Məhkəmə qərarları › İş №1(021)-149/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-149/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-149/2023 25.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə şəhəri, ünvan 1da qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Füzuli küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanını qanunsuz olaraq əldə etmiş və Bərdə şəhəri Füzuli küçəsində yaşadığı nömrəsiz fədi yaşayış evində saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirən zaman evin dam hissəsindən 01 ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə şəhərində anadan olmuş, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Füzuli küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Rəsmi işi olmadığından fərdi olaraq tullantı dəmir toplayaraq satmaqla gəlir əldə etmişdir. İkinci «Qarabağ» müharibəsi bitdikdən sonra o, işğal olunmuş ərazilərə gedərək, oradan tullantı dəmir toplamışdır. Təxminən 2021-ci ilin yaz aylarında dəqiq xatırlamadığı gündə Tərtər rayonu, Suqovuşan qəsəbəsinin yaxınlığında dəmir toplayarkən, kolluq ərazidən bir ədəd odlu silah qumbara atan tapmışdır. İlkin olaraq həmin qumbara atanı polisə təhvil vermək istəsə də lakin, sonradan həmin silahı Bərdə şəhərində yerləşən yaşadığı fərdi yaşayış evinə gətirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin odlu silahı tanımadığı yol avtomobili ilə gizlin şəkildə Bərdə şəhərinə yaşadığı evə gətirmişdir. Həmin silahı isə yaşadığı evin dam hissəsində gizlətmişdir. Lakin, maddi durumu zəif olduğundan həmin silahı satmaq qərarına gəlmişdir. Bu barədə nə ailə üzvlərinin nə də ki, heç kimin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində o, yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq yaşadığı evdə odlu silah saxlamağı barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı evdə qanunsuz olaraq saxladığı bir ədəd qumbara atanı təqdim edəcəyini demişdir. Bunun ardınca onun yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxışın keçiriləcəyi bildirilmiş, o, isə buna etiraz etmədiyindən bu barədə onun ərizəsi alınmışdır. Polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilən zaman evində saxladığı 01 (bir) ədəd qumbara atanı polis əməkdaşlarına təqdim etmişdir. Belə ki, polis əməkdaşlarına qeyd olunan silahın evin dam hissəsində olduğunu göstərmiş, polis əməkdaşı isə evin dam hissəsinə çıxaraq həmin silahı evin damından aşağı endirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin silaha baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə evin digər otaqlarına baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmiş və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki müqavimət və ya psixi təzyiq edilməmişdir. Özü könüllü şəkildə əməlini etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 10 aprel 2023-cü il tarixdə Bərdə RPŞ-nə Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 2di yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq odlu silah və onun komplekt hissələri, döyüş sursatı saxlaması və satışı barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 23:30 radələrində o, digər polis əməkdaşları ilə birlikdə tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi, Yeni yaşayış masivində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq odlu silah və onun komplekt hissələri, döyüş sursatı saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə və həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirmiş və bu barədə tərtib edilmiş qərarla tanış etmişlər. Bundan sonra Bərdə rayon X5 Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçiriləcəyi barədə hüquqları izah edilərək baxış keçirilməsinə etirazının olub-olmaması və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını və yaşadığı fərdi yaşayış evinin dam hissəsində qanunsuz olaraq 1 (bir) ədəd «qrantamyot» adlı silahı saxladığını, həmin silahı isə ikinci «Qarabağ» müharibəsindən sonra dəmir metal yığmaq üçün Tərtər rayonu, Suqovşan kəndi ərazisinə tək olaraq getdiyini və həmin ərazidən tapdığını, oradan isə yaşadığı evə gətirərək evin dam hissəsində saxladığını və sonradan maddi vəziyyəti yaxşı olmadığından satmaq fikri olduğunu, lakin bu barədə hər hansı bir şəxsin məlumatı olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda tək olaraq yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə ərizəsi alındığı üçün birlikdə Təqsirləndirilən şəxs yaşadığı 1 (bir) mərtəbəli fərdi yaşayış evinə daxil olmuşlar. Bundan sonra təhqiqatçı X9 Vəliyevə həmin silahı harada gizlətməsi barədə sorğu etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əli ilə göstərərək silahı evin dam hissəsində gizlətdiyini bildirdiyindən o, evin dam hissəsinə çıxaraq 1 (bir) ədəd yaşıl rəngli bükülü vəziyyətdə olan xalçanın olduğunu görüb həmin əşyanı aşağı düşürmüşdür. Həmin vaxt təhqiqatçı Eşqin Məmmədov qeyd olunan yaşıl rəngli xalçanı açdıqdan sonra xalaçanın arasından 1 (bir) ədəd döyüş sursatı hesab edilən «Qumbaraatanın» olması aşkar edilmişdir. Bundan sonra tərəflərindən həmin silaha baxış keçirilərkən silah dəmir metal rəngində olmaqla nisbətən paslanmış vəziyyətdə olması, silahın üzərində RPQ-7B, BE 451, 1965Q, və.s oxuna bilməyən sözlər yazılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bundan əlavə yaşadığı evdə qanunsuz əşya və ya predmet saxlayıb saxlamadığı barədə sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı evdə təqdim etdiyi silahdan əlavə qanunsuz olaraq hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən həmin silah 1 (bir) ədəd sintetik kisənin içərisinə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, baxışda iştirak edən iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəflərindən hər hansı bir təsir olunduğunu və zorakılıq olunub-olunmaması barədə sorğu etmiş, lakin Təqsirləndirilən şəxs hər hansı zorakılıq və zor tədbiq edilmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt təhqiqatçı Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyanın və ya predmetin olub-olmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklifi olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirdikdən sonra üzərində şəxsi axtarış keçirilsə də Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırımışdır. Məhkəmə istintaqı zamanı digər şahidlər üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq digər şahidlərin ifadələrinin elan edilməsi yolu tədqiqini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 aprel 2023-cü il tarixli 23/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, birinci dəstəyin üzərində BE-451 №-si olan silah, 40 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, hərbi texnikaya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, mərmisi olmayan əl qumbaraatandır, atıcı, dinamoreaktiv odlu silahdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsul ilə dəyişiklərə məruz qalmamışdır. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından, oğurlanmış və itirilmiş silahların qeydiyyatı aparılmadığından qərarın 3-cü, 4-cü suallarına cavab verilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən 01 (bir) ədəd döyüş sursatı hesab edilən silahın üzərində RPQ-7B, BE 451, 1965Q BE-451 nömrəli əl qumbara atan götürülmüş və həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 16 dəqiqə 08 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən evin dam hissəsindən 01 (bir) ədəd döyüş sursatı hesab edilən silahın üzərində RPQ-7B, BE 451, 1965Q BE-451 nömrəli əl qumbara atanın aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, şəxsi axtarış və götürülməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 16 dəqiqə 10 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməməsi faktı öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 6202 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 6215 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində xx.xx.2021-ci il tarixdən dispanser qeydiyyatındadır. (heroin qəbulu xx.xx.2021-ci il təkrar) Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 2688 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsində qeydiyyatda olan və şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən 09 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bərdə rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 5(021)-102/2023 saylı Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə yaşadığı evə baxış keçirilməsi haqqında qəbul edilmiş 10 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 4(021)- 78/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanını qanunsuz olaraq əldə etmiş və Bərdə şəhəri Füzuli küçəsində yaşadığı nömrəsiz fədi yaşayış evində saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirən zaman evin dam hissəsindən 01 ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə məhkumun tələbnaməsinə nəzər yetirdikdə onun əvvəllər dəfələrlə müxtəlif cinayət əməlləri törədərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin cəzalardan nəticə çıxarmayaraq və cəzanın islahedici təsirindən faydalanmayaraq yenidən cinayət törətməsini və təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş silahın odlu və döyüşə yararlı silah olmasını və odlu silahlarla bağlı cinayətlərin cəmiyyətdə mənfi rezonans doğurmasını və bu tip cinayət törədən şəxslərin şəxsiyyətləri nəzərə alınmaqla cəmiyyətdən əsasən təcrid edilməli olmalı qənaətinə gələrək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini doğru hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan, yəni 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikaya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və fərdi yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd BE-451 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1965-ci ildə istehsal olunmuş RPQ-7V modelli, 40 mm kalibrli, hərbi texnikaya və canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, atıcı, dinamoreaktiv odlu silah, mərmisi olmayan əl qumbara atanı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar