Məhkəmə qərarları › İş №1(021)-148/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-148/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-148/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Ağır Cinayətlər məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 01 ay müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən ümumilikdə təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumilikdə təmiz çəkisi 0,023 qram olan narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 02 aprel 2023-cü il tarixdə saat 11:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli sport gödəkcənin cibində satış məqsədilə saxladığı 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,259 qram, 0,125 qram və 0,026 qram ümumi təmiz çəkisi 0,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli sayır. 02 aprel 2023-ci il tarixdə saat 11:15 radələrində Bərdə şəhəri Nüşabə küçəsi ilə piyada hərəkətdə olan zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqları deyərək xidməti vəsiqələrini göstərdikdən sonra barəsində olan raportla qərarla tanış edib onun, narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsi barədə məlumat daxil olduğunu deyərək üzərinə baxış keçirilməsi zərurəti yarandığını dedikdə o, polis əməkdaşlarına hər hansı bir etiraz etmədən, özünün təxminən 1 ildir ki, narkotik vasitə istifadə etdiyini etiraf etmiş və Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, Bərdə rayon polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmudur. Bu təklifdən sonra o, əynində olan qara rəngli sport gödəkçənin sağ yan cibindən qırmızı rəngli kibrit qutusu, Nokia markalı mobil telefon və bir manatlıq əskinas çıxararaq stolun üzərinə qoymuşdur. Şalvarının sağ iç cibində olan ümumilikdə 70 manat olan pul əsklinaslarını stola qoymuş, üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və daha sonra zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr olan bükümlər özünə məxsus olduğunu, həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini 01 aprel 2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri Elçin Əsədov küçəsində yol kənarında tapıb götürüb özündə saxladığını və istifadə edəcəyini, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik vasitə və psixotrop maddələr satmadığını və heç kimə vermədiyini, 02 aprel 2023-cü il tarixdə qızı X2 doğum günü olması ilə əlaqədar olaraq əmisi oğlu Emin vermişdir ki, həm uşağa hədiyyə almağını həmdə evə bazarlıq etməsini, polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Divanlı kəndində yaşayır. Bərdə rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. 02 aprel 2023-cü il tarixdə polis şöbəsinə xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Nüşabə küçəsi ev 3, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və buna görə də, tərəfindən 02 aprel 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmiş. bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində Bərdə şəhəri Nüşabə küçəsində olan zaman saxlanılmış və üzərində şəxsi axtarış və götürmə aparılması üçün saat 11:15-də Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Videoçəkiliş Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid1 tərəfindən həyata keçirilmiş, X5 tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, 01 qara rəngli mobil telefonu və 01 ədəd 1 manatlıq pul əskinasının bükülmüş vəziyyətdə masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra X5 kibrit qutusunun içərisinə baxış keçirərkən siqaret içliyinin kağız kəsiyində olan psixotrop maddə olan metamfetaminə bənzər 04 ədəd kütlə və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükümündə olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olmasını müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış aparılmış, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ cibindən 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları aşkar olunaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kütlə və 01 ədəd kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülü proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. 04 ədəd kağız bükümün içərisində kütlələrin ümumi çəkisi 0,82 qram və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülünün çəkisi az olduğundan elektron tərəzidə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bükülüləri Bərdə şəhər ərazisində “Səadət Şadlıq” sarayının yaxınlığında yerləşən təzə məhlələrdən yol gedərkən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülülər zərfə qoyularaq üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları zərfə qoyularaq üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə polis şöbəsinə 02 oktybar 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Nüşabə küçəsi ev 3, mənzil 9-da qeydiyyatda olamqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. Ona görə də, Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən 02 aprel 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin qərar Bərdə Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəfimizdən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində Bərdə şəhəri Nüşabə küçəsində olan zaman saxlanıldı və üzərində şəxsi axtarış və götürmə aparılması üçün saat 11:15-də Bərdə Bərdə rayon Polis Şöbəsinə gətirildi. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə X5 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müəvəkkili, polis mayoru Şahid2, Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. Videoçəkiliş mənim tərəfimdən həyata keçirildi. X5 tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, 01 qara rəngli mobil telefonu ve 01 ədəd 1 manatlıq pul əskinasının bükülmüş vəziyyətdə masanın üzərinə qoyaraq təqdim etdi. Daha sonra X5 kibrit qutusunun içərisinə baxış keçirərkən siqaret içliyinin kağız kəsiyində olan psixotrop madde olan metamfetaminə bənzər 04 ədəd kütlə və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükümündə olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olmasını müəyyən etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Bərdə Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, Şahid2 tərəfindən şəxsi axtarış aparıldı, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmadı. Lakin Təqsirləndirilən şəxs eynindəki idman şalvarının sağ cibindən 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları aşkar olunaraq götürüldü. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kütlə ve 01 ədəd kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülü proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkildi. 04 ədəd kağız bükümün içərisində kütlələrin ümumi çəkisi 0,82 qram və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülünün çəkisi az olduğundan elektron tərəzidə müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bükülüləri Bərdə şəhər ərazisində "Səadət Şadlıq" sarayının yaxınlığında yerləşən təzə məhlələrdən yol gedərkən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, o, 02 aprel 2023-cü il tarixdə polis şöbəsinə xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Nüşabə küçəsi ev 3, mənzil 9-da qeydiyyatda olamqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. Ona görə də, Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən 02 aprel 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin qərar Bərdə Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəfimizdən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində Bərdə şəhəri Nüşabə küçəsində olan zaman saxlanıldı və üzərində şəxsi axtarış və götürmə aparılması üçün saat 11:15-də Bərdə rayon Polis Şöbəsinə gətirildi. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə X5 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. Videoçəkiliş Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid1 tərəfindən həyata keçirildi. X5 tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, 01 qara rəngli mobil telefonu və 01 ədəd 1 manatlıq pul əskinasının bükülmüş vəziyyətdə masanın üzərinə qoyaraq təqdim etdi. Daha sonra X5 kibrit qutusunun içərisinə baxış keçirərkən siqaret içliyinin kağız kəsiyində olan psixotrop maddə olan metamfetaminə bənzər 04 ədəd kütlə və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükümündə olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olmasını müəyyən etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən şəxsi axtarış aparıldı, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmadı. Lakin Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ cibindən 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları aşkar olunaraq götürüldü. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kütlə və 01 ədəd kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülü proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkildi. 04 ədəd kağız bükümün içərisində kütlələrin ümumi çəkisi 0,82 qram və kağız bükümün içərisində şəffaf polietilen kəsiyi bükülünün çəkisi az olduğundan elektron tərəzidə müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bükülüləri Bərdə şəhər ərazisində "Səadət Şadlıq" sarayının yaxınlığında yerləşən təzə məhlələrdən yol gedərkən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin bükülülər zərfə qoyularaq üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürləndi və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olundu. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon ve 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları zərfə qoyularaq üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürləndi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli 16/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən kütlələr” yazı və imzalar olan kağız paketdəki: -1(bir) ədəd qızılı, 1 (bir) ədəd qırmızı, 1 (bir) ədəd göy, 1 (bir) ədəd gümüşü, ümumilikdə 5 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,63 qram, 0,259 qram, 0,125 qram, 0,026 qram, ümumi təmiz çəkisi 0,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. -1(bir) ədəd gümüşü kağız bükümündəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasınının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyasının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli 985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyib və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 02 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 02 aprel 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 04 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdü narkotik vasitə olan heroini təqdim etmiş, həmin maddələr X5 tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini aldığı şəxs və ya şəxslərin kimliyi müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa müəyyən edilməmiş şəxsdən ümumilikdə təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumilikdə təmiz çəkisi 0,023 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə olam metamfetamini və narkotik vasitə olan heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat tapşırıqları verilsə də, müsbət nəticə əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə şəhər İƏDÜ nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsi ev 3, mənzil 9-da yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən yəni əynində olan qara rəngli sport gödəkcənin cibində satış məqsədilə saxladığı 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,259 qram, 0,125 qram və 0,026 qram ümumi təmiz çəkisi 0,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə Bərdə rayon Məhkəməsi tərəfindən barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,259 qram, 0,125 qram və 0,026 qram ümumi təmiz çəkisi 0,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumilikdə təmiz çəkisi 0,023 qram olan narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 02 aprel 2023-cü il tarixdə saat 11:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli sport gödəkcənin cibində satış məqsədilə saxladığı 4 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,259 qram, 0,125 qram və 0,026 qram ümumi təmiz çəkisi 0,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, o cümlədən işin faktiki halları, narkotik vasitələrin bükümlərə ayrılması və müxtəlif növdən olan narkotik vasitələrdən ibarət olması və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasına əsasən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallr kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran, eləcə də işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 02 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Belə ki, iş materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 01 ay müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş halda yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzaçəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, psixotrop maddə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa iş materiallarında olan 08 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,09 qram istifadə edildikdən sonra 0,473 qramdan qalmış 0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,01 qramdan istifadə edildikdən sonra 0,023 qramdan qalmış 0,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, qaldığından qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 0,09 qram istifadə edildikdən sonra 0,473 qramdan qalmış 0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,01 qramdan istifadə edildikdən sonra 0,023 qramdan qalmış 0,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 60.80 (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,09 qram istifadə edildikdən sonra 0,473 qramdan qalmış 0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,01 qramdan istifadə edildikdən sonra 0,023 qramdan qalmış 0,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar