Məhkəmə qərarları › İş №1(021)-148/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-148/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-148/2025 20.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Şirvanlı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 2025-ci ilin mart və aprel aylarında Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 4 (dörd) ədəd ümumi təmiz çəkisi 450 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 04 iyul 2025-ci il tarixdə, saat 17:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Şirvanlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində 04 ədəd kapron materialdan olan qutuların içərisində əkilib kultivasiya edilmiş xeyli miqdarda yəni, 4 (dörd) ədəd ümumi təmiz çəkisi 450 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. 2025-ci ilin mart ayında Bərdə rayonunda köhnə bazarın yanında Ü.Hacıbəyov küçəsində 4 ədəd toxum tapmış və onları əkmişdir. Onları 4 ədəd vedrada əkmiş və suvarmışdır. Polis əməkdaşları gəlib narkotik vasitəni yaşadığı evdə tapmışdırlar. Anası ilə yaşayır, atası vəfat edib, qardaşının biri psixiatr xəstəxanasında müalicə alır, biri isə narkotikə görə həbsdədir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməlindən peşmandır. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olsa da, hazırda anası X3 ilə birlikdə Bərdə rayonu¸ Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. O, Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən ƏFV olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Təxminən 15 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. O, narkotik vasitə olan marixunadan sitifadə etdiyinə görə 2025-ci ilin mart-aprel aylarında öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə hesab edilən marixuana əkmək qərarına gəlmişdir. Buna görə də o, yaşadığı evin arxa tərəfində yerləşən həyətyanı sahədə nar ağaclarının arasında suni dibçək düzəldərək 04 ədəd çətənə kolu əkmiş və həmin kolları suluyaraq becərməyə başlamış, arada bir gedib nəzarət etmişdir. O, həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evin qarşısna gələrək onu səslədikdən sonra o, yaşadığı evin qarşısna çıxmışıdr. Həmin vaxt polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik tərkibli bitki əkməyi barədə şübhəli olmasını, yaşadığı evin həyətində narkotik vasitə əkibəkmədiyi soruşulmuş və həyətinə baxış keçirilməsi barədə məlumat verilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına səmimi olaraq etiraf edib yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat vermiş və həmin narkotik vasitənin yerini göstərə biləcəyini demişdir. Bundan sonra o, yaşadığı evə baxışın keçiriləcəyi barədə etirazının olmadığını bildirməyi ilə bağlı ərizəsi alınmışıdr. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə birlikdə yaşadığı evin həyətinə daxil olmuş, onlar yaşadığı evin həyətinə keçmiş və o, orada əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmiş və əkib becərdiyi 04 ədəd kolu təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının yanında gəlmiş olan aqronom Şahid1 iştirakı ilə həmin marixuana kollarına baxış keçirilmiş və həmin polis əməkdaşları tərəfindən həmin 4 ədəd çətənə bitkisi kök boğazından torpaqdan çıxarıldıqdan sonra aqronom Şahid1 həmin bitkilərə baxıb bitkilərin aqrotexniki qaydada qullu edilməsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin 4 ədəd çətənə bitkiləri 1 ədəd ağ rəngli kisənin içərisinə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bildirmişdir ki, aşkar edilərək götürülmüş çətənə bitkisini öz şəxsi istifadəsi üçün əkib becərmişdir. Həmin vaxt o, polis əməkdaşlarına qeyd olunan bitkilərdən hər hansı şəxsə verməməyi, digər yerlərdə əkməməyi və satmamağı barədə bildirmişdir. Bundan sonra digər yerlərə baxış keçirilsə də lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokolun düzgünlüyünü o, baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili təyin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasına hər hansı bir etriazının olub-olmamsı soruşulmuş, o, da üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulmuş və olduğu halda könüllü təhvil verməyi təklif edilmişdir. O, da üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşı tərəfindən ağ rəngli zərfə qoyulub qablaşdırılmış və DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, protokol tərtib edildikdən sonra o, baxışda iştirak edən iştirakçılar ilə birlikdə həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən şakar edilmiş narkotik tərkibli çətənə kollarını əkməmişdən əvvəl o, yerdən narkotik vasitə olan qurudulmuş marixunana tapmış, həmin marixunadan istifadə edərkən içərisində toxumların olduğunu görüb üzərində saxlamışdır. Lakin bu barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. 2025-cü ilin mart və aprel aylarında 4 ədəd kapron qutuların içərisinə torpaq töküb narkotik vasitənin toxumlarını torpağa əkmişdir. Bundan sonra həmin toxumlara vaxtı-vaxtında su tökməyə başlamışıdr. Həmin toxumlar cücərdikdən sonra 04 (dörd) ədəd narkotik tərkibli bitkilərin əmələ gəldiyini görmüş və onlara qulluq etməyə başlamışdır. O, həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün toxumlarını həyətyanı sahəsində əkmiş, həmin narkotik tərkibli bitkilər inkişaf etdikdən sonra, özü istifadə etməli olacaqdır. O, heç kimə narkotik vasitə satmamış, digər yerlərdə əkməmiş və heç kimdən narotik vasitə və ya psixotrop maddə almamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul etməyini heç kim bilməmişdir. Belə ki, o, təxminən 15 (on beş) il olar ki, narkotik vasitə olan qurudulmuş mariuxandan istifadə etmiş, həmin vasitəni də gizli şəkildə istifadə etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqında üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X17 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxsin həyətində narkotik vasitə hesab edilən bitkilərin ikisi qabda, ikisi ağacın dibində əkilmişdi. Dibçəkdə əkilənlər böyük 23-30 sm idi, ağacın dibində əkilənlər nisbətən kiçik idi. Həmin bitkilər əl ilə əkilmişdir. Ağacın dibində olan bitkilərə də qulluq edilmişdi. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X17 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 04 iyul 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət edilmişdir. Buna görə də o, baxış keçirilməsində aqrotexnik kimi iştirak etmək üçün həmin gün saat 17 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə məlumat vermişdir. Həmin yerə baxış keçirilərkən 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. Tərəfindən aşkar edilən bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini demişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan çıxarıldıqdan sonra həmin 4 (dörd) ədəd narkotik tərkibli bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin kolları haradan əldə edilməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2025-ci ilin mart-aprel ayında narkotik vasitə olan qurudulmuş marixuana tapdığını, həmin narkotik vasitədən istifadə edərkən içərisindən narkotik vasitənin toxumlarından 4 (dörd) ədəd kapron qutuların içərisində əkdiyini, 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan yerdə şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılması barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola baxışda iştirak edən iştirakçılarlda birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd narkotik tərkibli çətənə kolları barədə tərəfindən Bərdə rayon polis şöbəsinə rəy verilmişdir. Məhkəmə istintaqında üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2025ci ilin iyul ayında təqsirləndirilən şəxsin yaşadığı evdə narkotik vasitə əkilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında onun yaşadığı evə gedilmişdir. Onlar gedən zaman təqsirləndirilən şəxs özü evdə olub. Ona gəlmə səbəblərini bildirdikdə o, həyətin arxasında 4 ədəd çətənə bitkisi kolunu göstərmişdir. Onlardan ikisi dibçəkdə, ikisi isə setkanın dibində əkilmişdr. Setkanın dibində olanlar böyük, dibçəkdə olanlar isə nisbətən kiçik idi. Təqsirləndirilən şəxs toxumu tapıb əkdiyini bildirmişdir. Bununla yanaşı, Şahid4 oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkibbecərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə rayon polis şöbəsinin Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 04 iyul 2025-ci il tarixdə saat 17 radələrində həmin polis əməkdaşları, X17 İnkişaf Mərkəzinin bitkiçlik sektorunun müdiri, Şahid1 və Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdirlər Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs səslədikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çıxdı. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərtib edilmiş qərarla tanış edildikdən sonra hüquq və vəzifələri izah edilərək həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olubolmaması soruşuldu. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə şifahi sorğu etdi. Həmin vaxt Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat verib həmin çətənə bitkilərinin olduğu yeri göstərə biləcəyini bildirdi. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs göstərmiş olduğu yerə baxdıqda 4 (dörd) ədəd kapron materialdan olan qutularda narkotik tərkibli çətənə bitkilərin olması aşkar edildi. Həmin vaxt Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2025-ci ilin mart-aprel aylarında əkdiyini və qulluq etdiyini bildirdi. Bundan sonra X17 İnkişaf Mərkəzinin əməkdaşı bitkiçlik sektorunun müdiri, Şahid1 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə bitkilərinin olması barədə məlumat verdi. Həmin nakotik tərkibli çətənə bitkiləri tərəfimizdən torpaqdan çıxarıldıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən həmin 4 (dörd) ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürüldü. Tərəfimizdən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs təxminən 15 il narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2025-ci ilin mart-aprel ayında narkotik vasitə olan qurudulmuş marixuana tapdığını, həmin narkotik vasitədən istifadə edərkən içərisindən narkotik vasitənin toxumlarından 4 (dörd) ədəd kapron qutuların içərisində əkdiyini, 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan yerdə şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs digər yerlər də baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edildi. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmadı. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdığından tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etdim. Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdi və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması barədə hər hansı bir etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etdi. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan mobil telefondan başqa digər qanunsuz əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 1 (bir) ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən baş təhqiqatçı Orxan Məmmədov tərəfindən qablaşdırılıb götürüldü. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edildi, həmin vaxt Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmadı. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırıldı. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq edir. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, vəzifəsində işləyirəm, polis baş leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, 04 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə rayon polis şöbəsinin Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı, Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 04 iyul 2025-ci il tarixdə saat 17 radələrində həmin polis əməkdaşları, X17 İnkişaf Mərkəzinin bitkiçlik sektorunun müdiri, Şahid1 və Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdirlər. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs səslədikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çıxmışdır. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkibbecərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərtib edilmiş qərarla tanış edildikdən sonra hüquq və vəzifələri izah edilərək həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə şifahi sorğu etdi. Həmin vaxt Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat verib həmin çətənə bitkilərinin olduğu yeri göstərə biləcəyini bildirdi. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs göstərmiş olduğu yerə baxdıqda 4 (dörd) ədəd kapron materialdan olan qutularda narkotik tərkibli çətənə bitkilərin olması aşkar edildi. Həmin vaxt Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2025-ci ilin mart-aprel aylarında əkdiyini və qulluq etdiyini bildirdi. Bundan sonra X17 İnkişaf Mərkəzinin əməkdaşı bitkiçlik sektorunun müdiri, Şahid1 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə bitkilərinin olması barədə məlumat verdi. Həmin nakotik tərkibli çətənə bitkiləri tərəfimizdən torpaqdan çıxarıldıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən həmin 4 (dörd) ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürüldü. Tərəflərindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə sorğu edən zaman Təqsirləndirilən şəxs təxminən 15 il narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2025-ci ilin mart-aprel ayında narkotik vasitə olan qurudulmuş marixuana tapdığını, həmin narkotik vasitədən istifadə edərkən içərisindən narkotik vasitənin toxumlarından 4 (dörd) ədəd kapron qutuların içərisində əkdiyini, 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan yerdə şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs digər yerlər də baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edildi. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmadı. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdığından tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdi və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması barədə hər hansı bir etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etdi. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan mobil telefondan başqa digər qanunsuz əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 1 (bir) ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən baş təhqiqatçı Orxan Məmmədov tərəfindən qablaşdırılıb götürüldü. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edildi, həmin vaxt Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmadı. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırıldı. Məhkəmə iclasında ifadə elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə tərəfindən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə rayon polis şöbəsinin Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı, Şahid4 və həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 04 iyul 2025-ci il tarixdə saat 17 radələrində həmin polis əməkdaşları, X17 İnkişaf Mərkəzinin bitkiçlik sektorunun müdiri, Şahid1 və Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs səslədikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çıxmışdır. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkibbecərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərtib edilmiş qərarla tanış edildikdən sonra hüquq və vəzifələri izah edilərək həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat verib həmin çətənə bitkilərinin olduğu yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs göstərmiş olduğu yerə baxdıqda 4 (dörd) ədəd kapron materialdan olan qutularda narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2025-ci ilin mart-aprel aylarında əkdiyini və qulluq etdiyini bildirmişdir. Bundan sonra X17 İnkişaf Mərkəzinin əməkdaşı bitkiçlik sektorunun müdiri, Şahid1 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə bitkilərinin olması barədə məlumat vermişdir. Həmin nakotik tərkibli çətənə bitkiləri tərəflərindən torpaqdan çıxarıldıqdan sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən həmin 4 (dörd) ədəd çətənə bitkiləri ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs təxminən 15 il narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2025-ci ilin mart-aprel ayında narkotik vasitə olan qurudulmuş marixuana tapdığını, həmin narkotik vasitədən istifadə edərkən içərisindən narkotik vasitənin toxumlarından 4 (dörd) ədəd kapron qutuların içərisində əkdiyini, 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan yerdə şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra digər yerlər də baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdığından tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Bərdə CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədov tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması barədə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan mobil telefondan başqa digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən baş təhqiqatçı Orxan Məmmədov tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərini haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması konkret olaraq məlumatı yoxdur. Lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs sorğu sual zamanı təxminən 15 il narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2025-ci ilin mart-aprel aylarında narkotik vasitə olan qurudulmuş mariuxana tapdığını, həmin narkotik vasitədən istifadə edərkən içərisində toxumlarından 4 (dörd) ədəd kapron qutuların içərisinə əkdiyini, 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini, şəxsi istifadəsi üçün aşkar olunan yerdə əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmaq məqsədinin olmadığını bildirmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 05 iyul 2025-ci il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 05 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 07-72-ci vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 04 iyul 2025-ci il tarixdə, saat 17:20 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkibbecərilməsində şübhəli bilinən Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində 04 (dörd) ədəd dipçəkdə əkilib kultivasiya edilmiş xeyli miqdarda yəni, ümumilikdə 4 (dörd) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 450 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı Bərdə RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK- 1/2584 nömrəli materialda materialda Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin 23-25-ci vərəqələrində olan «Baxış keçirilməsi barədə» 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ümumilikdə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması, həmin nakotik tərkibli çətənə bitkilərin torpaqdan çıxarılması müəyyən edilmiş və həmin 4 (dörd) narkotik tərkibli çətənə bitkiləri götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə qeyd edilən baxış protokoluna əlavə edilmişdir. Cinayət işinin 82-cı vərəqəsində olan 04 iyul 2025-ci il tarixli baxış keçirilməsi barədə protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskin içərisində olan video görüntüdə Təqsirləndirilən şəxs 04 iyul 2025-ci il tarixdə yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işinin 46-49-cı vərəqələrində olan «Şəxsi axtarış və götürmə haqqında» 04 iyul 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aşkar edildiyindən iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə qeyd edilən protokola əlavə edilmişdir. Cinayət işinin 83-cü vərəqələrində olan 04 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskin içərisində olan videogörüntüdə Təqsirləndirilən şəxs 04 iyul 2025-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin inzibati binasında üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməməsi, lakin Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonun aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X17 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri, Şahid1 xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirərkən 4 ədəd aqrotexniki qaydada qulluq olunmuş çətənə kolları aşkar edilmişdir. Cinayət işinin 26-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 04 iyul 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 04 iyul 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 85-86-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan 06 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 59-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 05 iyul 2025-ci il tarixli 16/606 nömrəli məhəkəməbioloji ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Bərdə rayonu Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində aşkar olunmuş 04 ədəd çətənə koluna bənzər kol» imzalar olan kisədəki ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 450 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronom) Şahid1 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: çətənə bitkisi 4 ədəd ümumi təmiz çəkisi 450 qram, tədqiqata istifadə olundu cəmi 0,08 qram (hər birindən 0,02 qram) qalıq 449,92 qram. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun orta-aşağı 1/3-nin arxa-bayır, ön səthlərinin, sol saidin yuxarı 1/3- nin bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 155-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2025-ci il tarixli, 1324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-150-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-237/2018 saylı, 04 iyul 2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 16 iyul 2025-ci il tarixli, 390 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X4 ilə birlikdə Bərdə rayonu, Şirvanlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 154-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş 21 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-in Polilinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 157-170-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyatyanı sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi sayı 4 (dörd) ədəd qalıq təmiz çəkisi 449,92 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən 2 il müddət keçdiyinə görə məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 06 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 iyul 2025-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 548 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş xəsarətlər ilə bağlı qeyd edir ki, həmin hal araşdırılmış və təqsirləndirilən şəxs bildirmişdir ki, həyətdə tut ağacı çırpan zaman ağacən budağının qoluna dəyməsi nəticəsində yaranmışdır. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi sayı 4 (dörd) ədəd qalıq təmiz çəkisi 449,92 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2025-ci il tarixindən 06 iyul 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi sayı 4 (dörd) ədəd qalıq təmiz çəkisi 449,92 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar