Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-149/2022 13.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6 və X5 iştirakı ilə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X5 yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı onlar barəsində CM-nin 147.2. və 148-ci maddələri ilə cinayət təqibinə başlanılması, onların qeyd olunan maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və barələrində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. X7 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, təqdim etdiyi video diskdəki çəkilişdən də görünür ki, Mehdiyeva Xasay qızı onu yüksək səslə qonşuların eşidəbiləcəyi şəkildə söyüb nalayiq söyüşlərlə tənqir edərək özünü yerə çırparaq guya onun tərəfindən döyülmə şəklini yaradaraq onu şərləyib, hüquq-mühafizə orqanlarında cinayət məsuliyyəti almagına çalışmışdır. Təqdim etdiyi video diskdə aydın şəkildə görünür ki, atası Fazil ilə qeyri-rəsmi yasayan Sənubər Mehdiyevə özünü yerə çırparaq xəsarət almağa çalışır və guya onun tərəfindən döyülmə obrazı yaradır. Bundan sonra isə atası X3 İşlər Nazirliyinin “102 xidmətinə" zəng edərək onun tərəfindən guya Sənubər döyülmüşdür. Bu hadisə barədə yaşadıqları küçədəki qonşular və qohumlarının xəbəri olmuşdur. Fazil Ağayevin və Sənubər Mehdiyevanın hərəkətləri onun işinə, şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin eşidə biləcəyi şəkildə onu təhqir etmiş, onun üstünə böhtan atıb hüquq-mühafizə orqanlarına yalan məlumatlar vermişdirlər. Fazil Ağayevin və Sənubər Mehdiyevanın onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatlar yəni, guya onun Sənubər Mehdiyevanı döyməyi barədə həqiqətə uyğun olmayan məlumatları yaymaqla, onun cəmiyyətdə, qonşular arasında, dostlarının, qohumlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış, onu cəmiyətdə hörmətdən salaraq nufuzuna xələl yetirmişdir. X13 və X8 onun barəsində böhtan və təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətlərinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol verməklə əməllərində cinayət tərkibi yaratmışlar. X1 yaşadıqları mülkə görə tamah niyyəti ilə onu soyuq silah hesab olunan balta ilə təhdid etmişdir. Hesab edir ki, X13 və X9 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 ifadəsində göstərdi ki, X13 və X8 ona şər-böhtan ataraq barəsində 102 xidmətinə şikayət vermişlər. İşin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 bildirdi ki, Vüsal Səfiquliyev onun evinə məcburi yerləşərək yaşamağa imkan vermir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Fazil Səfqulu oğlu ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqlədi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, X7 şikayət ərizəsinin forma məzmununa riayət etməmişdir. Belə ki, tərtib olunmuş ərizədə şikayətin verildiyi yer göstərilməmiş və cinayətin hansı şahid ifadələri ilə təsdiq olunması qeyd olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, X4 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, X6 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onlara qanunamüvafiq qaydada cəza təyin edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkəməyə verilməsi və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair X4 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-149/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-149/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver