra onun yaşadığı evdə yaşamağa başlamışdır. Mehmanə evdə yaşamağa başladıqdan sonra Rafiq ona Mehmanə ilə yatmağını tapşırmışdır. Mehmanə bundan sonra onunla bir otaqda qalmışdır. Evdə qalarkən Mehmanə gündəlik həyatını yaşamışdır. 29 mart 2021-ci tarixdə Mehmanənin ad günü olduğundan Mehmanə bibisi qızıgilə qonaq getmişdir. 30 mart 2021-ci il tarixdə Mehmanə Rafiqin bacısı X41 rayonu 588 saylı qəsəbə bina 14 mənzil 22-də yerləşən kirayədə qaldığı evə çağırmışdır. Bundan sonra Mehmanə 30 mart 2021-ci il tarixdə Günayın kirayədə qaldığı evə getmişdir. Bu zaman Rafiq qəsəbə avtomobili təmir elətdirdiyinə görə, Günayın kirayədə qaldığı evdə gündüzlər qalmışdır. 01 aprel 2021-ci il tarixdə Mehmanə onu yaşadığı evə gələrək paltarlarını yığmağa başlamış və ona Solmazın aparmağa gələcəyini demişdir. Günorta saatlarında Solmaz gəlib Mehmanəni aparmışdır. 05 aprel 2021-ci il tarixdə axşam saatlarında Rafiq evə gəldikdə, ona Solmazgildə məclis təşkil olunmasını, məclis zamanı Rafiqi Mehmanənin bibiləri və Solmazın onun Mehmanə ilə cinsi əlaqəda olmaqda ittiham etməsini danışmışdır. Mehmanə onlarda qalarkən, o, bir müddət Rafiqdən ayrı yatmışdır. Həmin vaxt Rafiqin Mehmanə ilə cinsi əlaqəda olub-olmamasını bilmirdir. Onun ayağı 2020-ci ilin sentyabr ayında çıxdığına görə o, oğlu Ramazan ilə birlikdə Bərdə şəhərində olan həkimə gəlmişdir. Həmin gün Vaqif onun yaşadığı evə gəlmişdir. O, Rafiq ilə Mehmanənin arasında cinsi əlaqənin olmasını görməmiş, bununla bağlı heç bir söz deyə bilmirdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Onun Rafiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun ogey əmisi qızıdır. Onun Mehmanə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Mehmanənin valideynləri rəhmətə getdiyindən, Mehmanə nənəsi Solmazın himayəsində olmuşdur. 08 mart 2021-ci il tarixdə Mehmanə onların evinə gəlmişdir. Lakin həmin gün Mehmanəni aparmaq üçün Gültəkin gəlmiş, sonradan isə Gültəkin Mehmanəni apara bilmədikdə, Rafiq Mehmanəni evlərinə aparmışdır. 20 mart 2021-ci il tarixdə o, evdə olarkən Mehmanəni yaşadığı evə Sevinc bir müddət onlarda qalması üçün gətirmişdir. Anası bununla bağlı Rafiqə zəng vurduqda, Rafiq Sevinclə əlaqə saxlamış, Sevinc bu zaman Rafiqə Mehmanənin 3-4 gün qalmasını demişdir. Mehmanə bundan sonra onun yaşadığı evdə yaşamağa başlamışdır. O, yük avtomobili idarə etdiyindən evdən səhər çıxır və axşam gəlir, həmçinin Bakı şəhərinə getdiyindən 3 gün evdə olmamışdır. 29 mart 2021-ci tarixdə Mehmanənin ad günü olduğundan Mehmanə bibisi qızıgilə qonaq getmişdir. 30 mart 2021-ci il tarixdə Mehmanə Rafiqin bacısı X41 rayonu 588 saylı qəsəbə bina 14 mənzil 22-də yerləşən kirayədə qaldığı evə çağırmışdır. Bundan sonra Mehmanə 30 mart 2021-ci il tarixdə Günayın kirayədə qaldığı evə getmişdir. Bu zaman Rafiq qəsəbə avtomobili təmir elətdirdiyinə görə, Günayın kirayədə qaldığı evdə gündüzlər qalmışdır. 01 aprel 2021-ci il tarixdə Mehmanə onun yaşadığı evə gələrək paltarlarını yığmağa başlamış və ona Solmazın aparmağa gələcəyini demişdir. Günorta saatlarında Solmaz gəlib Mehmanəni aparmışdır. 05 aprel 2021-ci il tarixdə axşam saatlarında Rafiq evə gəldikdə, ona Solmazgildə məclis təşkil olunmasını, məclis zamanı Rafiqi Mehmanənin bibiləri və Solmaz Mehmanə ilə onun cinsi əlaqəda olmaqda ittiham etməsini danışmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hal hazırda dayısıgilnən birlikdə yaşayırlar. Bundan qabaq qaçqınlar binasında yeddi mərtəbəli mənzildə kirayədə qalıblar. Fevral ayı çox qalmayıblar. Təxminən iki ay qalıblar. Ev iki yataq otağı bir zaldan ibarətdir. Üç otaqdır. Mehmanə onlara nə vaxt dəqiq gəldiyini xatırlamır, amma iki-üç gün gəlib qalıb. Rafiq onlarda maşının düzəltirirdi onlara çörək yeməyə gəlirdi. Dayı qalmırdı. Gecə qaldığını xatırlamır. O evdən çölə çıxmayıb. Mehmanə evdə tək qalmayıb. Anam da evdə idi. Anam yasa getmişdi 1-2 saatlığına gedəndə o evdə idi. Düşmənçiliyi, ədavəti yoxdur nə Rafiqnən nədə ki, Mehmanəynən.Halbuki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Zərərçəkmiş şəxs onun ögey əmisi qızıdır. Mehmanənin valideynləri rəhmətə getdiyindən, Mehmanə nənəsi Solmazın himayəsində olmuşdur. O Mehmanənin Rafiq dayısıgildə qaldığını eşitmişdir. Sonra bu söz-söhbətləri eşidib. Rafiq dayısı anası ilə çox yaxındır. Nə baş verirsə anasına deyirdi. Başqa heç nə bilmir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Rafiqin evində qalırdı. Yeddi mərtəbədə. Yanvar ayından 4-5 ay qalıb orda. Rafiq o evdə qalmırdı maşın düzəltirirdi. Arada gəlib çay içib, çörək yeyib gedirdi. Mehmanə olan günü xatırlamır qalıb qalmayıb. Məhmanə ilə Rafiq evdə tək qalmayıblar. Mehmanənin əşyalarını ondan qabaq Rafiq qətirmişdir. Onlar heç tək qalmayıblar. O yasa Rafiqnən getmişdir. Mehmanəynən tək qoyub qetməyib. Onlar tək qalmayıb. Ev 3 otaqlıdır. İki yataq otağı var. Mehmanə onun yanında qalırdı, yatırdı. O özü də namaza tez durandır Mehmanə onun yanında olub. Onların arasında heç bir əlaqə ola bilməzdi. Nəsə olsaydı o hiss edərdi. Onların arasında heç nə ola bilməzdi. Vaqifin evində bir az problemi var o arada gəlib bir-iki gün qalır əsəbləri dinlənirdi, sonra gedirdi. Mehmanə bu hadisədən qabaq o evdə olmayıbdır. Halbuki Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun Rafiqlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun ogey qardaşı qızıdır. Mehmanənin valideynləri rəhmətə getdiyindən, Mehmanə nənəsi Solmazın himayəsində olmuşdur. Rafiq ilə o, yaxın olduğundan Rafiq hər dərdini ona danışmışdır. 08 mart 2021-ci il tarixdə Rafiq ona zəng edərək Mehmanənin evinə gəlməsini, Gültəkinin sonradan Mehmanəni aparmasını demişdir. 20 mart 2021-ci il tarixdə Rafiq ona zəng edərək Sevincin Mehmanəni gətirməsini və 3-4 günlük qalmasını demişdir. O, isə Rafiqə qalmasını məsləhət görmüşdür. 30 mart 2021-ci il tarixdə o, Rafiqə zəng edərək Mehmanəni onun yaşadığı evə qonaq qismində gətirməsini və Mehmanə onlarda qalmışdır. Bu zaman Rafiq özünə məxsus avtomobili düzəltdirdyindən, onun həmin vaxtlar kirayədə yaşadığı evdə qalmışdır. O, Mehmanəyə qulluq etmişdir. O, bu zaman Mehmanənin qayumluğu ilə bağlı söhbət etmişdir. Mehmanə Solmazı pisləmişdir. Bundan sonra 01 aprel 2021-ci il tarixdə o, taksi çağıraraq Mehmanə evə getmək üçün Rafiqgilə yollanmışdır. Həmin gün isə X8 gəlib aparmışdır. 05 aprel 2021-ci il tarixdə axşam saatlarında Rafiq zəng edərək, ona Solmazgildə məclis təşkil olunmasını, məclis zamanı Rafiqi Mehmanənin bibiləri və Solmaz onunla cinsi əlaqəda olmaqda ittiham etməsini danışmışdır. Bir müddət sonra Rafiqi rayon prokurorluğuna, sonra polis şöbəsinə çağırmışlar. Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, o, Rafiq ilə Mehmanənin arasında cinsi əlaqənin olmasını görməmişdir. Lakin o, 31 mart 2021-ci il tarixdə saat 10 radələrində kirayədə yaşadığı ünvan 1-dən yas yerinə getmişdir. Həmçinin həmin vaxt Vaqif onlara qonaq gəlmişdir. O, evdə olmadığından Rafiq ilə Mehmanənin arasında nə baş verməsini deyə bilmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 vəfat etmişdir. Məhkəmə istintaqı zamanı X10 zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanındıqdan sonra verdiyi ifadəsində göstərmişdir ki, Mehmanə nəsil arasında düşmənçilik salıb. Rafiq alkaşdı, bu qız saxlıyardı özünü. Barışıq ərizəsi verilibdir. Yoldaşı covid idi, rəhmətə gedib. Başı ona qarışıb. Sonra üç aydır anası xəstədir yerdə. Ona anası deyib. Biləndən sonra Rafiqi gecə çağırıblar. Rafiq da and içib ki belə bir şey yoxdu. Mehmanə valideynlərinin qisasını aldı. Rafiq başqa yerdə Mehmanənin anasının atasının söhbətin etməyib. Rafiq maşını düzəldəndə Günaygildə qaldığını bilməyib. Günaygil evə köçəndə onlar kömək ediblər. Təxminən yanvar ayı idi. Aygün onlara qarışmır onlar özləri köçürüblər Günaygili. Bacısı Günay cüməyə iki saat, 2 saat yarım tez gəlib qaydırdı. Rafiqlə bir gəlmişdilər cüməyə. Onun əri rəhmətə getdi, anası xəstələndi. Birdə ayıldı ki dünya dağılıb. O ev anasının vəsiyətindədir. O anasına yalvardı ki onun oğlu, əri ölüb, bacısının əri ölüb. Onu da o yola gətirib ki onların başqa heç kimiləri yoxdur. Anası o evi istəmirdi. Bunlar bilmirdi. Solmazın yanında Mehmanə və o olan zaman Rafiq boynuna almadı. Məhkəmə istintaqı zamanı əlavə şahid X11 ifadəsində göstərmişdir ki, Rafiq ögey dayısıdır, amma doğma kimidir. Mehamanə dayısı qızıdır. Xalası götürüb saxlamışdır. Doğmayıq heç birisiynən düşmənçiliyi yoxdur. Dializdən çıxıb hədiyə aldı Mehmanayə getdiblər bacısı Aygüngilə. Aygün onun bacısıdır. Onların Günayın təzə evə köçməyindən xəbəri yox idi. Sevinc xalasıdır. Əfsanə xalası qızıdır. Mehmanə ona bu hadisə ilə bağlı heçnə deməyib. Aysel Fəqanın birinci ailəsindən olan qızıdır. Kəndə o apardı taksi ilə. Ramazan tutdu taksini. Məhkəmə istintaqı zamanı əlavə şahid X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. O dayısının pis hərəkətin görməyib. 29-u Mehmanənin ad günü idi. Saat 12 işləmişdi bacısı dedi ki, gedir Mehmanəni gətirə. Getdi gətirdi ad günü keçirdilər. Gecə qaldı onlarda martın 30-da getdi. Mehmanənin əlindən telefonu xalası alıb. Hadisə haqqında özləri açıb dedi. Mehmanə ona heçnə deməyib. Məhkəmə istintaqı zamanı əlavə şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yoldaşının dayısıdır. Mehmanə yoldaşının dayısı qızıdır. Düşmənçiliyi yoxdur. O qohumlardan, Mehmanəgil tərəfdən eşidib. Rafiq ona zəng vurmuşdur. İşdəydi. Mehmanə də baldızı ilə gəlmişdi. Ad günündə onlarda qalmışdı. Rafiq dedi Mehmanəni onlara gətirə bilər. Deyib ki, gətirərəm. Axşam idi sonra Rafiqin bacısı evinə qəsəbəyə aparıb düşürdü. Sonra qayıtdıb evə. Sonrasını bilmir. Rafiq, bacısı və xalası oğlu ordaydı. İçkili olduğunu hiss etməyib. Məhkəmə istintaqı zamanı əlavə şahid X23 ifadəsində göstərmişdir ki, Mehmanəni tanıyır bacısı gildə görüb. Bacısının barmağı çıxmışdı. Çağırmışdı ki aparsın həkimə. Birinci dəfə gedəndə görməyib. Mehmanəni ikinci dəfə gedəndə Mehmanənin kimliyini soruşub və öyrənib ki, Rafiqin qardaşı qızıdır. O VAZ 2106 markalı avtomobil idarə edir. Həkimə o, bacısı, bacısı oğlu və birdə Rafiq getdi. Maşını Rafiq sürdü əməliyyatdan təzə çıxmışdı deyə. Rafiqgilin spirtli içki içdiyini görməyib. Bir stəkan çay içib. Darvazanın ağzında mindilər maşına gediblər. Rafiq ikinci dəfə həkimə gedəndə onlarla getmişdi. Bərdə rayon X22 İdarəsinin yanına sınıqçıya gediblər. Məhkəmə istintaqı zamanı əlavə şahid X15 ifadəsində göstərmişdir ki, Rafigin bacısı daxili qoşunlarda işləyir ordan tanıyır. Günayı Arzugilə aparıb. Arzunun yoldaşı rəhmətə gedəndə aparıb. Qardaşı, bibisi, 2-3 nəfər idilər. Sonra da aparıb evlərinə. Bu müddət ərzində bir dəfə aparıb. Məhkəmə istintaqı zamanı əlavə şahid X15 ifadəsində göstərmişdir ki, oğlu 05 sentyabr 2020-ci il tarixdə xərçəng xəstəliyindən rəhmətə gedib. Spirtli içki qonağı olanda qəbul edir. Oğlu rəhmətə gedəndən spirtli işki qəbul etmir. Oğlunun ili bu ilin sentyabr ayında çıxıb. Rafiqgilin evində olub, yemək yeyəndən sonra aşağıdakı otaqda sobanın yanında yatıb. Həmin vaxtı evdə Rafiq, Rafiqin yoldaşı birdə Mehmanə olub. Rafiqin yoldaşını sınıqçıya apardılar. Qardaşı və Rafiq aparmışdı sınıqçıya. O, isə getdi atasıgilə. Həmin günü spirtli içki içməmişdi. O, Rafiqlə birlikdə çıxıb getmişdir və heç nədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid X18 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müayinə vaxtı görüb. 06 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müayinəyə gəlmişlər. Lakin Zərərçəkmiş şəxs növbəti xəstəliyi olduğuna görə 12 aprel 2021-ci il tarixdə onu təkrar müayinədən keçirdərək müvafiq rəyi vermişlər. Təqsirləndirilən şəxs da müayinədən keçirdərək müvafiq rəyi vermişlər. Zərərçəkmiş şəxsənin xəsarətləri qərarda göstərilən şəraitə, vaxta tam uyğun gəlirdi. Ona qeyri-təbii yolla cinsi əlaqənin konkret əlamətləri var idi. Məhkəmə istintaqı zamanı əlavə şahid X19 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müayinə vaxtı görüb. 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müayinəyə gəlmişlər. Lakin Zərərçəkmiş şəxs növbəti xəstəliyi olduğuna görə 12 aprel 2021-ci il tarixdə onu təkrar müayinədən keçirdərək müvafiq rəyi vermişlər. Təqsirləndirilən şəxs müayinədən keçirdərək müvafiq rəyi veriblər. Mikrobu məhkəmə-tibbi ekspertiza təyin eləmir, mikrobu bioloji ekspertiza təyin olunur. Müddət keçdiyinə görə 3-4 gündən artıq qala bilməz və təyin oluna bilməz. Mikrob xüsusi laboratoriyalarda təyin olunur. Məhkəmə tibbi ekspertizası Azərbaycanda o cümlədən da başqa ölkələrdə cinsiyyət orqanını ölçmək üçün xüsusi şərait yoxdur. Məhkəmə istintaqı zamanı müstəntiq X16 ifadəsində göstərmişdir ki, əlavə ekspertizanı uzun müddət keçdiyindən təyin etməyib, çünki ondan əvvəl iş Vəkil Əsgərovda olub. İş ona gələn kimi müvafiq ekspertiza təyin edib. İlk növbədə psixoloji ekspertiza təyin edim. Mehmanənin başına gələn hadisələri dərk edə bilir ya yox. Mehmanə Rafiqə qarşı çox aqressividi. Çünki Rafiqin övladı Mehmaniyə nişan taxmaq istəyirdi. Nənəsi buna görə 5 000 manat pul istəmişdir. Mehmanə də nənəsinə qarşı çox aqressividi nənəsi onu pula satdığını düşünür. Məhkəmə psixoloji ekspertizadada Gülnarə xanıma eyni sözləri deyib. Hətta Gülnarə xanım Mehmaniyə məsləhət gördü ki, nənəsindən ayrılsın ki, bu insan ona təcəvüz edib. Nənəsi 5 000 manatın müqabilində barışıq vermək istəyirdi. Rafiq Solmaz xanıma etiraf edib ki, Mehmanəyə təcəvüz edib. Psixoloji ekspertiza zamanı Gülnarə xanım deyib ki, Rafiq törətdiyi əməli etiraf edib. Məhkəmə istintaqı zamanı ekspert psixoloq X13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs nənəsi ilə gəlmişdir. Səhv etmirsə atası ilə, anası yoxdur. Nənəsinin himayəsindədir. Zərərçəkmiş şəxs ilə fərdi söhbət aparmamışdır. Ekspertizanı apardıqda nənəsi də iştirak etmişdir. Hadisəni danışanda həyacanlandı, ağladı dedi ki, ona qarşı olan hərəkətlər zorla olubdur. Öz xoşu ilə heçnə olmayıb. Bu haqda Mehmanə nənəsi ilə bibisinə danışanda onlar onu hədələmişdilər ki, onu himayədən çıxardacaqlar. O, niyə yaşayır ki getsin özünü öldürsün. Nənəsi ilə mübahisə etdilər, nənəsi Mehmanədən imtina edəcəyi ilə hədələdi. Nənəsi öz oğulluğunu müdafiə edirdi. Mehmanə olan hadisəni dərk edib. Bütün fikirlərini, ifadələrini düzgün çatdırır. Mehmanəyə heç bir təzyiq, təsir olmamışdır. Sərbəst rahat danışırdı. Cinayət işi materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin 06 aprel 2021-ci il tarixli 268 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbbi yolla cinsi əlaqəda olma əlamətləri – anal və düz bağırsağın selikli qişasında aşkar edilmiş xəsarət (qançır) hamar səthli uzunsov küt əşyanın təsirindən törənmişdir, gərginləşmiş kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə yəni 02 aprel 2021-ci ilə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin 06 aprel 2021-ci il tarixli 270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi əlaqəda olma qabiliyyətinə malikdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası Psixonevroloji Dispanserin 31 may 2021-ci il tarixli 80 nömrəli rəyindən görünür ki, aparılmış psixoloji müayinə zamanı ekspert psixoloq aşağıdakı nəticə gəlmişdir:
1. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.
2. Əqli və psixi inkişafını nəzərə almaqla, Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini dərk edə bilmişdir.
3. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, Zərərçəkmiş şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur.
4. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə almaqla, onunla edilən hərəkətlərin xarakteri və mənasını anlaya bilmişdir. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə qanuni nümayəndəsi Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “22-23 mart 2021-ci il tarixdə saat 16:00 radələrində mən evin birinci mərtəbəsində olarkən sən məni ikinci mərtəbədə yerləşən yataq otağına çağırdın, sən çarpayıya əyləşərək yanında oturmağımı və söhbət edəcəyimizi dedin, çarpayıya oturduqdan sonra sən əli ilə boyun nahiyəmi və saçlarımı oxşamağa başladın, məni qucaqlayıb boynumun sol tərəfindən öpməyə, getdikcə dodağıma yaxınlaşmağa başladın, əli ilə belimdən, digər əli ilə isə boynumdan tutmuşdun, sən hər iki əli ilə üzümdən tutub dodağımdan zorla öpməyə və əlini əynimdə olan lasinin içərisindən ayaqlarıma və arxa nahiyəmə toxundurdun. 24 mart 2021-ci il tarixdə gecə saatlarında sən keçib mənimlə üzbəüz uzandıт və belini divara söykədin, sən əlini mənim qurşaqdan aşağı nahiyələrimdə gəzdirib əynimdəki lasini aşağı endirdin, daha sonra məni hər iki əli ilə istəmədiyim halda zorla özünə sıxıb boynumdan, qulağımdan və dodağımdan öpməyə başladın, məni digər tərəfimə çevirərək əynimdə olan bənövşəyi rəngli alt paltarını dizə qədər aşağı dartdın, bunun ardınca isə öz əynindəki tünd mavi rəngli, kənarlarında ağ rəngli zolaqları olan idman şalvarını aşağı çəkdin və əynində olan, rəngini bilmədiyim tumanını aşağı çəkib cinsiyyət orqanını istəmədiyim halda arxa keçəcək dəliyimə salmaq istədin, ancaq bu zaman cinsiyyət orqanı sürüşüb mənim cinsiyyət orqanımın içərisinə daxil oldu, elə bu vaxt kürəyimin qurtaracağına kleyə bənzər mayenin bulaşmasını hiss edib alt paltarımın içərisindən cinsiyyət orqanımın üzərinə qoyduğum əski vasitəsilə həmin yeri təmizlədim. Təxminən 1 saat sonra yenidən sən boynumu öpdüyünü hiss etdiyim üçün bədənim keyidi və əmim cinsiyyət orqanını zorla arxa keçəcək dəliyimə saldın. Sən cinsiyyət orqanıma əlini daxil edib barmaqları ilə oxşadığından bədənimə hakim ola bilmirdim və keyiyirdim. Daha sonra isə sən yenidən cinsiyyət orqanından gələn yapışqana bənzər mayeni uzandığımız döşəyin üzərinə tökdün. 25 mart 2021-ci il tarixdə mən yatan zaman sənin boynumdan və dodağımdan öpdüyünü hiss etdim, sən məni öpdükdən sonra heç nə demədən çıxıb getdin. 26 mart 2021-ci il tarixdə axşam saatlarında mən sən məni üzü üstə döşəyə uzadaraq üzərimə uzandın və iki gün öncə əynimdə olan həmin paltarları aşağı çəkib cinsiyyət orqanını çıxardın. Bundan sonra cinsiyyət orqanını arxa keçəcək dəliyimə sürtdün, sən üzərimdə olan zaman boşala bilmədiyi üçün cinsiyyət orqanını zorla arxa dəliyimə salmağa cəhd göstərirdin, sən nəhayət əmimin əlindən çıxıb həmin otaqdakı divana getdim və orada yatdım. 27 mart və ya 28 mart 2021-ci il tarixdə səhər saatlarında mən telefonu götürüb mesaja baxmaq istəyəndə sən yan tərəfimə keçib məni əllərin ilə bir qədər yuxarı qaldırdın və arxa tərəfində yığılmış yorğan-döşəyə sıxdın, daha sonra sən mənim əynimdəki lasini və alt paltarımı, ardınca isə öz əynindəki idman şalvarını aşağı endirib zorla cinsiyyət orqanını ayaqlarımın arasına saldın və əlləri ilə saçımdan dartıb dodağımdan öpməyə başladın, bunun ardınca sən məni arxa tərəfimə döndərib yorğan-döşəyə sıxdın, sonra üzərimə gələ-gələ məni çarpayıya yıxdın, sən məni örtüyün üzərinə yıxıb üstümə atıldın və cinsiyyət orqanını mənim cinsiyyət orqanıma sürtüb boşaldın. 31 mart 2021-ci il saat 10:00 radələrində ünvan 1-də yerləşən evin yataq otaqlarından birində söhbət edərkən sən uzanmış vəziyyətdə idin, mən isə sənin yanında oturmuşdum, sən şalvarının zəncirbəndini açaraq cinsiyyət orqanını çölə çıxardın və məndən cinsiyyət orqanına toxunmağımı tələb etdin, sən cinsiyyət orqanına toxunmağımı istədin, mən əlimi cinsiyyət orqanına uzatsam da, dərhal geri çəkdim, daha sonra sən saçını əlində yığıb başını cinsiyyət orqanına doğru apardın və cinsiyyət orqanını ağzımın kənarlarına sürtdün və nəhayət ağzımın içərisinə saldın. 01 aprel 2021-ci il tarixdə səhər saatlarında sən məni evin yataq otağına keçirib əynimdəki idman geyimini və ağ rəngli alt paltarlarımı çıxardın və məni üzü üstə çarpayıya uzadıb əvvəlcə arxa keçəcək dəliyim vasitəsilə cinsi əlaqədə oldun, təxminən 5 dəqiqə sonra sən üzərimdən qalxaraq məni kürəyi üstə çevirdi və ayaqlarımı bitişdirib özümü sıxmağıma baxmayaraq cinsiyyət orqanını yenidən ayaqlarımın arasına sürtdün, elə həmin vaxt sən sol ayağımın ön tərəfinə boşaldın. Sonradan 05 aprel 2021-ci il tarixdə nənəm Solmazın evində sən mənimlə cinsi əlaqəda olmağını etiraf etdin. ”- demişdir. İş materiallarında görünür ki, ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə qanuni nümayəndəsi Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs ilə Şahid5 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Şahid5 üzünə: “27 mart və ya 28 mart 2021-ci il tarixdə səhər saatlarında mən telefonu götürüb mesaja baxmaq istəyəndə sən yan tərəfimə keçib məni əllərin ilə bir qədər yuxarı qaldırdın və arxa tərəfində yığılmış yorğan-döşəyə sıxdın, daha sonra sən mənim əynimdəki lasini və alt paltarımı, ardınca isə öz əynindəki idman şalvarını aşağı endirib zorla cinsiyyət orqanını ayaqlarımın arasına saldın və əlləri ilə saçımdan dartıb dodağımdan öpməyə başladın, bunun ardınca sən məni arxa tərəfimə döndərib yorğandöşəyə sıxdın, sonra üzərimə gələ-gələ məni çarpayıya yıxdın, sən məni örtüyün üzərinə yıxıb üstümə atıldın və cinsiyyət orqanını mənim cinsiyyət orqanıma sürtüb boşaldın. Sən qəflətən otağa daxil oldun və əmimi mənim üzərimdə görsə də, buna əhəmiyyət vermədin. Bu zaman mən və əmim artıq əynimizdə olan paltarları yuxarı çəkmişdik.”-demişdir. İş materiallarında görünür ki, ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə: “05 aprel 2021-ci il tarixdə sən Rafiq mənim yaşadığım evə gəldim. Həmin vaxt səninlə söhbət zamanı sən etiraf etdin ki, Mehmanə sənin yanında qalan zaman sən onunla cinsi əlaqəda olmusan.” –demişdir. Cinayət işi materiallarına əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİdən dахil оlmuş 24 may 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 02 iyun 2021-ci il tarixli 495 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhər poliklinikasının narkoloji dispanserdə qeydiyyatda yoxdur . Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2021-ci il tarixli 728 saylı arayışdan görünür ki, Bərdə rayonu Şorəlli kənd sakini Təqsirləndirilən şəxs 1973-cü ildə anadan olmuşdur və ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2021-ci il tarixli 729 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Bərdə rayonu Şorəlli kəndində yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş xasiyyətnmədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Bərdə rayonu Şorəlli kəndində yaşayır. Ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri-normal hərəkətlərə yol verməmişdir. İctimai yerlərdə davranışı müsbət olmuşdur. Müsbət davranışı ilə həmyaşıdları və kənd sakinləri arasında özünə hörmət qazanmışdır. Kənd abadlıq işlərində yaxından köməklik göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli,138-33670-1221 saylı məktubdan görünür ki, Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində Zərərçəkmiş şəxs qismində tanınmış ********* nömrəli cinayət işinin istintaqı zamanı sonuncu istintaqa hər hansı bir cinsi əlaqə zamanı istifadə etdiyi (silindiyi) parçanı təqdim etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli, ********* saylı məktubdan görünür ki, Bərdə rayon prokurorluğuna Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman itifadə etdiyi (silindiyi) parça və digər maddi sübutu rayon prokurorluğuna təqdim etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, 19 may 2021-ci il tarixdə saat 18:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı Əsgərov Vəkil Şahlar oğlu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 21 may 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 21 may 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. 15 iyul 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək olan müddət ərzində özünə məxsus Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evində və 31 mart 2021-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək olan müddət ərzində bacısı Şahid2 müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən evdə on altı yaşına çatmayan ögey qardaşı X2 qızı xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən təkrarən qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya anal dəliyi ətrafına və düz bağırsağın selikli qişasına qançır xəsarəti yetirməklə cinsi əlaqəda olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməyərək, öz müdafiəsi üçün öz ifadəsində və cinayət işinin materialları ilə tanış olduqdan sonra özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilməməsini, Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqəda olmamasını dəlil gətirmiş, lakin zərərçəkmiş şəxs və şahid ifadələri, zərərçəkmiş şəxsin ifadələrinin yerində yoxlanması protokolu, üzləşdirmə protokolları ilə bu dəlilini təkzib edilmiş, müvafiq olaraq 22 iyul 2021-ci il tarixdə və 28 iyul 2021-ci il tarixdə qəbul edilmiş qərarla özünü müdafiə xarakterli kimi qiymətləndirilərək rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyaraq məsuliyyətdən və cəzadan yayınmaq məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində təqsiri özünün ziddiyyətli ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlləri hər birinə münasibətdə düzgün tövsif etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bəraət verilməsinə dair dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs heç bir cinayət törətməməsi və ona ittiham olunduğu maddə üzrə bəraətin verilməsi qəbuledilməzdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Çünki müəyyən formada təşəkkül tapmış olan hüquqi düşüncə hakimlər tərəfindən müəyyən faktların həm hüquqi, həm də əxlaqi məzmununu dərk etmələri və qiymətləndirilmələri üçün düzgün yanaşmanın güclü vasitəsidir. Cəzanın təyin edilməsi prinsipi kimi ədalətdən bəhs edərkən həmçinin humanizm mövqeyini də əldən buraxmaq olmaz. Humanizm insanı bir dəyər olaraq şəxsiyyət kimi qəbul edən, onun ləyaqətinə hörməti, ictimai tərəqqinin məqsədi olaraq insanın rifahına təsir edən əxlaqi mövqedir. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Həmçinin humanizm insanı bir dəyər olaraq şəxsiyyət kimi qəbul edən, onun ləyaqətinə hörməti, ictimai tərəqqinin məqsədi olaraq insanın rifahına təsir edən əxlaqi mövqedir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında cəzanın yuxarı hədləri nəzərdə tutulduğu halda, ona sansksiya həddində ən yüngül və eləcə də ən ağır həddə cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X35rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Çünki cinayət qanunvericliyinin 59-cu maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 19 may 2021-ci il tarixdən, saat 18:35-də hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayəyət Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 09 (doqquz) gün nəzərə alınmaqla təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilə
Hаkim Elsun Əhmədov