Məhkəmə qərarları › İş №1(021)-149/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-149/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-149/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs X2 ilə 2010-cu ildən 2013-cü ilin axırlarına qədər qeyri-rəsmi olaraq ər-arvad münasibətində olub yaşadığından, xx.xx.2013-cü ildə anadan olmuş, aşkar surətdə yetkinlik yaşma çatmayan oğlu Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərindən başlayaraq azyaşlı olub köməksiz vəziyyətdə olmasından istifadə edərək, qəsdən mütəmadi olaraq döyərək güclü fiziki ağrı və psixi iztirab vermiş, həmin tərzdə cinayət əməlini davam etdirərək, 21 may 2021- ci il tarixdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Lider“ marketdən 1 ədəd 30 qəpik qiymətində kağız qutuda qablaşdırılmış şirəli içkini oğurlamasını, yəni həqiqqətdə oğurluq hesab edilməyən həmin halı bəhanə edib, Zərərçəkmiş şəxs güclü fiziki ağrı ilə müşayət olunan əzab vermə hərəkətləri edərək, yəni yaşadığı ünvan 1 ünvanında elə həmin gün saat 13 radələrində məişətdə istifadə edilən dəmir xörək qaşığını yanan qazın üzərinə qoyub qızdıraraq yetkinlik yaşma çatmayan (azyaşlı) Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən basıb sol kürək, sol əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sol əlin ovuc səthində, sağ əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sağ said, sağ çiyin, çənə, qarın nahiyələrinin İ-İİ dərəcəli termiki yanıq sahələrinin yaranmasına səbəb olan güclü fiziki ağrı vermə ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, həmin tərzdə hərəkətlərini davam etdirərək qəsdən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs, döş qəfəsi, sağ said, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrindən nar çubuğu ilə vuraraq, həmin nahiyələrdən sağ bazu və sağ bud nahiyələrinin sıyrıqları və digər qeyd olunan həmin nahiyələrin isə qançırları ilə nəticələnən və Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, ancaq güclü fiziki ağrı vermə ilə müşayət olunan zərəri bilavasitə işgəncə verməklə etməklə əzab vermə cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 də xx.xx.2013- cü il təvəllüdlü azyaşlı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 21 may 2021-ci ildə təxminən saat 13 radələrində anası Nümayəndə Firudin qızı onunla qonşuluqda yaşadığından, öz mənzilindən onu səsləmişdir. Balkona çıxmış, eşitmişdir ki, anası Ömərə deyir ki,”ə bala utanmırsan həm namaz qılırsan həm də oğurluq edirsən”. Bu sözü eşidən kimi anasıgilə keçmişdir. Anası Dilarədən nə olduğunu soruşmuş, sonuncu "Eider” mağazasından onu çağırıb Ömərin mağazadan kökə oğurladığını bildirdiklərini demişdir. Ömərə “sən oğurusan kökə oğrayırsan” demişdir. Ömər and içmişdir ki, oğurluq etməmişdir. Ömərin əlindən tutub, anası Dilarəyə demişdir ki, Liderdə kim deyirsə ki, Ömər oğurluq edib orada kamera var çəkir, həmin çəkilişi onun telefonuna atsın. Bundan sonra Öməri götürüb öz mənzilinə keçmişdir. Ömərlə söhbət etmiş, ondan soruşmuşdur ki, əgər oğurluq etmişdirsə pulunu versin aparıb oğurladığı nədirsə pulunu ödəsin. Ömər yenə də and içmişdir ki, oğurluq etməmişdir. Lider marketdə əvvəllər işləmiş Aysel adlı qıza zəng edərək Ayseldən Ömərin oğurluq edib-etmədiyini soruşmuşdur. Aysel də demişdir ki, ona zəng edib deyiblər ki, Ömər həmin yerdən oğurluq etmişdir. Ömər yenə də boynuna almamışdır. Evdə olan balaca nar ağacını götürüb, 3 dəfə Ömərin yan tərəfındən, bel nahiyəsindən heç özü də bilmədim harasından gəldi vurmuşdur. Bu vaxt Aysel öz mobil nömrəsi ilə onun nömrəsinə zəng vurub, ona demişdir ki, işdə Elnur adında oğlan var, o, həmin yerə getsin, Elnur ona Ömərin oğurluq kamera görüntülərini göstərsin. Ömərə demişdir ki, düzgün danışmasa onun əllərini yandıracaqdır. Ancaq Ömər oğurluq etdiyini boynuna almamışdır. Evdə olan böyük dəmir xörək qaşığını qaz pletkasının üzərinə qoyub qızdırdırmış, həmin qaşığı götürüb Ömərin hər iki əlinə basıb yandırmışdır. Yandırarkən Ömər onun əlindən qaçmaq istədiyindən qaşıq Ömərin qoluna, qarnına, qılçasına, çənəsinə, kürəyinə əlinə dəyib yandırmışdır. Bundan sonra Ömər etiraf etmişdir ki, Lider mağazasından kökə yox çöplü sok oğurlamışdır. Ömər ona bilirmişdir ki, bundan qabaq da həmin mağazadan 3 ədəd kökə oğurlamışdır. Əsəbləşib Ömərin o biri əlinə qaşığı basıb yenə yandırmaqda davam etmək istəyərkən Ömərin nənəsi Dilarə gəlmiş, Öməri onun əlindən almış, öz otağına aparmışdır. 10 dəqiqə sonra anası Dilarəni səsləmiş, Öməri göndərməsini, Ömərə tərbiyə vermək istədiyini, onun isə Ömərə sığal çəkdiyini və elə buna görə də Ömərin oğurluq etdiyini bildirmişdir. Dilarə Ömərin onlarda qalacağını, sabah sahəyə gedəndə Öməri də özü ilə sahəyə aparacağını demişdir. Anası ilə razılaşmamış, sonuncu Öməri onun yanına göndərmişdir. 21.05.2021-ci il tarixdə gecə saat 23 radələrində xalası Şahid2 onun evinə gəlmiş və Ömərin əllərini niyə yandırdığını soruşmuşdur. Anası Dilarə və xalası Sevinc onu Öməri döydüyünə görə günahlandırıb uşağı özləri saxlayacaqlarını bildirdiklərindən Öməri aparıb anası Dilarəyə vermişdir. Səhəri gün- 22.05.2021-ci ildə xalası X11 uşaq xəstəxasına aparmış, Ömər xəstəxanada əlini onun yandırmağını bildirmişdir. Hazırda uşağına özü baxır və qayğısına qalır. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin, Bərdə rayon Təhsil şöbəsinin psixoloqu X3 və Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının sədri X4 iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Atası Bəxtiyarımı isə körpə olandan anasından ayrılıb getdiyindən tanımamışdır. Anasının deməsinə görə atası hazırda oğurluq etdiyindən cəza çəkir. 21 may 2021-ci il tarixdə anası Raya qaşığı qaz peçinin üstündə qızdıraraq onun əlini və başqa yerlərini yandırmışdır. Anası Rayanın əlindən qaçıb çıxmaq istəyərkən isti qaşıq onun harasına gəldi dəyərək onun bədənini yandırmışdır. Həmin gün anası ilk əvvəl onu nar çubuğu ilə döymüşdür. Buna səbəb isə onun mağazadan çöplü sok oğurlaması olmuşdur. Ona anası deyəndə ki, niyə oğurluq etmisən, o, da ilk əvvəl bunu boynuna almadığımdan anası onu döymüşdür. Sonra isə əlini qazda qızdırdığı isti qaşıqla yandırmışdır. Bərk qışqırdığından səsə nənəsi Dilarə gəlmiş və onu anası Rayanın əlindən alıb öz qonşu otaqda yerləşən evinə aparmışdır. Hadisədən bir gün sonra Sevinc xalası ilə Aysel xalası onu həkimə aparmışlar. Hazırda anasının himayəsində yaşadığını, anasından şikayət və tələbinin olmadığını, oğurluq etdiyinə görə anasının onun əlini yandırdığını qeyd edərək anasının həbs edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun azyaşlı oğlu Zərərçəkmiş şəxs tanıyır. 22 may 2021-ci il tarixdə təxminən saat 16-17 radələri Ömərin yaşadığı ünvandan yas mərasimi üçün stol götürərkən Ömərin ağladığını görmüşdür. Rayadan Ömərin nəyə görə ağladığını soruşmuş, sonuncu Ömərin üstünə su qazanı aşdığını və yandırdığını, həmin səbəbdən ağladığını bildirmişdir. Yaxınlaşıb baxarkən Ömərin hər iki qolunda yanıq xəsarətləri olduğunu görmüşdür. Hiss etmişdir ki, bu suyun uşağın üzərinə tökülməsi səbəbindən baş verən su yanığına oxşamır. Ona görə ki, yanıq yerləri tala-tala olub başqa yandırmaya oxşadığını görmüşdür. Ömərin əllərinin şişdiyini görüb, ona yazığı gəldiyindən və özü də ana olduğundan, Ömərin anasının xalası Sevinc xanıma demişdir ki, uşağı belə vəziyətdə xəstəxanaya aparıb həkimə göstərib müalicə etdirmək lazımdır. Sevinc olunla razılaşmışdır. Sevinc taksi ilə onun yaşadığı binanın qarşısına gəlmiş, həmin vaxt Ömər də onun yanında olmuşdur. Onlar taksiyə oturub Bərdə rayon mərkəzi xəstəxanasına getmişlər. Orada Öməri həkimlər qəbul edib ilkin tibbi yardım göstərməyə başlamışlar. Həmin vaxt həkim bildirmişdir ki, Ömərin bədəni üzərində olan yanıqlar su yanığına oxşamır. Həkim belə deyəndən sonra Ömər özü danışmışdır ki, bəs onu anası Raya döyüb və əlini, kürəyini qızdırılmış qaşıqla yandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Dilarənin qızıdır. Rayanın azyaşlı oğlu Zərərçəkmiş şəxs tanıyır. 21.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində evinə gəlmişdir. Evdə eşitmişdir ki, Raya uşağı Ömərin əllərini yandırıbdır. Rayanın evinə getmiş, görmüşdür ki, Ömərin qolları, kürəyi, qarnı yanıq vəziyətindədir. Bədənində də çubuqla döyülmə izləri var. Öməri evin bir küncündə üzü divara tərəf dayanmış vəziyətdə ağladığını görmüşdür. Ömər su istəsə də anası Raya ona su verməmişdir. Rayaya “siz uşağı saxlamırsınız verin saxlayım“ demişdir. Raya da ona yox cavabı vermiş və ona bildirmişdir ki, onun evindən çıxıb getsin. Ömərdən nə baş verdiyini soruşmuş, ancaq anası Raya imkan verməmişdir. Öz evinə getmiş, 1 saat sonra Raya uşağı Ömərin paltarını və Ömərin özünü gətirib onun otağında ona vermişdir. Ömər çox yorğun vəziyətdə olduğundan evində yatmışdır. 22.05.2021-ci il tarixdə səhər saat 10 radələrində azyaşlı Ömər yuxudan qalxıb yanıq yaralarının ağrısından ağlayıb qışqırmağa başlamışdır. Aptekdən dərmanlar almış, dərmanları Ömərin yara yerlərinə vurmuşdur. Ancaq Ömərin ağrıları daha da artmışdır. Həmin gün saat 17 radələrinə qədər uşaq ağlamışdır. Aysel yaşadığı evə gəlmiş, Öməri götürüb onunla bərabər Ayselgilə getmişdir. Zəriş xanım uşağa baxmış və heç nə edə bilməyəcəyini deyərək uşaq xəstəxanaya aparmalarını demişdir. Bu sözdən sonra Aysellə birlikdə Şərif adlı taksi sürücüsü ilə Öməri xəstəxanaya aparmışlar. Xəstəxanada Ömər anası Raya tərəfindən yandırılıb əzab verilməsi barədə məlumat verməmişdir. Şöhrət həkim uşağın yaralarına baxan kimi bunun adi su yanığı olmadığını və qəsdən edildiyini, yəni yandırıldığını demişdir. Bundan sonra uşağı soyundurub müayinə edərəkən Ömər bütün olanları açıb həkimə bildirmişdir. Demişdir ki, əllərini anası qaşığı isidərək əlinə basıb yandırmışdir. Həkim Ömərdən hadisənin necə olduğunu soruşanda Ömər demişdir ki, mağazadan çöplü sok oğurladığına görə anası onu ac-susuz evin küncünə qoymuşdur. Bundan sonra nar çubuğu ilə Raya onu döyərək əlini kürəyini qızdırdığı qaşıqla yandırmışdır. Bundan sonra o, 3 gün Ömərin yanında qalıb ona köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşudur. Rayanın azyaşlı oğlu Zərərçəkmiş şəxs tanıyır. 21.05.2021-ci il tarixdə təxminən saat 13-14 radələrində evində olarkən Rayagildən Ömərin səsinin gəldiyni görüb onlara getmişdir. Görmüşdür ki, Raya oğlu Öməri küncə qoyub və uşaq da ağlayır. Rayadan uşağı küncə qoymasının səbəbini soruşmuş, sonuncu Ömərin Lider marketdən bir ədəd çöplü sok oğurladığını demişdir. Rayaya “uşaqdır, oğurlayıb eyibi yoxdur” demişdir. Raya Öməri bundan betər edəcəyini bildirmişdir. Bundan sonra düşüb binanın həyətinə getmişdir. 22.05.2021-ci il tarixdə saat 10 radələrində Dilarəgilə getmiş, həmin vaxt Öməri Dilarəgildə görmüş və onun hər tərəfinin yanıq olduğunu görmüşdür. Sevincdən Ömərə nə olduğunu soruşmuş, sonuncu Öməri Rayanın yandırdığını bildirmişdir. Həmin vaxt Sevincin Ömərin əllərinə çaytikanı yağı sürtdüyünü görmüşdür. Sevincə Ömərin dərisinin yığıldığını onu həkimə aparmaq lazım olduğunu demişdir. Saat 16-17 radələrində Öməri götürüb Bərdə RMX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2019- cu ilin axırlarından Bərdə şəhər sakini Təqsirləndirilən şəxs ilə qeyri- rəsmi olaraq ər-arvad münasibətində yaşayır. Belə ki, ünvan 1 nömrəli otağı alıb Təqsirləndirilən şəxs vermişdir ki, azyaşlı uşağı xx xxxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə yaşasınlar. Həftədə bir-iki dəfə onlara gedib gəlir. Təqsirləndirilən şəxs oğlu Ömərlə münasibəti yaxşı olmuşdur. Nə vaxt Rayanın yanına gəlirsə Ömər yaxınlığda yaşayan nənəsi Dilarəgilə getmişdir. Heç vaxt Öməri döyməmiş, işgəncə verməmiş, ona qarşı hər hansı bir pis fikiri olmamışdır. 21.05.2021-ci ildə Ömərin anası Raya oğlunu günorta saat 13-14 radələrində oğurluq etdiyinə görə döyərkən və onun əlini yandırarkən orada olmamış, Bərdə şəhərində H.Əliyev prospektində yerləşən “Mələk” marketdə iş başında satıcı işləmişdir. Həmin gün axşam saat 19 radələrində Rayanın yaşadığı mənzilə gəlmişdir. Görmüşdür ki, Ömərin əli yanıq vəziyətdədir. Rayaya demişdir ki, uşaqdır belə etməsin və ona demişdir ki, sabah üçün Öməri xəstəxanaya aparacaqlar. Raya da demişdir ki, yaxşı ancaq sonra da demişdir ki, Öməri xəstəxanaya nənəsi Dilarəgil aparmışlar. Həmin gün Rayanın qaz balonunda qaz qurtardığından həmin binada yaşayan Razimlə aparıb qaz balonunu doldurub gətirmişdir. Balonu Rayagilə qoyub çıxıb öz evlərinə gəlmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzinin verdiyi 419 saylı 24 may 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər-sol kürək, sol əlin arxa səthində-mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sol əlin ovuc səthində, sağ əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sağ said, sağ çiyin, çənə, qarın nahiyələrinin İ-İİ dərəcəli termiki yanıq sahələri, döş qəfəsi, sol said nahiyələrinin sıyrıq piqmentasiyaları, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrinin qançırları, sağ bazu, sağ bud nahiyələrinin sıyrıqları vardır. -Qeyd edilən xəsarətlərdən; a) sol kürək, sol əlin arxa səthində-mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sol əlin ovuc səthində, sağ əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sağ said, sağ çiyin, çənə, qarın nahiyələrinin 1-11 dərəcəli termiki yanıq sahələri alov, qızmış əşya (əşyalar) təsirindən törənmişdir, ola bilsin ki, alışqanla, siqaret kötüyü ilə, qızmış xörək qaşığı ilə; b) döş qəfəsi, sol said nahiyələrinin sıyrıq piqmentasiyaları, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrinin qançırları, sağ bazu, sağ bud nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. -Müddətləri: a) sol kürək, sol əlin arxa səthində-mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sol əlin ovuc səthində, sağ əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sağ said, sağ çiyin, çənə, qarın nahiyələrinin İ-İl dərəcəli termiki yanıq sahələri, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrinin qançırları, sağ bazu, sağ bud nahiyələrinin sıyrıqları qərarda göstərilən 21.05.2021-ci il tarixə uyğun gəlir; b) döş qəfəsi, sol said nahiyələrinin sıyrıq piqmentasiyaları isə məhkəmə-tibbi müayinədən 15-16 gün əvvələ uyğun gəlir. -Dərəcələrinə görə: a) sol əlin arxa səthində-mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sağ əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sağ çiyin nahiyəsinin İİ dərəcəli termiki yanıq sahələri dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; b) sol əlin ovuc səthində, sol kürək, sağ said, çənə, qarın nahiyələrinin İ dərəcəli termiki yanıqları, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrinin qançırları, sağ bazu, sağ bud nahiyələrinin sıyrıqları, döş qəfəsi, sol said nahiyələrinin sıyrıq piqmentasiyaları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 noyabr 2013-cü il tarixli AZ-İİİ 196291 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2013-cü ildə anadan olmuşdur. Ata qarfasında atası kimi X2, ana qrafasında anası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs X2 ilə 2010-cu ildən 2013-cü ilin axırlarına qədər qeyri-rəsmi olaraq ər-arvad münasibətində olub yaşadıqları müddətdə, xx.xx.2013-cü ildə anadan olmuş, aşkar surətdə yetkinlik yaşma çatmayan oğlu Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərindən başlayaraq azyaşlı olub köməksiz vəziyyətdə olmasından istifadə edərək, qəsdən mütəmadi olaraq döyərək güclü fiziki ağrı və psixi iztirab verməsi, həmin tərzdə cinayət əməlini davam etdirərək, 21 may 2021-ci il tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Lider“ marketdən 1 ədəd 30 qəpik qiymətində kağız qutuda qablaşdırılmış şirəli içkini oğurlamasını, yəni həqiqətdə oğurluq hesab edilməyən həmin halı bəhanə edib, Zərərçəkmiş şəxs güclü fiziki ağrı ilə müşayət olunan əzab vermə hərəkətləri edərək, yəni yaşadığı ünvan 1 ünvanında elə həmin gün saat 13 radələrində məişətdə istifadə edilən dəmir xörək qaşığını yanan qazın üzərinə qoyub qızdıraraq yetkinlik yaşma çatmayan (azyaşlı) Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən basıb sol kürək, sol əlin arxa səthində mil-bilək nahiyəsini əhatə etməklə, sol əlin İİ-İİİ-İV barmaqları, sol əlin ovuc səthində, sağ əlin arxa səthində milbilək nahiyəsini əhatə etməklə, sağ said, sağ çiyin, çənə, qarın nahiyələrinin İ-İİ dərəcəli termiki yanıq sahələrinin yaranmasına səbəb olan güclü fiziki ağrı vermə ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, həmin tərzdə hərəkətlərini davam etdirərək qəsdən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs, döş qəfəsi, sağ said, sağ bud, sol sağrı, sağ sağrı, sol diz oynağı nahiyələrindən nar çubuğu ilə vuraraq, həmin nahiyələrdən sağ bazu və sağ bud nahiyələrinin sıyrıqları və digər qeyd olunan həmin nahiyələrin isə qançırları ilə nəticələnən və Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, ancaq güclü fiziki ağrı vermə ilə müşayət olunan zərəri bilavasitə işgəncə verməklə etməklə əzab vermə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsinin 43 saylı 22 iyul 2021ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddətdə onun haqqında Mənzil Təmir İstismar Sahəsinə Məhkəmə və Polis orqanları tərəfindən heç bir cinayət və cəza işi daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, tutduğu əməldən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 04.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, hadisəni oğlunun pis vərdişlərindən çəkindirmək məqsədilə törətməsini, habelə tək ana olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 24 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, təqdimat və vəsatət rədd edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs - xx xxxx 1994-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən subay, əvvəllər məhkum olunmayan, hazırda ünvan 1-də daimi qeydiyyatda olub yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində 24 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 may 2021-ci ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı 03(üç) ay 08(səkkiz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2021-ci ildən 31 avqust 2021-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03(üç) ay 08(səkkiz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 06(altı) ay 16(on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 14(on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar